Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə126/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   122   123   124   125   126   127   128   129   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________388 

 

"ƏSLİ VƏ KƏRƏM" 

 

Aprel ayının   15-də   mövqeyi-tamaşaya  qoyulmuş    "Əsli  və  Kərəm" 

operası demək olar ki, cənabi Üzeyirbəyin əsərlərindən ən yaxşısıdır. 

Bir  şairin, ya bir ədibin  əsəri olan kimi bütün bir qövmün-elitı  də özünə 

münasib  əsəri ola bilər. Bir ədibin  əsəri onun ruhunu, fikrini bütün əqidəsini 

bildirən kimi, ümumiyyətlə bir qövm və ya elin tərəfindən yaranmış əsər haman 

qövmün ruhunu, fikrini və  əqidəsini bildirər.  Ədib inşasını çap edib kitablar 

vasitəsilə intişar edər. Elə isə inşasını  əzbər ağızdan-ağıza verib intişarında 

davam edər. Bir ədib inşasının təğyir tapmasına tək bir özü səbəb olarsa, 

qövmün-elin inşasına təğyir verən çox olar. Çünki ağızdan-ağıza keçən 

hekayələr, nəqlə hərə bir şey artıra bilər. "Əsli və Kərəm" hekayəsi də türk-tatar 

qövmünün inşası olub, bu uzun müddətdə, əlbəttə təğyir tapıbdır. 

Fəqət təğyir tapıbsa da, əsil mətləbə əl vurulmamış, "Atalar sozü" mənasını 

saxlayan kimi "Əsli və  Kərəm" hekayəsi də Üzeyirbəyin operasında  əsil 

mənasını itirməmiş. Əlbəttə, öylə də gərək olsun, əlin inşası elin güzgüsüdür. Bir 

elin - qövmün ruhunu, fikrini, bütün əqidəsini onun inşasından bilmək olar. 

Böylə isə "Əsli və Kərəm"də əsil mətləbi aramalıyız. Türk-tatar qövmü-cli. "Əsli 

və  Kərəm"in dilləri ilə  nə demək istəyir? Həqiqi, təmiz məhəbbət nə olmağını 

istəyir bildirsin: həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, 

pula satmaq olmaz. Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss 

padşahı  gədadən ayırmaz. Həqiqəti, təmiz məhəbbət, məzhəb, din bilməz və 

çirkin fikirlər bəsləməz... Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq 

həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət 

sahibi məbuduna, məşuquna çatarsa, ideala çatan kimidir. İdeala çatarsa, ideal 

ideallığından çıxar... 

Kərəm başında qara, çirkin fikirlər bəsləsə idi, Əsli ilə yaşamaq istərdi, fəqət 

yaşamadı, öldü... Və ölməyinə  də  səbəb  Əslinin min cövr və  cəfadan sonra 

tapılmağı  və sonra Kərəmə verilməyi oldu. Baxınız nə nazik bir mətləb! Nə 

gözəl və dərin bir fəlsəfə! Nə təmiz və müqəddəs bir əqidə! Türk-tatar qövmünün 

bu fəlsəfəsinə mürur il çox oxlar atıldı  və atılmaqdadır. Fəqət qövm yaratdığı 

inşasını ölümə verməmiş  və verməyəcəkdi də. Çünki qövm yaşayır və müqəda 

idealını arayır. Böylə bir müqəddəs idealı olan qövm ölməz. Çünki  

 

 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________389 

 

  

həqiqi, təmiz məhəbbət idi... Saflıq, səmimilik, mehribanlıq, mərdlik, comərdlik 



türk-tatar qövmünün tarixi sifətlərindəndir desək də yarar. Böylə bir sifətlərlə 

tərbiyə tapmış türk-tatar qövmü "Əsli və  Kərəm" kimi nazik mətləbli, dərin 

fəlsəfəli el əsəri yaradar. Bu əsərlərdən qövmün istədiyini və fikrində bəslədiyini 

bilmək olar. Ona görə qövmün əsərlərinə girişən ehtiyatı  əldən buraxmasın 

gərəkdir. Qövmün fikrini, qanacağını sözlərdən mətləblərdən bilmək olursa, el 

düzəldən mahnıların havacatından da onun ruhuna dair çox şeylər bilmək olar... 

Şəksiz səhnə  şərtləri bir neçə  şey artırmağa və  əksiltməyə yol verir. Fəqət 

öylə bir təğyir vermək ki, təbii olsun. Məsələn: Türk paşası buyraq verir ki, 

Kərəmi gətirsinlər, gətirirlər də. Paşa keşişin və  Kərəmin işlərinə baxıb keşişə 

höküm verir ki, qızını Kərəmə versin. Demək ki, bu otaq məhkəmə otağı imiş. 

Bununla belə, bir az ondan müqəddəm haman otaqda paşa qızlar ilə eyş-işrətə 

məşğul idi. Hətta qızlar oynayıb paşaya ləzzət verirdilər. 

Doğrudan-doğrusu bilmək olmazdı ki, bu otaq paşanın hərəmxanasımı, 

yainki məhkəmə otağımı? Hərəmxana isə  əcəba paşa qulluğuna dair işlərə  nə 

üçün hərəmxanada baxır. Baxıb da küçə xalqını arvadlar olan otağa doldurur. 

Yox, bu otaq idarə isə qızların burada bel sındırmaqları nə münasibət ilə? Mən 

bilməyirəm bəlkə o vaxtlar türk paşaları hərəmxana ilə idarəni bir edibmişlər... 

Hər halda bu böyük bir istehzadır... 

Artistlərin oyununa gəldikdə, biz yenə  də sözümüzün üstündə davam edib 

deyiriz: 

Madam ki, elmli artistlərimiz yoxdur, həm dramamız və  həm operamız 

axsayacaqdır. Fəqət bu səfərlik artistlərimiz "Əsli və Kərəm"i pis oynamadılar. 

Yəni şarjdan çəkindilər. 

Cənab Sarabski (indi, şükür Allaha, Sarablı) Kərəm rolunda əvvəlinci dəfə 

oynamayır. Bununla belə, hələ Kərəmi layiqincə yarada bilməyir. 

Mən istərdim cənab Sarablı Kərəm rolunda əvvəlinci pərdədən ta sonra kimi 

şəklini çəkdirə idi. Onda özü görərdi ki, üzünün mütləq ürəyində olan dərdindən 

xəbəri yoxdur: 

Əvvəlinci pərdədən ta axıra kimi üzü eynən bir maskaya bənzəyirdi. Artist 

mimika ilə üzünün təğyir tapmağı ilə ürəyindəkini bildirsin gərəkdir... 

 

 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________390 

 

  

Cənab Sarablı tamam fikrini musiqiyə verib uyuyarkən müqabilində durub 



onunla danışanlara da məhəl qoymayır. Lüzumsuz hər dəfə camaata baxmaq 

yaramır. Cənab Sarablının dəhşətli ölümünə      ,  mən elmi nöqteyı-nəzəri ilə 

baxdıqda bu vaxtadək ölməyinə nə səbəb olduğunu bilməyirəm... 

Cənab Ağdamski də (nə vaxt Ağdamlı olacaqdır?) Sarablı düşən dərdə 

mübtəla olubdur. Bu da səhnə yoldaşlarım görməyə gözü yoxdur. 

Cənab Mirzə Muxtar müsiqidə ustaddır. Fəqət Sarablı sərv ağacı ilə yanıqlı 

danışdıqda nə üçün Mirzə Muxtar sərv ağacı kimi dayanmışdı?.. 

Terequlov keşiş rolunu yaxşı oynayır. Fəqət qapısında oğru Kərəmi görüb 

layiqincə hay-haray salmadı. Ona görə sonradan əllərində fanarlar ilə  gələnlər 

böylə göründü ki, guya keşişə qonaq gəlirlər. 

Cənab Bağdadbəyov şeyx Nuranı olduqda oxuyarkən əlini qaldırmaq yerində 

idi. Fəqət sonra qeyri bir rolda əlini yersiz qaldırır idi.Cənab Cəfərov sofini pis 

oynamadı. 

 

 



"MEHR VƏ MAH" 

Yaxud "Əsli vəKərəm"in astarı 

 

Aprelin 23-də mövqei-tamaşaya qoyulmuş "Mehr və Mah" operası "Əsli və 



Kərəm"in astarı kimi nəzərə gəldi demək olur. 

Zira "Əşli və Kərəm" ilə "Mehr və Mah"ın arasında bir təfavüt görünmədi, 

nəinki təfavüt görünmədi, hətta "Mehr və Mah"ı  "Əsli və  Kərəm"ə oxşatmağa 

çalışmış. Nə üçün "Mehr və Mah" ayrıca bir el əsəri ola-ola nə üçün "Əsli və 

Kərəm"o astar gərək olsun? Nə üçün "Şahzadə  Əbülfəzl" ünvanlı el əsərinə 

"Mehr və Mah" adı qoyulsun! 

Keçən "Yeni iqbal"ın 288-ci nömrəsində  "Əsli və  Kərəm" ünvanlı 

məqaləmizdə yazmışdıq: Bir ədıbin  əsərinin təğyir tapmasına bir özü səbəb 

olarsa, qövmün elin inşasına təğyir verən çox olar, çünkı  ağızdan-ağıza keçən 

hekayəyə nəql ilə hərə bir şey artıra bilər... 

"Əsli və  Kərəm" hekayəsi də türk-tatar qövmünün əsəri olub bu uzun 

müddətdə  əlbəttə  təğyir tapıbdır. Fəqət təğyir tapıbsa da əsil mətləbə  əl 

vurulmamış... Elin inşası, elin güzgüsüdür. Bir elin, bir qövmün ruhunu, fikrini, 

bütün  əqidəsini onun əsərindən bilmək olar. Ona gə qövmün əsərlərinə girişən 

ehtiyatı əldən buraxmasın gərəkdir....     , 

İndi gərək cənab Şərifov bu şərtləri gözləyibdinmi? 

 



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə