16
Mirzə Ələkbər Sabir
maariflənməsində, onların əqli, siyasi və milli-mənəvi şüurunun inkişafında, cəmiyyətin
saflaşdınlmasında görürdü. Odur ki, övladını məktəblərdə «Oxutmuram, əl çəkin!» deyən
valideynləri, «Vah!.. Bu imiş dərsi-üsuli-cədid?!» - deyə yeni tipli məktəblərin
yaranmasından darılıb «Səs ucalaşdı, qoymayın! Millət oyaşdı, qoymayın!» harayı ilə özü
kimi köhnəfıkirliləri imdada çağıran ictimai tipləri tənqid və ifşa edir, gənc nəsli isə
«Mənim bağım-baharım, fikri ziyalı oğlum, Məktəb zamanı gəldi, Dur, ey vəfalı oğlum!»
- deyə elm, təhsil öyrənməyə səsləyirdi. Sabir ziyalı, alim şəxsiyyətləri, vətən və millət
yolunda təqdirəlayiq xidmətlər göstərən ictimai xadimləri vəsf edir, onların əməllərinin
yaşadılıb, inkişaf etdirilməsini, xatirələrinin daim əziz tutulmasını, bir tərbiyə örnəyi
kimi, vacib sayırdı. Məsələn, o, məşhur Şa
maxı qazisi Hacı Məcid əfəndinin vəfatı
münasibəti ilə yazdığı növhələrin birində onun alimliyinə işarə ilə alimi tanrının xalqa
bəxş etdiyi bir nemət kimi qiymətləndirirdi:
Çünki vücudi-alim bir ne ’məti-xudadır,
Ne 'mət ki getdi əldən qan ağlamaq rəvadır!
Eynilə də Həsən bəy Zərdabinin xatirəsinə, onun xidmətlərinin və xeyirli əməllərinin
təbliğinə həsr etdiyi əsərlərində bu böyük millət xadiminin xatirəsi önündə özünün sonsuz
ehtiramını bildirirdi. Həsən bəyin xidmətlərini birbəbir nəzərə çatdıran şair
millətdaşlarının onun xatirəsinin əbədiləşdirilməsinə yadigarlıq ola biləcək işlər
görmələrini vacib hesab edərək yazırdı:
... Leyk millət fəqət sifalın üçün,
Mütəzəkkir nüuti-zalın üçün,
Əsəfa, bir bina şimalın üçün
Yadigar olmasın da səndənmi?
Bütün bu əsərlər sadəcə təbliği xarakter daşımırdı. Sabir, əslində, xalqı, gənc nəsli
elmin, maarifin qədrini bilməyə çağırır, həmvətənlərini millət yolunda tərəqqi və inkişafa
xidmət edən işlər görməyə təşviq edirdi. Eyni zamanda övladının tüfeyli həyat sürüb, hətta
quldurluq edib qarşısına çıxan qoca bir saili vurub qan qusdurmasmdan fərəhlənən nadan
valideynləri, pulu hər cür müqəddəslərdən də müqəddəs bilib ona səcdə qılan var-dövlət
hərislərinin dargözlüklərinin və nəfısgirliyinin törətdiyi fəsadlar, milli inkişafa mane
olmaq, milli birliyin yaranmasına rəvac verməmək üçün dəridən-qabıqdan çıxan din və
məzhəb dəllallarının insanlığa, tərəqqiyə zidd əməllərini tənqid atəşinə tutub, onların
islahına çalışırdı. «Adəmi adəm eyləyən paradır» prinsipi ilə yaşayanların mənəvi
kasıblıqlarını və gələcək faciələrini «Xəsisin heyfi, varisin keyfı» satirasında açıb
göstərirdi.
«Nəfsin qərəzi, əqlin mərəzi» satirasında millət rəislərinin şəxsi təkəbbürlük,
dargözlük, eqoistlikləri ucbatından hər hansı tərəqqi işartısının qarşılaşdığı dəhşətli
mənəvi-psixoloji maneə və təzyiqin şahidi oluruq. «Gər olmasam bir işdə rəis - eylərəm
fəsad» iddiası ilə meydan sulayan satirik tip açıq-açığına bildirir ki:
17
Hophopnamə
Bir şəxsin olsa əqli əgər mənim qədər -
Heç olmaram riza ola təhsin mənim qədər!
Görsəm ki, xəlq edir onu təyin mənim qədər,
Bir hiylə eylərəm, edəməz cin mənim qədər...
Sanma ki, məkrii hiylədə nöqsanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Ancaq bu satirik tiplər, millətin başbilənləri yox, başbölənləri olan «millət rəisləri»
təşviş və həyəcan içindədirlər; qorxu içində bir gün onların milli xəyanətlərinin faş
olacağı və onda başlarına qiyamət qopacağını da səksəkə ilə gözləyirlər.
Sabir dərin təəssüf və kədər hissi ilə göstərirdi ki, insanların, «millət rəislərinin
»,
özünü zahirdə din və millət təəssübkeşi kimi qələmə verənlərin nəfs aclığı, var-dövlət
hərisliyi aradan qalxmayınca həlli vacib ümummilli problemlərin həyatda istənilən
səviyyədə tikiş tutması mümkün deyil. O, elm və maarif qədri bilən millət rəislərinin
varlığından razı qalsa da, kədərlə bildirirdi ki, «ancaq bu aralıq bəzi ərbabi-qərəzlər, yəni
kisədustlar, xudpərəstlər - məktəb açılır isə kisələrindən pul alınır - qorxusundan
üsuli-cədidəni evamünnasın nəzərlərinə bir əmri- qəbih və bir əməli-naməşru kimi
göstərirlər)). Bu tiplər «... öz kisələrini mühafizə etmək üçün övladi-vəteni, elm və
tərbiyə aclan olan övladi-vətəni acından öldürüb məhv və nabud etmək istəyirlər. Bu da
insafmı?..»
Sabir vətəndaş yanğısı, publisist qələmin gücü ilə belələrini qəzəblə lənətləməklə
yanaşı, ümidvar olduğunu bildirirdi ki, açıqgözlü, qeyrətli həmvətənləri onun arzularının
çin olacağında mühüm rol oynayacaqlar. Odur ki, sözünə belə davam edirdi:
«İndi mənim kisədustlara deyəcək bir sözüm yoxdur. Qoy onlar bu ləamət ilə
mühafizə etdikləri kisələrin qəbirlərinə aparsınlar. Qoy onlar millət övladı deyil, öz
övladların da oxutmasınlar. Mənim bir təvəqqəm, bir xahişim var isə - islamiyyət qədri,
insaniyyət rütbəsi, milliyyət şəni, maarif dərəcəsi tanıyan qeyrətmənda-
ni-vətənimizdəndir».
Sabir pul kisələrini öz övladlarından belə üstün tutan dargöz, nəfsgirləri sonra- lar
qələmə aldığı «Pula təvəccöh» satirasında da onların öz dilləri ilə ifşa edərək yazırdı:
Nuri-ceşmanımmısan, ey pul, ya canımmısan?
İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, şövkətim, şaııımmısan?
Müshəfmı, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?
Bu satirik tipin həyatda amalı pul toplamaqdır. Ancaq o, pulu hansısa işdən və ya
probleminin həllindən ötrü toplamır. Sadəcə olaraq, pulu qatbaqat sandığa yığmaqdan,
onun getdikcə çoxalmasından şövqə gəldiyi üçün belə edir. Bununla belə, həmin