Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

 
55 
Dünyanı buraxıb yalnız axirət üçün çalışmaq; 
Hakimlərin diktatorluğu və zalımlığı; 
Yollarda  əmin-amanlığın  olmaması,  nəqliyyat  və 
səyahətlərin azlığı; 
Hər  il  on  minlərlə  insanın  yolxucu  xəstəliklərdən 
ölməsi və dövlətin buna qarşı laqeydliyi; 
Şəhərlərin  ətraflarının  viranəliyi  və  su  şəbəkələrinin 
yoxluğu; 
Valilərin  müxaliflər  qarşısında  acizliyi.  Nizamsızlıq, 
Qur`an qanunlarının az tətbiq olunması; 
İqtisadi  tənəzzül,  yoxsulluq  və  inkişafdan  geri 
qalmaq;  
Nizami  ordunun  olmaması,  silah  çatışmazlığı  və  ya 
olanların da ibtidai şəkildə olması; 
Qadın haqlarının qorunmaması; 
Küçələrin bərbadlığı və təmizliyə riayət olunmaması. 
Bu  kitabda  müsəlmanların  üstünlüklərindən  də 
yazılır: 
İslam dini öz ardıcıllarını birlik və bərabərliyə çağırır. 
Təfriqəni qadağan edərək buyurur: “Allahın ipinə bərk-
bərk sarılın və ayrılmayın” (Ali İmran-103). 
İslam  savadlanmağı  və  elm  öyrənməyi  əmr  edir.  Bir 
hədisdə bu barədə belə deyilir: “Elm öyrənmək hər bir 
kişi və qadına vacibdir” . 
İslam  dünya  üçün  də  çalışmağı  əmr  edir.  “Onlardan 
bə`ziləri, Ey Rəbbimiz! Bizə dünyada və axirətdə gözəl 
həyat nəsib elə - deyirlər”. (Bəqərə-201). 
İslam  bütün  işləri  məsləhət  və  məşvərət  əsasında 
həyata  keçirməyi  əmr  edir.  “Onların  işləri  məşvərətlə 
olar.” (Şura-38). 


 
56 
İslam  yol  çəkməyi  əmr  edir.  “Yer  üzündə  yeriyin.” 
(Mülk-15). 
İslam  müsəlmanlara  səhhətlərini  qorumağı  əmr  edir. 
Bir hədisdə belə deyilir: “Elm dörd növdür: 
dinin qorunması üçün fiqh elmi; 
dilin mühafizəsi üçün sərf və nəhv elmi; 
səhhətin qorunması üçün tibb elmi; 
kainatın tanınması üçün astronomiya elmi;” 
İslam  quruculuğu  əmr  edir.  “Allah  yer  üzərində  hər 
şeyi sizin üçün yaratmışdır.”(Bəqərə-29). 
İslam  nizam-intizamlı  olmağa  əmr  edir.  “Hər  şeyin 
nizamı və hesabı vardır.” (Hicr-19). 
İqtisadiyyatda  güclü  olmağı  əmr  edir.  Bir  hədisdə 
belə deyilir: “Heç ölməyəcəyiniz kimi dünya işləri üçün 
çalışın, hər an öləcəyiniz kimi axirət üçün hazırlaşın”. 
İslam  güclü  orduya  və  müasir  silahlara  sahib  olmağı 
əmr edir. “Onlara qarşı imkanınız qədər güc toplayın.” 
(Ənfal-60). 
İslam qadınların  hüquqlarına riayət etməyi və onlara 
qiymət  verməyi  əmr  edir.  “Kişilərin  qadınların 
üzərində  haqqı  olduğu  kimi,  qadınların  da  kişilər 
üzərində haqları vardır.” (Bəqərə-228). 
İslam  təmizliyə  əmr  edir.  Bir  hədisdə  belə  deyilir: 
“Təmizlik imandandır.” 
Aradan  aparılması  nəzərdə  tutulan  əsas  amillər 
aşağıdakılardır: 
İslam 
dini 
irqçilik, 
millətçilik, 
qohumbazlıq, 
yerlibazlıq 
və 
digər 
təəssübkeşlikləri 
aradan 
aparmışdır. 


 
57 
Sələmçilik,  qumarbazlıq,  zinakarlıq,  şərab  içmək  və 
donuz əti yemək haramdır.  
Müsəlmanlar  öz  ailə-uşaqlarına  hədsiz  dərəcədə 
bağlıdırlar.  
Sünni  müsəlmanlar  xəlifəni  Peyğəmbərin  vəkili 
olaraq, 
qəbul 
edirlər. 
Allaha 
və 
Peyğəmbərə 
göstərilməsi  lazım  olan  ehtiramın  xəlifəyə    də 
göstərilməsinin vacib olduğuna inanırlar. 
Cihad vacibdir. 
Şiəlik 
nöqteyi-nəzərindən 
qeyri-müsəlmanların 
hamısı murdardır. 
Bütün  müsəlmanlar  İslamın  haqq  din  olduğuna 
inanırlar. 
Müsəlmanların çoxu yəhudi və xristianların Ərəbistan 
yarmadasından 
çıxarılmasının 
vacib 
olduğunu 
bildirirlər. 
İbadətlərini,  xüsusilə  namaz,  oruc  və  həcci  çox  gözəl 
şəkildə yerinə yetirirlər. 
Şiələr  İslam  ölkələrində  kilsə  tikilməsini  haram 
bilirlər. 
Müsəlmanlar İslam əqidəsinə möhkəm bağlıdırlar. 
Şiələr  xümsün,  yə`ni  illik  gəlirdən  artıq  qalan  pul  və 
digər  vəsaitlərin  beşdə  bir  hissəsinin  İslam  yolunda 
xərclənməsi  məqsədilə  alimlərə  verilməsini  vacib 
bilirlər. 
Müsəlmanlar  uşaqlarını  o  qədər  gözəl  tərbiyə  edirlər 
ki,  onları  əcdadlarının  yolundan  azdırmaq  qeyri-
mümkündür. 


 
58 
Müsəlman  qadınlar  iffət  məsələsinə  o  qədər  riayət 
edirlər  ki,  onların  əxlaqsızlığa  qurşanmasını  təsəvvür 
etmək mümkün deyildir. 
Müsəlmanlar hər gün camaat namazı qılmaq üçün bir 
yerə toplaşırlar. 
Onlara  görə  Peyğəmbərin,  Əlinin  və  digər  saleh 
şəxslərin  qəbirləri  müqəddəs  olduğundan  oraya 
toplaşırlar. 
Peyğəmbərin  nəslindən  gələn  seyid  və  şərif  adı 
verilən  insanlar  daima  müsəlmanlara  Peyğəmbəri 
xatırladırlar. Onun canlı yaşamasını tə`min edirlər. 
Müsəlmanlar  bir  yerə  toplaşdıqları  zaman,  vaizlər 
onların  imanlarını  qüvvətləndirir,  saleh  işlər  görməyə 
təşviq edirlər. 
Əmr be məruf (yaxşılığa əmr etmək), nəhy əz münkər 
(pis işlərdən çəkindirmək) hər bir müsəlmana vacibdir. 
Müsəlmanların çoxalması üçün evlənmək və bir neçə 
qadınla nigah bağlamaq sünnətdir.  
Müsəlman  üçün  bir  insanı  İslama  gətirmək  dünyaya 
sahib olmaqdan daha üstündür. 
Müsəlmanlar  arasında  kim  xeyirli  bir  yol  açarsa,  bu 
işin  savabına  və  bu  yolu  gedən  bütün  insanların 
savabına nail olur.  
Müsəlmanlar Qur`ana və hədislərə çox böyük hörmət 
göstərirlər. Onlara tabe olmağı cənnətə nail olmaq üçün 
bir vasitə hesab edirlər. 
İndi  isə  bu  kitabda  sadaladığımız  müsəlmanların 
üstün  xüsusiyyətlərini  aradan  aparmaq  üçün  tərtib 
olunan üsullara nəzər yetirək: 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə