Geoloji xarakterli FH. Zəlzələlər.
Yerin müxtəlif süxurlardan təşkil olunması, daxili qatlarda olan temperatur və təzyiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Daxili proseslər Yer səthində yüksəklik və çökəkliklər yaradır, süxurların yatım formalarını pozur, vulkan və zəlzələlər yaradır.
Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır.
Şəkil 2.1. Tektonik zəlzələ
Şaquli hərəkətlər – düzənliklərə nisbətən dağlarda daha sürətlə gedir. Yerin daxilində baş verən proseslər səthdə tədrici, çoxəsrlik qalxma və enməyə səbəb olur. Məsələn, Hollandiya hər il 3 mm enir, Skandinaviya yarımadası isə 1 sm qalxır. Şaquli hərəkətlər nəticəsində enmiş sahə qraben, qalxmış sahə isə horst adlanır. Qrabenlərin su ilə dolması nəticəsində Baykal, Urmiyə, Van, Tanqanika, Nyasa və s. kimi göllər yaranıb. Qraben və horstlar pillə şəklində olduqda fay adlanır.
Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Tektonik çatlarla parçalanmış litosfer tavaları üst mantiyanın səthi ilə ildə 2-3 sm sürətlə “sürüşərək” hərəkət edir. Üfüqi hərəkətlər nəticəsində enmiş sahə antiklinal, qalxmış sahə isə sinklinal adlanır.
Yer qabığı səthində baş verən tektonik enerjinin paylanması zamanı əmələ gələn amplitud silkələnməsi zəlzələ adlanır. Zəlzələlərlə əlaqədar bütün proseslər seysmik hadisələr adlanır. Zəlzələni “seysmoqraf” adlı cihazla ölçürlər. Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıq Rixter cədvəli ilə qiymətləndirilir (cədvələ).
Cədvəl
Rixter şkalası ilə zəlzələlərin təsnifatı
Bal
|
Zəlzələnin adı
|
Qısa xarakteristikası
|
1
|
2
|
3
|
1
|
Hiss edilməyən
|
Yalnız seysmik cihazlarla qeyd olunur.
|
2
|
Çox zəif
|
Tam sükunət halında olan ayrı-ayrı insanlar tərəfindən hiss edilir.
|
3
|
Zəif
|
Əhalinin yalnız az hissəsi tərəfindən hiss edilir.
|
4
|
Orta
|
Qab-qacağın yüngül cingiltisinə və titrəyişinə, qapıların və divarların cırıltısına görə müəyyən edilir.
|
5
|
Kifayət qədər güclü
|
Binaların ümumi silkələnməsi, mebelin titrəməsi, suvaqda çatlar.
|
6
|
Güclü
|
Hamı tərəfindən hiss edilir. Şəkillər divarlardan düşür. Suvaq parçaları qopub düşür, binaların yüngül zədələnməsi.
|
7
|
Çox güclü
|
Daş evlərin divarlarında çatlar. Antiseysmik və taxta tikililərə zərər dəymir.
|
Cədvəlin ardı
1
|
2
|
3
|
8
|
Dağıdıcı
|
Yamaclarda və nəm torpaqda çatlar. Abidələr yerini dəyişir və ya yıxılır. Evlər möhkəm zədələnir.
|
9
|
Viranedici
|
Daş evlərin möhkəm zədələnməsi və dağılması.
|
10
|
Məhvedici
|
Torpaqda iri çatlar. Sürüşmələr və uçqunlar. Daş tikililərin dağılması, relslərin əyilməsi.
|
11
|
Fəlakət
|
Yerdə geniş çatlar, çoxsaylı sürüşmələr və uçqunlar. Daş evlər çox dağılır.
|
12
|
Güclü fəlakət
|
Torpaqdakı dəyişikliklər nəhəng ölçülərə çatır. Çoxsaylı uçqunlar, sürüşmələr. şəlalələrin, göllərin meydana gəlməsi, çayların istiqamətinin dəyişməsi. Bütün tikililər dağılır.
|
Zəlzələlər yer qabığının fəal vulkanizm zonalarında daha çox təkrarlanır. Hər il dünyada 10 minlərlə zəlzələ baş verir ki, onların da 15-20-si daha fəlakətli olur. Onlar, əsasən, okeanlarda baş verir.
Yerin daxilində zəlzələ törədən hərəkətlərin baş verdiyi yerə zəlzələ ocağı və ya hiposentr deyilir. Zəlzələ ocağının üzərində olan yer səthinə (və ya proyeksiyasına) zəlzələ mərkəzi və ya episentr deyilir. Ən güclü dağıntı episentrdə baş verir. Episentrdən aralandıqca dağıntı və insan tələfatı azalır. Zəlzələ ocağı dərində yerləşdikcə zəlzələ daha geniş ərazini əhatə edir. Zəlzələ ocağı dayazda yerləşdikdə zəlzələnin yer səthində yayıldığı sahə kiçik olsa da, daha çox dağıntı törədir. Təbiətin ən amansız şıltaqlığı olan zəlzələlər zaman-zaman bütün ölkələrə öz ziyanını göstərmişdir. Zəlzələlər təbii səbəblərin (tektonik proseslərin) yaratdığı yeraltı zərbələr və Yer səthinin titrəyişidir. Yerin bəzi ərazilərində tez-tez baş verir və ya bəzən qruntun bütövlüyünü pozaraq, binaları dağıdır və insan tələfatına səbəb olan böyük qüvvəyə malik olur. Zəlzələlər əsasən, hündür dağlara və ya dərin okean yarğanlarına aid olan nisbətən dar qurşaqlarda baş verir. Zəlzələlər, həmçinin Qırmızı dəniz, Afrikadakı Tanqanika və Nyasa, Asiyadakı İssık-Kul və Baykal göllərində, həmçinin Afrika və Asiya çökəklikləri zonasında tez-tez baş verir. Zəlzələlərin əksər hissəsi dağəmələgəlmə prosesləri ilə əlaqədardır. Belə zəlzələləri tektonik adlandırırlar. Bundan başqa, vulkanik zəlzələlər də mövcuddur. Vulkanların altında qaynayan lava və bərk qızmış qazlar qaynayan su buxarlarının çaydanın qapağına göstərdiyi təzyiq kimi Yerin üst qatlarına təzyiq göstərirlər. Vulkanik zəlzələlər kifayət qədər zəifdir, ancaq həftələr və hətta aylarla davam edə bilər. Yerin titrəyişləri, həmçinin uçqunlar və böyük sürüşmələr səbəbindən də ola bilər.
Şəkil 2.2. Vulkanik zəlzələ
Üçüncü növ zəlzələ denudasiya zəlzələsidir. Yeraltı boşluqların yaranması və sonradan uçma nəticəsində yaranmış zəlzələ növüdür.
Respublikamızın demək olar ki, bütün əraziləri zəlzələ təhlükəli (seysmik) sayılır. Çox qədimlərdən etibarən baş verən zəlzələlər barədə məlumatlara əsasən mütəxəssislər Azərbaycanın seysmik rayonlaşdırma xəritələrini tərtib etmişlər. 1989-cu ildə hazırlanmış xəritəyə əsasən respublikamızın ümumən hər yerində 8 ballı, Şamaxı-İsmayıllı, Şəki-Balakən, Gəncə-Göygöl və Naxçıvan Muxtar Respublikasının rayonları isə 9 baladək zəlzələ ehtimallı zonalar sayılır. Belə zonalar ərazimizin -ni təşkil edir ki, burada da əhalinin təxminən 20%-i yaşayır.
Azərbaycanda baş vermiş yüksək maqnitudalı 10 zəlzələ aşağıda göstərilir:
1. Şamaxı zəlzələsi – 1667-ci il 6.9 bal gücündə. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilib.
Şəkil 2.3. Ümumi zəlzələ
2. Şamaxı zəlzələsi – 1902-ci il 6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.
3. Bakı – 2000-ci il 6.8 bal gücündə. Zəlzələ nəticəsində 30 nəfər dünyasını dəyişib.
4. Gəncə zəlzələsi – 1139-cu il 6.3 bal gücündə. Güclü təkan nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.
5. Şamaxı – 1859-cu il 5.9 bal gücündə. Zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılmışdır, buna görə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülmüşdür və quberniyanın özünün adı da Bakı quberniyası olaraq dəyişdirilmişdir. Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişmişdir.
6. Şamaxı zəlzələsi – 1669-cu il 5.7 bal gücündə. Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib.
7. Şamaxı zəlzələsi – 1828-ci il 5.7 bal gücündə. Ölən və yaralanan haqda məlumat yoxdur.
8. Şamaxı zəlzələsi – 1872-ci il 5.7 bal gücündə. Zəlzələ dağıntılara səbəb olmuşdur.
9. Zaqatala zəlzələsi – 2012-ci il 5.6 bal gücündə. Tikililərdə dağıntı olub. İnsan tələfatı olmayıb.
10. Ağdaş – 1999-cu il 5.4 bal gücündə. Zəlzələ nəticəsində insan itkisi olmasa da 100-dən çox ev dağılmış, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşmüşdür.
Zəlzələlər qeyd edildikdə alınmış informasiya çox vacibdir, o, həm zəlzələnin ocağı barədə, həm də ayrı-ayrı ərazilərdə və bütövlükdə Yer kürəsində yer qabığının quruluşu haqqında məlumat verir. Güclü zəlzələdən təqribən 20 dəq sonra bütün Yer kürəsinin seysmoloqları onun barəsində xəbər tuturlar. Bunun üçün nə radio, nə də teleqraf lazım deyil.
Müəssisə və idarələrdə zəlzələ zamanı bütün işlər, istehsal və texnoloji avadanlıqlar dayandırılır, cərəyanın kəsilməsi, havanın, suyun, buxarın və s. təzyiqinin azaldılması üçün tədbirlər görülür; MM hissələrində olan işçilər və qulluqçular dərhal onların toplanış rayonlarına göndərilir, digər insanlar isə təhlükəsiz yerlərdə qalır. Əgər istehsal şəraitinə görə aqreqatı, sobanı, turbini və s. qısamüddətli dayandırmaq olmazsa, onda onları qoruyucu iş rejiminə keçirirlər.
Zəlzələyə qarşı hazırlığı olmayan insanlar zəlzələ baş verdikdə, adətən, emosional stress keçirdiyindən bəzən təhlükəli qərarlar qəbul edirlər, çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullanır, liftə minirlər. Tələbə və məktəblilər, iş yerində olan qulluqçular məcburi qaydada zəlzələ vaxtı davranış qaydaları ilə yaxından tanış olmalıdırlar. Zəlzələdən qorunma qaydaları hamı üçün mütləqdir. Bu biliklər insanların psixoloji cəhətdən hazırlıqlı olması deməkdir və qorxu hissinə qalib gəlməkdə, zəlzələni daha təmkinlə qarşılamaqda kömək edə bilər. Binaları və sənaye obyektlərini tektonik yarıqlar, dik yamaclar, bataqlaşmış yerlər kimi təhlükəli zonalardan kənarda gözlənilən seysmik təhlükəyə davamlı salmaq, köhnə tikililəri isə seysmik tələblərə uyğun olaraq möhkəmlətmək lazımdır.
Dostları ilə paylaş: |