Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə23/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

kişiylə birgə içəri girdi. O, mənim yad adama maraqla
baxdığımı  görüb,  nəsə  demək  istədisə  də  niyəsə
dinmədi,  məni  gələn  adamla  tanış  etmədən
gözlənilməz  qonağa  oturmaq  üçün  yer  göstərdi.
Qonaq  da  mənim  kimliyimin  fərqinə  varmadan,
salam-kəlamsız  göstərilən  yerdə  əyləşdi.  Hiss  olu -
nurdu  ki,  acından  lap  təntiyib.  O,  açıq  süfrənin
arxasında  əyləşən  kimi,  təklif-zad  gözləmədən,
süfrədəki  qızıl  balıqdan,  quzu  kababından  götürüb
birnəfəsə,  acgözlüklə  yeməyə  başladı.  Yeməyi  elə
yeyirdi ki, doldurduğu tikələr ağzına yerləşməyəndə
barmaqları ilə arxasından tıxırdı. Gözlənilməz qonaq
bir  qədər  yeyib  doyandan  sonra  yenə  də  təklifsiz,
icazəsiz-filansız süfrədəki yarımçıq araqdan  süzüb,
kimsəyə məhəl qoymadan, kimsənin üzünə baxmadan,
dalbadal bir neçə badəni tələm-tələsik başına çəkdi.
Sonra ən yaxşı tikələri də ötürüb donuq baxışlarımız
altında üzünü Şahlara tutdu:
-Yuxusuzluqdan ölürəm, mənə bir yer ver, bir az
yatım,  dincəlim!..    Xarabadan  bu  gün  buraxdılar
məni!.. Sabah, hara gəldi rədd olub, gedəcəm!..
Şahlar  gözlənilməz  və  çağrılmamış  “qonağı”
götürüb  yan  otağa  apardı,  qayıdıb  gələndən  sonra
bayaq demək istədiyi “nə isə”ni çox astadan dedi:
-Allah  uzaq  eləsin,  heç  kimin  balasının  başına
gətirməsin!.. Bədbəxtin oğlu, gör bir, nə kökə düşüb?
-Kimdi bu adam? – Bayaqdan məni boğan marağı,
nəhayət ki, üzə vurdum.
-Bir dostum vardı-Fərman!.. Bilmirəm, indi hansı
cəhənnəmdədi!.. Ona eləmədiyim yaxşılıqlar qalmadı,
gözündən gəlsin, itirdi əməyimi!.. Bu bədbəxt də onun
oğludu. Narkomandı. Nəşə üstündə tutub səkkiz il iş
verdilər. Həbsə düşməzdən  əvvəl cavan, gül kimi bir
Milena
93


uşaq  idi.  Görürsünüz,  indi  nə  kökə  düşüb?!..
Deməzsən  ki,  otuz  yaşı  var,  elə  bil,  əlli  yaşında
kişidi!..
-Otuz yaşında?!-Təəccüblə soruşdum.
-Hə. Otuz yaşında. İnandırıcı deyil, hə? - Şahlar
soruşdu.
-Ona,  siz  demiş,  ən  azı,  əlli  yaş  vemək  olar,  -
dedim.
-Bu uşaq həbs olunandan sonra Fərman bir dəfə də
olsun, onunla maraqlanmadı, elə bil, heç bu adda, bu
nişanda övladı yoxmuş zalım oğlunun!.. İndi də bu
bədbəxt çıxıb türmədən, çıxan kimi də mənə pənah
gətirib.  O  vaxt  bilirdi  ki,  atasıyla  möhkəm  dostuq.
Gördüyünüz bu evdə, bu süfrədə atası Fərmanla birgə
bu uşaq, halal xoşları olsun, o qədər yemək yeyib ki!..
İndi  də  elə  bilir  ki,  Fərmanla  köhnə  dostluğumuz
davam edir. Ona görə də türmədən çıxan kimi, mənim
üstümə gəlib, qapımı açıb. Axı, yazıq hardan bilsin ki,
atası mənim başıma nə oyunlar açıb?
-Elə  bir  adamın  oğlunu  bəs  niyə  buraxırsınız
evinizə?!. – Əməlli-başlı təəccüblənmişdim. - Hələ,
üstəlik narkomandı, məhkumdu!..
-Neynim,  mənə  pənah  gətirən,  kimsəsizi,
köməksizi qovum qapıdan?! Özü də elə birisini ki,
atasıyla  uzun  illər  çörək  kəsmişik...  Cibinə  beş-on
manat pul qoyub, Allah qoysa, sabah yola salacam,
hara istəyir, çıxıb getsin!..
-Çox səbrli adamsınız,  – dedim, - ilanın balası, ilan
olar… 
-Allahı bilsin, özü bilsin!.. Məsəl var ey, deyirlər,
balığı  at  dəryaya...  Qurban  olduğum  Məhəmməd
peyğəmbərimizə  birisi  sual  verir:  “Ey  Peyğəmbər,
qonşun həmişə sənə pislik edir, sənsə cavabında ona
Zəka Vilayətoğlu
94


həmişə yaxşılıq edirsən, bu sirri, bu hikməti bir bizə
də başa salsana.” Cavabında Peyğəmbərimiz deyir ki,
əgər qonşum öz pisliyindən əl çəkmirsə, mən niyə öz
yaxşılığımdan əl çəkim?..
-Hiss  olunur  ki,  bu  adamda  insanlıqdan  zərrəcə
əlamət  qalmayıb,  -  fikrimi  gizlətmədim.  -  Belə
birisindən, hər nə desən, gözləmək olar.
-Fikir verməyin, sabah, onsuz da daşı atılacaq, rədd
olub, gedəcək, - Şahlar ürəyiyumşaqlıqla dedi.
Səhəri  gün  hamı  yuxudan  oyananda  Fərmanın
narkoman oğlundan əsər-əlamət yox idi. Şahlarla bir
otaqda  yatan  o  gözlənilməz,  arzuolunmaz  “qonaq”
gecə qalxıb Şahların şalvarının cibindən, içində beş
min  rubl  və  iki  yüz  dollar  pul  olan  portmanatını
oğurlayıb aradan çıxmışdı...
***
Bakıya  qayıtmağıma    artıq  bir  gün  qalırdı.  Baş
verən xoşagəlməz hadisələrə məhəl qoymadan Şahlar
bütün vaxtını həvəslə mənə ayırırdı ki, darıxmayım.
Meşəçilər şəhərində başa çatmaqda olan bu son günü
qalın qarla örtülmüş sıx meşələrə gəzintiyə çıxmaqla
başa  vurduq.  Bu  gəzinti  ürəyimcə  oldu;  soyuğa,
sazağa məhəl qoymadan, istədiyimiz kimi evə istirahət
edib,  axşama  yaxın  qayıtdıq.  Kifayət  qədər  yeyib-
içməyimizə  baxmayaraq,  Şahların  bacanağı  Mais
məni  evinə  qonaq  apardı.  Təzəcə  süfrə  arxasında
əyləşmişdik ki, ev telefonu zəng çaldı, dəstəyi qaldıran
qadının  -  Maisin  arvadının  üzündə  qorxunc    ifadə
göründü. Hiss etdim ki, ona nəsə xoşagəlməz  xəbər
çatdırıblar.  Qadın  dəstəyi  yerinə  qoyan  kimi,  ərini
xəlvətə çəkib ona nəsə dedi. Mais də Şahları yanına
çağırıb  onunla  nə  haqdasa  astadan  danışdı.
Milena
95


Xoşagəlməz  bir  hadisə  baş  verdiyini  duyub
kefsizlədim.  Şahlarla  Mais  yenidən  süfrə  arxasına
qayıdanda nə baş verdiyini bilmək istəsəm də, mənə
heç  nə  demədilər,  candərdi  gülümsəyib  yeməyə
başlamamı xahiş etdilər.
Çox  böyük  zəhmət  çəkib,  süfrəyə  min  cür  naz-
nemət düzsələr də süfrəyə əl uzadacaq halda deyildim.
Mənim nigaranlığımı, bu əhvalla, bir tikə də olsun,
çörək kəsməyəcəyimi duyan Mais kədərlə dedi:
-Əşrəf esensiya içib!
-Esensiya içib?! - Heyrətlə soruşdum.
-Bəli! – Mais başını tərpətdi
-Səbəbi  nədi?  –  Gəldiyim  gün  Əşrəfin  mənə
danışdıqları barədə fikirləşə-fikirləşə soruşdum.
-Səbəbini özündən savayı hələlik kimsə bilmir! –
Şahlar dilxor halda dilləndi.
-Sağdımı?! – Kefim əməlli-başlı pozulmuşdu.
-Hə. Amma vəziyyəti çox ağırdı. Xəstəxanaya zorla
çatdırıblar! - Şahlar dedi.
-Bəs nəyi gözləyirik? – Ayağa qalxdım. - Bu boyda
hadisədən sonra necə yeyib-içmək olar? Qalxın, gedək
xəstəxanaya.
-Siz narahat olmayın, biz özümüz,.. – Mais xəcalət
çəkə-çəkə dilləndi. 
Bir anlığa araya ağır sükut çökdü. Hamımızın gözü
bir nöqtəyə zillənib qalmışdı. Mən Əşrəf haqqında
düşünürdüm.  Gözlərimin  qabağında  həmin  qadın  -
barda  gördüyüm  qadın  canlandı.  Geyimindən,
oturuşundan-duruşundan    başını  sağ-salamat  gora
aparacaq bəndə olmadığı bəlliydi. Əşrəfin yaxınlarının
dedikləri  də  bunu  təsdiqləyirdi,  o  qadından  lap
vaxtında ayrıldığı, yenidən halal-hümmət bir  yerli
qızla  evləndiyinə  görə  hamı  Əşrəfi  alqışlayırdı.  O
Zəka Vilayətoğlu
96


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə