4. İstehsal proseslərinin avtomatlaşdırılması və təhlükəsizlik texnikası
baxımından onun analizi;
5. Ventilyasiya qurğularının layihələndirilməsi və hesablanması;
6. Elektrik – işıq qurğularının layihələndirilməsi və hesablanması;
7. Məişət otaqlarının layihələndirilməsi və s.
Təhlükəsizlik texnikası üzrə tədbirləri ayrıca olaraq hazırlayırlar (işləyirlər).
İnşaat normaları və qaydalarına müvafiq olaraq aşağıda göstərilənləri yerinə
yetirmək lazımdır:
a) bina materiallarının yanğına dözümlülüyü göstərilməklə layihələndirilən
istehsalın kateqoriyasını təyin etməli;
b) yaradılan texnoloji proseslərin və avadanlıqların yanğın təhlükəsinin
qiymətləndirilməsini və layihədə nəzərdə tutulan yanğın təhlükəsizliyi tədbirlərini
yerinə
yetirməli;
v) seçilmiş havalandırma (ventilyasiya), işıqlandırma və isitmə sistemlərinin
yanğın dəyərini qiymətləndirməli və təhlükəsizlik texnikası və yanğın
təhlükəsizliyi baxımından onları əsaslandırmalı;
q) yanğın təhlükəsizliyi məqsədi ilə su təchizatını layihələndirməli və yanğın
təhlükəsizliyi üçün lazım olan su sərfinin hesabatını aparmalı;
d) yanğın təhlükəsizliyi keçidlərini, yolları və döngələri, yanğın hadisəsi
zamanı insanların və əmlakın çıxarılma yollarını göstərməli;
e) müəssisənin baş planında istehsal obyektlərini, üstünlük təşkil edən
küləklərin istiqamətini nəzərə
almaqla yerləşdirməli;
j) avadanlıqları planlaşdırmalı və yanğın təhlükəsizliyi texnikasının
tələblərinə uyğun olaraq istehsal, anbar, köməkçi və məişət otaqlarını komponovka
etməli.
16
MÖVZU 11. İSTEHSALA GÖRƏ SƏRF ƏMSALLARI
Balıq emalı müəssisələrində istehsala görə sərf əmsalları dedikdə hazır
məhsul vahidi üçün (kiloqram, sentner, ton, və ya min şərti banka, milyon şərti
banka və s.) saatlıq, növbəlik və sutkalıq su, buxar, elektrik enerjisi və soyuğun
miqdarı başa düşülür.
Bu məlumatlar güc qurğularının gücünün təyin edilməsi, su, buxar, elektrik
enerjisinin sərf qrafiklərinin qurulması, buxar və su kəmərlərinin hesablanması,
hazır məhsulların maya dəyəri kalkulyasiyasının hesablanması və bu kimi bir sıra
digər tədbirlərin həyata keçirilməsi üçün olduqca vacibdir.
11.1 Buxar sərfinin hesablanması
Balıq emalı müəssisələrində istifadə olunma sahələrinə görə buxar texnoloji,
güc
və məişət məqsədli olmaqla, üç qrupa bölünür.
T e x n o l o j i m ə q s ə d l ə r l ə buxardan istilik daşıyıcısı kimi, qaynar
buxardan qatılaşdırma, pörtmə və bişirmə əməliyyatlarını yerinə yetirmək üçün,
istilik sərf edərək işləyən qurğuların qızdırılması (məsələn avtoklavlar) və boru
kəmərlərində tələb edilən təzyiqi yaratmaq üçün istifadə olunur.
Balıq emalı müəssisələrində istilik daşıyıcısı kimi doymuş və ya az
qızdırılmış 1,5 – 2,0 atmosferdən 10 – 12 atmosferədək (1,5 – 12 bar təzyiqli) su
buxarından istifadə olunur. Əsas etibarilə buxar, xammal və materialların
qızdırılmasına sərf olunur.
İ s t e h s a l m ə q s ə d l ə r i üçün buxar sərfini hesablayarkən texnoloji
sxemə görə ardıcıl olaraq, istilik sərf edilən bütün texnoloji əməliyyatlar nəzərə
alınmalıdır.
Hər bir texnoloji əməliyyat üçün ayrıca olaraq, hansı növdə (qaynaq,
doymuş və ya ifrat doymuş), hansı parametrlərə malik olan və hansı müddət
ərzində buxar tələbatı müəyyənləşdirilir və bu tələbata müvafiq buxar sərfi
hesablanır. Buxarla qızdırılan materialın miqdarı, material hesabatı məlumatlarına