Zarinin (GB) döyüş vəziyyəti əsasən buxar halında olur. Hərbi mütəxəssislərə görə bu qrup ZM mühafizə olunmayan canlı qüvvəyə və ya əleyhiqazı olan şəxsi heyətə qəfil hücum üçün daha məqsədəuyğundur. İkinci halda fərz edilir ki, şəxsi heyət dərhal əleyhiqazdan istifadə etməyə imkan tapmayacaq. Bu ZM-in tətbiqində əsas məqsəd - şəxsi heyətin tez və kütləvi olaraq sıradan çıxarılması və mümkün qədər çox ölümcül nəticəyə nail olmaqdır. Zarin rənsiz və ya sarı rəngdə, iysiz məhluldur, ona görə də onu ətraf mühitdə aşkar etmək çətindir. Zarin, əsasən, havanı buxar və duman halında, yəni davamsız ZM kimi zədələmək üçün nəzərdə tutulur. Bəzi hallarda ərazini və orada olan hərbi texnikanı zədələmək üçün damcı-maye halında tətbiq edilir; bu halda zarin yayda-bir neçə saat, qışda-bir neçə gün öz davamlılığını saxlayır.
Zarin tənəffüs üzvləri, dəri, mədə-bağırsaq yolu vasitəsilə orqanizmə daxil olur; maye-damcı və buxar halında tətbiq edilərkən dərini zədələmədən orqanizmə daxil olur. Zədələnmə dərəcəsi onun havadakı konsentrasiyasından və zəhərli atmosferdə qalma müddətindən asılıdır. Zarinin təsirindən ağız suyu ifrazı, çoxlu tərləmə, qusma, baş gicəllənmə, şüurun itməsi, güclü qıcolma tutmaları, iflic və güclü zəhərlənmənin nəticəsi kimi ölüm baş verə bilər.
Şəkil 2.25. Kimyəvi silahların fəsadları
Zoman (GD) – rənsiz və demək olar ki, iysiz mayedir. Əsas xüsusiyyətlərinə görə zarinə oxşayır. Davamlılığı zarinə nisbətən bir qədər yüksəkdir; insan orqanizminə zarindən 10 dəfə güclü təsir göstərir. Zarinin (zomanın) davamlıığı ərazidə yayda-bir neçə saat, qışda – 2 günə qədər olur.
V-qazları yüksək qaynama tempraturuna malik, az uçucu mayedir, ona görə də onun davamlığı zarindən çox-çox yüksəkdir. Xüsusilə də maye-damcı halında dəri örtüyünə təsiri yüksək effektlidir; V-qazlarının insan dərisinə düşmüş bir neçə kiçik damcısı insanın ölümünə səbəb olur.
V(Vx) – yayda-bir neçə gün, qışda-bir neçə həftəyə qədərdir. Bütün sinir-iflicedici ZM su hövzələrini uzun müddətə zədələyir. Kiçik dozaların təsirindən göz bəbəkləri daraldığından görmə pisləşir, tənəffüs çətinləşir, sinədə ağırlıq hissi yaranır. Bu əlamətlərə baş ağrıları da qoşula bilər və 2-3 günə qədər davam edə bilər. Orqanizmə ölümcül dozaların təsirindən güclü mioz, boğulma, çoxlu tüpürcək ifrazı və tərləmə müşahidə olunur, qusma, ishal, güclü qıcolma halları başlayır, bir neçə saata qədər davam edir, xarakterik qorxu hissi olur, huş itirilir. Ölüm tənəffüs və ürək mərkəzlərinin iflici nəticəsində baş verir.
Sinir-iflicedici ZM-lə zədələnmişlərə ilk növbədə əleyh qaz geyindirilir, fərdi apteçkadan şpris-tyubikdə olan antidot (afin) yeridilir və zədələnmiş ərazidən uzaqlaşdırılır. Əgər ilk 20 dəqiqədə qıcolmalar dayandırılmazsa, antidot təkrar yeridilir, tənəffüs pozularsa süni tənəffüs edilir və ya oksigen verilir. Dəri üzərinə düşdükdə dərhal zədələnmiş nahiyələr fərdi kimya paketinin vasitəsilə təmizlənir. Mədəyə düşdükdə zərərçəkmiş qusdurulur, mədəsi 1%-li soda və ya təmiz su idə yuyulur və tibb müəssisələrinə göndərilir.
Dostları ilə paylaş: |