Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə24/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

qadının  bara  gəlişi  də  Əşrəfi  izləmək,  güdməkdən
daha çox, onun qanını qaraltmaq, ona göz dağı ola
biləcək oyunlar çıxarmaq, dost-tanış yanında alçalt-
maq, zor-xoş Əşrəfi cinayətə sürükləmək idi. Amma,
deyəsən, Əşrəf ağıllı, soyuqqanlı, son dərəcə səbrli
adam idi. Ona görə də hər dəfə bu qadından qaçıb
qurtulmağa can atırdı.
Əşrəfin, meşə gəzintisindən qayıdandan sonra es-
sensiya içməsi xəbəri hamını sarsıtmışdı. Gəzinti vaxtı
da o mənə ailə taleyinin uğursuzluğundan söz açır, bu
səbəbdən də hər gün içdiyini deyirdi...
Xəstəxanaya çatıb Əşrəfin taleyi ilə maraqlananda
həkim onun kəfəni yırtdığını söylədi. Onu da dedi ki,
az-az qan qusmasına baxmayaraq, vəziyyəti qorxulu
deyil. Bu məni çox sevindirdi. Eyni zamanda elə bu
saat burdan qaçmaq, geri -Vətənə dönmək istəyirdim.
Qorxurdum  ki,  burda  bir  az  da  qalsam,  bundan  da
betər hadisələrin şahidi olaram...
***
Səhəri gün Bakıya yola düşmək üçün hazırlaşdım.
Meşəçilər şəhərindən Perməcən qatarla getməli idim.
Ona görə ki, təyyarə Bakıya sabah uçacaqdı. İndidən
Permə yola düşsəm, orda gecələmək məcburiyyətində
qalacaqdım. 
Perməcən  maşınla  getmək  istəsəm  də  Şahlar
yolların  indi  daha  çox  buzlamasından  ehtiyatlanıb
buna  razılıq  vermədi,  qatarla  getməyimi  məsləhət
gördü.
Qatarın tərpənməsinə çox az qalmışdı. Bunu nəzərə
alıb  təkid  etdim  ki,  Şahlargil  nahaq  əziyyət
çəkməsinlər, həm də gedib Əşrəfin yanında olsunlar.
Çox  üz  vurandan  sonra  razılaşdılar. Ayrılanda  hiss
Milena
97


etdim ki, Şahlar çox kövrəlib. Bir himə bənd idi ki,
ağlasın. Görünür, həyat onu çox sıxdığından daha da
kövrək olmuşdu. Şahların yaşarmış gözlərini görəndə
məni də qəhər boğdu. Gözlərimdə gilələnib, yanağım
boyu yuvarlanmaq istəyən bir cüt göz yaşımı güclə
saxlayıb, özümü ələ aldım...
Dəmiryol  vağzalında  tək  qalmışdım.  Tezliklə
qatara minməli idim. Həmin məqamda məlumat büro-
sundan  bildirdilər  ki,  müəyyən  səbəblər  üzündən
qatarın yola düşməsi yalnız bir saatdan sonra mümkün
olacaq.  Bu  məni  lap  dilxor  elədi.  Perronda  gəzişə-
gəzişə siqaret çıxarıb yandırdım (əslində, çəkən de -
yildim, amma hərdənbir bir qutu siqaret, bir dənə də
alışqan alıb cibimə atır, təklikdən-zaddan darıxanda
başımı qatırdım), təzəcə bir udum tüstü alıb neyləmək
haqda düşünürdüm ki,  kiminsə qolumdan yapışdığını
hiiss  edib  döndüm.  O  dəqiqə  də  məni  tünd,
xoşagəlməz spirt qoxusu vurdu. Ani baxışla bu adamı
tanıdım. O, əlini uzadıb mənimlə salamlaşdı.
Bu  adam  Şahların  qohumlarından  idi.  Amma
Şahlar  ondan  xoşlanmadığından  gəlmədiyindən
oğlunun xeyir işinə dəvət etməmişdi. O, yalnız xeyir
işin səhərisi, bu barədə kimdənsə eşidib bir rus qadınla
Şahlargilə gəlmişdi. Qadın,  Şahların dediyinə görə,
onun məşuqəsi idi. Bu adamla tanışlığımız da elə orda
- Şahlargildə olmuşdu. Yadımda qəribə, baməzə adam
kimi qalmışdı. Danışanda hər sözü iki, bəzən üç dəfə
təkrarlayır, istər-istəməz adamda gülüş doğururdu.
-Ey, Vasya, gəl gedək, - kənarda dayanmış bir rus
qadın  qaşqabaqlı    halda  Vasya  çağırdığı  Vasifi  -
Şahların qohumunu səslədi. Bu həmin eybəcər qadın
idi -Vasifin məşuqəsi. Vasifin ona məhəl qoymadığını
görəndə  qadın  əsəbləşib  dodaqlarının  altında  nəsə
Zəka Vilayətoğlu
98


mızıldandı.
-Əşi, rədd oool, rədd ol də! Görmürsəən, hörmətli
qonağımızla... qonağımızla rastlaşmışaaam?! - Vasif
yalnız mənim eşidə biləcəyim səslə qadına dedi, tez
də özünü ələ alıb, yaxınlaşdı, onun qılığına girdi:  -
Katya, bu adaaam, bu adam.. bilirsən kimdiiir?.. O,
bizim Şahlarııın, bizim Şahlarin,.. Bakıdan gəlmiiiş,
Bakıdan gəlmiş... qonağıdııı, qonağıdı. Səəən,.. sən...
incimə,  məəən,..  mən...  onunla  bir  az  söhbətləşib
gəlirəm. Yaxşı deyil, gərək məəən,.. mən,.. onuuu,..
onu,.. kafeyə aparıııb... aparıb... qonaqlıq verəəəm...
verəm...
Qadın Vasifə çəmkirdi, nəsə təhqiramiz söz dedi,
əlindən  tutub  hirslə  arxasınca  çəkdi.  Sahibinin,
boğazındakı  ipdən  zorla  dartıb  apardığı  tazı  kimi
dartına-dartına  acizanə  mənə  tərəf  boylanan  Vasif
aralıdan dedi:
-Qardaş,  sizin...  bəlkə  bir  yardımaaa,  yardıma...
ehtiyacınıız,.. ehtiyacınız vaaar?.. Siz allah məniii...
məni... bağışlayııın... bağışlayın!.. Görürsünüz, dəəə...
görürsünüz dəəə!  
Şahlar Vasif haqqında mənə çox danışmışdı. Bir
neçə il əvvəl Vasiflə onun böyük qardaşının da burda
-  Meşəçilər  şəhərində  yaşadıqlarını,  tüfeyli  həyat
sürdüklərini söyləmişdi. Bayaqkı qadın da əvvəllər
Vasifin  böyük  qardaşının  məşuqəsi  imiş.  Sonralar
böyük qardaş, guya, bir az ağıllanmış, bu qadını atıb
həmişəlik Bakıya - öz ailəsinin yanına qayıtmışdı. Əlli
beş yaşlı kiçik qardaş Vasif isə Bakıdakı ailəsini, oğul-
uşağını  bilmərrə  unudub  burda  qalmağa  üstünlük
vermiş,  qardaşından  qalan  həmin  qadınla  birgə
yaşamağa, onun birotaqlı mənzilində ömür sürməyə
başlamışdı. Elə o vaxtdan da həmin qadınla gəzib-
Milena
99


dolaşır, hər gün birgə içir, səfil həyat sürürdülər.
Qatarın  bir  saat  gecikəcəyi  xəbəri  ovqatımı
pozmuşdu. Ona görə də bileti geri qaytarıb yolların
buzuna, şaxtasına məhəl qoymadan Perməcən taksi ilə
getmək  qərarına  gəldim.  Vaxt  itirmədən  dəmiryol
vağzalından  uzaqlaşıb  xeyli  kənarda  dayanmış
taksilərdən  birinə  yaxınlaşdım.  Sürücüylə  danışıb-
razılaşandan sonra yola düşdük, düz iki saat yarıma
Permə çatdıq.
***
Permə  güclü  qar  yağmışdı.  Buna  görə  də
təyyarələrin    Bakıya  uçuşunun  təxirə  salındığını
dedilər.  Bu  da  məni  lap  dilxor  elədi.  Bir  qədər
düşkünləşdim.  İşlər,  istədiyim  kimi  getmədiyindən
qanım lap qaralmışdı. Son anda çıxış yolu tapdım:
qatarla  Moskvaya  getməyə,  ordakı  dostlarımla
görüşüb,  evdəkilər  üçün  ayın-oyun  alıb  ordan  da
Bakıya  uçmaq  qərarına  gəldim.  Hə,  yaxşısı  bu  idi.
Şahların 
Perm-Bakı 
təyyarəsinə 
mənimçün
əvvəlcədən  aldığı  bileti  də  geri  qaytarıb    dəmiryol
vağzalına yollandım. Vağzalda yalnız İrkutsk-Moskva
qatarına bilet olduğunu dedilər. O da gecə saat birdə
gəlib çıxacaqdı. Deməli, hələ səkkiz saat buralarda
boş-bekar gəzib-dolaşmalıydım. Məcbur olub həmin
qatara bilet aldım. 
Saat  birəcən  gözləməkdən  başqa  çarəm  yox  idi.
Vaxtı  “öldürmək”  üçün  vağzalyanı  dükan-
mağazalarda xeyli gəzişəndən sonra yenidən gözləmə
salonuna qayıdıb  küncdəki boş oturacaqlardan birində
əyləşib adamlara göz qoymağa başladım. Məndən sağ
tərəfdəki  oturacaqda  oturmuş  qarıyla  kəndliyə
oxşayan qoca “mujik” diqqətimi cəlb etdi. Qarının
gözlərinin altı göm-göy göyərmişdi. İlk baxışdan  içki
Zəka Vilayətoğlu
100


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə