Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   2   3   4   5   6   7   8   9   ...   37

–  Xocamız  vəfat  etməmişdən  əvvəl 
sonuncu  dəfə  sizin  oturduğunuz  bu 
yerdə  oturardı.  O  yerdə  oturmaq,  o 
məqamı yaşamaq çox böyük cavabdeh-
lik  tələb  edir.  Bu  cavabdehliyi  hiss 
edərək hansı duyğular içərisindəsiniz?
–  Əvvəla,  sizə  təşəkkür  edirəm.  Hər 
şeydən  əvvəl  Rəbbim  Xocamıza  rəhmət 
eləsin.  Məqamı  Cənnət,  məqamı  ali 
olsun, qonşusu Peyğəmbərimiz (s) olsun. 
Allah bizi Xocamızın göstərdiyi hədəflər-
dən  də  sapdırmasın.  Xocamızın  yerini 
doldurmaq, şübhəsiz ki, imkansız deyi-
ləcək qədər çətindir. Bunu başa düşürük. 
Lakin  həyat  davam  edir.  Buna  görə  də 
onun həyata keçirdiyi və keçirə bilmədiyi 
əməllər  və  məqsədləri  zəifləməsin  deyə 
onu  dəfn  edən  kimi  qəbrinin  üstündən 
ayrılmadan  onun  vəkili  olaraq  sədarət 
divanını  dərhal  toplantıya  çağırdım. 
Toplanan  sədarət  divanında  Ali  Şura-
mızın  və Ali  İdarə  Orqanımızın  toplan-
ması qərara alındı. 50-dən artıq qardaşı-
mız  fikirlərini  bildirdi  və  məsləhətləş-
mələrin  nəticəsində  ittifaqla  əmanət 
mənə təhvil verildi. Əmanət olaraq mənə 
verilən  bu  vəzifənin  çətin,  lakin  çətin 
olduğu  qədər  də  müqəddəs  bir  iş 
olduğunu  bilirəm.  Həmişə  deyirəm  ki, 
mərhum  Nəcib  Fazil  sanki  bu  günləri 
öncədən görərək belə demişdir: “Ey vay, 
vay Sakaryam, Sənin üzərinəmi düşdü 
bu  yük?  Bu  dava  önəmsiz,  bu  dava 
yetim, bu dava böyük”. Əlbəttə ki, bunu 
başa  düşürəm  və  riyakarlıqdan  Allaha 
sığınıram.  Lakin  inanın  ki,  gecəyarısı 
həyəcan  içində  yuxudan  oyandığım 
vaxtlar olur. Öhdəmə götürdüyüm vəzi-
fənin ağırlığı gecələr belə məni yuxudan 
edir.
Rəbbim  bizi  heç  zaman  xəcalətli 
eləməsin,  ayaqlarımızı  haqq  yoldan 
sürüşdürməsin!  Allah  vədinə  xilaf  çıx-
maz!  Əgər  Onun  yolundan  sapmasaq, 
Allah  Öz  yardımını  və  lütfünü  ehsan 
edəcəkdir. 
–  Xocamız  siyasətə  necə  baxırdı? 
Siyasət onun üçün hansı mənanı ifadə 
edirdi?  Hansı  məqsədlə  siyasətlə  məş-
ğul olurdu? Onun üçün siyasət nə idi? 
– Xocamıza görə siyasət bir ibadətdir. 
İbadətlərin  cihad  hissəsinə  daxildir. 
Mənə  görə  bu  yaxınlaşma  son  dərəcə 
doğru  bir  yaxınlaşmadır.  Xocamızın 
“ATA YURDU
“SƏADƏT” PARTİYASIDIR”
“Səadət” Partiyasının sədri
Prof. Dr. Mustafa Kamalak
ilə müsahibə  
MİLLİ  GÖRÜŞ
19
Ərbakan Xoca xüsusi buraxılış


siyasətə  baxışı  nöqtəsində  seçkilərdə 
qutuya  atılan  hər  bir  səs  mənim 
qənaətimə  görə  də  cəbhədə  düşmənə 
atılan  hər  bir  güllədən  daha  müqəd-
dəsdir,  daha  təsirlidir,  çünki  nəticədə 
cəbhədəki mübarizənin yekununu ma-
saya  oturan  şəxslər  müəyyənləşdirir. 
Sülh masasına kimlərin oturacağını isə 
qutuya  atılan  səslər  təyin  edir.  Yəni 
döyüşün  sonunu  qutuya  atılan  səslər 
müəyyənləşdirir. Buna görə də deyirəm 
ki,  Allah  rizası  üçün  seçki  qutusuna 
atılan  hər  bir  səs  cəbhədə  düşmənə 
atılan hər bir güllədən daha təsirlidir.
– “Yaşana bilən bir Türkiyə”, “Yeni-
dən  böyük  Türkiyə”  və  “Yeni  bir 
Dünya” ideyaları deyə bilərikmi Xoca-
mızın  vəfatı  ilə  yarımçıq  qaldı,  yaxud 
da yarımçıq qalacaq?
– Əsla, əsla, yox. Xocamızın qarşımıza 
qoyduğu hədəflərin son nöqtəsi ədalətli 
quruluşdur.  Yeni  bir  dünya  nizamı,  bu 
yeni  dünya  nizamı  da  ədalət  üzərində 
qurulması lazım olan bir nizamdır. Lakin 
o nizama keçə bilmək üçün yaşana bilən 
bir  Türkiyəni  yaratmalıyıq,  yenidən 
böyük Türkiyəni qurmalıyıq. Bunu kim 
quracaq?  Şübhəsiz  ki,  Milli  Görüşçülər 
quracaqdır.  Milli  Görüş  nədir?  Bu,  mil-
lətin  ruhunu  təmsil  edən,  əslini  və 
kökünü  ifadə edən sistemin adıdır.  Uca 
millətimizin  özüdür.  Buna  görə  də 
məğrur  millətimiz  var  olduqca  Milli 
Görüş də var olacaqdır.
– Ölkənin mövcud vəziyyətinin foto-
şəklini  çəkməyinizi  istəsək,  bu  foto-
şəklin  içinə  nələr  daxil  olar?  Ümu-
miyyətlə, ölkənin problemləri nədir və 
ən əsas problemi hansıdır?
– Xocamız vəfatından qısa bir müddət 
əvvəl  ölkənin  fotoşəklini  masamızın 
üzərinə  qoymuşdu.  Nə  idi  o?  Torpaq 
ayağımızın  altından  sürüşür.  Mənim 
fikrimcə,  bu  söz  Türkiyənin  fotoşəklini 
çox  dəqiq,  düzgün  və  açıq  bir  şəkildə 
ortaya  qoyur.  Hal-hazırda  Türkiyənin 
çevrəsi  çökdürülür.  Türkiyə  tənhalığa 
doğru  itələnir.  İndi  Misirin,  Tunisin, 
Liviyanın  və  İrakın  yaşadığı  kədərli 
hadisələr  Allah  eləməsin  Türkiyə  üçün 
çox  da  uzaq  deyil.  Türkiyə  bunlara 
20
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


tədbirlə və ehtiyatla yanaşmağa məcbur-
dur. Xocamız bunu hələ 40 il əvvəl xəbər 
vermişdi.  Bu  günləri  görərək  İslam 
Təhlükəsizlik Təşkilatını quraq, – deyir-
di. Ən önəmli problemimiz isə işsizlik və 
separatçılıqdır.  Bunun  çıxış  yolu  isə 
istehsala dayanan iqtisadiyyata keçmək-
dir.  Hal-hazırda  istehlaka  dayanan  iqti-
sadiyyat  vardır.  Hər  şeyimiz  idxal  olu-
nur. Bu səbəblə 40 ildir yerli sənaye, milli 
sənaye, ağır sənaye, – deyə fəryad edirik. 
Öz  təyyarəmizi,  öz  tankımızı  özümüz 
istehsal  edək,  quraşdırmaya  deyil, 
istehsala  dayanan  iqtisadiyyat  quraq 
deyə millətimizə daim xəbərdarlıq etdik. 
Separatçılıqla  əlaqədar  olaraq  bu  ölkə 
tam  olaraq  6  əsr  Osmanlıda  qardaşlıq 
duyğusu  içində  yaşamışdır.  Amma  çox 
təəssüflər  olsun  ki,  o  duyğunu  rəsmi 
ideologiya  bərtərəf  etməyə  çalışmışdır. 
İslamın  yerinə  laikliyi  (dünyəviliyi) 
təlqin  etməyə  səy  göstərmişdir.  Ümu-
miyyətlə,  yanlış  bir  laiklik  anlayışı 
Türkiyəni  bölünmə  nöqtəsinə  gətir-
mişdir. Milli Görüş bu qardaşlıq ruhunu 
yenidən canlandıraraq o problemi də həll 
edəcəkdir.
–  “Səadət”  Partiyasının  parlament-
dəki  əskikliyi  nəyin  itməsinə  səbəb 
oldu,  bəs  orada  olması  nə  qazandı-
racaq?
–  “Səadət”  Partiyası  məhək  daşıdır. 
Milli  Görüş  bu  ölkənin  məhək  daşıdır. 
Hal-hazırda digər partiyalar da “Səadət” 
Partiyasına  baxaraq  vəziyyətlərini 
müəyyənləşdirirlər.  Məclisdə  olarsa, 
şübhəsiz  ki,  bu  vəziyyət  müəyyənləş-
dirmə  daha  bariz  şəkildə  ortaya  çıxa-
caqdır.  Milli  Görüş  Milli  Məclisdə 
olsaydı,  İrakda  2  milyona  yaxın  qarda-
şımız şəhid edilməzdi. İrak yerlə-yeksan 
edilməzdi,  xarabalığa  çevrilməzdi.  Ora-
dakı müsəlmanlar lümlüt soyundurulub 
bir-birinin üstünə yığılmazdı, qızlarımız 
və  bacılarımız  təcavüzlərə  məruz  qal-
mazdı,  çünki  Milli  Görüş  bu  barədə 
özünü  sipər  edərdi.  Türkiyəni  ayağa 
qaldırardı.  Milli  Görüş  Məclisi  ayağa 
qaldırardı. 
–  İttifaq  məsələsi  barəsində  səhnə-
arxasında danışılanlar var. Səadət seçki-
yə tək, yoxsa ittifaqla gedəcək?
– Görüşmələr davam edir. Böyük bir 
inamla  deyə  bilərəm  ki,  yaxın  günlərdə 
bu  məsələlər  qəti  şəkildə  dəqiq  həllini 
tapacaq. Biz bu barədə belə düşünürük; 
Xocamızın ifadəsi ilə desək, hamımız bu 
millətin övladlarıyıq. Deməli, 75 milyon 
qardaşımız  bir-birinin  qardaşıdır.  Siyasi 
partiyalar da bu qardaşlarımızın qurdu-
ğu təşkilatlardır. Qardaşın qardaşa düş-
mən  olması  qəbul  etmədiyimiz  bir 
məsələ  olduğu  kimi  bu  qardaşlarımızın 
qurduğu  təşkilatlar  da  düşmən  təşki-
MİLLİ  GÖRÜŞ
21
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə