Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

93 
 
düĢüb, eynən xəstə  üstünə təbib çağırılan kimi.  Amma Karamzin özü gözəl söhbət 
adamı idi. Təmkinlə, maraqla, həm də müxtəlif mövzularda söhbəti qururdu. Təkcə 
ana tarixdən söz düĢəndə və söhbət vətənin müqəddəratına yönələndə o elə ilhamla, 
coĢğun tərzdə danıĢırdı ki, sanki dava edirdi. 
PuĢkin  həqiqətən  onu  Rusun  ilk  tarixçisi  adlandırmaqda  haqlı  idi.  Amma 
TatiĢĢev,  ġerbatov  kimi  tarixçilər  vardı...  Məsələ  ondadır  ki,  Karamzin  tarixi 
yazarkən  çarizmin  ideoloqu  və  təəssübkeĢi  kimi  hərəkət  edirdi.  Ona  xas  olan 
müdriklik  və  ədalət  tarixə  qələm  çalmaqda  ikən  onu  tərk  edib  kənarda  dayanırdı. 
Bəli, Rusun tarixini ona qədər TatiĢĢev, ġerbatov, Miller yazmıĢdı. Ondan sonra da 
yazanlar tapılacaqdı - Kostomarov, Solovyov, Klyuçeveki meydana çıxacaqdı. 
Karamzin  əvvəlki  tarixçilərin  fikir  və  rəylərini  saf-çürük  edir,  xüsusən 
ġerbatovun  rəyi  əlinə  keçərkən  özündən  çıxır:  ġerbatovun  tatarların  (həm  də 
monqolların)  döyüĢdə  üstünlüklərini,  hərb  sənətinə  məharətini  qeyd  etməsini 
Karamzin qəbul edə bilmir, özü əlavə edib göstərirdi ki, qədim ruslar nə mərdlikdə, 
nə  də  qırıb-çatmaq  sənətində  heç  bir  avropalı  xalqdan  geri  qalmamıĢdı.  Fəqət 
knyazlar  bir-birini  qəbul  etmədiyindən  hərbi  uğursuzluqlar  da  onları  daim 
izləmiĢdir. 
Çar özü onun tarixdən yazdığı iĢin az qala hər səhifəsindən xəbər tuturdu; 
az  qala  bütün  mədəni  Rusiya  onun  tarix  yazmağa  giriĢdiyini  bilirdi.  O  da 
bacardığından  artıq  rusun  kökünü-riĢəsini  münbit  torpağın  dərinliklərinə  çəkdikcə 
çəkirdi. 
Yazıçıya yaxın olan məmurlar gələcəkdə onu gözləyən mükafat və təltiflərə 
eyham  vururdular. O  isə  bundan inciyərək: "mükafat azadlığı qandallayır,  mükafat 
Ģəxsiyyəti özünə qul edir, onu həqiqətdən yan keçməyə vadar edir". 
Elə  çarla  (I  Aleksandrla)  görüĢündə  ilk  dəfədəcə  mənalı-mənalı  qeyd 
etmiĢdi:  "II  Yekaterina  sevirdi  ki,  onunla  sərbəst  danıĢsınlar".  Çarla  dostluğu 
baĢlayır.  Ġmperatorun  bacısı  Ģahzadə  Yekaterina  Pavlovna  tarixçilərin, 
ədəbiyyatçıların  hamisi  kimi  hərəkət  edib  onu  qubernator  təyin  etdirmək  istəyirdi. 
Karamzin etiraf edir: belə olduqda ya pis qubernator, ya da pis tarixçi olacağam. Çar 
ailəsi  onun  baĢına  fırlansa  da  o  dostluqda  sərhəddi  keçmir;  qoy  baĢqalarının  baĢı 
hərlənsin bundan. 
Bütün  monastırlarda  hifz  olunan  salnamələr  çarın  icazəsi  ilə  onun  əli 
altında  idi.  Öz  Ģagirdləri  və  köməkçiləri  ilə  gecə-gündüz  iĢləyir.  Yenə  də  özündən 
narazı qalır: "vaxt qaçır,  mənim "tarixim"sə  iməkləyir  -  deyə  yarızarafat,  yarıciddi 
gileylənirdi. 
Tarixi isə təkcə imperator oxumurdu. Bütün saray, yazıçının dostları onun 
yazıb,  yuxudan  ayıltdığı  tarixə  dalmıĢdılar.  Yazıçı  ən  yaxın  dostlarının  məclisində 
Jukovskiyə, BatyuĢkova, Turgenevə, Bludova,Uvarova... özü oxuyurdu. Dinləyicilər 
bədii əsərə qulaq asırmıĢ kimi huĢ-guĢla onu dinləyirdilər. 
1812-ci  il.  Vətən  müharibəsi  baĢlayır.  Yazdığı  "Tarix"i  yarıda  qoyub 
cəbhəyə  könüllü  getmək  istəyir;  həqiqi  müharibə  meydanlarına  can  atır.  Qohumu 


94 
 
Moskva  Ģəhərinin  general-qubernatoru  qraf  Rastopçin  onu  saxlayır:  "Hara? 
Müharibə  özü  bura  gəlir"  -  deyə  onu  soyutmağa  çalıĢır.  Moskvadan  ən  axırıncı 
çıxanlardan  olur.  Onun  köçünün  qiyməti  daĢıdığı  tarixi  mənbələrdə,  çoxlu 
əlyazmalarda  idi.  Can  atırdı  gözüylə  gördüyü  müharibəni  təsvir  etsin,  amma 
xronoloji ardıcıllıqla gəlib 16-cı əsrin baĢlanğıcına çatmıĢdı. 
Rus qoĢunları Parisə daxil olur, savaĢ bitir. Karamzin də Ostafyevdə tarixi 
ələk-vələk edib yazmağa davam edir. Ostafyev arvadının atası Vyazemskinin mülki 
idi. ġair Pyotr Vyazemski isə onun qaynı! 
Karamzini saraya dəvət edirlər. O isə Moskvadan ayrılıb qopa bilmir. Yeni 
Ģəhərlə - Peterburqla onunku tutmur. Yeni paytaxtda özünü elə hiss edir ki, sanki heç 
Rusiyada  deyil,  "hər  an  çuxon  danıĢığı  eĢidirəm"  (Çuxon  rusların  finlərə  verdiyi 
həqarətli  addır).  Lakin  paytaxta  yavaĢ-yavaĢ  öyrəĢir.  Bu  sevgisinə  də  haqq 
qazandırır,  öz  bildiyi  Ģəkildə:  "Burada  padĢahı,  imperatriçanı  və  Neva  çayını 
sevirəm" deyir. 
Beləliklə, 1816-cı ildə Peterburqa yerləĢən yazıçı bir daha dönüb Moskvanı 
görmədi. Ömrünün sonuna kimi (1826) Peterburqda yaĢadı. 
Ġmperatorun Yaylaq sarayında (Çarskoe Seloda) yaĢayırdı. Kabinetini təkcə 
gəzintiyə görə tərk edirdi, bu zaman da dəftəri qurĢağında olurdu. Çar ona bu barədə 
də sərbəstlik vermiĢdi: "yalnız Karamzin çəmənliyi tapdayıb gəzə bilər". 
Karamzin  yeni  aldığı  arvadından  iki  dəfə  böyük  idi.  Bu  qadın  əzəmətli 
insan  idi.  O,  həqiqətən  yazıçıya  tale  payı,  könül  ərməğanı  idi.  Mənən  də  nə  qədər 
gözəl,  lakin  susqun,  ciddiyyətli  bir  xanım  idi.  Sükut  dolu  baxıĢları  sanki  bülbül 
ləhcəsindən də mənalı və atəĢli idi. Əgər danıĢa bilsəydi, bir az söhbətcil, danıĢqan 
olsaydı... Axı  ölümcül yaralanan PuĢkin son nəfəsdə yalnız onu görməyi arzulayır, 
dalınca adam göndərir. Məhz ona özü üçün dua etməyi xahiĢ edir... 
Karamzin  sarayda  yaĢayır,  bura  öz  evi  kimi  çox  rahatdır.  Özünü  öz 
boĢqabında  hiss  edir.  Arvadı  çarla  rəqs  edir.  Söz-söhbət  doğur.  Müdrik  Karamzih 
çalıĢır, bu ət ürpədən və əttökən hadisələrə barmaqları arasından baxsın. 
Cavan arvadı hər ilin tamamında bir uĢaq doğurdu. Peterburqda zarafatdan 
qalmırdılar: "Karamzin illəri təzə uĢaqla və Rusiya tarixinin təzə cildləri ilə sayır" - 
deyirdilər. 
Ġmperator ailəsiylə yaxınlığı bəzən sərhədləri aĢıran ağlagəlməz situasiyalar 
yaradırdı. Söhbətlərdə o qədər cəsarət göstərirdi və o qədər uzağa gedirdi ki, sarayda 
bir  dəfə  nahar  zamanı  bunları  müĢahidə  edən  bir  xarici  qonaq  bunun  yaxĢı  hal 
olmadığını  nəzərə  çatdıranda  imperator  Aleksandr  gülərək:  "Karamzinə  olar" 
demiĢdi.  Çar  Taqanroqda  qəflətən  vəfat  edir.  Karamzin  özünün  əsl  dostunu  itirir. 
Yeni çar seçilməkdə, gizlicə yetiĢən dekabristlər təĢkilatı qövldən felə keçməkdədir. 
Karamzində duyum vardı: gələcəyi görmək. Taqanroqa yola düĢən çarın da, 
özünün də  ömrünün sonuna  az  qaldığını  nəzərə  çatdırmaq üçün padĢaha  həkimanə 
tərzdə: fövqəladə iĢ görməyinin vaxtıdır, tələs, çarlığa necə gözəl baĢlamıĢdınsa elə 
də  gözəl bitir  -  deyə onu islahatlar  keçirməyə  ruhlandırmıĢdı.  Nə  olar, bu cəsarətə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə