|
Mm-dən mühazirələrin kanspekti
|
səhifə | 15/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspektiNüfuzedici radiasiya – qamma şualanması və neytronlar selindən ibarətdir. Nüfuzedici radiasiya nüvə partlayışından sonra cəmi 10-15 saniyə ərzində mühafizə olunmamış canlı orqanizmlərə təsir edir. O, gözə qörünmür, hiss edilmir, lakin məlum olan bütün materiallardan keçir və uzaq məsafələrə yayılaraq insanların zədələnməsinə səbəb olur. Qamma-şüalar elektromaqnit dalğası axınıdır və öz təbiətinə görə rentgen şüaları ilə eynidir. Qamma şüaları insan orqanizmini şüalandırarkən canlı hüceyrələrin molekulları ionlaşır, onların həyat fəaliyyəti pozulur və nəticədə insan şüa xəstəliyinə tutulur. Qamma şüaların insana təsiri udulan doza ilə xarakterizə olunur. Havada və yerdə nüvə partlayışları zamanı qamma şüalanmanın dozası partlayış mərkəzindən bərabər məsafədə eyni olur, lakin havanın sıxlığından asılıdır. Havanın sıxlığı yayda qış movsümünə nisbətən azdır, bu səbəbdən partlayış mərkəzindən eyni məsafədə şüalanma dozasının səviyyəsi qış movsümünə nisbətdə daha cox olur.
Havadan sıxlığı daha da cox olan materiallarda qamma şüaları və neytronlar seli daha da zəifləyir. Bu o səbəbdən baş verir ki, sıxlığı daha da cox olan materiallarda eyni həcmdə atomların sayı da cox olur, qamma şüaları və neytronlar da onlarla daha cox təsirdə olur.
Udulan dozadan şüa xəstəliyi yaranarsa – xəstəliyin əlamətləri hərarətin artması, ürək bulanması, mədənin pozulması, selikli qişalarda qanaxmanın baş verməsidir. Radiasiya dozasından asılı olaraq şüa xəstəliyinin gizli inkişaf dövrü bir neçə saatdan bir neçə həftəyədək davam edə bilər. Şüa xəstəliyinin üç dərəcəsi mövcuddur. Bu dərəcələr alınan şüalanma dozasından və şüalanmaya məruz qalma vaxtından asılı olur:
– birinci dərəcəli şüa xəstəliyi – şüalanma dozası 100–200 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü üç həftəyədək davam edir;
– ikinci dərəcəli şüa xəstəliyi – şüalanma dozası 200–400 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir həftəyədək davam edir;
– üçüncü dərəcəli şüa xəstəliyi – şüalanma dozası 400–600 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir necə saat təşkil edır.
Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və rentgen, qrey, rad ölçü vahidləri ilə ölçülür. Bir rentgen – qamma şüalanmanın elə dozasıdır ki, bunun nəticəsində 0°C temperaturda və 760 mm civə sütunu təzyiqi şəraitində quru havanın 1sm³-də təxminən 2 milyard cüt ion əmələ qəlir. Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasianın təsiri zəifləyir. Bəzi materialların radiasiyanı yarıyadək zəiflətmə qabiliyyəti var. Məsələn, poladın – 3 sm, betonun – 10 sm, torpağın – 14 sm, suyun – 23 sm, ağacın – 30 sm qalınlığı nüfuzedici radiasiyanı iki dəfə azaldır. Nüfuzedici radiasiyadan mühafizə, məhz materialların bu xusiyyətinə əsaslanır.
Dostları ilə paylaş: |
|
|