Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə11/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

46

bildim. Buna görə siz, erməni nahararlarının iki çıxış yolu var: ya siz

mənə qədim kitab göstərməlisiniz  ki, onda hər nəslinizdən rütbə və

dərəcələri izah olunsun və bunlara görə tərəfimizdən şan – şöhrətləri

yenidən alasınız, ya da ki, bütün bunları bizim arilər  məclisinin

hüzuruna gətirə bilməsəniz biz sizin bütün əmlak, rütbə və

dərəcələrinizi, torpaq və suyunuzu öz arilər  əyanlarımızın arasında

paylayacayıq, sizi isə şan – şöhrətdən  məhrum  edib qovacağ.

Bu halda Erməniyyənin əyanları məsləhətləşib şahın

hüzuruna Aqafangelosun “Tarixini” gətirdilər. Şah buyurdu ki, kitab

oxunsun, fars dilinə tərcümə edilsin və üzü köçürülsün. Biləndə ki,

kitabonun öz cəddi Ərdəşirdən başlanır, şah çox sevindi, kitabı

təriflədi və göz qabağına qoydu. Sonra kitabdan on yeddi rütbə yerini

öyrəndi və buna əsaslanaraq şah öz məclisində olan yerləri

dəyişdirdi. Sünik hakimi Andoka on dördüncü  yer (rütbə) nəsib

olduvə o, acıq edib şahın qonaqlığından imtina etdi. Şaha bu barədə

xəbər verdilər, lakin o, buna əhəmiyyət vermədi.

Bundan sonra şahın sarayına xəbər çatdı ki, saysız – hesabsız

xəzər qoşunları Çola keçidini

87

 aşaraq bizim ölkəyə daxil olub.



88

Şapur Asuristan, xorasan və Xarəzmdən çox miqdarlı qoşun,

Atropatenanın vilayətlərindən çoxlu cəsur iranlılar, ermənilərdən,

gürcülərdən, albanlardan və Qafqaz dağlarından on iki dildə danışan

vəhşi qəbilələrdən misilsiz sayda ordular toplayaraq onların

(xəzərlərin) üstünə hücum etdi.

Andoka gəlincə o, özünə və ölkəsinə qəsd edrək şahla bütün



47

əlaqələri qırıb öz ordusu ilə ona xəyanət etdi. 1700 yorğa atlı əsgəri

ilə o, tezliklə Mədain şəhərinə çatır və  əsgərlərini şəhərin ətrafında

gizlədib, kiçik bir dəstəylə  şəhərə daxil olur. Öz həqiqi niyyətlərini

gizlədərək o, çoxlu suallara cavab verirdi ki, Şapura qoşulmaq üçün

gəlib və buna görə də  şəhər əhli ona çox böyük ehtiram göstərdi.

Ancaq sübh çağında onun əsgərləri qəflətən şəhərə basqın edib, çoxlu

qızıl və gümüş xəzinələrini, qiymətli qaş – daş və saysız – hesabsız

müxtəlif mirvari və  şah sarayından və  əyanların evlərindən nəyi

bacardılarsa hamısını götürüb getdilər. Bütün bu böyük miqdarlı

qənimət onun əmrilə  Balaberd (Kiçik şəhər) qalasına daşıdılar.

Bundan sonra əmr etdi ki, bütün əyalətərdə mal – qara üçün yığılmış

yemi yandırsınlar. İnsan üşün faydalı olan bütün ərzaq sursatını,

silahı, təchizatı və yəhər – qayışları onun əmrilə qalanın içinə

yığdılar. Sonra da bütün Sünik əhalisinə  əmr etdi ki, evlərini və

anbarlarını yandırıb ölkədən qaçsınlar

Əyalətlərdən  bütün kilsə bəzəklərini yığıb Balaberdin Şalat

kilsəsinə gətirdilər, sonra da kilsəni torpaqla örtüb təpə düzəltdilər və

özləri hər tərəfə dağılıb getdilər. O gündən etibarən Sünikin adını heç

kəs çəkmədi və bu vilayət 25 il ərzində  əhalisiz qalıb viran

olmuşdu.

89

Müharibınin sonunda qayıdan şah Şapur  Mədainin



xarabalarını görəndə bərk qəzəblənir və ordusuna əmr edir ki, Sünika

hücuma  keçsin  və  əhalisiylə    heyvanlarını  əsir  etsin.    Amma  ordu

Sünika çatanda orada heç bir şey əldə olunmadı. Ölkəni gəzəndə



48

onlar altında Şalat kilsəsi gizlənmiş təpəyə rast gəldilər. Təpənin

üzərinə çıxan  zaman şiddətli zəlzələ başlandı və başda sərkərdə

Atəşxuda olmaqla bütün  İran  ordusu tezliklə o yerləri tərk etdi.

Oradan qayıdanda onlar Balaberdə hücum etdilər, amma

mühasirədə olan süniklər qala divarlarından iri qaya parçalarını

diyirlədərək iranlılardan çoxlu adam tələf etdilər. Iranlilar ikinci  və

üçüncü dəfə qalaya hücum etdilər. Lakin heç bir şeyə müvəffəq ola

bilmədilər, yalnız yenə də döyüşçüləri qırıldı.

 Qəzəbə gəlmiş  şah əmr etdi ki, hücumu gücləndirsinlər.

Lakin şahım əyənları qabağında səcdə edərək yalvardılar ki, artıq

qalaya hücuma keçməyə dəyməz və qalanın ətrafında olan yerləri

viran etmək daha  əlverişlidir.

 Sonradan Andox  əlverişli fürsətdən istifadə edib qaladan

çıxır və çoxlu qənimətlərlə romalıların ölkəsinə gedib. Orada o,

böyük  hörmətlər qazanır və öz vaxtında vəfat edi

Onun dördüncü oğlu Babik öz vətəni üçün çox darıxdı – necə

deyərlər bizim el- obamız bizim üçün ata – ana kimi əzizdir – və o,

şah Şapurun sarayına gedir. Orada bir hərbçiyə rast gəlib onun

yanında qalır.

Sonra İran şahlığını qarət edən hunlar ölkəsindən olan

Honoqur adlı birisi gəlir.

90

 O, şah Şapurun yanına adam göndərib



dedi: “Bu qırğın kimə lazımdır? Çıx qabağıma üz – üzə gələk!”

Həmin hun boyu yüksək, demək olar ki, çox nəhəng bir adam

idi. O, geniş bədənınə  əlli qatlı zireh geyir, iri başını mismarlı



49

dəbilqə, üç qarış enində olan alnını isə misdən qayrılmış löhvə ilə

örtür.  Nəhəng nizəsinin sapı hündür ağacdan düzəlmişdi, şimşək

çaxan qılıncı isə onu görənlərin hamısını dəhşətə gətirirdi

Bu an şahın yadına  Babikin adını saldılar və dedilər ki,

həmin hunla yalnız  Babik döyüşə girməyi bacarar.Şahlar şahı Babiki

yanına çağırıb, ona üzərində  qaban təsvir olunmuş möhrü ilə

damğalanmış buyruğunu verib deyir:” Əgər sən mənim böyük

intiqamımı ala  bilsən, sənin üçün misli görünməmiş mükaflar var!”

Babik şahın təklifini qəbul edir və Allahın köməyinə

arxalanaraq qışqırdı:” Kömək edin, ey Sünikin kilsələri!” və şapaqan

atına minərək düşmənə hücum etdi. Onlar bir – birinə atıldılar və

nizələrinin gurultulu zərbələrinin səsi səhərdən axşam saat doqquza

qədər eşidilirdi. Qorxunc nəhəng məhkum olunmuıdu.  Cəsur Babik

öz qılıncı ilə qaniçən heyvanın başını vurub, onu cəhəmmənə vasil

etdi.


Şapurun sevinci aşıb daşırdı və o, Babiki çağırıb ona verdiyi

vədi yerinə yetirmək istədi. İzn alıb, Babik dedi: “ Əmr elə ki, bu

bürünc həvəngdəstəni sənin sarayından çıxarsınlar.!” Həmin həvəng

kül ilə dolu idi və onun yanından küçən hər bir adam dəstəklə vurub

deməli idi:” Qoy Sünik torpağı varıyla, dövlətiylə məhv olub bu külə

dönsün!”


Təəccüblənən şah əmr etdi ki, həvəngdəstəni  saraydan

çıxarsınlar.Bundan sonra Babik şahdan xahiş etdi ki, doğma

torpağını ona qaytarsın Şah mülkünü ona qaytardı və  əlinə onu



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə