38
Albaniyanın yepiskopluq mənsəbinə layiq görülmüş
45
və oralara
gedib,hər iki ölkədə xristianlığı təbliğ və oralarda onu bərqərar edir.
Dinin nizamına və şəhərlərin mövqeyinə görə o, kilsələr tikdirir,
keşişləri təyin edib, onları müqəddəs yerlərə xidmət etməyə və
müqəddəs adamları yada salanda can yandırmağa çağırırdı. Ən xoş
səylərlə o, havarilərin ardınca gedir, canlı Allah Oğlunun (İsanın)
hökmlərini həyata keçirir və bütpərəstlər arasında dolanaraq,
onlarıAta,Oğul və Müqəddəs Ruhun naminə xaçpərəst edib, onları
Allah kəlamına riayət etməyi və özləri ilə “nə qızıl, nə gümüş, nə
mis, nə torba, nə paltar, ayaqqabı, nə də əl ağacı”
1
götürməməyi
öyrədirdi.
Qriqoris özü də bütün bunlardan çəkinirdi və buna görə də o,
özü ilə ən vacib və ən qiymətli mükafat kimi İoannın atası əzəmətli
birinci baş kahin və şəhid Zaxariyyanın
46
təmiz qan parçasını və
İsanın gözəl dininə inanan və Nikomediya şəhərində
47
şəhid
çələnginə layiq görünən müqəddəs Pantaleonun qaxımış cəsədini
aparmışdı. Həmin şəhidlərin qaxımış cəsədlərini Qriqoris
Albaniyanın böyük şəhəri İriyə
48
aparır, orada yerləşdirib, Daniyel
adlı bir keşişi təyin edir ki,həmin müqəddəs cəsədlərə Xristos naminə
qulluq etsin.
Özü ilə əxlaqlı və Xristosun (İsanın) əmrlərinə sadiq olan
şagirdləri və müqəddəs Zaxariyyanın və şəhid Pantale onun qaxımış
cəsədlərinin qalmış hissələrini götürərək Qriqoris Məskutlar
1
İncil. Əhdi Cədid Matfeydən, X, 9-10.
39
ölkəsinə
49
gedib, orada Arşakilərin qohumu olan məskutlar çarı
Sanesanın
50
hüzuruna gəlir. Orada Qriqoris sözlə təsvir edilə
bilməyən vahid yaratdığı Üç Uqnumun
1
qüvvəsini və İlahi Kəlamın
təcəssümünü təbliğ edir, yer üzündə İsa tərəfindən yaradılmış çoxlu
müxtəlif möcüzələrdən, onun çarmıxa çəkilməsindən, ölümündən və
iki gündən sonra dirilməsindən, bütün vücudu ilə Səmaya
ucalmasından və sağlarla ölülər üzərində muhakimə etmək üçün
Qiyamət günü qayıtması haqda danışırdı.
Əvvəlcə məskutlar onun təbliğini böyük sevinclə qəbul
edirdilər. Lakin qəlblərinə Şeytan daxil olur və onları Allahın
xilasedici kəlamlarını rədd etməyə təhrik etdi. Onlar müqəddəs
həqiqətdən ibrətamiz sözlərlə, yəni mərhəmətli Allahın əzmi olan:
qarət etməmək, oğurlamamaq, öz əllərilə çörək qazanıb insan kimi
zövq almaq və Allahı razı salmaq – bütün bunlara məskutlar böhtan
atdılar və dedilər:” Bütün bunlar erməni çarının hiyləsidir, çünki o,
özünün ölkəsinin bizim qarətimizdən xilas etmək istəyir.Əgər biz
qarət etməsək və oğurlamasaq, onda biz nə cür dolana bilərik?”sonra
onlar öz çarlarını yoldan edib öz hiylələrinə təhrik etdilər. Onlar gənc
Qriqorisi xam atın quyruğuna bağlayıb onu Vatnean adlı çölə
buraxdılar. Müqəddəs Qriqoris belə şəhid oldu.
51
Onun şagirdləri meyitini tapıb Haband vilayətinin Amaras
şəhərinə gətirdilər
52
və o, oradakı kilsənin şimal tərəfində yerləşən
sovməədə əbədi rahatlığını tapdı. Bundan sonra Zakariyyanın
1
Xristianlıqda olan Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allah lüğətimizdə Üç
Unqum kimi izah olunur.
40
müqəddəs qanını bir şüşəyə və şəhid Pantaleonun qaxımış cəsədini o
biri şüşəyə qoyub, bu şüşüələri Qriqorisin müqəddəs cəsədi ilə bir
yerdə basdırıb qaçdılar, üz qoyub Erməniyyədə gizləndilər, çünki bu
vaxt Sanesan saysız – hesabsız hunların qoşunları ilə Erməniyyəyə
basqın etmişdi.
53
Lakin ilahi iltifat Erməniyyə naxararlarına
54
əlavə
qüvvət verdi və onlar gənc və müqəddəs Qriqorisin qanının
intiqamını aldılar.Bütün hücumda olan nəhəng ordu qılıncdan
keçirildi və onlardan biri sağ qalmadı ki, bi bəd xəbəri məskutlar
ölkəsinə çatdırsın.
Elə bu zaman müstəhkam Tsri şəhəri Alban çarının əleyhinə
üsyan edib, İran şahına kömək etməyə başlayır və bundan istifadə
edən Ərgeslər
55
gəlib şəhəri əllərinə keçirirlər. Onlar şəhərin gənc
Qriqorisin şagirdi olan Daniel adlı keşişi tapıb, onun özünü və
yanındakı oğlanı öldürürlər. Keşişin yanında qalan gənc çilb
56
idi. Bu
oğlan xristanlığa meyl göstərirdi və xaçpərəstliyi dərindən öyrənmək
üçün keşişin şagirdi oldu.
Ərgeslər bunların ikisini də zəncirləyib incitdilər və külə və
iyrənc divlərə baş əyməyə məcbur edirdilər. Güclə onun iradəsini
sındıra bilməyib, onlar gənci dilə tutdular:” Axı, sən bizim ölkənin
adamısan! Bizim dediyimiz kimi etsən, ölkəmizdə şan – şöhrətli
olarsan!” Amma oğlan:”Pozğunlar arasında yaşamaqdansa mənə bu
keşişdən qabaq ölmək daha xəşdur”- dedi. Və ərgeslər elə o saat
onların boyunlarını vurdular. Onların hər ikisi səadət tacınə qəbul
edib, dini ataları gənc Qriqoris kimi gözəl şəhidlik qələbəsinin
41
təntənəsinə layiq görüldülər. Bəzi suriyalı keşişlər onların meyitlərini
Haku kəndinə aparıb müqəddəs bir guşəyə qoydular və sonra
üzərində bir vəng tikdirdilər. Deyilənə görə onların qaxımış cəsədləri
bu günə qədər oradadır.
Bütün bunlar Alban çarı şanlı II Vaçenin dövründə olub.
57
Alban çarı Mömin adlanan III Vaçaqanın hakimiyyət illərinə qədər
58
şəhidlərin müqəddəs qaxımış cəsədləri gizlin və sirr altında qalırdı.
Və cəsur Vaçaqandan çar II Vaçeyə qədər doqquz Alban çarı gəlib
getmişdir, onuncusu isə mömin və dindar Alban çarı Vaçaqan idi.
ON BİRİNCİ FƏSİL
Urnayr Müqəddəs Qriqorinin vasitəsilə xaçpərəst
olur və xristianlığı qəbul edir və bütün Albaniya
xristianlığı Urnayrdan qəbul edir.
Müqəddəs Yelisey öz havari vəzifəsinin yer üzünün uzaq
guşələrindən başlayandan sonra o, Şimalın bəzi xalqlarını
59
həqiqi
imana gətirir, amma hamısını yox. O, gözəl cəhdlər göstərib öz
xalqının səadəti uğrunda səylə vuruşurdu. Allah insan nəslinin
ziyarət etdiyi günlərdə, böyük imperator Konstantinin hakimiyyəti
60
altında qərbi tərəqqiyə çağıranda və Erməniyyəni çar Trdat vasitəsilə
Dostları ilə paylaş: |