|
Mm-dən mühazirələrin kanspektiKimyəvi silahların tətbiq vasitələri
|
səhifə | 20/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspektiKimyəvi silahların tətbiq vasitələri aşağıdakılardır:
- kimyəvi raketlər;
- reaktiv qurğular;
- kimyəvi reaktiv və artilleriya mərmi və minaları;
- kimyəvi aviasiya bombaları və kassetləri;
- kimyəvi fuqaslar;
- qranatlar;
- zəhərli tüstü bombaları və aerozol generatorları;
- püskürdücü aviasiya cihazları və s.
Partladıcının tipindən asılı olaraq kimyəvi aviasiya bombaları zərbə və məsafədən təsir növlərinə bölünür. Birincilər torpağa və ya digər maneələrə toxunduqda partlayır, ikincilər müəyyən hündürlükdə havada partlayır.
Az kalibrli bombalara kassetlərdə tətbiq olunur. Kimyəvi aviabombalar davamlı və davamsız ZM doldurulur. Davamsız ZM doldurulmuş bombalar insanların və havanın zəhərlənməsi üçün nəzərdə tutulmuşdur, onları zərbə təsirli partlayıcılarla tətbiq edirlər.
Davamsız ZM bombaları böyük kalibrli olur və partlayış anında zəhərləyici maddələrin böyük konsentrasiyaları iri sahəli əraziləri zədələyir.
Davamlı ZM doldurulmuş bombalar insanların, ərazinin və obyektlərin zədələnməsi üçün nəzərdə tutulur.
Püskürdücü aviasiya cihazları nazik divarlı metaldan hazırlanmış rasional rezervuar olub, tutumu bir neçə yüz litrə qədərdir. Rezervuarlara maye halında ZM doldurulur, tətbiq edilərkən damcı-maye halında torpağa çökür, həmin ərazidə fərdi mühafizə vasitəsi olmayan və sığınacaqlardan kənarda olan insanları zəhərləyir.
Döyüş məqsədilə tətbiq edilən an ZM buxar, aerozol və hava-damcı halında olur. Buxar və kiçik dispers aerozol (toz, duman) formasında olan ZM havanın yerə yaxın qatının zədələnməsi üçün istifadə edilir. Kimyəvi döyüş sursatının tətbiqi zamanı əmələ gələn buxar və aerozol buludu birincili zəhərli hava buludu adlanır. Torpağa düşən ZM-in buxarlanması nəticəsində əmələ gələn buxar buludu ikincili bulud adlanıır. Buxar və kiçik dispers aerozol halında olan və küləklə müəyyən məsafəyə qədər aparılan ZM nəinki tətbiqi sahədəki canlıları, hətta uzaq məsafədəkiləri belə zədələyir. ZM yayılma dərinliyi açıq ərazilərə nisbətən meşəlik ərazidə 1,5-3 dəfə azdır. Vadilərdə, dərələrdə, meşə və kolluq ərazilərdə ZM çöküb uzun müddətə qala bilər və ya yayılma istiqamətini dəyişə bilər.
Şəkil 2.24. Kimyəvi silahlarla iş prosesi
Dostları ilə paylaş: |
|
|