Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə11/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   7   8   9   10   11   12   13   14   ...   198

3.3.

 

Qanunçulııq prinsipi 

Qanunçuluq  -  bütün  dövlət  və  qeyri-dövlət  idarə  və 

təşkilatları,  onların  qulluqçuları  və  vəzifəli  şəxjsiəri,  habelə 

vətəndaşlar  tərəllndən  Konstitusiyanın,  qanunların  və  onlara 

uyğun  qəbul  edilmiş  hüquqi  aktların  göstərişlərinə  riayət 

edilməsi və icra olunmasıdır. 

Konstitusiyanın  147-ci  və  149-cu  maddələrində  normativ- 

hiıquqi  aktların  bütün  vətəndaşlar  və  döviət  orqanları  üçün 

məcburi olması, onların hüquqi qüvvəsi və qəbul edilmə qaydası 

xüsusi vurğulanmışdır. 

Belə  ki,  Azərbaycan  Respublikasının  Konstitusiyası 

Azərbaycan  Respublikasında  ən  yüksək  və  birbaşa  hüquqi 

hüvvəyə malikdir. 

Referendumla  qəbul  olunmuş  aktlar  yalnız  dərc  edildikdə 

onların  tətbiqi  və  icrası  vətəndaşlar,  qanunvericilik,  icra  və 

məhkəmə hakimiyyəti orqanları, hüquqi şəxslər və bələdiyyələr 

üçün  məcburidir.  Qanunlar  Konstitusiyaya  zidd  olmamalıdır. 

Azərbaycan 

Respublikası 

Prezidentinin 

fərmanları 

Konstitusiyaya  və  qanunlara,  Nazirlər  Kabinetinin  qərarları 

Konstitusiyaya,  qanunlara  və  Azərbaycan  Respublikası 

Prezidentinin  fərmanlarına  zidd  olmamalıdır.  Öz  növbəsində, 

mərkəzi  icra  hakimiyyəti  orqanlarının  aktları  Konstitusiyaya, 

qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına 

və Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. 

Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, 

hüquq  məsuliyyətini  aradan  qaldıran  və  ya  yüngülləşdirən 

normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməməsi də 

Konstitusiyada təsbit olunmuşdur. 

Konstitusiyanın  göstərilən  müddəalarına  uyğun  olaraq 

məhkəmələr  işlərə  baxarkən  hansısa  hüquq  münasibətlərini 

tənzimləyən  qanunu  və  ya  digər  hüquqi-normativ  aktın 

məzmununu qiymətləndirməli və lazım gəldikdə Azərbaycan 

— ...........................   ............................  = 

35

 



Respublikasının Konstitusiyasını birbaşa hüquqi qüvvəsi olan akt 

kimi tətbiq etməlidirlər. Xüsusən: 

a)

 

əgər Konstitusiyanın normasından irəli gələn müddəalar 



əlavə  qanuniləşdirməni  tələb  etmirsə  və  bu  normada  müvafiq 

qanun qəbul edildikdə tətbiq olunması barədə göstərişlər nəzərdə 

tutulmursa; 

b)

 



Konstitusiya  qüvvəyə  mindikdən  sonra  qəbul  edilmiş 

hansısa qanun ona ziddiyyət təşkil edirsə

c)

 

hansısa  hüquqi-normativ  akt  Konstitusiyaya  ziddiyyət 



təşkil  edir  və  məhkəmədə  baxılan  hüquq  münasibətlərini 

tənzimləyən qanun isə yoxdursa. 

Konstitusiyanın  və  digər  qanunların  təfsiri  cinayət  prosesi 

iştirakçılarına  o  halda  məcburidir  ki,  bu  təfsir  Konstitusiya 

Məhkəməsinin qərarında verilmiş olsun. 

Ali  Məhkəmənin  Plenumunun  məhkəmə  təcrübəsinə  dair 

məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən orqanlar 

üçün tövsiyə xarakteri daşıyır. (CPM, m. 10). 

Bundan  başqa,  Azərbaycan  Respublikasının  Konstitusiyası 

beynəlxalq aktların hüquqi qüvvəsini qəbul etdiyinə görə müasir 

dövrdə  qanunçuluq  prinsipinin  xüsusiyyəti  artmışdır.  Belə  ki, 

Konstitusiyanın 151-ci maddəsində Azərbaycan Respublikasının 

qanunvericilik  sisteminə  daxil  olan  normativ  hüquqi  aktlar  ilə 

(Azərbaycan  Respublikasının  Konstitusiyası  və  referendumla 

qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının 

tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələr  arasında  ziddiyyət 

yaranarsa,  həmin  beynəlxalq  müqavilələrin  tətbiq  edilməsi 

göstərilmişdir. 

Qanunçuluq prinsipinin mahiyyəti həm də ondan ibarətdir ki, 

Azərbaycan  Respublikasının  qüvvəyə  minmiş  və  dərc  edilmiş 

qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç 

kəsin  cinayət  təqibi  üzrə  şübhəli  və  ya  təqsirləndirilən  şəxs 

qismində  məs'uliyyətə  cəlb  edilməsinə,  tutulmasına,  həbsə 

alınmasına,  axtarılmasına,  məcburi  gətirilməsinə  və  digər 

prosessual məcburi tədbirlərə mə'ruz qalmasına, 

===^^=^^= 



36

 




habelo  məhkum  edilməsinə,  cəzalandırılmasına,  hüquq  və 

azadlıqlarının digər formada məhdudlaşdırılmasma yol verilmir. 

Bu tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin 

və qəbul olunmuş qərarların hüquqi qüvəsinin olmadığı qanunda 

xüsusilə vurğulanır. (CPM, m. 10). 

3.4.

 

Ədalət nıüiınkiıııəsiııiıı həyata 

keçirilməsi zamanı insan və vətəndaş hüquq və 

azadlıqlarının təmin edilməsi prinsipi 

Hər bir demokratik dövlətdə bu prinsip yuxanda qeyd olunan 

qanunçuluq prinsipi kimi universal prinsiplərə aid edilir. 

Həyat və sağlamlıq, şərəf və ləyaqət, digər insan və vətəndaş 

hüquq  və  azadlıqları  dövlətin  və  ictimai  həyatın  bütün 

sahələrində, o cümlədən ədalət mühakiməsi həyata keçirilərkən 

ilk  növbədə  müdafiə  olunmalı  dəyərlərdir.  Belə  yanaşmanın 

hüquqi  bazası  qədim  zamanlarda  qəbul  olunmuş  və 



Konstitusiyanın  12-ci  maddəsində  əks  olunmuş  ideyadır: 

«İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin 

edilməsi dövlətin ali məqsədidir.» 

Bu əsas ideya Konstitusiyanın digər maddələrində və başqa 

qanunvericilik 

aktlarında 

inkişafını 

tapmış 


və 

konkretləşdirilmişdir. Bunlara vətəndaşların qanun və məhkəmə 

qarşısında  bərabərliyi,  ləqsirsizlik  prezumpsiyası,  hər  kəsin 

müdafiə  hüququ,  çəkişmə  və  tərəfiərin  bərabərliyi,  məhkəmə 

icraatının  açıq  və  dövlət  dilində  aparılması  barədə  müddəalar 

aiddir.  Bu  prinsiplər  cinayət  və  digər  işlər  üzrə  ədalət 

mühakiməsinin 

həyata 


keçirilməsində 

lazımi 


şəraitin 

yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. 

Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində 

iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit 



37

 

 .......... = 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə