Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə2/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   2   3   4   5   6   7   8   9   ...   198

orqanları» kursunu dərindən öyrənməklə nail olmaq mümkündür. 

Azərbaycanda  hüquq  mühafizə  fəaliyyəti  sahəsində  son 

dövrdə  aparılmış  islahatlarla  yanaşı  tədris  proqramlarında  da 

ciddi dəyişiklik edilmişdi. Hal-hazırda bu fənn üzrə dərs vəsaiti 

azdır, olanı da rus dilindədir. 

Təqdim olunan dərsliyin hazırlanmasında məhz Azərbaycan 

Respublikasında  hüquq  mühafizə  orqanlarının  fəaliyyətini 

tənzimləyən təkmilləşdirilmiş normativ-hüquqi bazadan istifadə 

olunmuşdur. 

Əzim Pir iy ev 



FƏSİL 

«Az

ərbaycan Respublikasının 

hüquq mühafiz

ə

 

orqanları» kursunun predmeti və

 

əsas anlayışı

 

1.1. «Azərbaycan Respublikasının hüquq 

nıUhalızə orqanları» kursunun anlayışı, prednleti, 

sistemi və əhəmiyyəti 

Kursun  predmeti.  Məlum  olduğu  kimi,  hər  hansı  tədris 

fənninin  predmeti  ən  əvvəl  onun  əhatə  etdiyi  məsələləri, 

problemləri 

öyrənməklə 

məşğuldur. 

«Azərbaycan 

Respublikasının  hüquq  mühafizə  orqanları»  kursu  hüquq 

elminin müstəqil bir sahəsini təşkil edir. 

«Azərbaycan  Respublikasının  hüquq  mühafizə  orqanları» 

kursunun  predmetinə  -  hüquq  mühatlzə  orqanlarının  təşkili  və 

fəaliyyət  prinsipləri,  onların  vəzifələri,  səlahiyyətləri,  hüquq 

mühafizə orqanlarının sistemi, onların qarşılıqlı əlaqələri, ədalət 

mühakiməsinin  həyata  keçirilməsi  qaydaları  və  digər  vacib 

məsələlər daxildir. 

Hüquq  mühafizə  orqanlarının  əsas  vəzifəsi  respublikada 

qanıınçuluğun  və  qayda-qanunun  təmin  edilməsi,  insan  və 

vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, dövlətin, dövlət və 

qeyri-dövlət 

təşkilatlarının, 

müəssisələrinin, 

əmək 

kollektivlərinin  və  ictimai  təşkilatların  hüquqlarının  və  qanuni 



mənafelərinin  mühafizəsi,  cinayətkarlıqla  və  digər  hüquq 

pozuntuları ilə kəskin mübarizə aparmaqdır. 

Bu məsələlər dövlətin və onun orqanlarının ali məqsədi kimi 

Azərbaycan  Respublikası  Konstitusiyasının  12-ci  maddəsində 

öz  əksini  tapmışdır:  «İnsan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir». Bu fikir 

həmçinin 26-cı maddədə də əks olunmuşdur: «Dövlət hər kəsin 

hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir». 




Hansı dövlət orqanlarının hüquq mühafizə orqanları sırasına 

aid  edilməsi  uzun  müddətdir  ki,  mübahisə  obyektinə 

çevrilmişdir. Qüvvədə olan qanunvericilik aktlarında bu barədə 

dəqiq  göstəriş  yoxdur.  Hüquq  mühafizə  fəaliyyəti  bir  neçə 

başlıca əlamətləri özündə cəmləşdirir. 

Bunlardan  birincisi  ondan  ibarətdir  ki,  hüquq  mühafizə 

fəaliyyəti necə gəldi yox, yalnız hüquqi təsir tədbirləri görməklə 

həyata  keçirilə  bilər.  Məsələn,  törədilən  cinayətə  görə  cəza  və 

digər  tədbirlərin  qanun  çərçivəsində  tətbiq  edilməsi  və  ya 

vurulan ziyanın ödənilməsi və digər məsələlər. 

Hüquq mühafizə fəaliyyətinin ikinci başlıca əlaməti ondadır 

ki,  tətbiq  olunan  hüquqi  tədbirlər  ciddi  surətdə  qanunauyğun 

olmalıdır,  onun  tələblərinə  tam  cavab  verməlidir.  Məsələn, 

tətbiq  edilən  cəza  tədbiri  törədilən  əməlin  məzmununa  uyğun 

olmalıdır. 

Üçüncü  xarakterik  cəhət  bundan  ibarətdir  ki,  hüquq 

mühafizə  fəaliyyəti  müəyyən  edilmiş  prosedur  qaydalar 

çərçivəsində  həyata  keçirilməlidir.  Məsələn,  məhkəmə 

tərəfindən  cinayət  haqqında  cəza  və  ya  bəraət  hökmü  tətbiq 

edilməsi  yalnız  məhkəmə  iclasında  aparılan  hərtərəfli  və 

obyektiv araşdırmalardan sonra çıxarıla bilər. 

Dördüncü  mühüm  cəhət  bundan  ibarətdir  ki,  hüquq 

mühafizə 

fəaliyyəti 

xüsusi 

səlahiyyətli, 



hazırlıqlı 

hüquqşünaslardan 

və 

ya 


digər 

mütəxəssislərdən 

komplektləşdirilən xüsusi dövlət orqanlarına həvalə edilir. 

Bütün  bunlar  pozulmuş  hüquqların  bərpa  edilməsi  üçün 

hüquq  mühafizə  orqanları  tərəfindən  əsaslandırılmış  qanuni 

tədbirlərin operativ görülməsinə əlverişli şərait yaradır. 

Ona görə bu fəaliyyətlə hansı orqanların məşğul olması və 

onların  hansılarının  hüquq  mühafizə  orqanlarına  aid  edilməsi 

mübahisələrə səbəb olmuşdur. 

20-30-cu  illərdə  «Hüquq  mühafizə  orqanları»  kursu 

«Məhkəmə  quruculuğu»  adı  altında  geniş  tədris  edilməyə 

başlanmışdı. Fənnin bu adla tədrisi özünü doğruldurdu. Çünki o 

vaxtlar qanunvericiliyə görə məhkəmə quruculuğu 



8

 = 



adı altında lokco mohkomo orqanları deyil, ədliyyə müəssisələri, 

prokurorluq,  istintaq,  vəkillik  və  digər  orqanlar  da  məhkəmə 

quruculuğu  sisteminə  daxil  idilər.  Məhkəmələr  aparıcı  rol 

oynadıqlarına görə l926-cı ildə məhkəmə quruculuğu haqqında 

qəbul olunan Əsasnaməyə görə istintaq aparalı da məhkəmələrə 

tabe  cdilmiijdir.  Prokurorluq  məhkəmələrdə  ittihamçı 

funksiyasını yerinə yetirir və yalnız protest verə bilərdi. 

50-ci illərdən sonra dövlət aparatında aparılan mərkəzləşmə 

siyasətindən sonra məhkəmə quruculuğu sisteminə prokurorluq 

da  əlavə  olunduğuna  görə  tədris  planlarına  dəyişikliklər  və 

əlavələr  edilərək  «SSRİ-də  məhkəmənin  və  prokurorluğun 

təşkili»  fənni  daxil  edildi.  7ü-ci  illərdə  bu  ad  da  dəyişilərkən 

«SSRİ-də məhkəmə və ədalət mühakiməsi» adlandırıldı. Lakin 

bununla  fənnin  adının  dəyişdirilməsi  məsələsi  başa  çatmadı. 

1988-ci ildə bu fənn «SSRİ-də hüquq mühafizə orqanları» fənni 

adlandırıldı. 

SSRİ  dağıldıqdan  sonra,  məsələn,  1992-ci  ildə  Rusiya 

Federasiyasında  fənnin  adı  dəyişilərək  «Məhkəmə  quruculuğu 

və  hüquq  mühafizə  orqanları»,  «Rusiya  Federasiyasında 

məhkəmə hakimiyyətinin təşkili» adlandırıldı. 

Lakin  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası 

dövlət  müstəqilliyini  əldə  eldikdən  sonra  hüquq  mühafizə 

orqanlarının  fəaliyyətini  tənzimləyən  yeni  qanunlar  qəbul 

edilmiş, bir sıra beynəlxalq müqavilələr bağlanmışdır. 

Belə  ki,  məhkəmələrin  səlahiyyətlərində  və  təşkilati 

təminatı  sahəsində  ciddi  dəyişikliklər  edilmiş,  eyni  zamanda 

məhkəmələrin  və  hakimlərin  ədalət  mühakiməsini  həyata 

keçirərkən 

müstəqil 

olmaları 

üçün 

təminatlar 



genişləndirilmişdir.  1993-cü  ildə  əvvəllər  Daxili  İşlər 

Nazirliyinin  tərkibində  olan  İslah  İşləri  İdarəsi  Ədliyyə 

Nazirliyinin tabeçiliyinə verilərək Məhkəmə Qərarlarının İcrası 

Baş  İdarəsi  adlandırılmışdır.  Cəza-icra  sisteminin  Ədliyyə 

Nazirliyinə  daxil  edilməsi,  nazirlikdə  məhkəmə  icraçılan  və 

məhkəmə nəzarətçiləri ida- 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə