|
Mm-dən mühazirələrin kanspektiİnsan orqanizminə təsirinə görə
|
səhifə | 21/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspektiİnsan orqanizminə təsirinə görə ZM aşağıdakı qruplara ayrılır:
- sinir-iflicedici təsirli;
- dərideşici təsirli;
- boğucu təsirli;
- ümumi zəhərləyici təsirli;
- psixokimyəvi təsirli;
- qıcıqlandırıcı təsirli;
- toksinlər.
Sinir-iflicedici təsirli ZM – zarin, zoman və Vx-qazları mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olur. Bu ZM öldürücü təsirlidir. Onlar rəngsiz və ya sarımtıl məhlullar olub, demək olar ki, iysizdir, üzvi həlledicilərdə yaxşı, suda isə pis həll olurlar. Bu qrup ZM müxtəlif laklı-boyalı örtüklərə, rezin , texniki və məsaməli materiallara yaxşı hopur. Sinir-iflicedici ZM insan orqanizminə təsirinə görə müstəsna dərəcədə yüksək toksiki təsirə malikdir. Onlar insanı zəhərli maddənin orqanizmə daxil olması üsulundan asılı olmayaraq zədələyir, hətta zədələnməmiş dəri və selikli qişalardan belə orqanizmə daxil olurlar.
Zədələnmənin ağırlıq dərəcəsinə görə 3 növü ayırd edilir: yüngül, orta və ağır dərəcələr; ağırlıq dərəcələri, əsasən, orqanizmə daxil olmuş zəhərli maddənin miqdarından asılıdır. İnsanlarda yüngül zədələnmə bəbyin kəskin daralması (sancaq başı böyüklüyündə), göz və alın nahiyələrində ağrılar, tüpürcək ifrazı, tərləmə, sinədə sıxılma, öskürək, mədə bulanması, sinir oyanıqlığı kimi şikayətlərin əmələ gəlməsi ilə özünü büruzə verir. ZM-in təsiri kəsildikdən sonra intoksikasiya əlamətləri tez bir müddətə azalır və bir neçə günə itir (2-5 günə). Orta ağırlıqlı zədələnmə zamanı yüngül dərəcədəki simptomlara güclü ifadə olunmuş bronxospazm da əlavə olunur. Zədələnmiş şəxsin tənəffüsü bronxial astma tutması zamanı müşahidə olunan tənəffüsü xatırladır. ZM-in təsiri kəsildikdən sonra birinci günün sonuna yaxın ZM-in təsirinin toksiki əlamətləri zəifləməyə başlayır və zədələnmişlər tədricən yaxşılaşmağa başlayırlar. Lakin 1-2 həftə müddətinə nevrotik xarakterli əlamətlər müşahidə olunur.
Ağır zədələnmə dərəcəsində mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri ön plana çıxır. Bu zaman ən təhlükəli əlamətlər, qıcolmalar, huşun itirilməsi, tənəffüs mərkəzinin zədələnməsidir. Fosforlu üzvi birləşmələrlə zədələnmənin ən ağır dərəcəsinin əsas simptomu qıcolmalardır, sonra isə tənəffüs mərkəzinin iflicidir (paralitik stadiya). ZM havada yüksək konsentrasiyalarında qıcolmalar artıq 2-3 dəqiqə sonra başlayır.
Dostları ilə paylaş: |
|
|