Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə9/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   79
Mm-d n m hazir l rin kanspekti

Meşə yanğınları. Bütün dünyada nəzarətsiz meşə yanğınları dəhşətli təbii fəlakətə çevrilmişdir. Hətta yüksək səviyyədə təşkil olunmuş mühafizə sistemlərinə və kifayət qədər resurslara malik olan dövlətlər belə quraqlıq illərində meşələri yanğından tam qo­ru­maq imkanından məhrumdur. Təkcə 2000-ci ildə planetdə baş vermiş meşə yanğınları 351 milyon ha ərazini əhatə edir. İl ər­zin­də yanmış biokütlə 9,2 milyard ton təşkil edir. Son illərdə meşə yan­ğınlarının sayı həm şimal yarımkürəsinin mülayim meşə­lərin­də, xüsusən tayqada, həm də yağışlı tropik meşələrdə getdikcə ar­t­maq­dadır. Bu meşə örtüyünün ayrı-ayrı hissələrə bölünməsi, həm­çi­nin meşəsizləşmə ilə əlaqədar olub, qlobal iqlim dəyişmələrinin və güclənməkdə olan antropogen təsirin nəticəsidir.
ida­­rə etmək üçün sahələrdə yanğın əleyhinə quruluş işləri hə­yata ke­çi­ri­lir:
- yanğın əleyhinə xəndəklərin və baryerlərin yaradılması;
- yanğın əleyhinə təyinatlı yolların bərpası, yeni yolların və mi­nerallaşmış zolaqların salınması;
- yanğın əleyhinə su hövzələrinin, avadanlıq üçün anbar­la­rın, helikopter meydançalarının təşkili.



Şəkil 2.12. Meşə yanğınları


Bəs biz meşələrdə yanğın baş verməməsi üçün nələri bil­mə­li­yik? Temperaturun yüksək göstəricisi zamanı, yəni yanğın təh­lü­kəsinin aktiv olduğu vaxtlar:



  • meşə və meşəyə yaxın ərazilərdə yanan siqaret kötüyü və ya kibrit çöpünü yerə atmayın;

  • ova getdiyiniz zaman tez alışan maddələrdən meşə əra­zi­sin­də istifadə etməyin;

  • benzin və ya neftə hopdurulmuş əski parçalarını bu ərazidə yerə atmayın;

  • maşının mühərriki işləyən zaman maşına yanacaq əlavə et­mə­yin;

  • şüşə qabları meşədə yerə atmayın;

  • ocaq qalamayın.

Kosmik xarakterli fövqəladə hallar

Kosmik mənşəli fövqəladə hadisələr günəşdə baş verən dəyişikliklərlə, planetlərin hərəkət trayektoriyaları ilə, meteroit və asteroidlərin yerə düşməsi ilə, kosmosda atılmış lazımsız süni peyklərlə əlaqədar yaranır.


Günəş. Kainat bizi əhatə edən sonsuz varlıq olub, 100 mil­yon­larla qalaktikadan ibarətdir. Qalaktika göy cisimlərinin bir-biri ilə qarşılıqlı əlaqəyə girərək əmələ gətirdikləri sistemdir. Bu sis­tem­lərdən biri bizim yaşadığımız yer planetinin daxil olduğu Gü­nəş sistemidir. Bu sistemə Günəş, onun ətrafında fırlanan 9 pla­net, onlarla peyk, minlərlə asteroid, komet və meteroid daxildir. Ko­met və meteroidlər daha kiçik səma cisimləridir. Meteroidlərin - asteroidlərin parçalanması nəticəsində yaranması fərz edilir.

Şəkil 2.14. Planetlərin paradı





Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə