63
Şiələrin zehnindən xristian və yəhudilərin murdar
olması fikrini çıxartmaq. Bu haqda Qur`andan dəlil
gətirin: “Özlərini kitab əhlindən bilənlərin yeyəcəyi
sizin üçün halal olduğu kimi, sizin də yeyəcəyiniz onlar
üçün halaldır” (Maidə surəsi, ayə 5). Məhəmməd
peyğəmbərin Səfiyyə adlı yəhudi və Mariya adlı
xristian həyat yoldaşı olmuşdur. Mə`lumdur ki, bu
xanımlar murdar olsaydı, Peyğəmbər onlarla ailə
qurmazdı.
Müsəlmanlara sübut etmək lazımdır ki, Məhəmməd
peyğəmbər İslam dedikdə ümumi şəkildə din
məfhumunu nəzərdə tuturdu. Bu din həm xristianlıq,
həm də yəhudiliyə aiddir. Qur`an hər bir dinin
ardıcıllarını müsəlman adlandırır. Məsələn, Yusif
peyğəmbərin
dilindən
belə
buyurulur:
“Məni
müsəlman
olaraq
öldür”.
İbrahim
və
İsmail
peyğəmbərin dilindən də belə deyilir: “Ey Rəbbimiz!
Bizi özünə müsəlman qərar ver. Nəslimizdən olanları
da müsəlman bir ümmət elə”. Yəqub peyğəmbər isə
oğlanlarına belə dedi: “Ancaq və ancaq müsəlman
olaraq ölün” (Bəqərə surəsi, ayə132).
Kilsə tikməyin haram olmadığını, peyğəmbər və
xəlifələrin kilsələri dağıtmadığını, xristian və yəhudi
dini mərkəzlərinə də, ibadətgah olduqları üçün ehtiram
göstərilməsinin
vacib
olduğunu
qəbul
etdirin.
Qur`anda bu haqda belə buyurulmuşdur: “Allah
insanların bir qismini digəri ilə dəf etməsəydi,
monastrlar, kilsələr, senaqoqlar və Allahın adı çox zikr
edilən məscidlər dağıdılardı” (Həcc surəsi, ayə 40).
İbadətgahlara
ehtiram
bəslənilməsini,
onların
64
dağıdılmamasını, dağıdanlara hər vəchlə mane
olunmasını müsəlmanlara ardıcıl olaraq söyləyin.
Yəhudiləri Ərəbistan yarmadasından çıxarın və
“Ərəbistan yarmadasında iki din olmaz” hədisləri
haqqında müsəlmanları şübhəyə salın. Əgər bu iki
hədis doğru olsaydı, Məhəmməd peyğəmbərin
xanımlarının biri yəhudi, o birisi isə xristian olmazdı.
Eləcə də, müsəlmanlar xristian kralı Nəcaşi ilə yaxın
münasibətdə olmazdılar.
Müsəlmanları ibadətlərindən uzaq salmaq üçün
onlara zahiri əməllərin mühüm olmadığını, əsasən qəlb
paklığının və ürəyi təmizliyin dəyərli olmasını çatdırın.
Sübut edin ki, Allahın insanların ibadətlərinə ehtiyacı
yoxdur;
onları
ibadətlərin
faydaları
haqqında
tərəddüdə salın. Həccə getmək və camaatla namaz
qılmaq kimi ictimai ibadətlərə qarşı amansız olun,
onları
bu
işlərdən
çəkindirin.
Eyni
zamanda
məscidlərin, türbələrin və mədrəsələrin inşasına,
Kə`bənin tə`mirinə mane olmağa çalışın.
Müharibədə düşməndən qənimət olaraq alınan malın
və eləcə də illik gəlirin 1/5 hissəsinin (xüms) alimlərə
verilməsinə mane olun. Bunun ticarət qazancı ilə
əlaqəsi olmadığını deyin. Bir də xüms Peyğəmbərin
özünə və onun xəlifəsinə verilir. Alimlər bu puldan
istifadə edərək özləri üçün evlər, saraylar, bağ-bağçalar
alırlar. Bunun üçün xümsü onlara vermək caiz deyildir.
Müsəlmanların əqidələrinə bid`ətlər əlavə edərək,
İslamı terror dini olmaqda ittihamlandırın. “İslam
ölkələrinin geridə qalması” fikrini qabardaraq, onların
əqidələrinə olan bağlılıqlarını zəiflətməyə çalışın.
65
Unutmayın ki, müsəlmanlar vaxtilə dünyanın ən
qüdrətli və mədəni dövlətini qurmağa nail olmuşdular.
Onların dinə bağlılıqları azaldıqca qüdrətləri də
zəifləyərək heçə enmişdir.
11.
Uşaqları
və
yeniyetmə
gəncləri
ata-ana
nəzarətindən uzaqlaşdıraraq, bizim nəzarətimiz altında
olan mərkəzlərdə yerləşdirməyə çalışın; onları hansı
yolla olursa-olsun, dini tərbiyələrindən məhrum edin.
Məqsədimizə mütləq şəkildə nail olmaq üçün
müsəlman balalarının tərbiyəsi ilə yalnız özümüz
məşğul olmalıyıq!
12. Müsəlman qadınlar arasında əxlaqsızlıq, iffətsizlik
və fahişəlik hallarını genişləndirib yayın; bu məsələnin
onların arasında adi hala çevrilməsi üçün genişmiqyaslı
planlar hazırlayıb həyata keçirin. Örpəyə, çadraya və
islami geyimlərə qarşı təbliğat aparıb onları gerilik,
xurafat və irtica adlandırın; onları təhrik edib,
örtüklərini açdırmaq üçün dəlil olaraq, bu sözləri
deyin: Qur`anda örtünmək barədə heç bir hökm
yoxdur; bu ərəblərin milli geyimidir və islamla heç bir
şəkildə əlaqəli deyildir. Və ya deyin ki, Məhəmməd
peyğəmbərin zamanında qadınlar örtünməzdilər; bu
məsələ sonradan meydana çıxaraq adət şəklini
almışdır. Hətta Peyğəmbərin qadınları da açıq-saçıq
gəzərdilər.
Onların örtüklərini açdıqdan sonra gəncləri onlara
qarşı təhrik etmək, hər ikisini bir-birinə qarışdırmaq
üçün ümumi mühitlər yaratmaq lazımdır. İslamı
aradan aparmaq üçün bu iş çox tə`sirlidir. Əvvəl bu işi
qeyri-müsəlman qadınlara gördürün, sonradan isə
66
müsəlman qadınlar özləri pozulub, onların gördüyü
işləri həyata keçirəcəklər.
Din xadimlərini fasiq olaraq tanıtdırın. Onların
arxasında namaz qılan müsəlmanların arasında kin-
küdurət və ədavət toxumu səpib camaat namazını
aradan aparın.
Türbələrin hamısının dağıdılmasına çalışın. Onlara
deyin ki, Peyğəmbər zamanında türbələrin tikilməsinə
icazə verilməyib, bu iş bid`ətdir. Onlar da Peyğəmbər,
Raşidi xəlifələr və salehlərin qəbirləri barəsində
şübhəyə düşəcəklər və onları ziyarət etməkdən
çəkinəcəklər. Əbu Bəkrlə Ömərin qəbri “Bəqi”
qəbristanlığında,
Osmanın
qəbri
isə
namə`lum
yerdədir. Bəqi qəbristanlığı yerlə-yeksan edilməlidir.
Onlara
deyin
ki,
Kazimeyndəki
ziyarətgahlar
Peyğəmbərin əhli-beytindən olan imam Kazim və
imam Cavadın məzarı deyildir. Tusdakı (indiki Məşhəd
şəhəri) isə imam Rizanın yox, Harun ər-Rəşidin
qəbridir.
Samirədəki
qəbirlər
isə,
abbasilərə
mənsubdur.
Seyidlərin Məhəmməd peyğəmbərin nəslindən olması
haqda şübhə və tərəddüdd yaradın. Seyid olmayanlara
qara və yaşıl rəngli əmmamə geyindirərək, onları da
seyidlərə bənzədin. Belə olduqda, onlar seyidləri
müəyyən etməkdə çətinlik çəkəcək və ümumiyyətlə
hamıya şübhə ilə yanaşacaqlar. İkinci mərhələdə isə,
alimlərin və seyidlərin əmmamələrini çıxarmağa cəhd
edin ki, seyidlərin kökü kəsilsin; alimlər cəmiyyətin
yüksək ehtiram və qayğısından məhrum olsunlar.
Dostları ilə paylaş: |