Hidroloji xarakterli FH
Sellər. Azərbaycanda təbii fəlakətlərdən tez-tez təkrarlanan və böyük əraziləri əhatə edən sellərdir.
Azərbaycan Respublikasının hidroqrafik şəbəkəsinin əsasını
çaylar təşkil edir. Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır. Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır. Uzunluqları 100 km-dən çox olan 24 çay vardır. Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıx (Alazan),Qabırrı (İori), Samur, Tərtər, Türyan, Ağstafa, Həkəri, Viləş və s.
Qəbələ, Oğuz, Göyçay, Ordubad və s. kimi iri inzibati rayon mərkəzlərini göstərə bilərik. Respublikanın dəmir yollarının 300 km-i, avtomobil yollarının 1000km-i, 100-lərlə körpü fasilələrlə sellər tərəfindən dağılır, yararsız hala düşür.
Şəkil 2.6. Sel hadisəsi
edin!
Daşqınlar, subasmalar - çaylarda, göllərdə, dənizlərdə su səviyyəsinin qalxması nəticəsində yerin xeyli ərazisinin müvəqqəti olaraq su basmasıdır. Bütün fəlakətlər arasında təkrarolunma sayına, ərazinin əhatə dairəsinə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur.
Hidraloji proqnoz aparmaqla, daşqınları proqnoz etmək olar. Su basmış sahələrdən və dəymiş ziyandan asılı olaraq daşqınlar kiçik, böyük, mühüm və faciəli olur.
Meteoroloji xarakterli təbii hadisələr
Fırtına – əsasən, 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə səbəb olur və güclü dağıdıcı gucə malikdir.
Şəkil 2.7. Qasırğa hadisəsi
Qasırğa – əsasən, dolmuş buludlar arasında əmələ gəlir. Dairəvi şəkildə fırlanaraq Yer səthinə enir. Yer səthinə endiyi andan 30 m dərinliyində 40-60 km məsafəni qət edə bilir. Qasırğa sulu və alovlu olur. Surəti 1200 km/saata çata bilir. Qasırğaların dağıdıcı təsiri kuləyin surətilə, eləcə də tufan və leysan yağışları sayəsində törəyən yağışlarla müəyyən edilir. Küləyin sürəti 18 ballıq Bofort (Ser Frensis Bofort (1774-1857) – ingilis admiralı, hərbi hidroqraf, xəritəşünas) şkalası ilə ölçülür.
Şəkil 2.8. Tornado təbii hadisəsi
Tufan - Küləyin sürəti 0-dan səs sürətinə qədər ola bilir. 1946-cı ilə kimi 12 ballıq şkala ilə, 1946-cı ildən isə 18 ballıq şkala ilə ölcülür. Tufanlar, əsasən, atmosferdə baş verən silklon hadisələri nəticəsində yaranır. Bu zaman küləyin sürəti 26–31 m/san arasında olur. Atlantik okeanında tufanların sürəti hətta, 241,5 m/san-yə çatır.
Dolu – atmosfer yağıntılarnın bir növüdür. Bulud daxilində qar topalarının hərəkəti nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su damcıları olur və buz qatı ilə örtülür. Ölçüsü 5-dən 55 mm-ə qədərdir (təbiətdə13 sm - 1kq çəkisində müşahidə olunub). Xalq təsərrüfatına ən böyük ziyan vuran təbii fəlakətdir. Dolular ən cox Gədəbəy, İsmayıllı və Şəki rayonlarında müşahidə olunur.
Şəkil 2.9. Dolu yağması
İldırım - İldırım qasırğalı buludla yer arasında baş verən, şiddətli gurultu və parlaq qığılcımla müşayiət olunan qısa müddətli təhlükəli elektrik boşalmasıdır. İldırımın uzunluğu buludun yerləşmə hündürlüyündən asılı olub 2-50 km. həddində, ildırım kanalında isə temperatur təqribən 30 mln.°C olur. İldırım yüksək elektrik yükü ilə xarakterizə olunur. İldırım vuran ağaclar parçalana və yana bilər. Ağacın parçalanması onun daxilindəki nəmliyin, oduncağın birdən buxarlanmasından partlayışın baş verməsi nəticəsində baş verir.
Şəkil 2.10. Şimşək çaxması
Dostları ilə paylaş: |