Mikrobiologiya


) Turşu-südlü içkilərin mikroflorasını nə təşkil edir?



Yüklə 1,4 Mb.
səhifə12/15
tarix01.11.2017
ölçüsü1,4 Mb.
#8028
1   ...   7   8   9   10   11   12   13   14   15

771) Turşu-südlü içkilərin mikroflorasını nə təşkil edir?
A) Şiqellalar

B) Süd-turşusu mikroorqanizmlər

C) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar

D) Stafilokokklar

E) Salmonellalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
772) Mikrob mənşəli qida zəhərlənmələrinə patoqenetik əlamətlərdən hansı xas deyil?
A) Bütün qeyd olunanlar

B) Mikstlər

C) Toksikoinfeksiyalar

D) Müəyyən olunmayan etiologiyalı zəhərlənmələr

E) Toksikozlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
773) Qida toksikozlarının törədicilərinə hansı mikroorqanizmlər aiddir?
A) Streptokokklar

B) Aktinomisetlər

C) Stafilokokklar və klostridium botulinum

D) Proteylər və streptokokklar

E) Bütün qeyd olunanlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
774) Tibbi-profilaktik idarələrdə ətraf mühit obyektlərinin planlı bakterioloji tədqiqi zamanı hansı mikrobun aşkar edilməsi aparılmır?
A) Göy-irin çöpləri

B) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar

C) Stafilokokklar

D) Ümumi mikrob assosiasiyası

E) Streptokokklar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
775) Çiy ət və süd məhsulları hansı tədqiqatlarda yoxlanılır?
A) Tezləşdirilmiş mikroskopik analizdə

B) Botulinik toksinin aşkar edilməsində

C) Aerobların aşkrar edilməsi üçün bakterioloji tədqiqatlarda

D) Aerobların və anaerobların aşkar edilməsi üçün bakterioloji tədqiqatlarda

E) Anaerobların aşkarı üçün aparılan bakterioloji tədqiqatlarda
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
776) Döyülmüş ətdən hazırlanmış məhsullarda nəyi təyin etmirlər?
A) Sulfit reduksiya edən klostridiyaları

B) Mikrob ədədini

C) Patogen mikroorganizmləri

D) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar

E) Qızılı stafilokokkları
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
777) Hazır konservlərın keyfiyyətinə bakterioloji nəzarət hansı üsullarla aparılır?
A) Körlanma törədicilərilə

B) Sənaye sterillik ilə

C) Patogen mikroorganizmlərlə

D) Qeyri-patogen mikroorganizmlərlə

E) Sterillik ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
778) Konservləşdirilmiş qanın, onun komponentlərinin,preparatlar üçün, konservləşdirilmiş ilik sterilliyinin nəzarəti üçün material hansı mühitlərə əkilir?
A) Endo mühitinə

B) Saburo mühitinə

C) Xottinqer mühitinə

D) Ploskirev mühitinə

E) Tioqlikol mühitinə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
779) Bağırsaq infeksiyaları ocaqlarında nəm, cari, sonuncu dezinfeksiyaya bakterioloji nəzarət zamanı hansı mikrob axtarılır?
A) Stafilokokklar

B) Kandidalar

C) Vərəm mikobakteriyaları

D) Bağırsaq çöpləri

E) Şigellalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
780) Hava-damcı infeksiyalarının ocağlarında nəm, cari, sonuncu dezinfeksiyaya bakterioloji nəzarət zamanı hansı mikrob axtarılır?
A) Vərəm mikobakteriyaları

B) Bağırsaq çöpləri

C) Kandidalar

D) Stafilokokklar

E) Şigellalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
781) Vərəm ocaqlarında nəm, cari, sonuncu dezinfeksiyaya bakterioloji nəzarət zamanı hansı mikrob axtarılır?
A) Bağırsaq çöpləri

B) Vərəm mikobakteriyaları

C) Stafilokokklar

D) Şigellalar

E) Kandidalar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
782) Göz damcıları və inyeksiya məhlullarının hazırlanması üçün istifadə edilən distillə olunmuş suyun mikrobioloji nəzarəti zamanı hansı tədqiqat nəzərə alınmır?
A) Mikrobun yayılmasının təyini

B) Sterillıyə görə əkmə

C) Piroqen törədən mikroorqanizmlərin tapılması

D) Bütün qeyd olunanlar

E) Bağırsaq çöpləri qruppuna aid olan bakteriyaların təyini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
783) Avadanlıq və aptek ləvazimatlarından yuyuntu nümunələrinin planlı tədqiqatı zamanı aşağıdakılardan hansını aparmırlar?
A) Mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının təyinini

B) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyaların təyini

C) Bütün qeyd olunanları

D) Qızılı stafilokokkların təyinini

E) Şigellaların təyini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
784) Şirniyyat,xüsusən kremli məhsulların sanitar-bakterioloji tədqiqatları zamanı aşağıdakılardan hansı aparılmır?
A) Bütün qeyd olunanlar

B) Qızılı stafilokokkların təyini

C) Mikrob ədədinin təyini

D) Patogen mikroorqanizmlərin təyini

E) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyaların təyini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
785) Çiy ət və bütün subərzaqlarda hansı mikroblara görə tədqiqatlar aparılır?
A) Bütün qeyd olunanlar

B) Aerobların və anaerobların aşkarı üçün bakterioloji tədqiqat

C) Saflığın mikroskopik analizi

D) Aktinomisetlərin aşkarı

E) Botulinik toksinin aşkarı
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
786) Hisə verilmiş kolbasaların sanitar-bakterioloji tədqiqatları zamanı nə təyini olunmur?
A) Klostridiyaların təyini

B) Mikrob ədədinin təyini

C) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyaların təyini

D) Qızılı stafilokokkların təyini

E) Patogen mikroorqanizmlərin təyini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
787) Suda bişmiş kolbasaların sanitar-bakterioloji tədqiqi zamanı nə təyin olunmur?
A) Patogen mikroorqanizmlərin təyini

B) Mikrob ədədinin təyini

C) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyaların təyini

D) Qızılı stafilokokkların təyini

E) Klostridiyaların təyini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
788) Döyülmüş ətdən hazırlanmış qida məhsullarında nəyin təyini aparılmır?
A) Sulfit törədən klostridiyaların təyini

B) Patogen mikroorqanizmlərin təyini

C) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyaların təyini

D) Qızılı stafilokokkların təyini

E) Mikrob ədədinin təyini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
789) Hazır konservlərın keyfiyyətinə bakterioloji nəzarəti hansı üsullarla aparılır?
A) Patogen mikroorganizmlər təyini

B) Qeyri-patogen mikroorganizmlər təyini

C) Sterilliyinin təyini

D) Sənaye sterilliyinin təyini

E) Körlanma törədicilərinin təyini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
790) Konservlərdə hansı mikrob aşkar edildikdə onlar yararsız hesab olunur?
A) Clostridium botulinum,Clostridium perfringens

B) Subtilis qruplarına aid olan sportörədən basillər

C) Termofillər

D) Bütün qeyd olunanlar

E) Spor əmələgətirməyən mikroblar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
791) Termostatlaşmaya hansı konservlər yararsız hesab olunurlar?
A) Botulinik toksin aşkar olunan konservlər

B) Mikrobioloji xarablık təyin olunan konservlər

C) Qeyri hermetik qablarda olan konservlər

D) Bombaji olan konservlər

E) Sənayye sterillıq təyin olunanda
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
792) Alkoholsuz içkilərdə hansı mikroblar təyin olunur?
A) Heç bir mikroorqanizm

B) Epidermal stafilokokk,maya göbələkləri

C) Epidermal stafilokokk

D) Maya göbələkləri

E) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar,patoqen mikroorqanizmlər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
793) Toyuq yumurtalarına mikrobioloji nəzarət zamanı hansı mikroorqanizmlər təyin olunmur?
A) Kif göbələkləri

B) Heç bir mikroorqanizm

C) Mikrobların ümumi sayı

D) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar

E) Patogen mikroorqanizmlər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
794) Yumurta tozunda hansı mikroorqanizmlər təyin olunmur?
A) Mikrobların ümumi sayı

B) Protey

C) Patogen mikroorqanizmlər

D) Bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar

E) Qızılı stafilokokklar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
795) Çörəyin kartof xəstəliyini hansı mikroorqanizmlər törətmir?
A) Bacillus mesentericus

B) Escherichia coli

C) Bacillus megatherium

D) Bacillus subtilis

E) Bacillus mycoides
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
796) Ümumi mikrob rəqəmin təyini üçün hansı parametrlər istifadə olunur?
A) Nümünədə yaşamağa qabil olan mikroorqanizmlərin ümumi miqdarı

B) Nümünədə yaşamağa qabil olan və olmayan mikroorqanizmlərin miqdarı

C) Heç biri

D) Nümünənin 1qr və ya 1 ml-də olan mikroorqanizmlərin miqdarı

E) Nümünədə olan patogen mikroorqanizmlərin miqdarı
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
797) Havanın mikroorqanizmlərlə çirklənməsinin əsas mənbəyi hansıdır?
A) Torpaqların səthi

B) Su hovuzların səthi

C) Heç biri

D) İnsan tərəfindən ifraz olan hava-damcı aerozolları

E) Üzvü substratlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
798) Hava-damcı aerozolların tərkibində olan hansı hissələr infeksion aqentlərin yayılmasında xüsusi təhlükəlidir?
A) Toz fazası

B) Damcı fazası

C) Heç biri

D) Damcı nüvələri

E) Bütün qeyd olunanlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
799) Enterokokkların qənaətbəxş sanitar-səciyyəvi mikroorqanizm olmasını təmin edən xüsusiyyətlər hansıdır?
A) İnsan bağırsaqında daimi yaşamaq qabilliyəti

B) Müxtəlif xarici təsirlərə davamlılıq

C) Ətraf mühitdə çoxalmaq qabilliyəti

D) Uzun müddət ətraf mühitdə yaşamaq qabilliyəti

E) Heç biri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
800) Bağırsaq çöplərinin qənaətbəxş sanitar-səciyyəvi mikroorqanizm olmasını təmin edən xüsusiyyətlər hansıdır?
A) Ətraf mühitin əlverişsiz təsirinə az davamlılıg

B) Ətraf mühitdə analoqların çox olması

C) Yüksək variabellik

D) Belə xüsusiyyətlər yoxdur

E) Ərzaqlarda nisbətən az vaxt yaşamağı
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.

Bölmə 11. Virusologiya

801) D.İ. İvanovski tütün mozaikası xəstəliyinin törədicisini necə adlandırmışdır?
A) Bakteriyalar

B) Süzülən bakteriya

C) Duru canlı kontagiy

D) Virus


E) Süzülən (filtrləşən) virus
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
802) Sadə quruluşlu viruslarda tərkib necədir?
A) Virus hissəciyi nuklein turşusundan və onunla bağlı lipoproteinlərdən ibarətdir.

B) Virusun genomu lipoproten örtüklə əhatə olunmuşdur.

C) Virusun genomu kapsidlə əhatə olunmuşdur

D) Virus genomu kapsid və super kapsid örtüklərlə əhatə olunmuşdur

E) Virus hissəciyi nuklein turşusu və onunla əlaqədə olan qlikoproteinlərdən ibarətdir
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
803) Virusun sturuktur zülalları hansıdır?
A) Genom, kapsid və superkapsid zülalları

B) Virus genomu ilə kovalent əlaqədə olur

C) Yoluxmuş hüceyrədə rast gəlir və yetkin viriona daxil olmur

D) Qlikoproteinlərə aiddirlər

E) Yalnız virusun lipoprotein örtüyündə lokalizə olunur
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
804) Virusun qeyri-sturuktur zülalları hansıdır?
A) Kapsid və superkapsid zülallardan ibarətdir

B) Yoluxmuş hüceyrədə rast gəlir və virionun tərkibinə daxil olmur

C) Vironun tərkibində virus genomu ilə bağlıdır

D) Virus infenksiyasının gecikmiş stadiyalarında fəaliyyət göstərir və virus hissəciklərinin yığılmasında iştirak edir.

E) Qlikoproteindir və hüceyrə nüvəsində lokalizə olunurlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г. A.Г.Букринская «Вирусология»,М, 1983г.
805) Virusları ailələrə görə universal təsnif etmək üçün əhəmiyyət kəsb edən nədir?
A) Yoluxma yolları və infeksiyanın klinik simptomları

B) Virusların müəyyən toxumalara tropizmi və orqanizmin müəyyən sistemlərinin zədələnməsi

C) Antigen xassələri

D) Həssas sahiblərin dairəsi

E) Nuklein turşusunun tipi, nukleokapsidin simmetriyasının tipi, kapsid üstü örtüyün olması və digər fundamental fiziki-kimyəvi xassələr
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
806) İnterferonlar hansıdır?
A) Lipoproteidlər

B) Qlikoproteidlər

C) Nukleoproteidlər

D) Fosfoproteidlər

E) Zülallar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
807) Təbii virus infeksiyası zaman ana südündə hansı spesifik immunoqlobulinlər aşkar olunur?
A) İg M, İg G

B) İg A, İg E

C) İg E, İg D

D) İg G, İg A

E) İg D, İg M
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
808) Virusun yapışdırıcı zülalları hansılardır?
A) Virusun özəyində yerləşən zülallar

B) Virus genomu ilə bağlı olan zülallar

C) Virionun səthində olan bütün qlikoproteinlərdir

D) Virionun səthində olan bütün zülallar

E) Virionun səthində olan zülallardan biri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
809) Virus genomunun transkripsiya prosesinə nə xasdır?
A) Yalnız DNT tərkibli viruslar üçün xarakterik olan transkripsiya

B) Genomun virus RNT-nin əmələ gəlməsinə gətirib çıxaran transkripsiya

C) Yoluxmuş hüceyrələrin membranında baş verən transkripsiya

D) Virionun tərkibində baş verən transkripsiya

E) Məlumat RNT-nin əmələ gəlməsinə səbəb olan transkripsiya
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
810) Virus genomunun replikasiyası prosesi nədən ibarətdir?
A) Virionun tərkibində baş verir

B) Yoluxmuş hüceyrələrin membranında baş verir

C) Məlumat RNT-nin əmələ gəlməsinə səbəb olur

D) Qız genomların əmələ gəlməsinə səbəb olur

E) İkiqat zəncirli DNT və ya RNT-nin bir zərrəciyində baş verir.
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
811) Translyasiya prosesində yoluxmuş hüceyrələrdə zülalların sintezi zamanı hansılar iştirak edir ?
A) Virus DNT-si

B) Hər hansı bir sapdan ibarət RNT

C) Virus RNT-si

D) Virusun məlumat RNT-si

E) Hüceyrənin məlumat RNT-si
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
812) Virusların təbiətindən məlumat verən hansı göstərici düz deyil?
A) Zülal sintez edən aparatın olmaması

B) Dizyuktiv yolla çoxalma

C) Kiçik ölçülər

D) Bir neçə nuklein turşusunun olması

E) Yalnız bir tip nuklein turşusunun olması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
813) Virusoloji tədqiqatlarda hüceyrələrin kultivasiyası hansı şəraitdə həyata keçirilmir?
A) Suspenziyada

B) Birqatlı stasionar kulturalarda

C) Mikrodaşiyıcıların qranularında

D) Rollerlərdə

E) Kapillyarlarda
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
814) Virusoloji tədqiqatlarda hüceyrələrin bərk fazaya yapışmasına nə təsir etmir?
A) Mühitin pH-i

B) Kultural mühitdə zərdab zülallarının olması

C) Hüceyrələrin yaşama qabiliyyəti və bərk fazaların (şüşə, plastik) keyfiyyəti

D) İnkubasiya hərarəti

E) Kultural mühitdə 2 valentli kationların (Ca2+, Mg2+) olması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
815) Virusoloji tədqiqatlarda kultural mühitə əlavə edilən heyvan qanının zərdabın əhəmiyyəti nədədir?
A) Mikroorqanizmlərin böyüməsini stimulyasiya edən faktorlara malikdir

B) Virusların həssas hüceyrələrə yapışmasına kömək edir

C) Hüceyrənin həyat fəaliyyəti üçün zəruri olan hormonlar və vitaminlər vardir.

D) Hüceyrənin həyat fəaliyyəti üçün zəruri olan mineral maddələr vardir.

E) Hüceyrələrin yapışmasını təmin edir və onların bölünməsini stimullaşdırır
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
816) Virusoloji tədqiqatlarda istifadə olunan hüceyrə kulturaları hansılarla kontaminasiya edilir?
A) Bəsitlərlə

B) Maya göbələkləri ilə

C) Bakteriyalarla, latent viruslarla

D) Parazitlərlə

E) Heç biri ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
817) Virus infeksiyaları zamanı interferonun təyini nəyə əsaslanır?
A) Növ spesifikliyi ilə xarakterizə olunur

B) Şişə qarşı aktivliyə malikdir

C) Virusa qarşı aktivliyə, immunstimullaşdırmaya malikdir

D) Heç bir xüsusiyyətlərə əsaslanmır

E) İnterferonogenlərin təsiri ilə toplanır
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
818) Hansı fermentlər virusspesifik təbiətə malik ola bilər?
A) Transkriptaza və lipaza

B) Yalnız proteaza

C) DNT və RNT polimerazalar, proteaza, neyraminidaza, trakskriptaza

D) Yalnız neyraminidaza

E) Ureaza
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
819) Virusların hüceyrələrdə çoxalması zamanı sitopatogen effekt hansı proseslə yarana bilər?
A) İnterferonun induksiyası

B) Spesifik sitokinlərin yaranması

C) Heç bir proseslə

D) Hüceyrə RNT və zülallarının sintezinin dayandırılması və hüceyrə resurslarının azalması

E) Virusa qarşı anticisimlərin əmələ gəlməsi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
820) Mənfi-saplı fraqmentli halqa şəkilli RNT, nukleokapsidin spesifik tipli simmetriyası və lipidlərin olması hansı viruslar üçün xarakterik deyil?
A) Arboviruslara

B) Parvoviruslara

C) Paramiksoviruslara

D) Reoviruslara

E) Bunyaviruslara
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
821) Müsbət saplı xətti fraqmentli olmayan RNT, spiral simmetriyalı nukleokapsid və lipoprotein örtüyün olmaması hansı viruslar üçün xarakterikdir?
A) Arboviruslara

B) Ortomiksoviruslara

C) Pikornasviruslara və kalisiviruslara

D) Flaviviruslara

E) Adenoviruslara
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
822) İmmunoferment analizi zamanı test sistemlərinin qurulması üçün tətbiq olunan virus anticisimləri hansı tələblərə cavab verməməlidir?
A) Optimal qatılıq

B) Təmizləmə (tərkibində qeyri-virus təbiətli antigenlər olmamalıdır)

C) Nativlik

D) İnaktivləşmə

E) İnfeksionluq
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
823) İmmumoferment analizi zamaı test sistemin qurulmasında virus antigenlərinin hansı mənbələri istifadə olunmur?
A) Viruslayoluxmuş hüceyrələrin lizatı

B) Qen mühəndisliyi metodları ilə alınmış virus zülalları

C) Nuklein turşuları

D) Kimyəvi sintez yolu ilə alınmış virus antigenləri

E) Təmizlənmiş virus hissəcikləri, virusların struktur zülalları
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
824) İmmunoferment analizi hansı məqsədlər üçün istifadə olunmur?
A) Virusun təmizləməsi üçün (tərkibində qeyri-virus təbiətli antigenlər olmamalıdır)

B) Virus antigeninin klinik materiallarında keçirilmiş infeksiyanın təyini üçün

C) İnfeksiyanın kəskin fazasında xəstələrin qan zərdabında virusa qarşı anticisimlərin təyini

D) Virusların həssas bioloji sistemlərdə çoxalmasından sonra identifikasiyası üçün

E) Yekun anticisimlərin cüt zərdablarda titrinin artmasının təyini üçün
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
825) İmmunoferment analizi zamanı ferment nə ilə konyuqasiya ola bilər?
A) Struktur zülallarla

B) Anticisimlərlə,antigenlə

C) Heç biri ilə

D) Xromogenlə

E) Nuklein turşusu ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
826) Klinik materialın elektron mikroskopu ilə müayinəsi hansı tədqiqə aiddir?
A) Virus infeksiyalarının diaqnostikasının seroloji üsullarına

B) Virus infeksiyalarının diaqnostikasının sürətli üsullarına

C) Virus infeksiyalarının diaqnostikasının gen üsullarına

D) Virus infeksiyalarının diaqnostikasının immunoloji üsullarına

E) Virus infeksiyalarının diaqnostikasının retrospektiv üsullarına
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
827) Virus infeksiyalarının elektron mikroskopik diaqnostikası üçün hansı material öyrənilə bilməz?
A) Vezikulaların möhtəviyyatı

B) Biopsiya materialı

C) Sidik və nəcis

D) Burun udlaq yuyuntuları

E) Proteolitik ferment və detergentlərlə işlənmiş toxuma kəsikləri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
828) İmmun elektron mikroskopiya (İEM) metodu hansı xüsusiyyətlərlə xarakterizə olunmur?
A) Virusların serotipləşməsinin aparılmasına imkan verir

B) Reaksiyada qızılı stafilokokkun A zülallından istifadə olunur

C) Elekrton mikroskopunda antigen-anticisim kompleksi üzə çıxarılır

D) Virus antegenlərinin nümunədə homoloji anticisimlərlə qarşılıqlı əlaqəsi istifadə olunur

E) İEM metodu elektron mikroskopiya metoduna nisbətən daha həssasdır
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
829) Virus infeksiyalarının immunofluoresensiya üsulu ilə diaqnostikası üçün hansı klinik material öyrənilmir?
A) Burun-udlaq ifrazatı

B) Vezikulların tərkibi

C) Sidik

D) Nəcis


E) Toxuma kəsikləri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
830) İmmunoflüorssensiya hansı məqsədlə istifadə oluna bilməz?
A) Zərdablarda M sinfinə aid virusa qarşı anticisimlərin təyini üçün

B) Xəstələrin qan zərdabında virusa qarşı anticisimlərin aşkar edilməsi üçün

C) Klinik materialda virus antigeninin təyini üçün

D) Virusların həssas bioloji sistemlərdə çoxalmasından sonra identifikasiyası üçün

E) Virusların optimal qatılığının təyini üçün
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
831) İmmunoflüorssensiyanın düz üsulunda nişanlı flüoroxromlarla hansı komponentlər istifadə olunur?
A) Qatı fazada fiksasiya olunmuş antinöv anticisimlər

B) Tədqiq olunan antigenlərinə qarşı anticisimlər

C) Qızılı stafilokokkların A zülalı

D) Xromogen

E) Antinöv anticisimlər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.
832) İmmunoflüoressensiyanın düz üsulunda nişanlı flüoroxromlarla hansı komponentlər istifadə olunur?
A) Tədqiq olunan antigenlərə qarşı anticisimlər

B) Qatı fazada fiksasiya olunmuş antinöv anticisimlər

C) Qızılı stafilokokkların A zülalı

D) Antinöv anticisimlər

E) Xromogen
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология»,М, 2001г.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə