Mm-dən mühazirələrin kanspekti


Kənd təsərrufatı heyvanlarının yoluxucu xəstəlikləri. Epizootiya –



Yüklə 1,17 Mb.
səhifə8/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   79
Mm-d n m hazir l rin kanspekti

Kənd təsərrufatı heyvanlarının yoluxucu xəstəlikləri. Epizootiya – rayonda və ya ölkədə heyvanlar arasında xəstəliyin ya­yılmasıdır. Zərərvericilərin geniş yayılması xalq təsərrüfatına, xü­susən də meşə və kənd təsərrüfatına ciddi ziyan vurur. Eyni za­man­da insanların məhvinə də gətirib cıxarır.
Hər iki halda, yəni həm epidemiya və epizootiya zamanı müt­ləq şəkildə infeksiya ocaqlarının məhv edilməsi vacibdir.
İnfeksion mənbələrin məhv edilməsi üçün aşağıdakı təd­bir­lər həyata keçirilir:
1)dezinfeksiya – törədicilərin kənar və daxili ərazilərdən pal­tar­lar­dan, yataq dəstlərindən və s. məhv edilməsi;
2) dezinseksiya – ziyanverici həşaratların məhv edilməsi;
3) deratizasiya – gəmiricilərin məhv edilməsi
İnfeksiya mənbəyi yarandıqda ərazidə karantin və ya ob­ser­vasiya elan edilir.
Observasiya - xüsusi təhlükə kəsb etməyən infeksiya qru­pu­na aid olmayan törədicilərin yayilması zaman, həmçinin ka­ran­tin təyin olunmuş sərhəd ərazilərdə elan edilir.
Karantin – yoluxma mənbəyindən əhalinin təcrid edilməsi­dir. Yo­luxma mənbəyi ətrafında mühafizə postları təyin olunur, əra­zi­yə giriş və çıxış qadağan edilir, həmçinin daşınan əmlakın çı­xa­rıl­masına icazə verilmir. Sanitar-gigiyena tədbirlərinə sadə qaydalar, yəni şəxsi və ictimai gigiyenaya riayət etmək aid edilir. Kənd təsərrufatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması. Epifitotiya – bitki xəstəliklərinin yayılmasından ibarətdir. Bu xəstəliklərə təbiətdə geniş rast gəlinir. Bunlar: dənli bitkilərin pas xəstəliyi, çəltiyin göbələkcik xəstəliyi və s. Müxtəlif kimyəvi maddələrdən düzgün istifadə etmədikdə də bitkilər məhv olar və ya xəstəliklərə məruz qala bilər.
İnfeksion xəstəlik ocağı yaranarkən yoluxmuş ərazidə insan­la­rın, heyvanların və bitkilərin mühafizəsi üzrə tədbirlər müvafiq orqanlar tərəfindən, o cümlədən də dövlət sərhədlərində göm­rük­xa­nalar tərəfindən yerinə yetirilir.
Torf və meşə yanğınları


Torf yanğınları - torflu sahələrdə, torf yataqlarında ya­ra­nır. Onun alışması nəticəsində alov qısa müddətə torflu sahənin bü­tün səthini əhatə edir. Güclü külək olduqda isə yanan torf his­sə­cik­ləri çox geniş əraziyə yayılır və yeni yanğın ocaqları yaranır. Alovun torfluq massivinin dərinliyinə yayılması nəticəsində alış­ma torfun daha dərin qatlarına nüfuz edir. Bu cür yanğınlarda ya­yıl­ma sürəti sutkada bir neçə metrədək olur. Bəzən yeraltı yanğın ocaqlarından alov xaricə çıxır və ətrafda olan meşə massivində, ya­şayış mən­tə­qə­lə­rində yerüstü yanğınların yaranmasına səbəb olur. Torf yan­ğın­la­rı­nın xarakterik xüsusiyyəti - çoxlu miqdarda tüs­tünün ya­ran­ma­sı­dır ki, bu da ərazinin hislənməsinə gətirib çı­xa­rır.
Torf - faydalı qazıntı olub, ondan istehsalatda, kənd təsər­rü­fatında yanacaq, gübrə, istilik qoruyucu material istehsalında is­ti­fadə edilir. Torf bataqlıq şəraitində bitki qalıqlarının yığılması nə­ticəsində yaranır, tərkibində 50-60 % karbon var. Dünyada olan torf ehtiyatları 500 milyard ton təşkil edir ki, bunun da 186 mi­l­yardı Rusiya ərazisindədir.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə