Mm-dən mühazirələrin kanspekti


Hidrosferin (su mühitinin) dəyişilməsi ilə əlaqədar FH



Yüklə 1,17 Mb.
səhifə12/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   79
Mm-d n m hazir l rin kanspekti

Hidrosferin (su mühitinin) dəyişilməsi ilə əlaqədar FH:
- su mənbələrinin tükənməsi və ya çirklənməsi nəticəsində içməli suyun çatışmazlığı;
- məişət-təsərrüfat və texnoloji proseslərin təminatını təşkil edən su resurslarının tükənməsi;
- Dünya okeanı və daxili dəniz zonalarının çirklənməsi nəticəsində ekoloji tarazlıq və təsərrüfat fəalliyyətinin pozulması.

Şəkil 2.18. Ekoloji çirklənmə



Şəkil 2.19. Hidrosferin çirklənməsi
Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar FH:
- yaşayış mühiti şəraitlərinin dəyişilməsinə həssas olan növlərin (bitkilərin, heyvanların) yoxa çıxması;
- böyük ərazilərdə yaşıllığın məhv olması;
- bərpa olunan resursların yenidən istehsalına qarşı biosferin alışma qabiliyyətinin kəskin dəyişməsi;
- hevanların kütləvi şəkildə məhv olması.
Bioloji xarakterli FH səbəbləri təbii fəlakətlər, irimiqyaslı qəzalar, infeksion xəstəliklər sahəsində aparılan tədqiqatlarla əla­qə­li obyektlərdə qəza, eləcə də sərhədyanı ərazilərdə baş verən ter­ror və hərbi əməliyyatların nəticəsində ölkəyə daxil olan xəs­tə­liktörədicilərdir.
Bioloji yoluxma zonası – insan, heyvan və bitkilər üçün təh­lü­kə yaradan bioloji vasitələrin geniş yayıldığı əraziyə deyilir.
Bioloji zədələnmə ocağı – insanların, heyvanların və bit­ki­lə­rin kütləvi zəhərlənməsi baş verdiyi əraziyə deyilir.
Ekoloji qəzalara qarşı müdafiə tədbirləri. Ekoloji qəza­la­ra qarşı müdafiə tədbirlərini planlaşdırarkən, maksimal dərəcədə ikincili qəzanın nəticələrini azaltmaq və lazımi hazırlıqdan sonra on­ları tam şəkildə istisna etmək lazımdır. Təbii və ekoloji föv­qə­la­də hallardan tam müdafiə amillərindən biri onların səbəbləri və me­xanizmlərinin öyrənilməsidir. Təhlükəli hadisələrin zamanında dəqiq proqnozlaşdırılması ən effektiv müdafiə şərtlərindəndir. Tə­bii fəlakətlərdən müdafiə aktiv (mühəndis-texniki qurğuların ti­kil­məsi; səfərbərlik-fəaliyyətinə keçmək, müəyyən məqsədə çatmaq üçün qüvvə və vasitələrin toplanması; təbii resurslar- təbii ob­yekt­lərin yenidən qurulması) və passiv( sığınacaqların istifadəsi) olur.



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə