Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə7/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   79
Mm-d n m hazir l rin kanspekti

İldırımdan mühafizə. Təsərrüfat obyektləri, bina və müx­tə­lif qurğuların ildırımdan zədələnmə təhlükəsini azaltmaq üçün il­dı­rım ötürücüləri olmalıdır. 
Quraqlıq – yüksək temperatur və havanın aşağı nəmliyi şə­ra­itində uzun müddət ərzində yağıntıların olmamasından yaranan təbiət hadisəsidir. Havanın orta müsbət temperaturunun bir neçə gün ərzində normadan 10°C və daha yüksək olması yüksək tem­pe­ra­tur sayılır. Bütün təbiət hadisələrinin vurduğu ümumi ziyanın 16%-i quraqlığın payına düşür. Quraqlıq nəticəsində bitkilər, hey­van­lar məhv olur, aclıq baş verir. Bəzi hallarda quraqlıq insan ölü­mü ilə nəticələnir.

Şəkil 2.11. Quraqlıq təbii hadisəsi


Bioloji xarakterli FH

Bioloji xarakterli fövqəladə halların səbəbləri təbii fəlakə­t­lər, infeksion xəstəliklər sahəsində aparılan tədqiqatlarla əlaqəli ob­yektlərdə qəza, eləcə də sərhədyanı ərazilərdə baş verən terror və hərbi əməliyyatların nəticəsində ölkəyə daxil olan xəs­təlik­tö­rə­dicilərdir.


Bioloji yoluxma zonası - insan, heyvan və bitkilər ücün təh­lü­kəli olan zəhərli bioloji vasitələrin geniş yayıldığı ərazilərə de­yi­lir.
Bioloji yoluxma mənbəyi – canlıların kütləvi yoluxma əra­zi­sinə deyilir.
Eyni ərazidə, eyni zamanda kimyəvi, bakterioloji və başqa növ yoluxma mənbələri əmələ gələ bilər.
İnsanların infeksion (yoluxucu) xəstəlikləri. Epidemiya - kəs­kin yolxucu xəstəliklərin sürətlə və geniş halda insanlar ara­sın­da yayılmasına deyilir. Yoluxucu xəstəliklərin törədiciləri mik­rob­lar­dır (növləri: bakteriyalar, viruslar, rikketsilər və göbələklər). İn­fek­sion xəstəliklərin 6 yoluxma mexanizmi mövcuddur:
1) qida (dizenteriya, qarın yatalağı);
2) su (vəba, qarın yatalağı və s.);
3) hava-damcı (meningit, qızılca, qrip və s.);
4) hava-toz (sətəlcəm, tetanoz);
5) məişət-münasibət əlaqəsi (qrip, Sibir xorası);
6) canlı ötürücülərlə (bit - yatalaq, gənə – ensafalit və s.).
Bundan əlavə müəyyən yoluxmuş əşyalara toxunarkən də yoluxma baş verə bilər.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə