Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə21/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

vətənsiz çox yaşamaq olmaz. Bu da axırı!..
Düzdür, Fərman Bakıdan bizə torpaq sahəsi aldı.
Amma axırda Şahların sadəlövhlüyündən, inamından
istifadə  edib,  xəlvəti  olaraq  aldığı  qiymətdən  baha
satıb  bütün  pulların  axırına  çıxdı...  Yaxşı  adamdı
Şahlar, amma dostunu, düşmənini tanıyan deyil...
-Fərman satdığı torpağın pulundan, yəni sizə bir
qəpik  də  vermədi?  –  Eşitdiklərimdən  əməlli-başlı
təsirlənmişdim.
-Nəinki  bir  qəpik  vermədi,  hətta,  aradan  çox
keçməmiş  gecənin  birində  bura  qayıdıb  Şahların
böyük gəlir gətirən taxta sexinə, avadanlığına, otuz
beş min dollarlıq traktoruna, yük maşınlarına od vurdu
hamısını yandırıb aradan çıxdı.
-Nədən, hardan bilirsiniz ki, bu yanğını Fərman
törədib? – Get-gedə artan marağımı gizlədə bilməyib
soruşdum.
-Yanğından  bir  ay  əvvəl  Şahlara  deyibmiş  ki,
qazancının  yarısını,  hər  ayın  sonunda  mənimlə
bölməlisən. Guya, o Şahları reketlərdən, quldurlardan
mühafizə edirmiş. Şahlar sağolmuş da, - dedim, axı, -
ürəyinin təmizliyindən hamıya inanır, hər kəsə aldanır.
Elə  bu  səbəbdən  də  neçə  il  idi,  hər  ay  qazancının
iyirmi faizini Fərmana verirdi. Onun növbəti iddiası
Şahları çox hirsləndirmişdi. Deyirdi,  sənə elədiklərim
gözündən gəlsin, Fərman, heç nədən hər ay sənə filan
qədər pul verirəm, indi oturub-durub məndən əlli faiz
tələb  edirsən,  ölsən  də  bir  qəpik  artıq  vermərəm!
İllərlə zülm çəkib bu boyda sexi açmışam ki, nədi,
nədi, yamacın bir qulduruna yem olum, hə? Hər gün
də əsəbləşirdi. Axır vaxtlar da deyirdi, Fərman onu
sexi  yandıracağıyla  hədələyib.  Çox  çəkmədi,  elə
dediyi kimi də eləyib aradan çıxdı, ilim-ilim itdi, yara-
Milena
85


maz  köpəyoğlu!  Düzdü,  türmədə  olmasına  baxma-
yaraq,  Şahların  gəliri-qazancı  indi  də  bəd  deyil,
əvvəlcədən  qurub-yaratdığı,  icarəyə  verdiyi  taxta
sexlərindən  gələn  gəlir  bizə  bəs  edir.  Amma  bu
hadisəyəcən Şahların qazancı sel kimi aşıb-daşırdı...
Bir yaxşı xasiyyəti də var Şahların, hamıya, hər kəsə
əl  tutandı.  Nə  bilim,  bəlkə  də  bu  səbəbdən  işləri
sarımadı. Görünür, bir az daşürəkli olmaq lazımdı!..
-Ömürlük buralarda qalmaq fikriniz var? – Dilarə
xanımı kədərdən uzaqlaşdırmaq istədim.
-Bilmək  olmaz.  Neyləsən  də,  necə  yaşasan  da
vətən, vətəndi. İntəhası, adam gərək belini dikəldə ki,
vətəndə də dik gəzə bilə. Nə varsa, yenə də azdan-çox-
dan buralarda var, amma gərək zəhmətdən, çətinlikdən
qorxmayasan. Allah verib, bu boyda meşənin nə ucu
var,  nə  bucağı;  nə  qədər  istəyirsən  qır-çat,  qazan.
Dövlət  özü  icazə  verir.  Qırmaqla  qurtaran  deyil.
Amma bir iş var ki, burda sezon ancaq qışda başlayır.
Meşələrdə bataqlıqlar çox olduğundan, - Şahlargilin
dediyinə görə, - qış aylarında bataqlıqlar donur, qalın
buz  qatıyla  örtülür,  yalnız  bu  zaman  traktor  və
maşınlar meşədə rahat hərəkət eləyə bilir. Doğradıqları
ağaçları, qır-qırıntıları, kötükləri də, öz əlləri ilə yox,
özüyığan  traktorların  köməyilə  yığırlar.  Allah
Fərmanın evini yıxsın, onun yandırıb kül elədiyi də,
bax, həmin traktorlardan idi.
Yazıq Şahlar o sexi düzəldib başa gətirənəcən nə
zülümlər çəkmişdi, bunu bir Allah bilir. Allahın yetimi
kirpiyi ilə od götürmüşdü, od! Həmin sex Şahların ən
böyük, ən gəlirli sexi idi! - Dilarə xanım  yana-yana
danışıb,  ağlamsındı.  Sonra  özünü  ələ  alıb,  göz
yaşlarını sildi:  - Siz allah bağışlayın, kefinizə soğan
doğradım!
Zəka Vilayətoğlu
86


-Allah eləməsin, bacım! – dedim. – Adam dərdini
danışanda yüngülləşir.
-Bu günə şükür!..  – Ev sahibəsinin sifəti duruldu.
- Şahlara dedim, ay Şahlar, yadındadır on il qabaq əhd
eləmişdik?!.. Dedi, nə əhd?.. Dedim, oğlumuz İlqarın
kiçik toyunda ikimiz də əhd eləmişdik ki, İlqarın on
beş  yaşında  da,  qismət  olsa,  böyük  toyunda  da
oxumağa həmin müğənnini dəvət edərik! Dedi, hansı
müğənini? Sizin adınızı çəkdim, xatırladı. Amma kefi
yaxşı olmadığından ötəri yanaşdı. Birdən də soruşdu
ki, İlqarın on beş yaşı nə vaxt tamam olur? Dedim,
oktyabrın on beşində. Bir az fikrə gedib, sevinclə dedi,
çox yaxşı, həmin gün mən də azdlıqda olacam, qoy
sən deyən olsun!  Dedim, ay Şahlar, çox da ziyanda,
borc-xərcdəyik,  Allah  yetirər,  dəvət  edəcəyimiz
müğənni - az məsafə deyil, Bakıdan bura uzaq bir yol
gələcək, - hər nə qədər pul istəsə, çəkinmədən razılıq
ver,  -  onun  da  ailəsi,  uşağı  var,  qoy  bizdən  narazı
qalmasın!  O  da,  Allah  onu  bizə  çox  görməsin,
sözümdən  çıxmadı.  Amma  siz  də  çox  yaxşı
adammışsınız,  qardaş,  bizi  çox  çətinə  salmadınız.
Allah köməyiniz olsun, sözümüzü tutub, bu qar-bo-
randa o boyda yolu gəldiniz. Şahlar da dünyagörmüş
adamdı,  yanınızda  borclu,  xəcalətli  qalmaz,
inşaallah!..
-Yaxşı, Dilarə bacı, - söhbəti dəyişdim, - bəs necə
oldu  ki,  siz  Moskvaya,  Peterburqa,  lap  elə  Permin
özünə  yox, gəlib bu ucqar şəhərə çıxdınız? 
-Allah bütün ölənlərinizə rəhmət eləsin, - Dilarə
xanım doğrudan da yüngülləşmişdi, -  Şahların böyük
qardaşı vardı - Bəxtiyar. Hamımızdan əvvəl o, gəlib
çıxmışdı bura. Elə hey, - indi çağırmasın, - Şahları
yanına  çağırır,  deyirdi,  nə  var  ey,  Bakıda  nə  batıb
Milena
87


qalmısan, durma, gəl, burda qazanc, dolanışıq əladı!..
Bəxtiyar rəhmətlik Şahlardan da əliaçıq, ürəyiaçıq
adam  idi...  Şahların  o  kiçik  qardaşı  var  e,  bu  gün
sizinlə görüşməyə gəlmişdi, o, kənddə at oğrusu kimi
ad  çıxarmışdı.  Buna  görə  üç  il  türmədə  də  yatıb.
Şahlar adam elədi onu, çağırıb gətirdi yanına, əlini
çörəyə çatdırdı. İndi, maşallah, hər şeyi var, di gəl
qəpiyi çıxanda, - Allah eləməsin, - elə bil, canı çıxır.
Bir  adama  əl  tutmaz,  bir  adamın  hoyuna  yetməz.
Şahlar tutulanda o bircə qəpik də yardım etmədi bizə!
Amma Bəxtiyar rəhmətlik!.. - Qadının üzündə yazıq
bir təbəssüm cilvələndi. - Bəxtiyar rəhmətlik ayrı aləm
idi,  heç nədən güdaza getdi, bədbəxtin oğlu!
-Nədən  öldü?!  –  Söhbətin  yenidən  kədərli  şəkil
almasını istəməsəm də marağımı boğa bilmədim.
-Bir  rus  hərbçisi  –  polkovnik  idi  -  sərxoş  olub,
maşınını qəfildən Bəxtiyarın maşınının benzin bakına
çırpmışdı. Bəxtiyarın maşını o dəqiqə alışmış, qapıları
kilidlənmişdi. 
-Elə içəridəcə yandı, hə?! - Həyəcanla soruşdum.
-Yox, yanmamışdı, sağ-salamat idi. Qabaq şüşəni
sındırıb güclə bayıra çıxa bilmişdi. Sir-sifətində bir
yanıq yeri də yox idi. Amma həkim dedi ki, yanğın
vaxtı nəfəsini içəri çəkdiyindən alov qarnına dolub,
daxili  orqanlarını  tamam  yandırıb  sıradan  çıxarıb.
Gərək həmin anda nəfəs almayaymış... Bilirsiniz, -
qanınızı  da  qaraldıram,  belə  çıxmasın  ki,  sizi  bura
dərdimizi  danışmaq  üçün  çağırmışıq!..  Ölüm
ayağınızın  altında,  -  hə,  o  zaman  Bəxtiyar  Şahlara
necə dil töküb yalvarırdı, Allah, Allah!.. “Şahlar, sənə
qurban olum, noolar, qoyma ölüm!” - deyirdi. Getsin
o  gün,  gəlməsin,  çox  dəhşətli,  acınacaqlı  gün  idi...
Qardaşının yalvarışlarını üzülə-üzülə dinləyən yazıq
Zəka Vilayətoğlu
88


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə