Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

 
43 
məcbur 
olacaqlar 

dedim. 
Hillədən 
Nəcəfə 
azərbaycanlı  tacir  qiyafəsində  getdim.  Şiə  alimləri  ilə 
dostluq  və  səmimiyyət  qurdum  və  onları  aldatmaq 
üçün dərslərdə iştirak etməyə başladım.  
Şiələrlə sünnilərin fərqi aşağıdakılardan ibarətdir: 
Şiələr  Osmanlı  hökumətinə  qarşı  düşmən  mövqeyi 
tutmuşdular. Çünki onlar şiə, türklər isə sünni idilər. 
Şiə 
alimləri 
bizim 
durğunluq 
dövrümüzdəki 
keşişlərimiz  kimi  özlərini  tamamilə  dini  elmlərə  həsr 
etmiş,  dünyavi  elmlərlə  çox  az  maraqlanırdılar. 
Dünyada baş verən ictimai-siyasi hadisələrdən xəbərsiz 
idilər.  Bir  gün  öz-özümə  fikirləşirdim  ki,  şiələr  nə 
zavallı insanlardılar. Bütün dünya oyaq ikən onlar hələ 
də  yatırlar.  Bir  gün  gələcək  bir  sel  onları  yuyub 
aparacaq. 
Onları  xəlifəyə  qarşı  üsyana  yönəltmək  istəyirdim. 
Məni  bu  mövzuda  dinləyən  olmadı.  Bə`ziləri  də  bu 
təklifi  eşitdikdə  mənə  istehza  ilə  yanaşırdı.  Sanki 
onlara,  dünyanı  yıxın  -  deyirdim.  Onlar  Osmanlı 
xilafətini fətholunmaz bir qala kimi görürdülər. Şiələrin 
fikirincə,  bu  işi  ancaq  zühurunun  intizarı  gözlənilən 
Mehdi görə bilər və onları xəlifənin zülmündən qurtara 
bilərdi.  Onlara  görə,  Mehdi  İslam  peyğəmbərinin 
nəslindən  olan  və  hicri-qəməri  tarixi  ilə  255-ci  ildə 
qeybə  çəkilən  on  ikinci  imamdır.  Onlar  deyirdilər:  “O 
indi  həyatda  mövcuddur,  bir  gün  zühur  edəcək,  zülm 
və  haqsızlığın  baş  alıb  getdiyi  dünyanı  ədalətlə 
dolduracaq”.  Onların  bu  cür  inanclarına  lap  heyrət 
edirdim.  Bu  bizim  xristianların  inandığı,  “İsa  Məsih 


 
44 
gələcək,  dünyanı  ədalətlə  dolduracaq”  əqidəsinə 
bənzəyirdi. Bir gün onların birinə belə dedim: 
İslam  peyğəmbəri  zülmə  qarşı  çıxdığı  kimi,  sizin  də 
zülmə qarşı mübarizə aparmağınız vacib deyildirmi? 
Allah  ona  yardım  edirdi.  Ona  görə  də  zülmü  məhv 
etməyi bacardı.  
Qur`anda  belə  buyurulmuşdur:  “Siz  Allahın  dininə 
yardım  edərsinizsə,  O  da  sizə  yardım  edər”.  Şahların 
zülmünə qarşı çıxsanız, Allah sizə də yardım edər.  
Sən  bir  tacirsən,  bunlar  sənin  işin  deyil.  Bu  elmi  bir 
mövzudur ki, sən bu elmi dərk edə bilməzsən.  
Əli  ibn  Əbu  Talibin  məqbərəsi  çox  gözəl  bir  layihə 
əsasında  tikilmişdir;  qızıldan  qapıları,  böyük  bir 
gümbəzi  və  iki  böyük  minarəsi  vardır.  Hər  gün  bu 
türbəyə çoxlu sayda şiə zəvvarları gəlir, ziyarət edir və 
camaat  namazı  qılırlar.  Ziyarətçilərin  hər  biri  məzara 
salam verdikdən sonra içəri daxil olurlar. Kərbəlada da 
Həzrəti Əlinin məqbərəsinə bənzər iki məqbərə vardır.  
Birincisi, Həzrət Hüseynə, ikincisi isə, onunla bərabər 
şəhid  olan  qardaşı  Həzrət  Abbasa  məxsusdur.  Şiələr 
Nəcəfdə  etdikləri  ziyarət  qaydalarını  eynən  Kərbəlada 
da  edirdilər.  Kərbəlanın  görünüşü  Nəcəfdən  daha 
gözəldir. Ətrafında gözəl bağçalar və axar sular vardır. 
İraq  səfərində  bir  çox  fərəhləndirici  mənzərələrlə 
qarşılaşdım. Bə`zi hadisələr Osmanlı imperatorluğunun 
sonunun  yaxınlaşdığından  xəbər  verirdi.  İstambul 
hökuməti tərəfindən tə`yin edilən vali zalım və cahil bir 
adamdır. Özü istədiyi kimi hərəkət edirdi. Xalq ondan 
razı  deyildi.  Sünnilər  hüquqlarının  tapdalandığından, 
onlara  qiymət  verilmədiyindən  şikayətlənir,  şiələr  isə 


 
45 
Peyğəmbərin nəslindən rəhbərliyə layiq olan seyyid və 
fəqihlər  olduğu  halda,  xəlifəni  və  onun  yerli  valisini 
qeyri-qanuni hesab edirdilər. Şiələrin vəziyyəti həddən 
artıq dözülməz idi. Zülm və əziyyət içində yaşayırdılar. 
Yol kəsənlər karvanları daima talan edirdilər. Hökumət 
onlara  bir  mühafizə  əsgəri  vermədikdə  səfərə  çıxa 
bilmirdilər.  Şiə  tayfaları  arasında  da  düşmənçilik  çox 
idi.  Hər  gün  bir-birini  öldürürdülər.  Şiələrin  bu 
vəziyyəti  mənə  kilsənin  Avropanı  istila  etdiyi 
zamanları 
xatırladırdı. 
Nəcəf 
və 
Kərbəladakı 
ruhanilərdən  başqa  hər  min  nəfərdən  biri  yazmaq  və 
oxumaq  bacarırdı.  İqtisadi  həyat  çökmüş,  insanlar 
fəqirlik  və  zəlalət  içində  məşəqqət  çəkirdilər.  Dövlət 
çıxılmaz  bir  vəziyyətdə  idi.  Şiələr  hökuməti  rəsmi 
şəkildə  tanımırdılar.  Dövlət  ilə  xalq  arasında 
e`timadsızlıq  hökm  sürürdü;  onlar  bir-birinə  şübhə  ilə 
yanaşırdılar.  Ona  görə  də  aralarında  yardımçı  əlaqə 
yox idi. 
Kərbəla  və  Nəcəfdə  dörd  ay  qaldım.  Nəcəfdə 
olduğum  müddətdə  ağır  xəstəliyə  tutuldum.  Hətta 
əlimi  həyatdan  üzmüşdüm.  Üç  həftə  yataqda  qaldım. 
Həkimdən 
müalicə 
aldıqdan 
sonra 
səhhətim 
yaxşılaşmağa  başladı.  Ev  sahibi  xəstə  olduğum 
müddətdə  mənə  çox  yaxşı  xidmət  göstərdi.  Bu  işlə 
savab  qazandığını  deyirdi.  Onlara  deyirdim  ki,  həzrəti 
Əlinin  ziyarətçisiyəm.  Müalicəmin  birinci  günü  həkim 
mənə  toyuq  ətinin  suyunu  içməyi  söylədi.  Daha  sonra 
ətindən  də  yeməyi  məsləhət  gördü.  Sağaldıqdan  sonra 
Bağdada  getdim.  Nəcəf,  Hillə  və  Bağdad  yolunda 


 
46 
müşahidələrimlə 
bağlı 
yüz 
səhifəlik 
mə`lumat 
hazırlayıb MNN-nin Bağdad şö`bəsinə təqdim etdim. 
İraqda  qalacağım  və  ya  Londona  dönəcəyim 
haqqında  əmr  gözləyirdim.  Uzun  zaman  idi  ki, 
qürbətdə  idim.  Vətənim  və  ailəm  üçün  çox 
darıxmışdım; həyata yenicə göz açmış oğlum Rasputini 
görmək  istəyirdim.  Onun  üçün  də  MNN-ə  yazdığım 
məktubda  az  bir  müddətə  olsa  da,  Londona  qayıtmaq 
üçün  izn  istədim.  Üç  illik  İraq  səfəri  ilə  əlaqədar 
müşahidələrimi  şifahi  anlatmaq  və  bir  qədər  də 
istirahət 
etmək 
istəyirdim. 
Nazirliyin 
İraqdakı 
nümayəndəliyi şübhə doğurmamaq üçün Dəclə çayının 
kənarındakı  evlərin  birində  yerləşməyimi  məsləhət 
gördü.  Londondan  cavab  gələnədək  orada  qalmalı 
oldum. Burada qalarkən xilafət mərkəzi olan İstambulla 
Bağdad  arasındakı  mə`nəvi  uyğunsuzluğu  müşahidə 
edirdim.  
Bəsrədən  Kərbəla  və  Nəcəfə  getdiyim  müddətdə 
Məhəmməd  Nəcdidən  çox  nigaran  qalmışdım.  Onun 
göstərdiyim  yoldan  aza  biləcəyindən  ehtiyatlanırdım; 
aylarla 
çəkdiyim 
zəhmətin 
hədər 
olacağından 
qorxurdum.  Ayrılanda  o,  İstambula  getmək  haqqında 
düşünürdü.  Mən  onu  bu  fikirdən  daşındırmaq  üçün 
çox  çalışdım  və  ona,  İstambulda  fikirlərini  duysalar, 
səni  öldürə  bilərlər,  -dedim.  Əlbəttə  məqsədim  başqa 
bir şey idi. Orada savadlı sünni alimləri ilə görüşüb, öz 
etiqadına  qayıda  bilərdi.  Çünki,  İstambulda  İslamın 
yüksək ruhiyyəsi vardır. Məhəmmədin Bəsrədə qalmaq 
istəmədiyini  anladıqda,  İsfahan  və  Şiraza  getməsini 
təklif  etdim.  Çünki  bu  iki  şəhər  çox  gözəl,  xalqı  da  şiə 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə