Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   2   3   4   5   6   7   8   9   10   ...   37

latlar  deyildir.  Düşünürük  ki,  bir  araya 
gəlsək və birgə əməkdaşlıq etsək, bu ölkə 
üçün daha faydalı olar. Lakin biz mütə-
madi  olaraq  təşkilatlarımıza  bu  mesajı 
veririk: Başqasının köməyinə, himmətinə 
(cəhdinə), yardımına, dəstəyinə möhtac-
sansa, zəfərdən ümidini kəs. Bu mənada 
deyirik ki, bəli, birlik və ittifaq olarsa, çox 
əla, lakin ittifaqsız da təkbaşına seçkilərə 
hazır olmalıyıq. 
– Bəs “Səadət” Partiyası iqtidara gə-
lərsə, nə olacaq?
–  Hər  şeydən  əvvəl  milləti  tarixi  ilə 
yenidən  qovuşduracaqdır.  Baxın,  məsə-
lən Çanaqqalada ingilisin, fransızın qəbir 
daşlarını  oxuya  bilirik,  lakin  üstündən 
bir əsr keçməməsinə baxmayaraq, şəhid-
lərimizin qəbir daşlarını oxuya bilmirik. 
Bu,  məqbul  bir  vəziyyət  deyildir.  Buna 
görə də deyirik ki, təhsilin hər pilləsində 
osmanlı  dili  fakültativ  dərs  olacaqdır. 
İcbari  təhsil  sisteminin  həm  quruluşu, 
həm  də  tərkibi  dəyişdiriləcəkdir.  Quru-
luşu  4+4+3  şəklində  qəbul  ediləcəkdir. 
Tərkib  olaraq  təhsil  sisteminin  təməli 
əvvəl əxlaq və mənəviyyat olaraq dəyiş-
diriləcək, İmam-Xətiblərin orta qisimləri 
yenidən  açılacaq,  Quran  kurslarına  və 
hafizlik  müəssisələrinə  yenidən  həyat 
verəcəyik. Səhiyyə ilə əlaqədar olaraq isə 
dünyaya  gələn  hər  bir  uşaq  ölümünə 
qədər sığortalanacaq, çünki hər hansı bir 
şəxs üçün sağlamlığından, özünün fiziki 
varlığından  daha  önəmli  bir  şey  ola 
bilməz. Vətəndaşın sağlamlığının qorun-
ması  dövlətin  əsl  vəzifəsi  olacaqdır. 
Şəxsiyyət vəsiqəsi eyni zamanda sağlam-
lıq  kartının  yerinə  keçəcəkdir.  Yaxın 
zamanda  isə  bütün  işçilərimizə  eyni  ilə 
1996-cı ildə olduğu kimi 50% maaş artımı 
olacağına söz veririk. Vətəndaşlarımızın, 
xüsusilə  gənclərimizin  gələcəyini  və 
şəxsiyyətini  inkişaf  etdirib  formalaşdır-
maq  üçün  təhsilin  önündəki  bütün 
maneələri ortadan qaldıracağıq. Univer-
sitet  xərclərini  inşallah  tamamilə  ləğv 
edəcəyik.  
– Milli Görüşün içindən bir çox par-
tiya çıxdı, müxtəlif səbəblərlə ayrılanlar 
oldu.  Ayrılan  bu  qardaşlarımıza  bir 
müraciətiniz vardırmı?
– Şübhəsiz ki, ata yurdu buradır. Xoca-
mız  dəfələrlə  demişdir:  “Sürüdən  ayrı-
lanı  qurd  yeyər!”  Buna  görə  də  hansı 
səbəblə  olursa-olsun  buradan  ayrılan 
qardaşlarımızı,  bura  heç  gəlməmiş  qar-
daşlarımızı  əsl  ünvanlarına  birlikdə 
haqqı hakim etmək üçün fəaliyyətə dəvət 
edirik.  Allahın  izni  ilə  Ədalətli  Quru-
luşun hakim olması heç də uzaqda deyil. 
Dünya  buna  hamilədir.  İnsanlar  bizi 
gözləyir. 
Müsahibəni apardı: Abdullah 
Qaripoğlu  
“Anadolugenclik” jurnalı, aprel 
2011-ci il, 135-ci buraxılış  
22
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Ömrünü İslam Dünyasına həsr edən, 
İslamın və müsəlmanların yenidən ayağa 
qalxması  üçün  çox  böyük  çətinliklərə 
qatlaşan  cənnətlik  Nəcməddin  Ərbakan 
Xocamızın  illər  boyu  hər  bir  müqəddəs 
səfərinin  ölkə  üçün  çox  önəmli  dəyişik-
liklərə  yol  açdığını  və  vəsilə  olduğunu 
ölkəmizdə  artıq  hər  bir  kəs  qəbul  edir. 
Milyonlarla  insan  onun  məktəbində 
tərbiyə  aldı.  Onun  məktəbində  yetişdi. 
Dünyanı  və  dünyadakı  qlobal  gücləri, 
irqçi  imperializmi,  sionizmi,  masonları, 
lionsları,  roteriləri,  Nayim  Nəhumları, 
Yalta Konfranslarını, Böyük İsrail və BOL 
(Böyük  Orta  Şərq  Layihəsi;  Türkcədə 
BOP – Böyük Orta Doğu Projəsi) layihə-
lərini  ilk  dəfə  ondan  eşitdi.  Dünyada 
görünməyən  və  bilinməyən  aysberqi  o, 
ortaya çıxardı.
Dünyada və eləcə də ölkəmizdə (yəni 
Türkiyədə)  onun  hüzurunda  tərbiyə 
görmüş və onun görüşlərini mənimsəmiş 
yüz  minlərlə  insan  vardır.  Bəziləri 
mübarizədən  vaz  keçib  gördükləri  o 
qədər  tərbiyəyə  baxmayaraq,  Xocasın-
dan  üz  çevirsələr  də  belə  Xocamız  bu 
dünyanı  tərk  edərkən  özündən  sonra 
üçün  yüz  minlərlə  Ərbakan  yetişdirdi. 
Xocamızın  ölməsi  ilə  bu  hərəkatın  sona 
çatacağını  düşünənlər  cənazə  mərasi-
mindəki  qələbəliyi,  izdihamı,  həyəcanı, 
ehtirası,  sevgini  və  sədaqəti  görüncə 
yanıldıqlarını anladılar. 
Ölkəmizdə  Allah  deməyin,  namaz 
qılmağın belə yasaq olduğu 70-ci illərdə 
o, haqqı və həqiqəti qorxmadan və çəkin-
mədən  hayqıraraq  bütün  xalqın  (yəni 
dini camaatların) yolunu dalğaqıran kimi 
açmağı  bacarmışdır.  Bütün  millətə  qal-
xan  olmuşdur.  O  günlərə  qədər  namaz 
qılanlarla məşğul olanlar Xocamızın səh-
nəyə  çıxması  ilə  bu  işləri  bir  tərəfə 
qoymuş və Xoca ilə məşğul olmağa baş-
lamışlar,  çünki  Xocamız  elə  bir  islami 
həyat  tərzi  ortaya  qoymuşdur  ki,  dinin 
sadəcə fərdi ibadətlərdən ibarət olmadı-
ğını,  fərdin  düzəldilməsi  və  islah  olun-
ması  ilə  yanaşı  müsəlmanın  bir  vəzifə-
sinin  də  dövləti  qurmaq  və  islah  etmək 
olduğunu söyləmiş, dövlətin də, sistemin 
də  düzəldilməsinə,  ədalətli  olmasına, 
millətin  haqqının  oğurlanmamasına  ça-
ğırmışdır. Həmçinin müsəlmanların bir-
ləşməsini,  İslam  Birliyinin  və  İslam 
NATO-sunun  qurulmasını,  İslamın 
UNESCO-sunun  (Birləşmiş  Millətlər 
Təhsil,  Elm  və  Mədəniyyət  Təşkilatı), 
İslam Ortaq Bazarının qurulmasını hay-
ƏRBAKAN XOCAMIZI
NECƏ YAŞATMALIYIQ 
MİLLİ  GÖRÜŞ
23
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə