Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə2/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   2   3   4   5   6   7   8   9   ...   85

9

M Ü Q Ə D D İ M Ə

Azərbaycanın  X  əsrə qədərki vəziyyəti haqqında fikir

söyləməyə imkan verən yeganə yerli mənbə Moisey

Kalankatuklunun  “Albaniya tarixi” əsəridir.

“Albaniya tarixi”nin adına ilk erməni katolikosu Ananiyanın

(943-967-ci illər) Xaçına gəlməsi ilə əlaqədar rast  gəlinir. O, Xaçına

Albaniya katolikosu  Qaqikin (948- 962-ci illər) dəvətilə 958-ci ildə

gəlmişdir.

1

 Qaqik xəbər  verir ki, “elə əvvəldən olduğu və “Albaniya



tarixi”ndə  yazıldığı kimi ( orpes ev er i skzbane leal ev karqeal i

patmutean Aquantis) “o, Albaniya katolikosluğuna müqəddəs Qriqori

adından seçilmişdir. Qaqik bu tarix kitabına müraciət etməyi təklif

edəndə -o eşitmişdi ki, Albaniya xristianlığı Erməniyyədən  qabaq

qəbul etmişdi.- Ananiya buna icazə vermədi və dedi ki, bu kitab

səhih deyil, çünki “Albaniya- baş yepiskopluq, Erməniyyə isə -

katolikosluqdur”. Bundan sonra “Albaniya tarixi” erməni

katolikosunun əlinə düşür və o tələb edir ki, “albanların xristianlığa

qəbul olunması haqqında orada yazılıb bizə lazım olan (yəni bizə

əlverişli olan),bizim görmək arzusunda olduğumuz məlumatı(zor

sireak  orum ev sanqordn eak tesutean) həmin “Tarix”dən tapsınlar”.

Sonra Ananiya bu tarixdən aşağıdakı parçanı oxudu:”Havari Bartolomey

1

X.Datean. Nivter  usumnasirutean Aqunatis  Patmuten. Ararat, 1896,s 22-25;N.



Akinean.Movses  Dasxurantsi ( koçuats Kaqankatuatsi) ev  İr  Patmutivn

Aquanits. Handes  Amsorea , Vyana, 1958,s.13-15

.



10

və Havari  Faddeydən 266 il sonra, erməni çarı Trdatın 17-ci ilində

və Albaniya çarı Urnayrın (hakimiyyəti günlərində) Surean Pəhləv

Arşakuni nəslindən olan Erməniyyənin maarifçisi müqəddəs Qriqori

həmin havarilər tərəfindən taxta çıxarıldı;Erməniyyə və Albaniya

çarları  olan    Trdat  və  Urnayr  isə  bu  zaman  hələ  də  bütpərəstlikdə

qalmaqda davam edirdilər”

1

.



   Bildiyimiz kimi, bu, “Albaniya tarixi”ndə yoxdur.

Stepannos  Orbelian  eyni  hadisələri  təsvir  edərək  deyir  ki,

Ananiyanın məsləhəti ilə “Albaniya tarixi ”nə son dərəcə diqqətlə

təyin olunmuşdu; onlar (albanlar) 440 il ərzində erməni kürsüsünə

müti olublar; Albaniya  katolikosları bu dini rütbəyə ermənilərin əli

ilə  çatırdılar,  bu  erməni  (  baş  keşişləri)  patriarx,  onlarınkı

(albanlarınkı) isə - arxiyepiskop idi: bu vəziyyət erməni 25

katolikosunun  hakimiyyəti  ərzində, ta katolikos Avramadək (davam

etmişdir).

2

Bu  parça  (əlavə  izahatlarla)  “Albaniya  tarixi”ndə  (I,  11  və  II,



7)verilmişdir: lakin bütün bunlar  “Albaniya tarixi”nə  əlavə edilmiş

uydurma və qondarmadan başqa bir şey deyildir. Ananiya “tarix” in

mətnində  heç oxunmamışdı ki, “Albaniya  xristianlığı ermənilərdən

270 il qabaq qəbul edib” (bax: II, 6, qeyd  21 və 22) və “Albaniyanın

( katolikos) taxtı Erməniyyədəkindən qabaq təsis  olunub”( qeyd 29).

Beləliklə, aydındır ki, əgər ermənilər xristianlığı 327-ci  il

1

 Yenədə orada, s.  25.



2

Bax: M.F.Brossenin Orbelianın “Sünikin tarixi”əsərinin fransızca tərcüməsinə (I,

Peterburq, 1861, s.161).



11

xristianlıqda idilər və bu  tarix eramızın 54-cü ilinə  müvafiqdir.

Xaçpərəstliyi  İsanın şagirdləri Havarilər  Faddey, Yelisey

vəVarfolomeydən  qəbul etdiyi üçün Albaniya kilsəsi birinci Havari

kilsəsidir ( pervo- apostolskaya).

 Sonralar  “Albaniya  tarixi”  nin    adı  Uxtanesin    X  əsrin

sonlarında tərtib edilən  “Gürcülərlə ermənilər arasında kilsə

əlaqələrinin kəsilməsi tarixi” əsərində çəkilir.

1

  Bu əsərdə həqiqətən



mətnlər uyğun gəlir. Uxtanes 64-cü fəsildə yazır ki, öz mətnini o, “

başqa bir tarixdən (yaylme patmutene )” götürmüşdür, həm də

Uxtanesin mətni “ Albaniya tarixi”nin II kitabının 6 –cı fəsli ilə

2

kəlmə- kəlmə  düz gəlir: burasını da qeyd etmək lazımdır ki,



“Albaniya tarixi”ndə Avramın məktubunun təkcə  şərhi verildiyi

halda, Uxtanes həmin məktubu daha tam şəkildə iqtibas edir ( 70-ci

fəsil). Bu isə yalnız onu göstərir ki, Uxtanes eyni mənbədən daha tam

şəkildə istifadə etmişdir.

Uxtanes 65-ci fəsildə

3

 qeyd etdiyi bəzi təfərrüatlar “Albaniya



tarixi”-ndən  “i  patmutene ivreants ( daha doğrusu – albanits)”,

yaxud  Albaniya tarixçilərindən  ( patmaqratsn Albanits)

götürülmüşdür.  Çox ehtimal ki, bu təfərrüat “Albaniya tarixi” nin II

kitabının 6-cı fəslindən götürülmüşdü.

4

 Yenə  də  aydın  olur  ki,



1

 Uxtanes. Patmut`ivn  bajanman, II, s.122; M.Brosse. İki erməni tarixçisi,s.338.

2

 Uxtanes. Patmut`ivn bajanman, II,s.122.



3

Yenədə orada; M.Brosse, s. 345-346.

4

Uxtanesin bu sözündən görünür ki, “Albaniya tarixi” tək bir müəllif tərəfindən



tərtib edilməmişdir. Bu barədə daha dəqiq məlumat üçün bax: Fəridə

Məmmədova”Alban tarixi”.Bakı,1977.




12

Uxtanes də, Moisey Kalankatuklu da eyni bir mənbədən istifadə

etmişlər.

XIII əsr müəllifi Stepannos  Orbelian əsərinin 25 və 26-cı

fəsillərində “A lbaniya tarixi” ndən danışması həmin tarixin müvafiq

yerlərinin birbaşa öz əsərinə köçürülməsindən başqa bir şey deyildir;

onun 25-ci fəsli isə tamamilə “Albaniya tarixi”nin “ orta ( yəni

ikinci) kitabını”xatırladır (Albanits Patmuteani i mijin hatori).

1

“Albaniya tarixi”nin tərtib edildiyi təxmini vaxtı güstərən ilk



tarixçi Anili Mxitar olmuşdur. O,”Albaniya tarixi” nin Sebeosla (VII

əsr)  Gevand (VIII əsr) arasında yazıldığını  qeyd  edir,

2

amma Şapuh



Baqratunidən (IX əsr) başlayaraq həmin tarixin Sebeosldan qabaq

olduğunu göstərirlər. Lakin “Albaniya tarixi” öz məzmununa görə

orta əsr mənbələri sırasında  başqa bir mövqe tutmalıdır. Bir qayda

olaraq, “ Albaniya tarixi ”nin müəllifliyi iki Moiseyə - Moisey

Kalankatuklu və Moisey Dasxuranlıya isnad edilir. Lakin indiyədək

bu məsələ qəti həll edilməmişdir, çünki həmin “Tarix”in müəllifinin,

yaxud müəlliflərinin adı barəsində bir söz deyən olmamış, bu

haqdakı mülahizələr isə son dərəcə ziddiyyətli olmuşdur. Bu barədə

fikirlər əsas etibarilə “ Tarix”in öz mətninə əsaslanır. Orada deyilir:

“Uti vilayətində yerləşən ana yurdum olan böyük Kalankatuk kəndi”

( II, 10). H.Manandyan belə hesab edir ki, müəllifin ” Kalankatuklu”

təxəllüsü “ Tarix”in mətninin yanlış  şərh edilməsi nəticəsində

sonrakı müəlliflər tərəfindən uydurulmuşdur, odur ki, H.Manandyan

1

M.Brosse.Sünik tarixi,s.63.



2

Anili Mxitarın “ Tarixi”nin K. Patkanovun nəşri, Peterburq.1879.s.15.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə