12
Mirzə Ələkbər Sabir
əməllər əvəzinə, «hərcayi gəzib, hər yeri seyran edələr, cəngü cədəlü qarətü talan etməklə
gün keçirələn»”. Bunlar azmış kimi:
Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə.
Tə ’lim alasız hər nə ki, aləmdə betərsə,
Xeyri buraxıb, əxz edəsiz hər nə zərərsə,
Mail olasız hər işə kim, fitnəsə, şərsə.
Adət qılasız hərzəvü hədyanı, uşaqlar!
Siz neyləyəsiz məktəbi, mollanı uşaqlar!
Əlbəttə, bu cür başıpozuqluqla böyüyüb boya-başa çatan uşaqlar cəmiyyətdə, evdən
kənarda olduğu kimi, ailədə, doğmaları arasında da müşkül bir problemə çevrilirlər. Sabir
bu acınacaqlı aqibəti həyati və ibrətamiz bədii lövhələrlə göz önündə canlandırır:
Vəqt oldu vurub yıxmağa müştaq olasız siz,
Evdə gərək əvvəlcə ki, qoççaq olasız siz,
Həm validə, həm validəyə ağ olasız siz,
Dincəlmiyələr ta nə qədər sağ olasız siz,
Hər gün döyəsiz madəri-nalanı, uşaqlar!
Ta uf deməyə qalmıya imkanı, uşaqlar!
Hər istədiyin olmasa hasil pədərindən,
Vur, yıx, cala, ta qorxuya düşsün zərərindən,
Söy ağzına cür'əllə, çəkinmə hünərindən,
Biçarə xilas olmaq üçün şurü şərindən,
Çıxsın canı, satsın qabı-qazqaııı, uşaqlar!
Neylər dəxi ol sərvətü samanı, uşaqlar!
Övladın bu cür böyüməsi cəmiyyət üçün problemə çevrilməklə yanaşı, Sabirin
yazdığı kimi, valideynə də «göz nuri hesab eylədiyi dərdi sər, zəhmətlə əmək verdiyi isə
cümlə hədər olun). Odur ki, şair bir pedaqoq və vətəndaş kimi öz yeniyetmə
həmvətənlərini cəmiyyətə və valideynə dərd-sər olmaq yox, layiqli övlad, vətəndaş kimi
böyüməyi, onlara çəkilən əməyi doğrultmağı tövsiyə edirdi. Onun məqsədinə çatmaq
üçün satirada istifadə etdiyi bədii təsvir və ifadə üsulları qoyulan problemə müvafiq olaraq
uğurla seçilərək, bir-biri ilə sənətkarlıqla əlaqələndirilmiş, bütöv ideya-estetik
kompozisiya yaradılmışdır.
Sabir qələmə aldığı mövzuya, islahına çalışdığı problemə heç vaxt birtərəfli və ötəri
yanaşmamışdır. O, hər hansı məsələni axıradək və hərtərəfli işıqlandırmağa, bu zaman
rəngin, bir-birindən təsirli bədii təsvir vasitə və üsullarından istifadə etməyə çalışmışdır.
Odur ki, hər hansı mövzunun ideya-estetik həllində şairin iti müşahidə, poetik istedad və
bir pedaqoq və psixoloq məharəti üzə çıxır, özünü göstərir. Gənc nəslin tərbiyəsi, layiqli
vətəndaş kimi yetişdirilməsi kimi vacib problemin ideya-bədii həllində də eyni mənzərə
ilə qarşılaşırıq. Sabir bu məsələyə də bir neçə satira həsr
13
Hophopnamə
edib. Lakin hər dəfə orijinal yolla gedərək problemin ayn-ayn mühüm tərəflərini diqqətə
çatdırıb. «Uşaqlara» satirasından sonra həmin problemlə bağlı qələmə alınan «01mur,
olmasın!», «Bəxtəvər», «Uşaqdır» və s. satiralarda olduğu kimi.
«01mur, olmasın!» satirasında övladına həm əməli hərəkətləri, həm də «nəsi-
hətləri» ilə pis nümunə olan ata və həmin tərbiyənin mənəvi cəhətdən şikəst hala saldığı
oğul göz önünə gətirilirsə, «Bəxtəvər» satirasında artıq bu cür zərərli tərbiyənin şikəst
etdiyi Feyzilərin törətdikləri bəd əməllərdən qəlbi fərəh hissi ilə dolan nadan atanın
verdiyi pis tərbiyənin zərərli meyvələrindən özü üçün aldığı ürəkaçan təəssüratları arvadı
Xansənəmlə bölüşdüyünün şahidi oluruq. Burada anadan fərqli olaraq, ata fəaldır. O,
oğlunun içki düşkünü, fağır-füqəra qənimi kimi yetişib davakar bir varlığa çevrilməsində
özünün xüsusi əməyi olduğundan, övladını, yaxşı ki, məktəbə, dərsə göndərib elmlə,
biliklə onun əqlini zay etmədiyindən qürur duyur. «Uşaqdır» satirasında isə əksinə, ana
fəaldır. O, ərini danlaq və qınaq yağışına tutur ki, hələ təzə-təzə on bir yaşına çatan
uşaqda müşahidə etdiyi tərbiyəsiz hərəkətlərin (söyüş, tənbəllik və s.) qarşısını almağa
niyə cəhd göstərir.
«Bu boyda!..» satirasında millət balalarının kiçik yaşlarından dünyəvi elmlərin
sirlərinə bələd olmaları, onların yazıb-oxumağı bacarmaları, ana dilləri ilə yanaşı, bir
neçə xarici dil bilmələri, astronomiya, hesab, coğrafiya və sairdən baş çıxarmaları tipin
monoloqunda zahirən inkar olunub, bütün bunlar «şeytan əməli» hesab edilsə də, əslində,
həmin inkar yeniliyin ideya-bədii təsdiqinə, təbliğ və təlqininə xidmət edir, «bu inkarın
üzərində təsdiq dirçəlin
».
Sabir 1906-cı ilin avqustunda I müəllimlər qurultayına hazırlıq mərhələsinin bir
epizodundan bəhs edən kiçikhəcmli müxbir yazısında «bu vəqtə kimi Qafqaz
məktəblərində müntəzəm bir proqram olmadığından şagirdanə (şagirdlərə) təlim edilən
elmi-hal və elmi-tarixdən bir fayda hasil olmadığını» nəzərə çatdırıb qabaqcıl maarif
xadimlərinin «həmin əmri-mühümü nizam və intizam dairəsinə salmaq» məqsədilə
çalışdıqlarını, dönə-dönə yığışıb apardıqlan fikir mübadilələrinin nəticəsi olaraq
proqram və ona «izahat vərəqəsi
» («məramnamə və ifadeyi-məramnamə») tərtib
etmələrini sevinclə xəbər verirdi. Bir il sonra - 1907-ci il avqustun 25-dən sentyabrın 5-
dək davam edən II müəllimlər qurultayına, onun irəli sürdüyü taleyüklü məsələlərin
işıqlandırılmasından tutmuş həmin vəzifələrin həyata keçirilməsinədək olan bütün
işlərdə isə şairin daha fəal iştirakının şahidi oluruq.
Qurultay davam etdiyi günlərdə isə Sabir «UçitelIər» və «Müəllimlər siyezdi»
satiralarını yazıb yenə «Molla Nəsrəddin
» jurnalına göndərdi. Satira jumalda qurultay
başa çatandan sonra çıxmış olsa da, «Molla Nəsrəddin»in ona verdiyi «Bu şeirlər 33-cü
nömrədə çap olunacaqdı. Bəzi səbəblərə görə bu nömrəyə qaldı» qeydindən məlum olur
ki, şair onu elə qurultay davam etdiyi, bəlkə də, elə lap açıldığı günlərdə yazıb
redaksiyaya yola salmışdır. Çü
nki «Molla Nəsrəddin» in 1907-ci il tarixli 33-cü nömrəsi
sentyabrın 2-də çapdan çıxmışdır. Bu takt mühüm ictimai-milli hadisələrə Sabirin
göstərdiyi vətəndaş fəallığına daha bir misaldır.