Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə57/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   53   54   55   56   57   58   59   60   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

174

 

dırıcıdır və onun əlavə arqumentlərlə  əsaslandırılmasına ehtiyac 



yoxdur. 

Əsərin “Söz yaradıcılığı” adlanan III fəslində morfoloji və 

sintaktik üsulla düzələn sözlər tarixi-linqvistik prizmadan tədqiq 

edilir. “Kitab”da morfoloji  üsulla düzələn sözlər aşağıdakı sistem 

üzrə    araşdırılır: adlardan ad düzəldən  şəkilçilər (-ra, -arı/-aru, -

qarı/-qaru: aŋaru, qancaru, yuqarı...); adlardan feil düzəldən 

şəkilçilər (-la, -lə: avla, boğazla, dişlə...); feildən feil düzəldən 

şəkilçilər (-ıl; -ş, -ış: axtarıl, basıl, ağlaş, boğuş...). Qeyd edək ki, 

“Kitab”dakı leksik şəkilçilərin məhsuldarlıq və qeyri-məhsuldarlıq 

baxımından tədqiqi, digər tərəfdən, müasir Azərbaycan ədəbi dili 

baxımından arxaikləşmiş  şəkilçilərin dəqiqləşdirilməsi də  əsərin 

uğuru kimi dəyərləndirilə bilər. 

Müəllif sintaktik yolla düzələn sözləri iki əsas qrupa bölür: 

müxtəlif mənalı sözlərin birləşməsindən düzələn mürəkkəb sözlər 

(Aladağ, Banıçiçək, beşikkərtmə...); eyni sözün təkrarından əmələ 

gələn mürəkkəb sözlər (açuq-açuq, alay-alay, yumru-yumru...). 

Hər iki istiqamət “Kitab”dakı dil  faktları ilə əsas-landırılıb. 

Bütün bunlarla bərabər, dissertasiyada bir sıra nöqsanlar da 

müşahidə edilir: 

səh.45-də “Kitab”ın dili baxımından səciyyəvi olan mis an-

lamlı “baqır”, sarsılmaq, kədərlənmək anlamlı “bunalmaq” sözlə-

rinin Türkiyə türkcəsində  ədəbi dil səviyyəsində  işlənməsindən 

bəhs edilir. Fikrimizcə, “baqır” və “bunalmaq” sözləri həm Türki-

yə türkcəsi, həm də Azərbaycan dilinin qərb  şivələrindəki uyğun 

dil faktları ilə müqayisəli  şəkildə  tədqiq edilsə idi, daha dəqiq 

fikirlər söyləmək olardı. Çünki həmin sözlər Azərbaycan dilinin 

qərb şivələrində mühafizə olunmaqdadır (paxır qazan – mis qazan; 

kişi boŋalıf – kişi sarsılıb); 

səh.56-da “Dədə Qorqud kitabı”nda işlənən, müasir dilimiz-

də arxaikləşən alınmalar” başlığı altında verilmiş sözlərin bir qis-

mi şivələrimizdə işlənməkdədir. Məsələn,ərş, hampa, hərami və s. 

Deməli, həmin vahidlər müasir dilimiz yox, müasir ədəbi dilimiz 

baxımından arxaikləşən alınma sözlər kimi araşdırılmalıdır; 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

175

 

səh.96-da “boğaz” sözünün I mənası kimi “bədən üzvü”, II 



mənası kimi “heyvan xəstəliyi” göstərilir. Fikrimizcə, Kitab”da 

“boğaz” sözünün II mənası “heyvan xəstəliyi” kimi yox, “qarnın-

da balası olan heyvan” kimi izah edilməlidir. Müəllif “Kitab”dakı 

“qısır qısraq” (...qısır qısrağa bindiyim yoq) və “boğaz qısraq” 

(...boğaz qısrağa bindigim yoq) ifadələrini müqayisə etsə idi, daha 

yaxşı olardı; 

səh. 136-da “yer altı – yer yüzü” kimi II növ ismi söz 

birləşmələri mürəkkəb söz kimi təqdim edilir; 

Əsərdə orfoqrafik səhvlərə də rast gəlinir. Məsələn, düşmən-

lik, düşmənçilik  əvəzinə düşmanlıq (səh.3), kəşməkəşli  əvəzinə 

keşməkeşli (səh.15), şeir əvəzinə şer (səh.14) və s. 

Qeyd olunan iradlar əsərin elmi-praktik əhəmiyyətini azalt-

mır. Bir cəhəti də qeyd edək ki, müəllifin 2009-cu ildə “Dədə Qor-

qud kitabı”nın leksikası” başlığı altında çap etdirdiyi kitabda bu 

iradlar nəzərə alınıb. 

 

 



“Kitabi-Dədə Qorqud”da heyvan, quş və  

həşərat adları bildirən sözlər 

 

“Kitabi-Dədə Qorqud”un  poetik strukturunda işlənmiş hey-

van, quş  və  həşərat adları bu vaxta qədər sistemli şəkildə araş-

dırılmayıb. Bu mənada M.Qıpçağın təqdim etdiyi “Kitabi-Dədə 

Qorqud”da heyvan, quş  və  həşərat adları bildirən sözlər” (2012) 

adlı kitab aktuallığı ilə diqqəti cəlb edir. 

“Bir neçə söz” bölməsində “Kitab”ın azərbaycanlılara məx-

sus sanballı bir abidə olması xüsusi olaraq vurğulanır. Eyni za-

manda faktlarla əsaslandırılır ki, “Kitab” daha çox Türkiyə  və 

Azərbaycanda nəşr və tədqiq edilmişdir. 

“Kitabi-Dədə Qorqud”da heyvan, quş və həşərat adları bildi-

rən sözlər”  adlı I fəsildə at, ayğır, bıraq, buğa, buğra, buzağı, çə-

tüg, dəvə, eşək, ərkəc, inək, it, keçi, köşək, yund və s. kimi sözlər 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

176

 

tarixi-linqvistik müstəvidə araşdırılmış, onların hər birinin mənası, 



mənşəyi, xüsusən də “Kitab”ın poetik strukturundakı yeri müəy-

yənləşdirilmişdir. Məsələn, müəllif at sözündən bəhs edərkən, atın 

türk tarixi və etnoqrafiyasındakı rolunu qabarıq  şəkildə göstər-

məklə yanaşı, həmin sözün iştirakı ilə yaranmış at dəpmək, at oy-

natmaq, at salmaq kimi frazeoloji vahidlərin də “Kitab”ın poetik 

çəkisini qüvvətləndirən detallar olduğunu qeyd edir. Yaxud 

M.Qıpçaq  ayğırlıq və ayğırlı sözlərindəki -lıq və -lı şəkilçilərinin 

işlənmə tarixinə  nəzər salır, -lıq morfemini -lı  şəkilçisinin qədim 

variantı olduğunu göstərir. Yeri gəlmişkən, həmin şəkilçi morfem-

ləri (-lıq, -lı) “Kitab”ın dilində tam sabitləşməmiş  vəziyyətdə 

görünür. 

Aslan, canvər, tonuz, əjdərha,  ənik, keyik, qaban, qaplan, 

qurd, yılan və s. kimi sözlər II fəsildə –  “Kitabi-Dədə Qorqud”da 

vəhşi heyvan adları” başlığı altında öyrənilmişdir. Müəllif bu 

sözlərin mənşəyini, mənasını  mətn kontekstində  dəqiqləşdirir. 

Məsələn, ilan sözündən bəhs edərkən yazır: “İlan extonik varlıqla-

rın başlıca zoomorfik cizgilərindən biri olsa da, “Kitabi-Dədə 

Qorqud” dastanlarında ilan sözü mifoloji varlığı deyil, real həyat-

dakı ilanı ifadə edir. Abidənin dilində iki dəfə “sarı yılan”, iki dəfə 

isə “ala yılan” ifadələrinin işlənməsi bunu bir daha təsdiq edir”. 

Bu müşahidələr elmi və inandırıcıdır. 

Əsərin III fəsli “Kitabi-Dədə Qorqud”da  quş adları” adlanır. 

Müəllif “Kitab”dakı gögərçin, kəklik, ördek, qaraquş, qaz, saqsa-

ğan, sunqur, şahin, toğan, turac, turğay və s. kimi quş adlarının hər 

birini ayrılıqda təhlil süzgəcindən keçirmiş, onların dastanda daha 

çox həqiqi, bəzən isə məcazi mənada işləndiyini konkret faktlarla 

arqumentləşdirmişdir. Maraqlıdır ki, M.Qıpçaq bu tip vahidləri 

təkcə “Kitab” yox, ümumən türk dilləri kontekstində araşdırmış-

dır. Məsələn, ördək sözünün müasir türk dillərində müxtəlif fone-

tik variantlarda işləndiyimi göstərir: ördek (türk və qaraqalpak dil-

lərində), ö:rdek (türkmən dilində), ördək (Azərbaycan dilində), 

ördəg (özbək dilində) ürzək (başqırd dilində)... 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə