Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

87 
 
Sklifasovski  Təcili  Yardım  Ġnstitutu),  Marina  RoĢa  kəndi,  ailə  beĢiyi  Kuskovo 
sarayı,  Ostankino  kəndi  və  saray-malikanə.  Ġndi  bu  yerlər  dövlət  muzeyinə 
çevrilmiĢdir. 
Qraf  ġeremetyevlərin  Ostankinoda  gözəl  bağında  (140  hektarlıq) 
oranjereyaları, pavilyonları, dekorativ və meyvə ağacları, gülüstanlıqları dillər əzbəri 
idi.  Burada  Ümumittifaq  Xalq  Təsərrüfatı  Nailiyyətləri  Sərgisi  (BDNX)  yaradıldı. 
1939-cu ildən bu sərgi fəaliyyətdədir. 
Ġndi  Moskvada  Dzerjinski  adına  Ġstirahət  və  Mədəniyyət  parkı  vaxtilə 
ġeremetyevlərin  "Mənzərə  Parkı"  (Peyzajnıy  park)  idi.  1793-95-də  arxitektor 
Mironov və Arqunovun iĢtirakı ilə salınmıĢdı(5, 
T
.18,
 
s.580). 
ġeremetyevin  oğlu  knyaz  Çerkasskinin  yeganə  qızına  evləndikdən  sonra 
daha  da  varlanır.  Knyaz  Çerkasskilər  nəsli  də  Kuban  xanı  oğullarından  baĢlayır; 
xanın  qızı  Kuçenek  Temiryukovna  Ġvan  Qroznıya  ərə  getdikdə  qardaĢları  -  çar 
qayınları rus sarayında yüksək mövqe tutaraq Çerkasskilər soy adı daĢımıĢlar. 
Bu  nigahdan  doğulan  ġeremetyev  "kiçik  Krez"  ləqəbi  (Krez  -  zəngin 
əfsanəvi Livadiya çarı) daĢıyırdı. 
Rus  tarixini  sözün  həqiqi  mənasında  Ģöhrətləndirən  ailələrdən  olan 
ġeremetyevlər nəslini də yaddaĢlara və tarixlərə köçürən kiĢi nümayəndələrlə yanaĢı 
bizim  qadın  qəhrəmanımız  ġeremetyeva  Natalya  da  bu  nəsilə  Ģərəf  və  zinət 
vermiĢdir. 
 
TÜRK MÖMİNOVLARIN MAMONOV UŞAQLARI 
 
Rus  dövləti  tarixində  əhəmiyyətli  mövqeyə  malik  olan  nəsillərdən  biri  də 
Dmitriyev  -  Mamonovlardır.  Onlar  məĢhur  DaĢkovlarla  eyni  kökdəndir.  Hər  ikisi 
Rus dövlətinin Romanovlara qədərki (1613-cü il) çarları sülaləsi 
olan  Ruriklər  ailəsinə  mənsub  olmuĢlar.  Belə  ki,  1468-ci  ildə 
böyük  knyazın  yanında  xidmət  edən  boyar  Kazanlı  Abdulla 
Mamonun  oğlu  Dmitrinin  övladları  özlərini  Dmitriyev 
yazdırsalar da, 1689-cu ildə artıq I Pyotrun hakimiyyəti illərində 
onların  Dmitriyev  -  Mamanov  soy  adı  daĢımalarına  icazə 
verildi. 
Familiyanın  ikinci  hissəsi  (əsl  hissəsi)  Mamonov 
N.A.Baskakovun  qeydlərinə  görə  etimoloji  cəhətdən  monqol  sözü  momğon, 
momxon  və  "əmin,  dinc,  sakit,  mehriban;  salih,  itaətkar"  mənasında  türk  sözü 
momun, mömün sözü ilə əlaqədardır. Beləliklə, Mamonov familiyası Mamon "sakit, 
itaət edən, etibarlı adam" ləqəbindən doğmuĢdur (3, s.54-55). Mamon adlı Voronej 
quberniyasında 2 kənd və Mamon çayı -Yuxarı Tunquska hövzəsində çay vardır. 
Mamonov  familiyasının  türk  mənĢəyi  Dmitriyev  -  Mamonovların 
daĢıdıqları  gerbin  əlamətlərində  də  hiss  olunur.  Belə  ki,  bu  nəsil  iki  səkkizguĢəli 


88 
 
ulduz,  aypara  və  ox  nəqĢ  olunmuĢ  gerbə  malik  olmuĢdur.  Bu  Ģöhrətli  ailə  Rus 
zadəganlarının "Məxməri kitab"ına düĢmüĢdür. 
Bu nəsli Ģöhrətləndirən bir çox Ģəxsiyyətlər olmuĢdusa da, bizim yazımızın 
qəhrəmanı  imperatriça  Yekaterinanın  sevgili  məĢuqu  Aleksandr  Dmitriyev  - 
Mamonovdur.  Mamonovun  anasının  da  kökü  türk  nəsli  ilə  bağlıdır.  Onun  qızlıq 
familiyası  Babarıkina  idi  (32,  s.13).  Babarıkina  soyadı  türkcə  iri  baĢlı  balıq 
adındandır.  Ġmperatriça  məktublarında  ondan  bəhs  edərkən  Manionovu  "Qraf 
Qırmızı Kaftan" adlandırırdı, Mamonov gözəl geyinirdi, xüsusən qırmızı kaftanı da 
diqqəti daha  çox cəlb edirdi. O  vaxt  kübar aləmdə  kiĢilərin də  geyimi açıq, parlaq 
rənglərdə olurdu. 
Yekaterina onu çox sevirdi; ümumiətlə sevgisiz, kiĢisiz qalmağı cəhənnəm 
bilən  imperatriça  üçün  kiĢi  təkcə  məĢuq  olmalı  deyildi.  O  kiĢidə  kamil  fiziki 
gözəlliklə  yanaĢı  ağlı  yüksək  qiymətləndirirdi.  Təkcə  ağlımı?  Yox,  o  özü  ağıllı 
adamları sevir və hörmət bəsləyirdisə də özü də çox ağıllı idi. O  kiĢilərin çoxu bu 
baxımdan onun səviyyəsindən aĢağıda dayanırdı. Bu keyfiyyətləri ilə yanaĢı əsasən 
kiĢi ona dövləti idarə etməkdə lazım idi. O bu kiĢini daim yanında hiss etmək, onun 
nüfuzuna, fərasətinə hörmət etmək istəyirdi. 
Mamonovu  elə  sevir,  elə  qısqanırdı  ki,  saraydan  buraxmırdı.  Heç 
qohumları-yaxınlarına  baĢ  çəkməyə  qoymurdu.  O  qəbulları,  dəvətləri  rədd  etməli 
idi. Bircə dəfə ona icazə verdi, Fransa səfirinə qonaq getməyə. Lakin qonaq da, ev 
sahibi  də  süfrədən  qalxanda  küçədə  pəncərə  altında  imperatriçanın  karetasının 
addım-addım irəli-geri getdiyini gördülər. 
Aleksandr 
Matveyeviç 
Dmitriyev-Mamonov 
(1758-1803) 
Ģöhrətli 
Ġzmayılov alayında Potyomkinin adyutantı idi. Yekaterinanın sevgilisi gənc general 
Lanskoy  öləndə  tək  qalıb  qüssələnən  imperatriçanın  hüzuruna  Mamonovu 
Potyomkin göndərmiĢdi. FikirləĢmiĢdi ki, belə gözəl oğlandan imperatriça keçməz, 
yalnız bu gənc onun göz yaĢlarını quruda biləcəkdi, nəhayət. FeldmarĢal Potyomkin 
öz  zənnində  yanılmadı.  Mamonov  Lanskoyu  əvəz  edə  bildi.  O  Yekaterinanın 
həyatına çoxlu sevinclər, bayramlar bəxĢ etdi. 
Potyomkin  əvvəl  tək  qalan  çariçanın  hüzuruna  Yermolovu  (sonralar 
Qafqazın  qənimi)  göndərmiĢdi.  Yermolov  da  Mamonov  kimi  Potyomkinin  öz 
adyutantı idi. Yermolova "bəyaz ərəb" söylənilirdi. Açıq rəngli qıvırcıq qalın saçlar, 
ağappaq diĢlər, iri, həsrətli dodaqlar... Yekaterina onu seçir. Bir neçə gündən sonra 
Yermolovu fligel-adyutant təyin edir; yanındakı otağa köçürür. Lakin Yermalovu bu 
sayaq qəfəsə salmaq olmazdı. Pulu vardı, oyuna, qadına xərcləməyə. Gizlicə qaçırdı 
qumara,  iĢrət  məclislərinə.  Bunlar  Yekaterinanın  xoĢuna  gəlmirdi.  Odur  ki, 
Potyomkin  məktubu  ilə  Mamonovu  onun  yanına  göndərdikdə  Yekaterina 
Yermolovu yüksək qonarar ilə azad edir (16, s.56). 
Mamonov  öz  gözəlliyi  və  ciddiyyəti  ilə  imperatriçanın  tezliklə  hüsn-
rəğbətini qazandı. Mamonov gözəl və cazibədar olmaqla bərabər fransız kitabları ilə 
tərbiyə olunmuĢdu, bir neçə xarici dil bilirdi, teatr üçün pyeslər yazırdı. Yekaterina 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə