Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə59/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   55   56   57   58   59   60   61   62   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

180

 

“feil+feil” tipli birləşmələr arasında tam, həm də tam olmayan ya-



naşma əlaqəsi özünü göstərir. Məsələn, “Av avlayı gəzərkən ögin-

dən bir yaralu keyik çıqdı (avlayı gəzərkən – tam yanaşma); “Ağ 

qoyunlar gəlüb çevrəsində yatduğu su (gəlüb çevrəsində yatduğu – 

tam olmayan yanaşma). Müəllifin qənaətləri elmi və inandırı-cıdır. 

S.Abdinova “Kitab”ın dilində işlənən “zərf+feil” tipli birləş-

mələri də sistemli şəkildə təhlilə cəlb edib. Belə ki, bu tip birləş-

mələrin I tərəfində  işlənən zərfləri, II tərəf kimi çıxış edən feli 

bağlama, feli sifət və  məsdərləri müxtəlif cəhətdən səciyyələndi-

rib, eyni zamanda bunların hər birini konkret dil faktları ilə əsas-

landırıb. Məsələn, müəllif “birinci komponent ikinci komponentlə 

ifadə olunan hərəkətin tərzini bildirir” tezisini irəli sürərkən “Ki-

tab”dakı “Dəstursuzca mənim yağıma girən yigit, nə yigitsən” 

cümləsinə istinad edir. Bu isə bir daha təsdiq edir ki, müəllif irəli 

sürdüyü mülahizələri arqumentləşdirməyi bacarır. 

 

 

Oğuz epik ənənəsində Qazan xan obrazı 



 

Atif İslamzadənin “Oğuz epik ənənəsində Qazan xan obrazı” 

adlı dissertasiyası (2013) yeniliklərlə zəngindir. Bu tədqiqat işinin 

ən əhəmiyyətli tərəflərindən biri, bəlkə də, ən əsası odur ki, müəl-

lif  mövzunun tədqiqində ona qədər olan müddəaları izləməklə 

bərabər, öz gəldiyi qənaət və nəticələri də cəsarətlə irəli sürür. Ey-

ni zamanda ona qədərki fikir və müddəalara laqeydlik və hör-

mətsizliklə yanaşmır, hər bir fikrə diqqətlə yanaşaraq sonda yekun 

mülahizələrini diqqət mərkəzinə çəkir. 

Qazan xan obrazını hələlik bütöv bir obraz kimi, əsasən, əli-

mizdə olan “Dədə Qorqud kitabı”ndan öyrənmək mümkündür. 

Çünki “Kitab” istisna olmaqla bu günə qədər əlimizdə olan heç bir 

“Oğuznamə”də Qazan xan geniş obraz olaraq mövcud deyil. Onu 

da deyək ki, “Kitab”ın iki ən əsas obrazından biri kimi Qazan xan 

obrazı  Dədə Qorqud obrazı  qədər  əhatəli  şəkildə öyrənilə bilmə-

yib. Digər tərəfdən, hətta Dədə Qorqud obrazı da  Qazan obrazı ilə 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

181

 

müqayisədə eposda çox yer tutmur. “Kitab”ın  əksər boylarında  



iştirak edən Qazan obrazı məhz ona əhatəli yanaşma tələb edir. Bu 

mənada A.İslamzadənin “Oğuz epik ənənəsində Qazan xan ob-

razı” adlanan tədqiqat işi bu boşluğu doldurmuşdur. Əlbəttə, Qa-

zan xan obrazı haqqında monoqrafiyalar da yox  deyildir. Ancaq  

türk alimi A.Duymazın və B.Abdullanın əlimizdə olan monoqrafi-

yaları  ənənəvi-təsviri, tarixi-müqayisəli metod əsasında işlənmiş-

dir. Lakin  müəllif  bu yolu seçməmiş, hər iki metoddan –   tarixi-

müqayisəli və struktur-semiotik metoddan bəhrələnməklə Qazan 

xan obrazını müxtəlif bucaqlardan öyrənmiş, kontekst daxilində 

və mətnin ifadə səviyyəsi ilə bərabər, mətni müxtəlif qatlar əsasın-

da  öyrənərək Qazan obrazını  əhatəli  şəkildə diqqətə çatdıra bil-

mişdir: Müəllif bundan ötrü Qazan obrazının söykəndiyi mifoloji 

bünövrəni aşkarlamış: Qazan obrazının kompleks öyrənilməsi 

üçün ona sistemli baxış nümayiş etdirmişdir. Elə bu səbəbdən də 

müəllif Qazan təyinlərini üstündən keçiləcək ifadələr kimi yox, 

“transformativ məlumat baqajı” adlandırdığı “təməl daşı” funksi-

yasında izah etmişdir. Obrazı modellər əsasında öyrənən A.İslam-

zadə maraqlı quruluş vermiş, müxtəlif təyinləri məna və mahiy-

yətinə uyğun olaraq müxtəlif  modellərdə yerləşdirmişdir. Müəllif 

ilk olaraq Qazan xan obrazının xan statusunu, vəzifəsini müəy-

yənləşdirmiş, daha sonra Qazan xanın  təyinlərini xanlıqdan doğan 

funksiya kimi dəyərləndirərək buna “Xan öyüncü” adı vermişdir. 

Bir qədər sonra isə bu təyinləri yerləşdirdiyi modellərdə diqqətə 

çatdırmışdır. Əsərdə “Zoomifoloji model”də “Tülü quşın yavrısı”,  

“Amid soyının aslanı “, “Qaracuğın qaplanı”, “Qonur atın iyəsi” 

təyinləri sistematik olaraq izah olunmuşdursa, “Antropomifoloji 

model”də “Ulaş oğlı”, “Xan Uruzun ağası”, “Bayındır xanın göy-

güsi”, “Salur Qazan” təyinləri öz səciyyəsini tapmışdır. “Sosiomi-

foloji model”də “Bizə miskin umıdı”, “Qalın Oğuzun dövləti”, 

“Qalmış yigit arxası”, “Türküstanın dirəgi” kimi təyinlər eyni qay-

da  əsasında mənasına uyğun olaraq tədqiq olunmuşdur. “Ritual-

mifoloji model” kontekstində  Qazan xan obrazının ritual-mifoloji 

strukturu ayrıca izah olunur, bədii təyinlərlə  əlaqəsi meydana 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

182

 

çıxarılır. Tədqiqəlayiq haldır ki, müəllif Qazan xan obrazının 



mifoloji strukturunu müxtəlif  modellər daxilində izah edir. Lakin 

müəllif obrazı əhəmiyyətli şəkildə tədqiq etdiyi üçün araşdırmanın 

məhz bu şəkildə aparılmasına can atmışdır. Qazan xan obrazının 

mifoloji strukturunu, əsasən, “Kitab” əsasında  izah edən müəllif 

boylardakı gizli ritualları mətn təhlili üzrə bərpa etməyə çalışmış-

dır. “Ov ritual”, “Dua ritual”, “Vərəsəlik törəsi”, “Yəğma ritualı” 

kimi rituallar inandırıcı  əsasla ilk dəfə müəllif tərəfindən  elmi 

ictimaiyyətin nəzərinə çatdırılır. Burada o da vurğulanmalıdır ki, 

“Kitab”ı linqvopoetik baxımdan tam mənimsəyən A.İslamzadə 

“Xan Uruzun ağası” təyinini həm də  Oğuz mifi kontekstində 

araşdırır: “Qazan xanın” “Xan Uruzun ağası” təyini xaqan Bayan-

dırdan sonra Uruzun atası olaraq xan Qazanın yüksək statusunu 

göstərir... Oğuz mifinin paradiqmatik təzahürü olaraq bu təyin 

kosmoloji-etnoqonik Oğuz strukturunun soy aktı üzərində dayan-

masından qaynaqlanır”. Müəllifin bu qənaətləri bütün parametrlə-

rinə görə elmi və inandırıcıdır. 

Son olaraq qeyd edək ki, Qazan xan obrazına bu şəkildə 

yanaşma qorqudşünaslıqda ilk addımdır. 

 

 

“Kitabi-Dədə Qorqud” dastanında  

mənəvi tərbiyə məsələləri 

 

 

Oğuzların, daha dəqiqi, Azərbaycan türklərinin sanballı 



abidəsi olan “Dədə Qorqud kitabı” 200 ildir ki, tədqiq və  nəşr 

edilir, başqa dillərə tərcümə olunur. Burada təkcə onu qeyd etmək 

kifayətdir ki, ingilis, alman, fransız, rus, ərəb, fars və başqa dillərə 

tərcümə edilmiş “Kitab” ideya-bədii xüsusiy-yətlərinə, türk tarixi

etnoqrafiyası, musiqisi və ümumən mədəniyyətinin  ən səciyyəvi 

cəhətlərini özündə ehtiva etdiyinə görə  dünyanın ən nüfuzlu alim-

ləri tərəfindən yüksək qiymətləndirilmişdir. Cəmi 154 səhifədən 

ibarət olan “Dədə Qorqud kitabı” dünya ədəbiyyatının  ən parlaq 

inciləri ilə bir sırada durur, bu gün də türk və Avropa  alimləri tə-



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə