Mm-dən mühazirələrin kanspekti


Mühazirə 3. Təbii xarakterli fövqəladə halların təsnifatı



Yüklə 1,17 Mb.
səhifə3/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   79
Mm-d n m hazir l rin kanspekti

Mühazirə 3. Təbii xarakterli fövqəladə halların təsnifatı

Təbii fəlakətlər insanların yaratdığı ən qüdrətli silahlardan da­ha çox dağıdıcı qüvvəyə malikdir. Müqayisə üçün bildirmək la­zım­dır ki, bir tropik sunami siklonu Xirosimaya atılan atom bom­ba­sından 15 dəfə güclü ola bilər. Belə bir siklon 12 saat müd­də­tin­də davam edərsə, küləyin sürəti saatda 300 km-dən artıq olar, də­niz fırtınaları nəzəri cəhətdən beş min atom bombasına ekvivalent gücə malik ola bilər. Dalğanın hündürlüyü onlarla metrlə ölçülür. Bu zaman dalğanın sürəti saatda 800 km-ə çata bilər və necə fə­la­kət törədəcəyi ağlasığmaz olar. Təbii vulkan püskürmələri beş min atom bombasına ekvivalent tutula bilər.


Sənaye inkişaflı ölkələr və həmçinin müasir Azərbaycan üçün təbii-texnogen aləmdə təhlükənin günbəgün artması artıq xa­ra­k­terik bir haldır. Elmi-texniki tərəqqinin inkişafına baxmayaraq cəmiyyət üçün belə fəlakətlər qlobal təhlükə yaratmaqdadır və hətta artmaqdadır. Son 10 ildə dünya miqyasında baş vermiş iri miqyaslı qəzalar, təbii fəlakətlər minlərlə insan həyatına son qoy­muş və ətraf mühitə bərpaedilməz təsirlər gostərmişdir. Təbii fə­la­kət­lərdən zərərçəkənlərin sayı ildə təxminən 9% artır. Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün sərf edilən xərclər milyard dollarlarla ölçülür. Təbii fəlakət zamanı sosial-psixoloji vəziyyət kəskinləşərsə bərpaolunma dövrü zəifləyir, uzun sürür, fövqəladə hadisə mürəkkəb xarakter kəsb edir və onun nəti­cə­lə­ri­nin ağırlıq dərəcəsi artır.
Təbii xarakterli fəlakətlər davametmə müddətinə görə iki cür olur:

  • qəflətən baş verənlər (zəlzələlər, qasırğalar və s.);

  • uzunmüddətli davam edənlər (epidemiyalar, epizootiyalar, daşqınlar və s.)

Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki yerə bö­lü­nür:

  • təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz sə­viy­yəsinin güclü ləngəri, güclü daşqınlar, havanın yüksək tem­pe­ra­turu, buzlaşma və s.).

  • antropogen amillərlə bağli olanlar (toz burulğanları, ero­zi­ya).

Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də an­tropogen amillərlə bağlı olur (yanğınlar, torpağın eroziyası, uç­qun­lar və s.).
Əvvəldə qeyd etdiyimiz kimi təbii xarakterli fövqəladə hal­lar yaranma mühitinə görə:
- geoloji - zəlzələ, vulkan püskürməsi, torpaq sürüşməsi, sel, qar uçqunu;
- hidroloji - daşqın, leysan yağışları, quraqlıq, suyun sə­viy­yə­sinin enməsi və qalxması, sunami;
- meteoroloji – tufanlar, qasırğalar, dolu;
- bioloji - epidemiya, epizootiya və epifitotiyalar;
- təbii yanğınlar - torf və meşə yanğınları;
- kosmik - günəşdə baş verən partlayışlar, asteroidlərin və me­teroitlərin düşməsi, planetlərin paradı, və s. olur.
Təbii fəlakətlər gözlənilməyən bir anda baş verdiyi ücün ol­duq­ca təhlükəlidir. Təbii xarakterli fövqəladə hadisələrin növləri ilə ətraflı tanış olaq.



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə