Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   2   3   4   5   6   7   8   9   ...   47

Sənaye   müəssisələrinin   layihələndirilməsini   iki   (layihə   tapşırığı   və   işçi
çertyojlar)   və ya üç mərhələdə (layihə tapşırığı, texniki layihə və işçi çertyojlar)
həyata keçirmək olar.
Üç mərhələdə layihələndirmə yeni, öyrənilməmiş istehsallara və ya mürəkkəb
texnoloji proseslərə malik müəssisələr üçün vacibdir.
Layihə və çertyojlar, standartlara və normativlərə müvafiq şərti işarələri tətbiq
etməklə   aydın   və   dəqiq   tərtib   edilməlidir.   İzahat   yazıları   aydın   və   dəqiq
formalaşdırılmaqla   müxtəsər   və   qısa   olmalı,   illüstrasiyalar   (şəkillər),   qrafiklər   və
bütün digər vacib hesabatlarla təchiz olunmalıdır.
Bütün layihələndirmələr, sifarişçidən daxil olan tapşırıqdan başlanır. 
Verilən   müəssisənin   bu   və   ya   digər   rayonda   tikilməsinin   iqtisadi
məqsədəuyğunluğunu əsaslandıran iqtisadi araşdırmalar, layihələndirmənin növbəti
mərhələsi hesab olunur. 
Yeni   sənaye   müəssisəsi   tikintisinin   iqtisadi   əsaslandırılmasına   aşağıdakı
bölmələr daxil edilir:
1. Layihələndirilən müəssisənin tikilmə vacibliyini təyin edən mülahizələr;
2. Tikinti yerinin seçilməsinin əsaslandırılması;
3. Müəssisənin gücünün və illik iş rejiminin əsaslandırılması;
4. İstehsalın texnoloji sxeminin seçilməsi;
5. Müəssisənin rentabelliyi haqqında mülahizələr. 
Bir   halda   ki,   iqtisadi   araşdırmalar   əsasında   layihələndirmə   tapşırığı
formalaşdırılır,   deməli   iqtisadi   araşdırmalar   əsas   etibarilə   layihələndirməni
qabaqlayır.   Lakin   uyğun   texniki   araşdırmalar   nəticəsində   tikinti   meydançasının
seçilməsi həyata keçirilən halda, bəzən ilkin iqtisadi hesabatlarda düzəlişlər aparmaq
vacibliyi meydana çıxır. 
Tikinti yerində aparılan iqtisadi araşdırmalar texniki araşdırmalarla bir-birinə
uyğunlaşdırılır.   Məsələn,   əgər   suyun   şəhər   su   kəmərindən   və   ya   enerjinin   rayon
elektrik   stansiyasından   alınma   imkanı   müəyyən   olunmuşdursa,   onda   dərhal   1m
3
suyun və ya 1kvt·saat elektrik enerjisinin buraxılış qiyməti təyin edilir.
4


Texniki araşdırmalar hər zaman gələcək tikinti yerində aparılmalıdır və onlar
tikintinin mümkünlüyünü təsdiq etməlidir.
Qeyd   etmək   lazımdır   ki,   tikinti   sahəsinin   seçilməsi   nəinki   layihənin
müvəffəqiyyətli   yaradılmasını,   habelə   gələcək   müəssisənin   müvəffəqiyyətli
istismarını təyin edən işin vacib mərhələsi hesab edilir. 
Texniki araşdırmalardan sonra, birinci mərhələsi layihə tapşırığının işlənilməsi
olan xüsusi layihələndirməyə keçirlər. 
Tapşırığın   məqsədi   –   gələcək   tikintinin   texniki   imkanı   və   iqtisadi
səmərəliliyini   üzə   çıxarmaq,   layihələndirilən   müəssisənin   xammal,   su,   elektrik
enerjisi   və   yanacaqla   təchizat   mənbələrini   düzgün   seçməkdir.   əsas   texnokimyəvi
göstəriciləri təyin etmək və tikintinin dəyərini müəyyənləşdirmək də vacib sayılan
amillərdəndir.
Tikinti layihə – layihə tapşırığı əsasında üçmərhələli layihələndirmə zamanı
işlənilir. Texniki layihəni tərtib edərkən layihə tapşırığında qəbul edilən istehsalın
öyrənilməmiş yeni növ obyektlərə görə texnoloji proseslərini işləyirlər. 
İşçi   çertyojları,   təsdiq   edilmiş   layihə   tapşırığına   və   ya   texniki   layihəyə
(üçmərhələli   layihələndirmə   zamanı)   əsasən,   sifariş   verilən   avadanlıqların   texniki
məlumatları nəzərə alınmaqla işləyirlər. İşçi çertyojlara görə tikinti və montaj işləri
həyata keçirilir, ona görə da bu işlər daha dəqiqliklə yerinə yetirilməlidir.    
 
5


MÖVZU 2. MÜƏSSİSƏLƏRİN LAYİHƏLƏNDİRİLMƏSİNİN 
İLKİN TEXNİKİ – İQTİSADİ ŞƏRTLƏRİ 
Bu hissə müəssisələrdə istehsal təcrübəsi mərhələsində toplanan materiallar
əsasında işlənib hazırlanır və öz həcminə görə iqtisadi əsaslandırmanın  yalnız bir
hissəsini təşkil edir.
Bu   hissəyə   müəssisə   tikiləcək   rayonun   coğrafi   xülasəsi,   yəni   sahilin,
körpülərin,   nəqliyyat   yollarının   xüsusiyyətləri,   əhali   və   iqlim   haqqında,   habelə
rayonun iqtisadiyyatı haqqında (ümumi və balıq sənayesi haqqında) məlumatlar
daxil edilir.
Tikinti   işlərini   aparmaq   üçün   tikinti   meydançaları   seçilərkən   hər   şeydən
əvvəl şərti olaraq aşağıda göstərilənləri nəzərə alırlar:
1. sahil   xətlərinin   və   nəqliyyat   yollarının   (avtomobil,   dəmiryol   və   s.)
yaxınlıqda olmasını;
2. tikintinin yanacaqla, elektrik enerjisi ilə, su ilə, tikinti materialları ilə
təminatlandırılması və lazım olan hər bir materialın çatdırılma imkanı;
3. tikinti   və   gələcəkdə   istehsal   prosesi   üçün   lazım   olan   işçi   qüvvəsinin
mövcudluğunu;
4. xammalların   fiziki   –   kimyəvi   xüsusiyyətlərini   (təcrübə   materiallarına,
dərsliklərə,   mühazirə   materiallarına,   internetin   müxtəlif   uyğun
mənbələrindən əldə edilən məlumatlar, elmi – tədqiqat müəssisələrinin
məlumatlarına əsasən).
Bu   hissədə   gələcək   müəssisənin  layihə  gücünün  təyin  olunmasına  xüsusi
diqqət yetirilir. 
Müəssisənin layihə gücünün müəyyənləşdirilməsi
Balıq   sənayesinin   mövsümi   istehsal   xüsusiyyətlərinə   malik   olması,   onun
əsas xassəsi sayılır ki, bu da il ərzində balıq ovunun miqdarca qeyri – bərabərliyi
ilə izah olunur. Bu, müəssisənin layihə gücünün müəyyənləşdirilməsi metodikasını
xeyli mürəkkəbləşdirir.


Sənaye məqsədləri üçün layihələndirilmədə olduğu kimi tədris məqsədləri
üçün layihələndirilmədə də balıq – xammalın və ya yarımfabrikatın planlaşdırılan
qəbul dinamikasını tərtib etmək üçün fəaliyyətdə olan eyni tipli müəssisəyə son üç
il   ərzində   balıq   –   xammalın   və   ya   yarımfabrikatın   qəbulu   üzrə   hesabat
məlumatlarından istifadə edirlər.
Bu məlumatlar əsasında hesabat illəri üçün aylar və ya ongünlüklərə və üç
ilə görə orta arifmetrik qiymətə əsasən balıq – xammalın və ya yarımfabrikatın
qəbul dinamikası qurulur.
Hər ay (ongünlük) ərzində xammal və ya yarımfabrikatın qəbul edilməsinin
orta miqdarı, il ərzində qəbul edilən miqdara nəzərən faizlə ifadə olunur.
Sonra,   tikinti   nəzərdə   tutulan   yerdə   rayonun   perspektiv   inkişafı   nəzərə
alınmaqla xammalın (yarımfabrikatın) layihələndirilən müəssisəyə qəbul olunma
dinamikası planlaşdırılır. Bu zaman əvvəlki hesabatda alınan xammalın illik qəbul
və orta aylıq qəbul miqdarı haqqında məlumatlar mütləq nəzərə alınmalıdır.
Böyük   həcmdə   xammal   və   yarımfabrikatlar   emal   edən   müəssisələr
(duzlanmış   siyənək   balığı   yarımfabrikatını   tam   emal   edən   zavodlar,   piy   –   un
zavodları, duzlama zavodları və s.) üçün sutkalıq və ya növbəlik layihə gücü aylara
(ongünlüklərə) görə, xammalın maksimum qəbul edilməsi və bu aylarda üç növbəli
iş rejimi nəzərə alınmaqla müəyyənləşdirilir.
Müəssisənin hesabat nəticəsində alınan gücü əsas texnoloji avadanlıqların
istehsal (məhsuldarlığı) gücü nəzərə alınmaqla dəqiqləşdirilə bilər.
Qəbul olunmuş layihə gücü üçün sonra bir il ərzində zavodun işinin təqvim
qrafiki tərtib edilir (hər təqvim ayında iş növbələrinin sayı müəyyənləşdirilir, təmir
vaxtı dəqiqləşdirilir).
Öyrənilməmiş   rayonlar   üçün   balıq   emalı   müəssisələri   layihələndirilərkən
güc müəyyənləşdirilən zaman elmi təşkilatların (Elm – İstehsal Birlikləri, Elmi –
Tədqiqat İnstitutları və s.) tikinti planlaşdırılan rayonda balıq ehtiyatları və balığın
mövsümi ovlanması haqqında elmi məlumatlarından istifadə edirlər.
İl ərzində balıq – xammalın qəbul olunmasının qeyri – bərabərliyi açıq su
hövzələrində   aktiv   balıq   ovunun   və   xammalın   maksimum   qəbul   edildiyi
2


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə