Mm-dən mühazirələrin kanspekti


Nüvə silahının zədələyici amilləri



Yüklə 1,17 Mb.
səhifə14/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   79
Mm-d n m hazir l rin kanspekti

Nüvə silahının zədələyici amilləri. Nüvə partlayışı ener­ji­si­nin təqribən 50% – zərbə dalğasının, 35% – işıq şua­lan­ma­sının, 10% – ərazinin radioaktiv çirklənməsinin, 4% – nüfuzedici ra­sia­si­yanın və 1% – elektromaqnit impulsunun yaranmasına sərf olu­nur.
Zərbə dalğası. Nüvə partlayışının ilk anından sonra havada kürəşəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş kürə daxilində partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə milyard atmosferə çatır. Bunun nəticəsində kürəni əhatə edən hava sərhədində təzyiqin və temperaturun kəskin fərqi əmələ gəlir. Partlayış məhsulları məhdudlaşmış kürə səthindən sürətlə ətrafa yayılmağa başlayır və nəticədə, havada zərbə dalğası yaranır. Zər­bə dalğası – partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk sıxılmış hava qatından ibarətdir. Zərbə dalğasının zə­də­ləyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həd­dindəki izafi təzyiq, dalğanın sürət təz­yiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bə­rabərdir. İzafi təzyiq hər kv. sm. kq. qüvvə ilə ifadə olunur və kPa-la (kilopaskalla) ölçülür.
Zərbə dalğası nəticəsində binalar, qurğular, tikililər dağılır, insanlar isə müxtəlif dərəcəli zədələr alırlar. İzafi təzyiqin miqda­rından asılı olaraq zədələr aşağıdakı növlərə bölünür:
– yüngül zədələnmə – izafi təzyiq 20 – 40 kPa-a bərabər ol­duq­da baş verir. Bu zaman yüngül kontuziya, qol və qıç na­hi­yə­lə­ri­nin burxulması və eşitmə qabiliyyətinin müvəqqəti itirilməsi baş ve­rir;
– orta zədələnmə – izafi təzyiq 40 – 60 kPa-a bərabər ol­duq­da baş verir. Belə hallarda bədənin ümumi kontuziyası, qol və qiç nahiyələrinin bərk burxulması, burun və qulaqlarda qanaxma baş verir;
– ağır zədələnmə – izafi təzyiq 60 – 100 kPa-a bərabər ol­duq­da baş verir. Bu zaman qol və qıç nahiyələrinin sınması, daxili or­qanların zədələnməsi, burun və qulaqlarda şiddətli qanaxma baş verir;
– ən ağır zədələnmə – izafi təzyiq 100 kPa-dan yüksək ol­duq­da baş verir. Bu zaman sümüklərin sınması, daxili orqanların dağılması, daxili qanaxma və beyin silkələnməsi baş verir və ölümlə nəticələnir.
Zərbə dalğasının zədələyici təsiri partlayışın gücündən, part­la­yışın növündən, partlayış mərkəzindən olan məsafədən və yerin relyefindən asılı olur. 20 kilotonluq nüvə partlayışı zamanı zərbə dal­ğası 1km məsafəyə 2 saniyə, 2 km məsafəyə 5 saniyə, 3 km məsafəyə 8 saniyə ərzində çatır. Zərbə dalğasından ən etibarlı mühafizə üsulu mühafizə qurğularında yerləşməkdir, həmçinin xən­dəklərdən, yeraltı zirzəmilərdən və yerin relyefindən də müəy­yən qədər istifadə etmək mümkündür. İşıq şüalanması. Nüvə partlayışının işıqlanma sahəsi işıq şüasının mənbəyi adlanır, hansı ki, əsasını közərmiş hava və mü­əy­yən miqdarda közərmiş partlayış məhsulları təşkil edir. İşıq­lan­ma sahəsində havanın işıqlanma müddəti, əsasən, nüvə part­la­yı­şının gücündən asılı olaraq bir saniyədən bir neçə on saniyəyə qə­dər davam edir.
İşıq şüasının məhvedici təsiri – işıq şüalarının təsirindən müx­­­təlif sahələrin səthində alışma, yanma, kömürləşmə, ərimə və bu­xarlanma halları baş verir. İşıq şualanması – nüvə partlayışı za­ma­nı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultra­bə­növ­şəyi və infraqırmızı işıq selidir. Işıq şualanmasının zədələyici tə­siri işıq impulsundan, yəni işıq şualarına nisbətən şaquli yerləş­miş səthin hər kv. sm-nə, şualanma ərzində düşən işıq enerjisinin miq­darından asılı olur və kC/m²-lə ölçülür. İşıq şualanması ya­şa­yış məntəqələrində və meşələrdə kütləvi yanğınlar törədir, insan bə­dənində isə yanıqlar əmələ gətirir. İşıq impulsunun miqdarından asılı olaraq insanlar bir neçə dərəcəli yanıqlar ala bilər:
– birinci dərəcəli yanıqlar işıq impulsu 80–160 kC\m² olar­kən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir;
– ikinci dərəcəli yanıqlar işıq impulsu 160–400 kC\m² olar­kən əmələ gəlir və bu zaman dəridə suluqların əmələ gəlməsi baş verir;
– üçüncü dərəcəli yanıqlar işıq impulsu 400–600 kC\m² olar­kən əmələ gəlir və bu zaman dərinin ölməsi baş verir;
– dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC\m²-dən yu­xarı olarkən əmələ gəlir və bu zaman damarların və sümüyün yanması baş verir. İnsanların aldığı yanıqların dərəcəsi işıq şualanmasının miq­darından, paltarın növündən, kipliyindən və rəngindən asılıdır. Açıq rəngli və gen paltar geyinmiş insanlar, qara və dar paltar ge­yin­miş insanlara nisbətən az yanıqlar alırlar. Müxtəlif sahələrdə yaranan işıq impulsunun təsiri nüvə partlayışının növündən, gücündən, məsafədən və hava şəraitindən asılı olur. Yağmurlu və dumanlı havada işıq impulsunun təsiri qat-qat azalır. Sığınacaqlar və daldalanacaqlar işıq şualanmasının tə­si­rin­dən qorunmaq üçün ən etibarlı yerlərdir. Bütün kölgə salan əş­ya­lar da insanları işıq şualanmasından qoruya bilir.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə