Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə6/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   79
Mm-d n m hazir l rin kanspekti

Hidroloji xarakterli FH


Sellər. Azərbaycanda təbii fəlakətlərdən tez-tez təkrarla­nan və böyük əraziləri əhatə edən sellərdir.
Azərbaycan Respublikasının hidroqrafik şəbəkəsinin əsasını
çaylar təşkil edir. Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır. Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır. Uzunluqları 100 km-dən çox olan 24 çay vardır. Res­pub­likanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıx (Ala­zan),Qabırrı (İori), Samur, Tərtər, Türyan, Ağstafa, Həkəri, Viləş və s.
Qə­bələ, Oğuz, Göy­çay, Ordubad və s. kimi iri inzibati rayon mər­kəz­lə­rini göstərə bilərik. Respublikanın dəmir yollarının 300 km-i, avtomobil yollarının 1000km-i, 100-lərlə körpü fasilələrlə sellər tərəfindən dağılır, yararsız hala düşür.

Şəkil 2.6. Sel hadisəsi

edin!
Daşqınlar, subasmalar - çaylarda, göllərdə, dənizlərdə su sə­viyyəsinin qalxması nəticəsində yerin xeyli ərazisinin müvəqqəti olaraq su basmasıdır. Bütün fəlakətlər arasında təkrarolunma sa­yı­na, ərazinin əhatə dairəsinə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur.


Hidraloji proqnoz aparmaqla, daşqınları proqnoz etmək olar. Su basmış sahələrdən və dəymiş ziyandan asılı olaraq daşqınlar kiçik, böyük, mühüm və faciəli olur.


Meteoroloji xarakterli təbii hadisələr


Fırtına – əsasən, 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə səbəb olur və güclü dağıdıcı gucə malikdir.



Şəkil 2.7. Qasırğa hadisəsi


Qasırğa – əsasən, dolmuş buludlar arasında əmələ gəlir. Da­i­rəvi şəkildə fırlanaraq Yer səthinə enir. Yer səthinə endiyi an­dan 30 m dərinliyində 40-60 km məsafəni qət edə bilir. Qasırğa sulu və alovlu olur. Surəti 1200 km/saata çata bilir. Qasır­ğa­la­rın dağıdıcı təsiri kuləyin surətilə, eləcə də tufan və leysan ya­ğış­la­rı sayəsində törəyən yağışlarla müəyyən edilir. Küləyin sürəti 18 ballıq Bofort (Ser Frensis Bofort (1774-1857) – ingilis admiralı, hərbi hidroqraf, xəritəşünas) şkalası ilə ölçülür.


Şəkil 2.8. Tornado təbii hadisəsi




Tufan - Küləyin sürəti 0-dan səs sürətinə qədər ola bilir. 1946-cı ilə kimi 12 ballıq şkala ilə, 1946-cı ildən isə 18 ballıq şka­la ilə ölcülür. Tufanlar, əsasən, atmosferdə baş verən silklon ha­­disələri nəticəsində yaranır. Bu zaman küləyin sürəti 26–31 m/san ara­sında olur. Atlantik okeanında tufanların sürəti hətta, 241,5 m/san-yə çatır.
Dolu – atmosfer yağıntılarnın bir növüdür. Bulud daxilində qar topalarının hərəkəti nəticəsində yaranır. Tərkibində buz kris­tal­ları ilə bərabər soyuq su damcıları olur və buz qatı ilə ör­tü­lür. Öl­çüsü 5-dən 55 mm-ə qədərdir (təbiətdə13 sm - 1kq çəkisində mü­şahidə olunub). Xalq təsərrüfatına ən böyük ziyan vuran təbii fəlakətdir. Dolular ən cox Gədəbəy, İsmayıllı və Şəki rayonlarında müşahidə olunur.


Şəkil 2.9. Dolu yağması


İldırım - İldırım qasırğalı buludla yer arasında baş verən, şiddətli gurultu və parlaq qığılcımla müşayiət olunan qısa müd­də­t­li təhlükəli elektrik boşalmasıdır. İldırımın uzunluğu bulu­dun yer­ləş­mə hündürlüyündən asılı olub 2-50 km. həddində, il­dı­rım ka­na­lın­da isə temperatur təqribən 30 mln.°C olur. İldırım yük­sə­k elek­trik yükü ilə xarakterizə olunur. İldırım vuran ağaclar par­ça­lana və ya­na bilər. Ağacın parçalanması onun daxilindəki nə­m­li­yin, odun­ca­ğın birdən buxarlanmasından partlayışın baş verməsi nəticə­sin­də baş verir.

Şəkil 2.10. Şimşək çaxması



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə