Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə50/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   46   47   48   49   50   51   52   53   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

153

 

M.Kaşğari “qarındaş” sözünün məna yükünü dəqiqliklə gös-



tərir: “Bir anadan doğulmuş iki uşağa “karındaş” deyilir, çünki 

“karın” sözünə “daş” ədatı əlavə ediləndə “bir qarında bərabər bu-

lunmuş” demək olur”

1

. -daş şəkilçisinin etimologiyası isə  türkolo-



giyaya bəllidir: -da (ismin yerlik hal şəkilçisi)+eş (ortaq, dost) 

=daş (K.Q.Zaleman, Nemet, Banq). 

Ə.Dəmirçizadə “50 söz” əsərində yazır: “...belə nəticə çıxar-

maq olar ki, qardaş sözü qarındaş sözündən, bu isə “qarın+da+eş”, 

yəni”qarında ortaq, şərik olan şəxs” mənasında işlənmiş ilkin ifa-

dədən törəmiş bir sözdür. Hətta indi bu sözü hissələrə parçalamaq 

mümkün deyil və bu söz sadə sözlərdən sayılır...

 2

. Bu o deməkdir 



ki,  Ə.Dəmirçizadə  də M.Kaşğari, K.Q.Zaleman kimi alimlərin 

mövqeyini müdafiə edir. 

Qeyd etdiyimiz kimi, “Kitab”dakı bir sıra atalar sözləri və 

zərbi-məsəllər, epiforalar, alliterasiyalar və frazeoloji vahidlərdə 

qardaş sözü həlledici vasitələrdən biri kimi çıxış edir. Bu sistemə 

tərkibində “qartaş” sözü işlənmiş təşbehləri də aid etmək olar: At 

diməzəm saŋa qartaş deyərəm, Qartaşımdan yeg!” (D-99). 

Qayın ata. “Kitab”da ismi birləşmə modeli və mürəkkəb söz 

formasında olan bu qohumluq termini müasir ədəbi dilimizdə 

mürəkkəb söz kimi sabitləşmişdir (qayınata).  Ər və ya arvadın 

atası anlamlı “qayın ata” vahidinə “Kitab”da az rast gəlinir. Bura-

da bir nümunəni qeyd etməklə kifayətlənirik: “Atamdan yegrək 

qayın ata!” (D-262). 



Oğul. Türkoloji araşdırmalarda bu sözün etimologiyası ilə 

bağlı fərqli fikirlər söylənilib: “oğul sözü ana anlamlı “ög” və ki-

çiltmə bildirən –ul şəkilçisinin qovuşmasından yaranıb” (A.N.Ko-

nonov); “Oğlan sözü ilk dövrlərdə ümumən  “övlad” mənasında 

olub, “oğlan” sözünün doğulan sözündən törəmə olduğunu ehti-

mal etmək olar” (Ə.Dəmirçizadə); “oğul sözü “toxum” anlamlı 

“ak” kök morfemindən törəmədir” (N.A.Aşmarin): “oğul sözü iki 

                                                            

1

 M.Kaşğari. Divanü lüğat-it-türk. I cild, Bakı, 2006, səh.405. 



2

 Ə.Dəmirçizadə. 50 söz. Bakı, 1968, səh.43. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

154

 

morfemdən ibarətdir: ög “nəsil, tayfa” və olmaq feli = oğol, oğ ol 



“tayfa ol”, yəni tayfanı, nəsli davam etdir→oğol→oğul” (Ə.Rə-

cəbli); “oğul sözünün ilkin”övlad” mənası daha qədimdir. Bu, 

müasir qumuq dilində  eynilə mühafizə olunur (B.Məhərrəmli)... 

Bu fikirlər “Kitab”dakı  oğul və  oğlan sözləri ilə bağlı  dəqiq 

nəticələr söyləməyə imkan yaradır. Burada tərkibində “oğul” və 

“oğlan” sözləri işlənmiş cümlələrə diqqət yetirək: “Oğul da qılıc 

quşanur baba ğeyrətiçün” (D-131); Oğlancuğı  Əmran bəhadır 

babasına qarşu gəldi” (D-241). Bu cümlələrdəki ata anlamlı 

“baba” sözü göstərir ki, həm oğul, həm də “oğlancuq” sözləri eyni 

semantikalıdır, yəni “kişi cinsindən olan övlad” mənasındadır. 

Amma o da vurğulanmalıdır ki, “Kitab”da “oğul” sözü daha inten-

sivdir. Digər tərəfdən, “Kitab”da oğlan sözünün “kişi cinsindən 

olan yeniyetmə” mənasında işlənməsini də qeyd etmək lazım 

gəlir: “...Yanındağı yoldaşları çıplaq oğlan” (D-247). 

Qeyd etdiyimiz kimi, “oğul” sözü “Kitab”da ən intensiv 

sözlərdən biridir. Bu söz “Kitab”dakı assonans, epifora, anastrofa, 

epitet, təşbeh, metafora kimi poetik kateqoriyalarda həlledici 

vasitələrdən biri kimi çıxış edir.  

“Kitab”da “oğul” sözünün üstün mövqedə olmasını  təs-

diqləyən çoxsaylı faktlar sırasında onu da qeyd etmək lazımdır ki, 

bir sıra sintaktik bütövlərdə “oğul” sözü ilə başlanan semantik 

dinamika elə “oğul” sözü ilə də tamamlanır: 

 

Oğul, oğul, ay oğul! 



Bilürmisin nələr oldu? 

                          *    *     * 

Oğul, oğul, ay oğul! 

Toquz ay tar qarnımda götürdigim oğul! 

On ay deyəndə dünyaya gətürdügim oğul! 

Tolması beşikdə bələdügim oğul! 

“Oğul” sözünə bütövlükdə Oğuz  cəmiyyətindəki müraciətlər 

kontekstində yanaşan N.Cəfərov maraqlı mülahizələr irəli sürür. 

Müəllif ilk olaraq dəqiqləşdirir ki, Dədə Qorqud gənc igidlərə 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

155

 

“oğul”, - deyə müraciət edir: Hay, oğul, Qarcar!...Oğul, Təpə-



göz!...”. Sonra isə belə bir ümumiləşdirmə verir: “Ümumən orta 

əsrlər türk cəmiyyətində olduğu kimi, “Kitab”da da ata-ana ilə 

övlad münasibətləri sistemində  əsas yeri ata-oğul münasibətləri 

tutur. Ona görə  də atanın oğula, oğulun ataya müraciətləri “Ki-

tab”da xüsusilə zəngin, rəngarəng və diqqəti çəkəndir”

1



“Kitab”dakı “oğul” sözünün müasir Azərbaycan ədəbi dilin-

də eynilə sabitləşməsindən bəhs etdiyimiz kimi, onun müasir türk 

dillərindəki variantlarına da münasibət bildirmək lazım gəlir. Bu-

rada “oğul” qohumluq terminini bir sıra türk dilləri kontekstində 

təhlil süzgəcindən keçirən  İ.Kazımovun fikirlərini eynilə  təqdim 

etməklə kifayətlənirik:  

“Müqayisəli tədqiqat göstərir ki, türk dillərində intervokal 

mövqedə ğ, q samitlərinin düşümü nəticəsində qohumluq  termin-

lərinin cildi qismən dəyişir. Məsələn, müqayisə et: oğul sözü -ul 

(tatar, başqırd, qazax, qaraqalpaq dillərində), uul (qaqauz, xakas 

və tuva dillərində), ool (yakut), yol-oqul (Altay)  və s.”

2



Bu faktlar həm də onu deməyə əsas verir ki, Orxon-Yenisey 

abidələri və “Kitab”da intensivliyi ilə fərqlənən “oğul” sözü qeyd 

olunan dillərin heç birində eynilə mühafizə olunmayıb. Müasir 

Azərbaycan dilində isə məhz “Kitab”dakı forma və semantikasını 

eynilə saxlayıb. 

Tayı//dayı. Ananın qardaşı anlamlı “tayı” (dayı) sözünə həm 

obrazların, həm də təhkiyəçinin dilində rast gəlinir: Qazanın dilin-

də: Tayım Uruzu (Aruzu – Ə.T.) gördim...” (D-125); Yeynəyin  

dilində: “Dayım Əmən imiş, anı bildim” (D-207); Aruzun dilində: 

“...tayısı Aruzı  aŋa tursun” (D-293); Qılbaşın dilində: “Əlbətdə, 

Tayım Aruz gəlsün”, - dedi” (D-293); Təhkiyəçinin dilində:  Qa-

zanıŋ tayısı Aruzıŋ evinə gəldi” (D-292)... Bu nümunələrdə dayı – 

bacıoğlu münasibətlərinin bir sıra spesifik cəhətləri ifadə olunub 

(əvvəlki səhifələrə bax).  

                                                            

1

 N.Cəfərov. Xanım, hey!. Bakı, 1999, səh.24, 31. 



2

 İ. .Kazımov. Müasir türk dillərinin müqayisəli leksikası. Bakı, 2010, səh.49. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə