Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

_____________Milli Kitabxana_____________ 
155 
 
 
 
* * * 
Bülbül kimi gül üzünə müştaqəm
Tuti quşu dilli sənəm, ey sənəm, 
Al-əlvan yanaqlı, nərgiz baxışlı, 
Bənəfşə tək iyli, sənəm, ey sənəm. 
 
Hər kim görsə səni olur divanə, 
Düşər Məcnun kimi dağa məstanə, 
Qurbanı olduğum yetişdi canə, 
Qara həbəş xallı, sənəm, ey sənəm. 
 
Ləbi qönçə, dişi dürri-müsəffa
Məməsi şəmamə, buxağı alma, 
Dəhanı gülşəkər, zülfü dilara, 
Cibi, qoynu hilli, sənəm, ey sənəm. 
 
Qəmzən oxu od vurubdur canıma, 
Cəllad gözün susuyubdur qanıma, 
Başına döndüyüm, gəl bir yanıma, 
Sərxoş, incə belli sənəm, ey sənəm. 
 
Nəbatinin yetir baği-vüsalə, 
Nahaq qan eyləmə, batma vəbalə, 
Eşqin məni döndəribdir hilalə, 
Adı, sanı bəlli, sənəm, ey sənəm! 


_____________Milli Kitabxana_____________ 
156 
 
 
 
* * * 
Genə bahar oldu, açıldı güllər, 
Bülbül naləsindən tutulur qulaq. 
Gül gülə sarmaşıb, çiçək çiçəyə
Lalə cami-Cəmdən gətirib soraq. 
 
Səbzü xürrəm olub dəştü kuhsar, 
Dəm vurar cənnətdən tərfi-cuybar, 
Əyaq götür, saqi, durma intizar, 
Məni bir cam ilə eylə tərdəmağ. 
 
Aləmdə xeyri şər nə olsa hadis, 
Hökmi-yəzdan olur o əmrə bais. 
Demə, zahid, meyə “ümmülxəbais” 
Sən anlayammasan, yeri hay ulağ! 
 
Cəfayə üz qoydu çərxi-bivəfa! 
Dərdi-hicrə məni etdi mübtəla
Doğru söz, müxtəsər, mən bəxti-qəra 
Bir dəm yarə yetib tapmadım fərağ. 
 
Demə Nəbatinin yoxdu dəvamı, 
Cövrümə tab etməz, çəkməz cəfamı, 
Şahid olsun aləm cümlə, təmamı, 
Nə qədər istərsən çək sinəmə dağ! 


_____________Milli Kitabxana_____________ 
157 
 
 
* * * 
Səba, bu məhcuru bir şad eylə sən, 
Yetir bu peyğamı cananə məndən: 
Niyə bu məcnunu etmiş fəramuş, 
Nədən ötrü olub biganə məndən? 
 
Yetişcək yanına o sərvinazın, 
Başına bir dolan o şahbazın, 
Ondan sonra söylə razü niyazın, 
Yalvara-yalvara o xanə məndən. 
 
Öp əllərin, ondan düş ayağına, 
Pərvanə tək fırlan solu-sağına, 
Bülbül kimi sarmaş gül budağına, 
Ərz qıl icz ilə sultanə məndən. 
 
Dərdi-hicrin tökdü bərgü barımı, 
Xəzanə döndərdi növbaharımı, 
Ondan söyləginən hali-zarımı, 
O qaşı yay, gözü məstanə məndən. 
 
Qulaq ver, eyləsə hər nə dürəfşan, 
O püstə dil-dodaq, o şəkkər dəhan, 
Gətir Nəbatiyə ondan bir nişan, 
Dürüst yetişginən fərmanə məndən. 


_____________Milli Kitabxana_____________ 
158 
 
 
 
* * * 
Genə Isgəndər tək düşdüm zülmatə, 
Qabağımı kəsib yuz min bəhrü bər. 
Igidliyin, mürüvvətin çağıdır, 
Yetiş fəryadıma, ey Xizri-rəhbər! 
 
Tülu’ etməz nədən “şəmsi-vəzzüha”?! 
Fənayə baş çəksin “leylətüddüca”, 
Yoxsa yatıb məgər nəsimi-səba, 
Məşamıma yetməz nəfxeyi-səhər? 
 
Üzümə bir su səp, ey əşgi-gülgun, 
Qoyma yatsın qafil biçarə Məcnun, 
Itirmiş Fərhadın kuhi-Bisütun, 
Şirin-Şirin səslər, tapmaz bir əsər. 
 
Yara qurban deyən dili lal etdim
Möhr edib ağzımı, tərki-qal etdim, 
Əlif tək qəddimi bükdüm, dal etdim, 
Indi görək bu kəmanı kim əyər? 
 
Nəbati, minginən Rəxşi-hümməti, 
Seyr elə sərbəsər dəşti-vəhdəti, 
Qoyma çıxsın əldən vəqti-fürsəti, 
Heyifsən, dünyadan getmə bixəbər! 


_____________Milli Kitabxana_____________ 
159 
 
 
 
* * * 
Məni Məcnun edən yari-pərivəş
Taqətim kəsildi, yetişdim canə. 
Bir yol öldür məni, çevir başına, 
Bircə rəhmin gəlsin bu natəvanə. 
 
Qurban olum sənin gül yanağına, 
Ala gözlərinə, dil-dodağına, 
Istərəm dolanım solu-sağına, 
Necə kim, dolanır şəm’ə pərvanə. 
 
im oldu mənim tək bəxti vajgun, 
Gözü qanlı yaşlı, halı digərgun? 
Hanı, nə oldular Fərhadü Məcnun, 
Gələydilər fəryadımdan əmanə? 
 
Mən öləndə məni qoymun məzarə, 
Odun yığın, vurun ona şərarə, 
Məni atın, siz çəkilin kənarə
Qoyun şö’lələnsin, çəksin zəbanə. 
 
Aşiq olan xovf eləməz bəladən, 
Inciməz yar edən cövrü cəfadən, 
Nəbati, əl çəkə kimdir vəfadən? 
Qoymuşam başımı mən bu meydanə! 


_____________Milli Kitabxana_____________ 
160 
 
 
 
* * * 
Gün yetdi zəvalə, döndü axşamə, 
Yandı pərvanənin çırağı genə. 
Deginən saqiyə düşsün dövranə, 
Gərdişə gətirsin əyağı genə. 
 
Nə müddətdir xəbərim yox o qızdan, 
Neçə ildir ayaq çəkibdir bizdən, 
Bu saətdə onu istərəm sizdən, 
Görün harda gəlir sorağı genə. 
 
Cəlladi-cansitan susuyub qanə, 
Xədəngi-zərnişan qoyub kəmanə, 
Əlində cami-mey gəldi məstanə, 
Qanımı tökməyə o yağı genə. 
 
Məni görcək üzə tutdun niqabı, 
Bəhanə eylədin şərmü hicabı. 
Səndə yoxdur məgər vəfa kitabı, 
Gözümdən açmısan bulağı genə. 
 
Demədim, sirrini demə əğyarə
Səni məndən cüda qılar, nə çarə, 
Indi ki, hicr odu çəkdi şərarə, 
Qoyma sən gülşənə o zağı genə. 
 
Eşqindən əridim, döndüm hilalə, 
Günüm başa gəldi, yetdim zəvalə, 
Bir nəzər qıl, gör düşmüşəm nə halə. 
Haçana din gəzim bu dağı genə! 
 
Nəbati, nalədən əsər olmadı, 
Gördüyün işıqdan şərər olmadı, 
Bu şəcərdən sənə səmər olmadı, 
Dur, bir də gəzginən bu bağı genə. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə