_____________Milli Kitabxana_____________
10
daşıyır; o, bir
tərəfdən həmişə gizlində qalan, gözə görünməyən, ilahi nurdur. Aşiq həmişə
vəh-
dət küncündə oturub onun görünməsini arzulayır. Lakin istəyinə çata bilmir və buna görə
daima iztirab çəkir, həyəcan keçirir. İkinci tərəfdən isə məşuqə real insandır, öz işvə-nazı ilə
aşiqi haldan çıxaran gözəl bir qızdır. Şair onun həm daxili, həm də zahiri gözəlliklərini –
boy-buxununu, yerişini, ətrini, hətta geyimini, üz bəzəyini təbii boyalarla təcəssüm etdirir:
Görüm, ey şux, səni xürrəmi xəndan olasan,
Qönçə gül tək açılıb, zibi-gülüstan olasan.
Geyəsən əyninə hər
həftədə bir dəst libas,
Bərq urub aləmə bir mehri-dirəxşan olasan.
Tirmə başında, ayağında firəngi başmaq,
Sona kəklik kimi hər yanə xuraman olasan.
Vəsmə qaşında, gözün surmədə, zülfün üzdə,
Hər tərəfdən tökülə sünbülü reyhan olasan.
Olmaya şəngü qəşənglikdə də bir tay sənə,
Hamı dilbərlərə sən sərvəri-xuban olasan.
Nəbatinin yaradıcılığında sufiyanə fikirlərə, “vəhdəti-vücudçuluğa teztez təsadüf olunur.
Onun bir sıra şeirlərində lirik qəhrəman
özünü Həllac Mənsura oxşadaraq, gecə-gündüz
“ənəlhəq” söylədiyini bildirir (“Mənsur sifət şamü səba zikri-ənəlhəq olmuş mənə adət”). O,
həyatda çətinliklərlə qarşılaşdıqda Piri-Muğana müraciət edib, qəlbini eşq ilə nurlandırmaq
istəyir.
Şairin lirik qəhrəmanı həqiqi xoşbəxtliyi, əsil zövqü maddi aləmdən kənarda, mənəvi
ucalıqda, yaxud “vəhdət məqamında” görür. O, dünya nemətlərinin və həyat gözəlliklərinin
mənbəyini “vücudi-mütləq”-in adı ilə, yəni Allahla bağlayır. Hətta eşqin də səbəbini
Allahda görür. Əsərlərində tez-tez
təsadüf olunan mey, aşiq, saqi, bənövşə, cam, xumar, arif,
dildar və s. sözlərin rəmzi-fəlsəfi mənası vardır. Şairə görə yalnız eşqi-ilahi ilə məst olanlar
əsrar və xilqət pərdəsini kəsib haqqa çata bilərlər. Onun fikrincə meyxana – müqəddəs
yerdir, dərin mənalar evidir. Oraya girmək – mənəvi cəhətdən tamamilə təmizlənmək,
saflaşmaq və beləliklə, ilahi aləmə – vəhdətə yaxınlaşmaq deməkdir. Elə buna görə şair bir
sıra əsərlərində meyxanaya abadlıq diləyir:
Meyxanələri həmişə abad istə,
Sən əhlini də sərv
tək azad istə,
Məscidlərə getmə, vaizin tərkin qıl,
Nə ric’ətə ver qulaq, nə miad istə.
_____________Milli Kitabxana_____________
11
Beləliklə, Nəbatinin yaradıcılığında dünyəvi hisslərlə ilahi duyğular, maddi həyatla
mənəvi aləm, real məhəbbətlə sufiyanə eşq qovuşuq şəkildə təsvir olunur. Şair həyatda
istədiklərinə nail ola bilməyəndə ümidini vəhdət aləminə bağlayır,
gözəli tərənnüm etməklə
ilahi eşqə – “vəhdəti-yekta”ya qovuşacağına səmimiyyətlə inanır və müasirlərini də daxili
saflığa, mənəvi ucalığa, “püxtə və arif” olmağa çağırır.
Məzmunca zəngin olan Nəbati şeirləri bədii forma, sənətkarlıq keyfiyyətləri baxımından
da zəngin və orijinaldır. O, əsərlərində fikrin incə və təsirli deyilişinə xüsusi diqqət yetirmiş,
sözün müxtəlif məna çalarlarından istifadə etməklə onu daha da cilalayıb poetikləşdirmişdir.
Şair həm əruz, həm də heca vəznində yazdığı əsərlərdə bədii məcazlardan istifadə etməklə
həqiqi sənət nümunələri yaratmışdır.
Onun yüksək şairlik istedadını təsdiq edən əsas əlamət yığcamlıq, fikir aydınlığı, vəzn
ahəngdarlığı, qafiyə sərrastlığı, nitqin axıcılığı, nəhayət, işlətdiyi bədii
təsvir və ifadə
vasitələridir. Şair fikri bitkin vermək, təsvir obyektini canlı göstərmək, ifadəni
qüvvətləndirmək üçün tez-tez istiarə (metafora), təkrir, poetik sual və mübaliğələrdən
istifadə edir. Xüsusilə təkrirlər onun əsərlərinə güclü bir axıcılıq və oynaqlıq gətirir:
Bu necə nərgizdir, bu necə gözdür?
Bu necə lalədir, bu necə üzdür?
Bu necə şəkərdir, bu necə sözdür?
Nə belə lə’l olur, nə belə gövhər!
Bədii sual tərzində qurulmuş bu bənddə eyni zamanda qüvvətli bir istiarə və təkrir
yaradılmışdır. Məlumdur ki, klassik sənətkarlar
çox zaman gözü nərgizə, üzü laləyə, sözü
şəkərə, dodağı lələ, danışığı – nitqi gövhərə bənzətmişlər.
Nəbati də həmin üsuldan istifadə edir. Lakin sələflərindən fərqli olaraq o, “nərgiz göz”,
yaxud “lalə üz” söyləmir; qarşılaşdırılan anlayışları (nərgiz – göz, lalə – üz, şəkər – söz, ləl
– dodaq, gövhər – nitq) sinonim anlayışlar kimi verir və fikri sual formasında qurmaqla
aşiqin gözəllik qarşısında heyrətini daha da qüvvətləndirir. Ikinci tərəfdən o, misralarda
“bu” və “necə” sözlərini tez-tez təkrar etməklə şerin axıcılığını, şirinliyini artırır.
Şairin qoşma və gəraylılarında müşahidə olunan sənətkarlıq məharəti əruz vəznində
yazdığı qəzəl, qəsidə, rübai, müxəmməs və saqinamələrində də asanlıqla görünür. Belə
şeirlərində o, klassik üslubun ənənələrini davam etdirməklə bərabər, həm
də yeni təşbeh və
istiarələrdən, seçmə qafiyə və rədiflərdən, əruz vəzninin xoş avaz yaradan ahəngdar
bəhrələrindən istifadə edir.
Nəbati Azərbaycan türk dilinin zənginliklərindən məharətlə istifadə edən sənətkar
olmuşdur. Onun həm heca, həm də əruz vəznində yazdığı şeir-
lərində klassik ədəbiyyatdan gələn ərəb-fars mənşəli söz və ifadələr
bəzən Azərbaycan türk
dilinin öz doğma sözlərinə qaynayıb qarışır. Ancaq həmin sözlər şairin ana dilinin poetik
qanunlarına uyğunlaşdırılır. Xüsusilə qoşma, gəraylı və təcnislərində Nəbati xalq danışıq
dilində çox işlənən söz və deyimlərdən geniş istifadə edir.
Beləliklə, Nəbati XIX əsr Azərbaycan ədəbiyyatı tarixinə həm əruz, həm də heca
vəznində gözəl şeirlər yazan, bədii fikrimizi ideya-fəlsəfi məzmun və estetika – sənətkarlıq
baxımından zənginləşdirən görkəmli bir söz ustadı kimi daxil olmuşdur. O, Mirzə Mehdi