|
Mm-dən mühazirələrin kanspektiÜmumi zəhərləyici təsirli ZM
|
səhifə | 25/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspektiÜmumi zəhərləyici təsirli ZM. Sianid turşusu və xlorsian tənəffüs üzvlərini zədələyir, orqanizmin toxumalarında oksidləşdirici prosesi dayandırır. Bu qrup ZM ölümcül təsirlidir. Sianid turşusu acı badam iyli rəngsiz uçucu mayedir, az konsentrasiyası iysizdir, asanlıqla buxarlanır və yalnız buxar halında təsir edir, suda və üzvi həlledicilərdə yaxşı həll olur. Xlorsian-rəngsiz qazdır, döyüş məqsədilə buxar halında təsir edir. Ərazidə davamlılığı yayda – 15-20 dəqiqə, qışda – 5 saata qədərdir.
Sianid turşusu ilə zədələnmənin xarakterik əlamətləri ağızda metal dadı, boğazın qıcıqlanması, baş hərlənməsi, zəiflik, mədə bulanmasıdır. Sonra əzabverici təngənəfəslik başlayır, nəbz yavaşıyır, huş itir, kəskin qıcolmalar olur. Qıcolmalar azmüddətli olur, sonra əzələlərin tam zəifləməsi, hissiyyatın itməsi, tempraturun aşağı düşməsi, tənəffüsün dayanması baş verir. Ürək fəaliyyəti tənəffüs dayandıqdan sonra 3-7 dəqiqə davam edir.
Sianid turşusu ilə zəhərlənmənin kəskin forması ya ləng gedişli, ya da ildırım sürətli olur. İldırım sürətli forma ZM böyük konsentrasiyaları orqanizmə daxil olduqdan sonra 2-5 dəqiqə çəkir. Ləng forma çox da yüksək konsentrasiya olmayan ərazidə inkişaf edir.
Sianid turşusu ilə zədələnmənin yüngül, orta, ağır dərəcələri ayırd edilir: İlkin tibbi yardımı tez bir müddətə antidotlar vasitəsilə edirlər. Zədələnmişlərə ilkin yardım etdikdən sonra, dərhal zədələnmə ocağından təxliyə etmək lazımdır. Tibb dəstələrinin şəxsi heyəti kimyəvi zədə ocağında tənəffüs üzvlərinin mühafizə vasitələrində olmalıdır.
Sianid turşusu və xlorsian insan orqanizminə tənəffüs üzvləri və mədə-bağırsaq yolu ilə daxil olur (yoluxmuş qida və su vasitəsilə).
Psixokimyəvi təsirli ZM. Bu qrup ZM insanın normal psixi fəaliyyətini pozur. Bir çox xarici dövlətlərin hərbi qüvvələri onları son zamanlarda istifadə etməyə başlayıb. Onlar rəqibin canlı qüvvəsini müəyyən müddətə sıradan çıxarır. Bu ZM mərkəzi sinir sisteminə təsir edərək, insanın normal psixi fəaliyyətini pozur və ya psixi pozğunluqlara səbəb olur, müvəqqəti korluq, karlıq, qorxu hissi, müxtəlif üzvlərin funksiyalarının məhdudlaşmasını törədir. Psixokimyəvi təsirli ZM ölümcül nəticə ilə yanaşı, döyüş zamanı ordunun davamlılığını və iradə gücünü azaltmaq üçün tətbiq edilir.
Hazırda psixi təsir xüsusiyyətinə malik qrupa çoxlu maddələr daxildir (qarmin, LSD-25, meskalin). Lakin böyük miqyaslı zəhərləyici maddə kimi bu qrupun ən çox istifadə edilən nümayəndəsi – BZ-dir.
Bi-zet (BZ) mərkəzi sinir sisteminə təsir edərək insanın normal psixi fəaliyyətini pozur və ya psixi (qorxu, depressiya, ruh düşkünlüyü) və fiziki (karlıq, korluq, iflic) pozğunluqlara səbəb olur.
Bi-zet – bərk kristallik maddə olub, iysizdir, suda həll olmur, döyüş vəziyyəti - aerozoldur (tüstü). Bi-zet orqanizmi tənəffüs üzvləri və ya mədə-bağırsaq yolu ilə zədələyir. ZM ilə nəfəs aldıqda təsiri 0,5-3 saat sonra başlayır (dozadan asılı olaraq) və 2-4 günə sona yetir. Bu maddə ilə zəhərləndikdə insanlar məkan və zaman orientasiyasını itirir, ətraf mühitin qavranması pozulur (ətrafda olan əşyaların forma və rəngi), eşitmə, təmas qarabasmaları, rabitəsiz, anlaşılmaz nitq, izlənmə sayıqlaması, aqressivlik olur, izləndiyi adamlardan qaçmaq cəhdi edirlər, bədəninin və ya bədənin ayrı-ayrı əzalarının dəyişməsi hissi olur. Bəbəklər genəlir, dəri və selikli qişalar quruyur. Zədələnmişlər zonadan çıxan kimi yuxulu vəziyyətə düşürlər. Keçirilmiş psixoz vəziyyətindən sonra tam amneziya müşahidə olunur, zərərçəkmişlər keçirdiyi hissləri xatırlamır və danişa bilmir. Bu zədələnmə zamanı ilk yardım, əsasən, ərazidən qısa müddətə təxliyə edilməkdir. Bədənin zədələnmiş hissələrini sabunlu su ilə, gözləri və burun-boğazı təmiz su ilə yumaq, paltarı əvvəlcə paltar şotkası ilə təmizləmək, sonra isə yumaq lazımdır. Zərərçəkmişləri izolyasiya etmək, lazım gələrsə təcili tibb müəssisələrinə göndərmək lazımdır.
Dostları ilə paylaş: |
|
|