Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

_____________Milli Kitabxana_____________ 
143 
 
* * * 
Genə gəldi bahar fəsli, 
Bülbül gəldi dadə, dadə. 
Əhməri güllər açıldı, 
Saqi, gətir badə, badə! 
 
Genə səbz oldu çəmənlər, 
Güldən bəzəndi gülşənlər, 
Çıxmış seyrə gülbədənlər 
Hamı üzü sadə, sadə. 
 
Vəh, vəh güldür bu, ya lalə, 
Gül üzünə qonub jalə, 
Saqi, dur, ver bir piyalə 
Dəli Fərhadə, Fərhadə. 
 
Yar yolunda verdim başı, 
Yastıq etdim qara daşı, 
Döndü, billah, gözüm yaşı 
Şətti-Bağdadə, Bağdadə. 
 
Dəli könül, qəm zamanı, 
Çox etmə ahü fəğanı, 
Çağır Şahi-lafətanı, 
Yetsin fəryadə, fəryadə. 
 
Saqi, dur, ver bircə sağər, 
Dindən döndüm, oldum kafər, 
Tapammadım, qaldı gövhər, 
Qə’ri-dəryadə, dəryadə. 
 
Nəbati, dur hər səhərgah, 
Oxu həmdü qülhüvvəllah, 
Qalmadı əlhəmdü lillah, 
Arzın dünyadə, dünyadə. 


_____________Milli Kitabxana_____________ 
144 
 
* * * 
Aman, ağa, sənə qurban, 
Məni salma nəzərdən sən! 
Səndən savay kimsənəm yox
Məni qovma bu dərdən sən! 
 
Mən getmərəm kuhi-Turə, 
Meyl etmərəm narü nurə, 
Gətir məni sən bir şurə, 
Kəm deyilsən şəcərdən sən. 
 
Pəridə olmaz bu təl’ət, 
Mələkdə olmaz bu surət, 
Edə bilməm günə nisbət, 
Münəvvərsən qəmərdən sən. 
 
Dərdimi etmə ziyadə
Məni gətirmə fəryadə, 
Bir rəhm elə bu Fərhadə, 
Gəl bu kuhi-kəmərdən sən. 
 
Lə’li-ləbin nuşixəndi, 
Mən neylərəm balı, qəndi, 
Öldürdü bu dərdməndi, 
Çox şirinsən şəkərdən sən. 
 
Güldə hanı bu təravət? 
Gündə hanı bu səbahət? 
Dürdə yoxdur bu lətafət, 
Müzəyyənsən gühərdən sən. 
 
Qəm eyləmə, Xançobani, 
Tapıldı dərdin dərmanı, 
Yad elə şahi-Mərdanı, 
Bir Əli çək cigərdən sən., 


_____________Milli Kitabxana_____________ 
145 
 
 
Susuyubdur genə kimin qanına, 
Xumar-xumar baxar hara gözlərin? 
Nola bir də dolanaydım başına, 
Qurbanı olaydım qara gözlərin! 
 
Müqəvvəs qaşların etginən kaman
Çəkginən müjgandan tiri-cansitan, 
Bu xəstə canımı qılginən nişan, 
Qoy etsin köksümü para gözlərin. 
 
Sənubər qamətin, ey sərvi-rəftar, 
Şümşadü ər’əri etdi şərmsar, 
Nə yalqız etmisən məni xarü zar, 
Çoxları gətirib zara gözlərin. 
 
Arizin dövründə zülfi-müşginab, 
Qoymaz şəfəq salsın qürsi-afitab, 
Hökm qıl götürsün sayəsin səhab, 
Bu dərdə eyləsin çara gözlərin. 
 
Üzün şə’şəəsi, ey şəm’i-Çəkil, 
Xurşidi-xavəri etdi münfəil. 
Belə ki, eşq odu oldu müştəil, 
Çəkdirə həqq məni dara gözlərin. 
 
Xədəngi-xunrizin, ey şirin mənzər
Xosrovu təxtindən etdi dərbədər. 
Həlqə edib əldə zülfi müənbər, 
Nə sehr oxur genə mara gözlərin? 
 
Təzə gültək açılısan səhərdən, 
Müzəyyən olusan lə’lü gühərdən, 
Yaxşı saldın Nəbatini nəzərdən, 
Əcəb mail olmuş xara gözlərin! 
QOŞMALAR 


_____________Milli Kitabxana_____________ 
146 
 
* * * 
 
Saqi, nə yatmısan, dur ayağə, dur, 
Qoyma qəza qalsın həngami-tərəb. 
Xurşidi-xavəri bürci-Hutdən 
Seyr üçün Həməli etdi müntəxəb. 
 
Hər gün öz yarını çəkib ağuşa, 
Bülbüllər məst olub gəlib xüruşa, 
Yatma, yatma, ayıl, sən də gəl huşa, 
Götür piyaləni, doldur ləbaləb. 
 
Dolandır başına cami-gülgunu, 
Sədayə çulqaşdır dəştü hamunu. 
Gətir yada Fərhad ilə Məcnunu
Nalə çək, degilən əl’əfvüllaləb. 
 
Durma ki, dünyanın yox e’tibarı, 
Qənimət bilginən beş gün baharı. 
Özünə həmdəm qıl bir gül’üzarı, 
Bir çəmən küncündə hər ruz ta şəb. 
 
Meydani-eşq içrə səyirtdim atı, 
Müsəxxər eylədim Rumü Heratı. 
Möhtərəm oğluyam, adım Nəbati, 
Zatımız haşimi, əslimiz ərəb. 


_____________Milli Kitabxana_____________ 
147 
 
 
* * * 
 
Səba, məndən söylə o gül’üzarə, 
Bülbül gülüstanə gəlsin, gəlməsin? 
Bu hicran düşkünü, illər xəstəsi 
Qapına dərmanə gəlsin, gəlməsin? 
 
Mən qurbanı olum ənbər tellərin, 
Qönçə dodaqların, püstə dillərin, 
O lalə rüxsarın, mişkin xalların 
Oduna pərvanə gəlsin, gəlməsin? 
 
Gözüm çox həsrətdir xumar gözünə, 
Günəş camalına, şəkər sözünə, 
Utanıram, necə deyim üzünə, 
Dərdin xəstə canə gəlsin, gəlməsin? 
 
Dolaşdır boynuma şümşad qolunu, 
Qucaqlayıb qucum incə belini, 
Lə’li-ləbin əmim, sorum dilini, 
Istər ölü canə gəlsin, gəlməsin? 
 
Nəbati istəməz sənsiz dünyanı, 
Izzəti, hörməti, şövkəti, şanı, 
Bir zada qalmayıb daha gümanı, 
Bu baş o meydanə gəlsin, gəlməsin? 


_____________Milli Kitabxana_____________ 
148 
 
 
* * * 
 
Şeyda bülbül, fəğan etmə, qəm yemə, 
Bu gün, sabah gül açılır, yaz olur. 
Əziz saxla, qənimət bil vücudun, 
Vəfası yox gülün, ömrü az olur. 
 
Deginən Fərhada, ey möhnətpişə, 
Şirindən incimə, çal daşa tişə. 
Aşiq mə’şuq arasında həmişə 
Işvə olur, qəmzə olur, naz olur. 
 
Gedər, candan çıxar daği-həsrətin, 
Artar gündən-günə şanü şövkətin, 
Sübhi-vəslə yetər şami-firqətin, 
Diləyin, mətləbin hamı saz olur. 
 
Xədəmələr durar sağü solunda
Cəvahir bazubənd iki qodunda, 
Fəvvarələr işlər daim gölunda, 
Yaşıl başlı ördək olur, qaz olur. 
 
Nəbati, sevmişəm bir dilsitanı, 
Bir sözü gülşəkər, qönçə dəhanı, 
Daha faş eyləmə sirri-nihanı, 
Aşiqin könlündə yüz min raz olur. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə