mübahisobro dair işlər üzrə qərarların) qanunvericiliklə
müəyyən edilmiş xüsusi keyfiyyətləri var. Bunlardan biri
hökmlərin, qərarların hamı üçün məcburi olmasıdır. Bu o
deməkdir ki, cinayət işinə baxılması nəticəsində məhkəmə
tərəfindən çıxarılmış və qanuni qüvvəsinə minmiş hökm, qərar
və ya qərardad bütün dövlət hakimiyyəti, yerli idarəetmə
orqanları, ictimai birliklər, vəzifəli şəxslər, habelə digər fiziki və
hüquqi şəxslər üçün respublikanın bütün ərazisində məcburidir
və mütləq icra olunmalıdır.
Mülki işlər üzrə məhkəmə qərarlarının sosial və hüquqi
əhəmiyyəti qanunla bir qədər başqa cür müəyyən edilir: qanuni
qüvvəsinə mindikdən sonra onlar, bir qayda olaraq, avtomatik
icra olunmur. Onların həyata keçirilməsi üçün maraqlı şəxsin
istəyini bildirməsi, yaxud hansısa başqa şərtin başlanması
lazımdır. Lakin əgər belə istək bildirmə olubsa, onda mülki iş
üzrə məhkəmə qərarının icrası ölkənin bütün ərazisində və hamı
üçün məcburidir.
Məhkəmə qərarının icra olunmaması və yaxud onun icrasına
mane olma günahkar şəxslərə qarşı müxtəlif növ sanksiyaların
tətbiq olunmasına gətirib çıxara bilər. Məsələn, CM-nə görə,
qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün,
qərardadının və ya qərarının icra edilməməsi, yaxud bunların
icrasına mane olma müəyyən müddətə azadlıqdan məhrum etmə
və ya cərimə ilə cəzalandırılır. Eyni hərəkətlər vəzifəli şəxs
tərəfindən edildikdə bu müddət artırılaraq müəyyən vəzifələri
tutmaq hüququndan məhrum edilməklə cəzalandırılır.
2.6.
Ədalət mühakiməsi dövlət
fəaliyyətinin xüsusi növü
kimi
Yuxarıda qeyd olunan xüsusiyyətlərdən başqa ədalət
mühakiməsi dövləti fəaliyyətin xüsusi növü kimi yalnız konkret
üsullarla həyata keçirilir.
-----------------
29
^
Ədalət miilıakinıəsi aşağıdakı yolla həyata keçirilir:
-
vətəndaşların, müəssisələrin, idarə və təşkilatların hüquq
və mənafelərinə toxunan mübahisələr üzrə mülki, iqtisadi
mübahisələrə dair işlərə məhkəmə iclaslarında baxılması və həll
olunması;
-
məhkəmə iclaslarında cinayət və inzibati xətalara dair
işlərə baxılması və günahkar şəxslərə qarşı qanunla nəzərdə
tutulmuş cəza növlərinin tətbiq edilməsi, yaxud günahkarlara
bəraət qazandırılması.
Qeyd etmək lazımdır ki, konstitusiya icraatı da, yuxarıda
göstərildiyi kimi ədalət mühakiməsinin həyata keçirilməsinin bir
növüdür. Lakin bu icraatın aparılmasının ayrıca mövzuda
açıqlanması daha məqsədəmüvafiqdir.
Mülki və iqtisadi mübahisələrə dair işlər fiziki şəxslərin
(Azərbaycan
Respublikası
vətəndaşlarının,
xaricilərin,
vətəndaşlığı olmayanların) və hüquqi şəxslərin (müəssisələrin,
idarə və təşkilatların) qanuni mənafelərinə, əmlak və qeyri-
əmlak hüquqlarına dair hüquq pozuntuları, yaxud mübahisələrin
geniş dairəsini əhatə edir. Bunların arasında borcun
ödənilməməsi, bağlanmış müqavilədən irəli gələn öhdəliklərin
yerinə yetirilməməsi (məsələn, məhsulun istehsalından, yaxud
göndərilən yerə çatdırılmasından, xidmətlərin göstərilməsindən
irəli gələn mübahisələrə dair), işdən qanunsuz azad olunması,
mənzildən çıxarılması, mətbuatda təhqiredici məlumatların dərc
olunması, valideynlik vəzifələrinin yerinə yetirilməməsi ilə
bağlı işlərə daha çox rast gəlmək olar.
Cinayət işlərinə cinayətlər, yəni cəza qorxusu altında
Cinayət Məcəlləsi ilə qadağan edilmiş ictimai təhlükəli
hərəkətlər aiddir. Bu kateqoriyalı işlərə baxılması yüksək
dərəcədə məsuliyyət tələb edir, çünki burada söhbət insanın
cinayətkar bilinməsi, yaxud bilinməməsi və ona qarşı cinayət
cəzası növlərinin (cərimə, islah əmək işləri, azadlıqdan
məhrumetmə,
əmlakın
müsadirəsi)
tətbiq
edilib-edilməməsindən gedir.
=
30
=
Ədalət mühakiməsi anlayışını dərk edərkən onu da yaddan
çıxarmamaq lazımdır ki, digər işlərlə yanaşı dövlət orqanlarının,
o cümlədən məhkəmələrin böyük diqqətini tələb edən işlərin
daha bir kateqoriyası da var. Bu inzibati xətalar haqqında
işlərdir. İnzibati xətalara görə məsuliyyət Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə
tutulmu.şdur.
Ədalət mühakiməsinin daha bir xüsusiyyəti də ondadır ki,
dövlət fəaliyyətinin bu növü yuxarıda qeyd olunduğu kimi
qanunvericilikdə öz əksini tapmış xüsusi qaydaya (prosedura)
riayət olunmaqla həyata keçirilə bilər. Belə ki, mülki və cinayət
işlər məhkəmə iclaslarında baxılmalı və həll olunmalıdır. Bu isə
o deməkdir ki, işə baxılması və ona dair qərarın qəbul edilməsi,
yaxud
hökmün
çıxarılması
yalnız
mülki-prosessual,
iqtisad-prosessual, yaxud cinayət-prosessual qanunvericiliyə
dəqiq riayət olunmaqla mümkündür. Bu qanunvericilikdə
məhkəmə iclasına hazırlıq və onun aparılması zamanı (məhkəmə
tərkibinin formalaşma qaydası, iclasda iştirak edə bilən və iştirak
etməli şəxslərin dairəsi, onların hüquq və vəzifələri, konkret
hərəkətlərin yerinə yetirilməsinin şərtləri və ardıcıllığı, dəlillərin
yığılma və əks olunma qaydası) qarşıya çıxan ən vacib suallar
tənzimlənir. Bütün prosessual göstərişlər həqiqətin müəyyən
edilməsi və qanuna müvafiq, əsaslandırılmış və ədalətli qərarın
çıxarılmasına yönəlibdir.
Nəhayət,
ədalət
mühakiməsinin
fərqləndirici
xüsusiyyətlərinə onun yalnız xüsusi orqan - məhkəmə (hakim)
tərəfindən həyata keçirilməsi aiddir. Bu fəaliyyəti yerinə
yetirməyə heç bir başqa orqan və vəzifəli şəxsin hüququ yoxdur.
31
Dostları ilə paylaş: |