Ekoloji xarakterli FH
Ekoloji xarakterli FH torpağın - litosferin, suyun - hidrosferin və havanın – atmosferin çirklənməsi ilə baş verir.
Litosferin (torpağın, landşaftın) çirklənməsi ilə əlaqədar yaranmış FH:
- faydalı qazıntıların çıxarılması və yeraltı sərvətlərin işlənilməsi nəticəsində baş verən qəzalı vəziyyətlər, sürüşmələr, yerüstü dağıntılar;
- torpaqda (qruntda) yüksək həddli konsentrasiyalarda ağır metalların (eləcə də radionuklidlər) və başqa zəhərli maddələrin olması;
- torpağın intensiv deqradasiya, eroziya, duzlaşma və bataqlaşması nəticəsində böyük ərazilərdə əmələ gələn səhralaşma;
- bərpa olunmayan təbii qazıntıların tükənməsi ilə bağlı böhran vəziyyətlər;
- sənaye və məişət tullantıları ilə dolmuş anbarlar (zibilliklər) və ətraf mühitin bu tullantılarla çirklənməsi nəticəsində yaranmış böhran vəziyyətlər.
Torpağın intensiv deqradasiyası – torpaq xassələrinin təbii səbəblər və insanların təsərrüfat fəaliyyətinin (düzgün olmayan aqrotexnika, çirklənmə, tükətmə) təsiri nəticəsində yavaş-yavaş pisləşməsi deməkdir. Deqradasiya - qübrələrin və pestisidlərin səhv qaydada tətbiq edilməsi nəticəsində baş verir. Məsələn, tərkibində ağır metal duzları olan pestisidlərin dozalarının artırılması torpağın səmərəliyini və həmçinin onların yanlış qaydada istifadəsi torpaqda mikroorqanizmlər və qurdların məhv olmasına gətirib çıxarır. Meliorativ işlərin yanlış şəkildə aparılması qumus layını azaldır, məhsuldar torpaqlar səmərəsiz qruntlarla əvəzlənir. Torpağın eroziyası – təbii və antropogen proseslərin torpağa dağıdıcı təsiridir. Növləri: su eroziyası, külək, buz, sürüşmə, çay, bioloji eroziyalar.
Atmosferin (hava mühitinin) tərkibi və xassələrinin dəyişilməsi ilə əlaqədar FH:
- antropogen fəalliyyət nəticəsində iqlimin kəskin dəyişməsi;
- atmosferdə yüksək həddli zəhərli qarışıqların konsentrasiyalarının artması;
- şəhərlər üzərində temperatur inversiyaları;
- iri şəhərlərdə “oksigen” aclığı;
- şəhərlərdə səs-küyün buraxılabilən hədd səviyyəsindən xeyli artıq olması;
- böyük ərazilərə turşu yağışların yağması;
- atmosferin ozon qatının deşilməsi;
- atmosfer şəffaflığının xeyli dəyişilməsi.
Dostları ilə paylaş: |