Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

– Ağıl  bir  işin  sonunu  düşünməkdir, 
yəni  xeyirini,  zərərini  götür-qoy  edərək 
bir  işə  başlamaqdır,  çünki  son  peşman-
çılıq  fayda  verməz.  “Ah,  kaş  ki”  sözləri 
ağılsızlığın nəticəsidir.
–  Ağıl  “Bunlar,  bunlar  doğrudursa, 
bunlar  da  doğrudur”,  –  şəklində  bir 
müqayisə və mühakimə (müqayisə etmə 
və  qərar  vermə)  qabiliyyətidir.  İslamsız 
ağıl  təkbaşına  ilk  və  mütləq  doğruları 
öyrənə  bilməz,  xeyir  və  şəri  təyin  edə 
bilməz.  İslamsız  bütün  nemətlər  və 
səadətlər əskikdir və qeyri-kafidir. Buna 
görə də “… Bu gün dininizi tamamlayıb 
mükəmməl  etdim,  sizə  olan  nemətimi 
başa  çatdırdım.  ...”  ayəsi  ən  son  nazil 
olan ayədir. 
–  Ağıl  yaxşını  pisdən  seçib  ayırma 
qabiliyyətidir.
– Ağıl imanın və İslamın əmrində ən 
böyük nemət, nəfsin və Şeytanın əlində 
isə fəlakətə səbəbdir.
– Düşmənlər və yırtıcılarla dolu kim-
səsiz və qaranlıq bir meşədən xilas olmaq 
üçün necə ki;
1. O meşənin təhlükəli bölgələrini və 
təhlükəsiz yollarını göstərən bir xəritəyə, 
2. Doğru istiqaməti təyin edə biləcək 
bir kompasa,
3. Və ətrafımızı işıqlandıracaq bir işığa 
ehtiyac vardır. 
Eləcə  də,  haqsızlıq  və  şeytani  əməl-
lərlə  əhatə  olunmuş  bir  dünyada  sala-
matlıq  yolunu  tapmaq  üçün  Quran  bir 
QIZIL KƏLAMLAR 
MİLLİ  GÖRÜŞ
27
Ərbakan Xoca xüsusi buraxılış


xəritə,  ağıl  bir  kompas,  iman  isə  önü-
müzü  işıqlandıran  bir  fənər  hökmün-
dədir.  Bunlar  bir-birinin  tamamlayı-
cısıdır.  Biri  olmadan  digəri  işə  yaramaz 
və insanı qurtuluşa çatdıra bilməz. 
–  İslamın  xaricində  heç  bir  haqq  və 
həqiqət qaynağı yoxdur. Fənn və hikmət, 
sənət və sənaye belə İslamın içindədir və 
onun  bir  şöbəsidir.  İlhamını  Qurandan 
almayan heç bir elmdə xeyir ola bilməz, 
şərdən  və  zərərdən  təmizlənmiş  sayıla 
bilməz.  Mütləq  kafi  və  faydalı  olduğu 
müdafiə  oluna  bilməz.  Fəlsəfələrin  və 
filosofların  bir-birini  inkarı,  ideolo-
giyaların  davamlı  qarşıdurması,  bəşəri 
qanun  və  nəzəriyyələrin  köhnəlməsi  və 
dəyişməsi,  hətta  ixtira  olunan  dərman-
ların  belə  bir  müddət  sonra  əlavə 
təsirlərinin  ortaya  çıxması  həmişə  bu 
səbəbdəndir.
–  70-ci  illərdə  Xocamın  Ərzurumda 
“Elm  və  İslam”  mövzusunda  olan  kon-
fransını  dinləyən  bir  müfti  əfəndi  daha 
sonra  xüsusi  söhbəti  əsnasında  üzünü 
Xocamıza tutaraq: “Sizi səmimi qəlbdən 
təbrik edirəm. Çox gözəl və əhəmiyyətli 
mövzulara toxundunuz. Mən də illərdir 
moizələrimdə  dini  və  əxlaqi  elmləri 
bilməklə  kifayətlənmək  olmaz,  Avropa-
nın  fənnini  və  texnikasını  da  öyrənmək 
lazımdır”,  –  deyincə,  Xocamız  ona: 
“Aman,  müfti  bəy,  hər  halda  bilmədən 
səhv  bir  ifadə  işlətdiniz,  çünki  “İslami 
elmlər kifayət etməz, Avropanın fənn və 
texnikasını da öyrənmək lazımdır” sözü 
bilərək  deyilsə,  imanın  yenilənməsini 
tələb  edən  bir  küfr  olar,  çünki  bu  söz 
Qurandakı ən son nazil olan “… Bu gün 
dininizi tamamlayıb mükəmməl etdim, 
sizə olan nemətimi başa çatdırdım. ...” 
mənasındakı ayəyə ziddir. Sizin sözünüz 
“İslamda fənn, texniki və müsbət elmlər 
yoxdur.  Bunları  Avropadan  götürməyə 
və öyrənməyə ehtiyacımız vardır. Demə-
li, bu cəhətdən İslam əskikdir” mənasını 
verər ki, bu, fərqinə varmadan “Bu gün 
dininizi tamamlayıb mükəmməl etdim, 
sizə  olan  nemətimi  başa  çatdırdım, 
maddi  və  mənəvi  heç  bir  əskiklik  və 
qüsur buraxmadım”, – buyuran Cənabı-
Haqqı təkzib etmək mənasını verər və bu, 
əlbəttə, səhv fikirdir. Doğrusu isə, maddi 
və müsbət elmlərin də qaynağı Qurandır 
və  bu  gün  qərblilərin  əlindəki  bütün 
elmlərin  təməl  əsaslarını  ortaya  qoyan 
İslam  alimləri  olmuşdur”,  –  deyərək 
müftinin səhvini düzəldir. 
–  Əlbəttə,  hikmət  (fənn  və  sənət) 
müsəlmanın itmiş malı kimidir. Harada 
tapsa,  götürməli  və  istifadə  etməlidir. 
Ancaq İslamın müsbət elmlərlə əlaqəsi və 
onlar haqqında məlumatı yoxdur – deyə 
düşünmək  tamamilə  səhvdir  və  aldadı-
cıdır.
–  İslam  beş  təməl  üzərində  inşa 
edilmiş bir həqiqət sarayı və həyat proq-
ramıdır. Yoxsa yalnız bu beş əlamətdən 
ibarət olduğunun zənn edilməsi səhvdir, 
çünki  bunların  yalnız  bir  qisminə  inan-
maq və yaşamaq İslam deyildir.
–  İslamı  irqçilik  kimi  batil  və  sapqın 
şeylərlə  qarışdırmaq  əsasına  söykənən 
sintezçilik  düşüncəsi  də  etiqadi  bir 
pozğunluqdur.
–  Səhvin  ən  təhlükəlisi  doğruya  ən 
yaxın  olan  səhvdir,  çünki  doğru  ilə 
qarışdırılması  və  insanların  daha  asan 
aldadılması ehtimalı daşıyır. 
–  Bu  mövzuda  görünən  digər  bir 
qəflət  və  cəhalət  nümunəsi  də  yalnız 
Quranla hökm və əməl etməyi kafi zənn 
edib,  Sünnəyə  (hədislərə)  və  digər  şəri 
dəlillərə  etibar  etməməkdir.  Halbuki 
Allahın  təyin  etdiyi  Quran  hökmlərinə 
28
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Rəsuli-Əkrəm (ə) özü şəxsən əməl etmiş 
və  onları  yaşayaraq  bizə  göstərmişdir. 
Əfəndimiz (ə) əməl etməsəydi və nümu-
nə olmasaydı, necə dəstəmaz alınacağını 
və  nə  şəkildə  namaz  qılınacağını  da 
bilməzdik. 
–  Bütün  qərb  hüququ  cəmi  on  min 
məsələdən ibarətdir. Amma yalnız İma-
mi-Əzəm  Əbuhənifə  həzrətlərinin  həll 
etdiyi  və  hökm  verdiyi  məsələ  yüz 
mindən çoxdur.
–  İslam  bizə  və  zamana  tabe  olmağa 
məcbur deyil. Amma hər bir kəs və vaxt 
İslama tabe olmaq məcburiyyətindədir.
– Bu dünyaya göndərilməkdə məqsə-
dimiz  olan  qulluq  imtahanını  bacara 
bilmək  üçün  üç  təməl  və  bir-birini 
tamamlayan əsas vardır:
1. Hər şeydən əvvəl İslamı öyrənmək, 
İslam  dininin  hər  mövzudakı  əmrini 
 bilmək; 
2.  Öyrəndiyimiz  islami  əsaslara  görə 
yaşamaq, Quranın hökmünü həyatımıza 
tətbiq etmək;
3. Hər yerdə, hər halda və hər məsə-
lədə  mütləq  İslama  görə,  yəni  müsəl-
manca düşünmək. 
Yəni  etiqadi  və  fiqhi  mövzuları 
öyrəndiyi və bildiyi bəzi ibadətləri yerinə 
yetirdiyi halda, ticarət, siyasət və dövlət 
həyatında  müşriklər  kimi  düşünən, 
hadisələri  qərbsayağı  və  cahilanə  ölçü-
lərlə  qiymətləndirən  bir  kimsə  həqiqət 
nəzərində  mömin  sayıla  bilməz.  Məsə-
lən, 5 vaxt namazı pişnamazın arxasında 
və tədili-ərkanla yerinə yetirən bir insan 
ürəyindən: “Məsciddən çıxdıqdan son-
ra  satdığım  tarlanın  pulunu,  görəsən, 
hansı banka qoyum?” – deyə keçirib və 
rahatlıqla faiz yeyirsə, bu o deməkdir ki, 
MİLLİ  GÖRÜŞ
29
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə