Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə5/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   79
Mm-d n m hazir l rin kanspekti

Vulkan püskürməsi. Mantiyanın yuxarı hissəsindəki ərimiş maddələr – maqma yüksək təzyiq altında daxili proses­lər nəti­cə­sin­də Yer qabığında əmələ gəlmiş çatlarla yuxarıya doğru hərəkət edir. Maqmanın bir hissəsi Yer səthinə çatmamış soyuyub Yer qa­bı­ğının müxtəlif hissələrində qalır, digər hissəsi isə yüksək təzyiq al­tında səthə çıxaraq sel kimi axır. Səthə çıxmış maqma– la­va adlanır. Lava soyuduqda müxtəlif hündürlüklü təpələr əmələ gə­tirir ki, buna vulkan deyilir. «Vulkan» qədim romalılarda od al­lahıdır. Vulkan lavası sıyıq olduqda qalxanvari relyef forması (Ha­vay tipli vulkanlar) yaradır. Lava qatı olduqda əsl konus ya­ra­dır (Stratovulkan).

Şəkil 2.4. Vulkanın əsas xüsusiyyətləri


Maqmanın Yer səthinə çıxdığı kanala vulkan boğazı deyilir. Vul­kan püskürməsi zamanı əmələ gəlmiş təpənin zirvə­sindəki çö­kək­liyə krater deyilir. Kraterdən yer səthinə çoxlu miqdarda qaz, su buxarı, vulkanik toz, kül və lava çıxır. Diametri 1,5 km-dən bö­yük olan krater kaldera adlanır. Eroziya və denudasiya pro­ses­lə­ri vul-kan dağını aşındırır, lakin vulkan boğazında qalıb, so­yu­ya­raq bərkimiş lavanekk adlanan qayalı relyef əmələ gətirir. Boğaz və krater vulkanın elementləridir.


Vulkanlar – fəaliyyətdə olan və sönmüş vulkanlara bolu­nür­. Püskürməsi bəşəriyyətin yaddaşında qalan vulkanlar fəaliyyətdə olan vulkan adlanır. Dünyada 817 fəaliyyətdə olan vulkan. 
Vulkanın püskürməsi ilə mübarizə üsulları:
- vulkanın vəziyyətini daim müşahidə etmək;
- təhlükəli ərazidən əhalini vaxtında köçürmək;
- müdafiə bəndlərini qurmaq;
- lava və lil daşlı axınların axması üçün xüsusi kanallar ti­kil­mək;
- lavanı su ilə soyutmaq;
- yaralanmış insanlara ilk yardım göstərmək.
.
Torpaq sürüşməsi. Azərbaycan Respublikası ərazisinin ay­rı-ayrı bölgələrində təbii və texnogen amillərdən asılı olaraq bu və ya digər ekzogen geoloji proseslər geniş inkişaf etmişdir. Res­pub­li­kanın dağlıq və dağətəyi zonalarında qeyd edilən amillərin birgə tə­siri ilə, fəal inkişaf etmiş və təsərrüfat obyektlərinə təhlükə tö­rə­dən proseslərdən başlıcası sürüşmələr­dir.


Şəkil 2.5. Sürüşmə prosesi

Sürüşmə - dağ yamaclarında və yarğanlarda, dənizlərin, göl­lərin və çayların sıldırım sahillərində seysmik təkandan, sü­rü­şən kütlənin öz ağırlığından, yamacın altının yuyulmasın­dan, ifrat nəmişlikdən və digər proseslərdən dağ süxur kütlələrinin ağırlıq qüvvəsinin təsiri altında yamac boyu yerdəyişməsidir. Sürüşmə za­manı qruntun həcmi 10-larla və 100 minlərlə kubmetr, ayrı-ayrı hal­larda isə hətta daha çoxdur. Sürüşmənin ən böyük sürəti zəlzələ zamanı yaranan sürüşmələr­də müşayiət olunur. Sürüşmələr əmə­lə­gəlmə vaxtına görə - qədim və müasir; fəaliyyətinə görə - fəa­liy­yətdə olan, poten­sial, stabilləşmiş növlərə ayrılır.


.
- sürüşmədən qaça bilmirsinizsə, əllərinizlə üz və başınızı tu­ta­raq zərbədən qorunun. Sürüşmənin hərəkət istiqamətinə tabe olun və hər zaman üst qata doğru üzə çıxmağa çalışın;
- əgər torpaq qalağı altında qalmısınızsa, təşvişə düşməyin. Sü­rüşmə nəticəsində uçqun altında qalan insanı bir neçə sutkadan sonra da sağ çıxarmaq mümkündür. Xilasetmə işlərində sükut dəqiqələri təyin olunduğundan vaxtaşırı səs siqnalları verin, yat­ma­mağa çalışın;
- əgər siz sükan arxasındasınızsa, yol boyu rast gəldiyiniz çök­müş səki, palçıq, yola düşmüş qaya parçaları, yumşalmış və ya boşalmış torpaq sizə sürüşmə təhlükəsindən xəbər verə bilər. Bu halda dərhal yolunuzu başqa səmtə dəyişin;
- körpü və tunellər torpaq sürüşməsi nəticəsində zədələnə bil­diyindən onlardan istifadə etməyin;
- əgər sürüşmə zonasındasınızsa və hərəkət etmək mümkün de­yilsə, üzərinizə elektrik naqili, yol nişanı, ağac, daş parçası və di­gər ağır əşyaların düşməməsi üçün titrəyiş bitənə kimi av­to­mo­bildə qalıb təhlükəsizlik kəmərindən tutun.



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə