Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

 
47 
idi.  Şiələrin  də  ona  tə`sir  etmək  ehtimalı  çox  az  idi. 
Beləliklə,  onun  hazırladığım  yoldan  dönməyəcəyinə 
əmin oldum. Ayrılanda soruşdum:  
Təqiyyəyə inanırsanmı?  
Bəli,  inanıram.  Müşriklər  səhabələrdən  birinin  ata-
anasını  öldürdükdə  təqiyyə  edib,  şirki  izhar  etmişdi. 
Peyğəmbər  buna  qarşı  çıxmamış  və  ona  heç  nə 
deməmişdi. 
Şiələr  arasında  təqiyyə  ilə  davran,  sünni  olduğunu 
söyləmə ki, başına bəla açarsan. Onların ölkəsindən və 
alimlərindən istifadə et, məzhəblərini öyrən! Onlar çox 
cahil və inadkar insanlardır.  
Ona  zəkat  (imkansızlara  paylanılan  vergi  növü)  adı 
ilə  bir  miqdar  pul  verdim.  Bir  də  minik  üçün  heyvan 
aldım.  Ayrılarkən  Bəsrəyə  dönməyi  qərara  aldıq. 
Razılaşdıq  ki,  kim  birinci  gəlsə  və  gözləməyə  imkanı 
olmasa, Əbdürrizaya məktub yazıb versin.  


 
48 
ALTINCI FƏSİL 
Bir  müddət  Bağdadda  qaldıqdan  sonra  Londona 
qayıtmaq  əmri  aldım.  Londona  döndükdə  katiblər  və 
mə`sullarla  görüşdüm.  Onlara  uzun  sürən  səfərimdən, 
müşahidələrim  və  İraqla  bağlı  mə`lumatlarımdan 
danışdım.  Onlar  çox  sevindilər  və  mənə  öz 
təşəkkürlərini  bildirdilər.  Səfiyyə  də  məndən  əlavə 
MNN-nə  mə`lumat  göndərmişdi.  Sonradan  bildim  ki, 
MNN-nin  xüsusi  məqsədlə  tə`yin  olunmuş  xəfiyyələri 
müntəzəm  olaraq  məni  izləmiş  və  bu  barədə  mərkəzə 
mə`lumatlar  göndərmişlər.  Nazirlə  görüşmək  üçün 
vaxt  aldım.  O,  məni  İstambul  səfərimdən  qayıdarkən 
qarşıladığı  kimi  qarşılamadı.  Bu  dəfəki  görüşümüzdə 
onun  mənə  məftun  olduğunu  anladım.  Nazir, 
Məhəmməd  Nəcdini  həmkarlığa  cəlb  etdiyimə  görə 
məndən çox razı idi.  
Nazir dedi: 
Məhəmməd  Nəcdi  nazirliyimizin  müsəlmanların 
qəlbinə  sancmaq  üçün  daim  axtardığı  bir  silahdır  ki, 
onu  əldə  etmək  üçün  sərf  etdiyimiz  bütün  məsrəflərə 
dəyər.  
Onu  ələ  almaq  üçün  çox  əzab-əziyyətlərə  qatlaşmalı 
oldum. 
Ondan 
ayrılanda 
çox 
nigaran 
idim; 
fikirlərindən  dönəcəyindən  qorxurdum.  Lakin,  söhbət 
əsnasında anladım ki, fikri qətidir.  
Nazirliyimizin 
casusları 
İsfahanda 
onunla 
görüşmüşlər.  Bu  haqda  bizə  bir  mə`lumat  da 
göndəriblər.  


 
49 
Öz-özümə  fikirləşirdim  ki,  Məhəmməd  bu  sirri 
başqasına  necə  aça  bilərdi?!  Sonradan  onunla 
görüşdükdə  bildim  ki,  İsfahanda  Əbdülkərim  adlı  bir 
şəxs  onunla  görüşəndə,  Şeyx  Məhəmmədin  (məni 
nəzərdə  tutur)  qardaşıyam  -  demişdi.  O  da  aldanaraq, 
bütün  sirləri  açmış  və  onunla  məxfi  əlaqə  yaratmışdı. 
Mənə  İsfahan  və  Şiraz  səfəri  haqqında  belə  danışdı: 
“Səfiyyə  mənimlə  İsfahana  getdi.  Onunla  iki  ay  da 
müvəqqəti  nigahla  yaşadım.  İsfahanda  tanış  olduğum 
Əbdülkərimlə  Şiraza  gəldim.  O,  məni  Səfiyyədən  də 
gözəl olan Asiya adlı bir qadınla tanış etdi. Onunla da 
bir  müddət  oldum.  Həyatımın  ən  nəş`əli  günlərini 
onunla keçirdim”. 
Sonradan  dəqiqləşdirdim  ki,  Əbdülkərim  İsfahanda 
yaşayan  xristian,  Asiya  isə  Şiraz  yəhudilərindən  olan 
MNN  casusudur.  Dördümüz  bir  yerdə  Məhəmməd 
Nəcdini illərlə planlaşdırdığımız bir şəkildə yetişdirdik. 
Mən 
hadisələri 
nazirə, 
katibə 
və 
nazirliyin 
tanımadığım  iki  mə`muruna  danışdıqda,  nazir  mənə 
belə  dedi:  “Sən  nazirliyimizin  ən  böyük  mükafatını 
qazandın.  Sən  bizim  ən  mühüm  xəfiyyələrimiz 
arasında  birincisən.  Katiblər  sənə  vəzifəni  davam 
etdirmək  üçün    lazım  olan  iki  dövlət  sirrini 
söyləyəcəklər”. 
Sonra  mənə  ailəmlə  görüşmək  üçün  on  günlük  vaxt 
verdilər;  sevinc  içərisində  evimə  doğru  addımladım. 
Mənə 
çox 
bənzəyən 
oğlumla 
ən 
unudulmaz 
dəqiqələrimi keçirdim. Rasputin yenicə dil açırdı. Gözəl 
yeriməyi  var  idi.  O  yeriyəndə,  sanki  vücudumun  bir 
parçası  yeriyirdi.  Bu  on  gündə  sevincimin  həddi-


 
50 
hüdudu  yox  idi.  Xalamla  da  görüşməyim  çox  yaxşı 
oldu.  Ancaq  mən  üçüncü  səfərə  getdikdən  sonra  o, 
dünyasını  dəyişmişdi.  Onun  vəfat  etməsinə  çox 
təəssüfləndim.  Ailəmlə  olduğum  bu  on  gün  sanki  bir 
saat  kimi  gəlib  keçdi.  Əziyyətli  günlər  isə  əsrlərə 
bərabərdir.  Nəcəfdəki  xəstəlik  günlərimi  xatırladım.  O 
kədərli günlərin hər biri mənim üçün bir ilə bərabər idi. 
Yeni  əmrlər  almaq  üçün  nazirliyə  getmişdim. 
Qarşımda  katiblə  yanaşı  gülərüzlü  və  uzunboylu  bir 
şəxs  də  dayanmışdı.  Onunla  görüşdükdə  əlimi 
möhkəm-möhkəm sıxdı; sanki onun əllərindən qəlbimə 
məhəbbət  süzüldü.  O  dedi:  “Nazirliyimizin  idarə 
hey`ətinin  əmri  ilə  sənə  çox  mühüm  iki  dövlət  sirrini 
söyləyəcəyəm. Bu iki sirdən çox istifadə edəcəksən. Bu 
mə`lumatları bir neçə nəfərdən başqa heç kəs bilmir”. 
Əlimdən  tutaraq  məni  otaqlardan  birinə  apardı.  Bu 
otaqda çox qəribə bir səhnə var idi. Bir dairəvi masanın 
ətrafında  on  nəfər  oturmuşdu.  Onlardan  birincisi 
Osmanlı  sultanının  qiyafəsində  idi.  Türk  və  ingilis 
dillərini  mükəmməl  bilirdi.  İkincisi  İstambuldakı 
Şeyxül  İslam,  üçüncüsü  İran  şahı,  dördüncüsü  İran 
şahının  vəziri,  beşincisi  isə  şiələrin  Nəcəfdəki 
müctehidinin qiyafəsində idi. Bu iki nəfər fars və ingilis 
dillərini  bilirdilər.  Onların  hər  birinin  yanında 
dediklərini  yazmaq  üçün  katiblər  oturmuşdu.  Sonra 
casusların bu beş nəfəri yamsıladıqları şəxslər haqqında 
topladıqları məlumatlar təqdim olundu. Katib dedi: 
Bu beş nəfər oradakı beş nəfəri təmsil edirlər. Onların 
nə 
düşündüklərini 
bilmək 
üçün 
əvəzedicilər 
yetişdirmişik.  Biz  İstambul,  Tehran  və  Nəcəfdəki 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə