a) istehsal otaqlarını qaranlıqlaşdırmamaq məqsədi ilə avadanlıqları
pəncərələr qarşısında yerləşdirməməli;
b) meydançalar aparatlara qulluq göstərərkən, aparatlardan tavanın
çıxıntılı hissəsinə və ya çatılaradək olan məsafə 1,9 metrdən az
olmamalıdır;
v) meydançalar hasarla və işçilərin qalxması üçün pilləkənlərlə təchiz
olunmalı, hasarın hündürlüyü 0,9 metrdən az olmamalıdır.
Meydançalarda avadanlıqlara qulluq göstərmək, onları qismən sökmək
və yumaq üçün yer nəzərdə tutulmalıdır.
Divarlarda avadanlıqları asarkən pəncərələrarası və ya pəncərəsiz bütöv
divarlar istifadə olunur (bu zaman avadanlıqlar divarlarda xüsusi olaraq
hazırlanmış çıxıntılardan asılır.)
Avadanlıqlar kompakt olaraq yerləşdirilməlidir. Ehtiyat meydançalar, yalnız
gələcəkdə istehsalı genişləndirmək şərti mövcud olan hallarda nəzərdə tutula bilər.
Kifayət qədər yüksək hündürlüyə malik olan avadanlıqlardan, məsələn, vakuum –
buxarlandırıcı aparatlar, ekstraktorlar və başqalarından istifadə etdikdə, bütün
binanın hündürlüyünü artırmadan, yerli hündürləşdirmə, yəni yalnız hündürlüyü
yüksək olan avadanlıq yerləşdirilən sahədə tavanın hündürlüyünü artırmaqla, yerli
ucaltma tətbiq edirlər.
Avadanlıqları düzərək sexə yerləşdirərkən təhlükəsizlik texnikasının bütün
tələbləri yerinə yetirilməlidir.
Yuxarıda göstərilən şərtlər nəzərə alınmaqla bir otaqda modellərin
planlaşdırılmasını qurtararaq, texnoloji sxemə görə əməliyyatların ardıcıllığı və
ayrı – ayrı otaqların funksional əlaqələri nəzərə alınmaqla növbəti otağa keçirlər.
Bütün texnoloji proses üçün otaqların planlaşdırılması qurtaran zaman
qapıların yerləşməsini, insan axınının istiqamətini, inşaat konstruksiyalarının
vəziyyətini və sərbəst sahələrin mövcudluğunu bir daha yoxlamaq lazımdır. Bu və
ya digər formada mövcud olan nəzərdən yayınmalar müşahidə edildikdə, dərhal bu
çatışmazlıqların aradan qaldırılmasına çalışırlar.
7
MÖVZU 10. MƏİŞƏT VƏ ANBAR OTAQLARININ
ƏLAQƏLƏNDİRİLMƏSİ
Balıq emalı müəssisələrində məhsul istehsalı ilə əlaqədar olan bütün
sahələrin komponovkasını başa çatdırdıqdan sonra məişət otaqlarının, habelə
xammal, materiallar və hazır məhsullar saxlanılacaq anbarların əlaqələndirilməsinə
başlayırlar.
İstehsalat və məişət otaqlarının bir – biri ilə əlaqəli yerləşdirilməsinin həyata
keçirilməsi, müəssisənin komponovkasının ümumi kompleks məsələlərinin
tamamilə əhəmiyyətli və vacib halqası sayılır.
Məişət otaqlarının tərkibi sənaye binalarının sanitar layihələndirmə
normaları ilə reqlamentləşdirilir, bu normalarla da otaqların ölçüləri və sahələri
müəyyənləşdirilir. Ayrı – ayrı otaqların uyğun hesabatlarını və ümumi
komponovkasını yerinə yetirərək, onların istehsal otaqları ilə əlaqələndirilməsini
həyata keçirirlər.
Bu zaman nəzərə almaq lazımdır ki, məişət otaqları istehsal otaqlarına
yaxınlaşdırılmalı və eyni zamanda onlardan təcrid edilməlidir. Bu məqsədlə məişət
otaqlarının istehsal sahələri (otaqları) ilə əlaqəsi dəhlizdən istifadə edilməklə
həyata keçirilir. Məişət otaqlarının mərkəzi dəhlizlə ayrılması daha əlverişli
olmaqla, həm də daha geniş miqyasda qəbul edilən bir haldır. Nisbətən qaranlıq,
yəni işıqlanması kifayət qədər olmayan sahələri qarderob (paltar şkafı), əl – üz
yuyan, hamam, ayaqyolu və siqaret çəkmək üçün otaqlar kimi ayırır, daha işıqlı
tərəfdə isə sex və ya zavod laboratoriyasını, inzibati – idarəetmə (müdiriyyət)
otaqlarını, habelə qida qəbul etmək üçün otağı (yeməkxana), tibbi yardım otağını
(tibb məntəqəsi) və südəmər – körpə uşaqları yedizdirmək üçün otağı yerləşdirirlər.
Mərkəzi dəhliz bir tərəfdən zavodun əsas girişi sayılan tamburlu xarici
qapıya malik olmalı, əks tərəfdən isə məişət otaqlarından istehsal sahəsinə
(otaqlarına) keçmək üçün tamburlu daxili giriş qapısı ilə təmin edilməlidir.
Daxili girişi anbar otaqları ilə birləşdirmək olmaz, lakin bu giriş istehsal
sahələrindən (sexlərindən, otaqlarından) birinə yaxın olmalıdır ki, buradan da,
digər bütün istehsal otaqlarından çıxan insan axını sonradan hərəkət edə bilsin.
10.1. Köməkçi və anbar otaqları
İstənilən hər hansı bir qida məhsulları istehsalını həyata keçirən zavodun, o
cümlədən balıq emalı müəssisələrinin tərkibində xammalların, yarımfabrikatların,
hazır məhsulların, yardımçı materialların, yanacağın, yanğın və partlayış təhlükəsi
olan materialların, taraların və tara materiallarının saxlanılması üçün ayrılmış
anbarlar mühüm əhəmiyyət kəsb edir.
A n b a r l a r ı n t ə y i n a t ı – xammalların korlanmasını, habelə
nəzarətsiz və qeydsiz (uçotsuz) sərfiyyatı aradan qaldıran material dəyərinin
qorunmasını təmin etməkdir.
10.1.1. Anbar otaqlarının tərkibi
Balıq emalı müəssisələri profillərindən asılı olaraq, aşağıdakı anbar
otaqlarına malik olur:
1. Xammal anbarları – aqar zavodlarında, tibbi piy zavodlarında və s.
(konserv zavodlarında soyuducular, xammal anbarı sayılır);
2. Həlledicilər üçün saxlanma yeri (ekstraksiya tipli piy – un zavodları);
3. Köməkçi materiallar (duz, yağ, ədviyyələr, tomat məhsulları, filtrləyici
parça, mis sulfat, perqament kağızı və başqaları) anbarı;
4. Anbarlar – hazır məhsullar saxlanılan yer;
5. Yanacaq anbarı (baş planda göstərilir);
6. Yanğın və partlayış təhlükəsi olan materiallar (ekstraksiya ilə işləyən
zavodlarda benzin və ya dixloretan) anbarı;
7. Tara materialları və hazır tara (yeşiklər, çəlləklər, butulkalar, şüşə
bankalar və s.) anbarları.
10.2. Anbarların tutumunun hesablanması
2
Dostları ilə paylaş: |