***
Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadınlar
arasında gizlənəndə özünə hansı adı uydurdu − bunlar dolaşıq
suallardır və burada nə isə bir müəmma var.
Ser Tomas Braun
İnsan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az
öyrənilir. Biz insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə
görə qiymət veririk. Məlumdur ki, qeyri-adi istedadlı bir adam üçün
təhlil etmək bacarığı əsl həzz mənbəyidir. Güclü adam qüvvəsiylə
qürrələnib, əzələlərini işlətməyə vadar edən təmrinlərdən ləzzət
aldığı kimi, analiz edən şəxs də mənəvi fəaliyyətində dolaşıqları
açması ilə öyünür, onun istedadını fəaliyyətə gətirən ən
əhəmiyyətsiz məşğuliyyətindən həzz alır. O, tapmacalar,
müəmmalar və başsındırmaların vurğunudur. Çətin məsələlərin
həllində müəyyən bacarıq nümayiş etdirir. Bu da adi zəka sahibi
üçün az qala qeyri-təbii görünür. Məhz müəyyən metod sayəsində
bu cür keyfiyyət başqalarına bəşər övladının duyma qabiliyyətinin
möcüzəsi təsirini bağışlayır.
Mühakimə etmə qabiliyyəti riyazi savadın, xüsusilə də onun
ali bölməsi sayəsində xeyli möhkəmlənir. Bu bölmə yalnış olaraq
əməliyyatın əks təsiri üzündən, necə deyərlər, “parexcellanaliz
adlanır. Bununla belə, hesablamaq öz-özlüyündə analiz etmək
deyildir. Məsələn, şahmatçı analizə cəhd göstərməyərək, hesablama
aparır. Buradan belə bir nəticə çıxır ki, zehn üçün son dərəcə xeyirli
olan şahmat oyunu haqqında təsəvvür tam anlaşılmazlıq üzərində
dayanır. Mən heç də elmi əsər yazmıram, sadəcə olaraq təsadüfi
müşahidələrimin nəticəsində yazmaq istədiyim, bir qədər qeyri-adi
görünən hekayətimə müqəddimə verirəm. Buna görə də, fürsətdən
istifadə edərək bildirirəm ki, çox da çətin olmayan dama oyunu daha
downloaded from KitabYurdu.org
4 |
s ə h i f ə
dərindən düşünməyi tələb edir, zehni inkişaf etdirmək üçün xəyali
incəlikləri olan şahmat oyununa nisbətən daha mürəkkəb və faydalı
məsləhətlər verir. Şahmatda fiqurların müxtəlif və qəribə gedişləri
var. Bu mürəkkəblik (bildiyimiz kimi tez-tez olur) səhvən dərinlik
kimi qəbul edilir. Burada bütün diqqət oyuna yönəldilir. Diqqətin
bir anlığa zəifləməsi səhvə gətirib çıxarır və ya məğlubiyyətlə
nəticələnir. Şahmatda münkün olan müxtəlif gedişlər eyni dərəcədə
qiymətlidir. Buna görə də səhvlər getdikcə artır və on oyundan
doqquzunda diqqətini daha yaxşı cəmləşdirən şahmatçı qalib gəlir.
Dama oyununda isə əksinə olur.
Burada gedişlərin məhdud və az variantı var. Səhv etmək
ehtimalı azalır, diqqət bir o qədər rol oynamır. Fərasətli oyunçu
müvəffəqiyyət qazanır. Əyanilik üçün gəlin bir dama oyununu
təsəvvürümüzə gətirək. Burada damaların sayı dörddür və heç bir
diqqətsizliyə yol verilmir. Aydındır ki, burada qələbəni (oyunçular
bərabər səviyyəli olduğundan), beynini var qüvvəsi ilə işə salan
oyunçu incə bir gedişlə əldə edə bilər.
Adi imkanlardan məhrum olan şəxs çalışır ki, rəqibinin
fikirlərini öyrənsin, dərhal özünü onun yerində hesab edir, çox vaxt
bir baxışdan yeganə yolu (bəzən ən sadəsini) seçir, bu da onu səhv
hesablamaya sövq edir. Vist kart oyunudur, insanın hesablama
qabiliyyətinə onun təsiri çoxdan məlumdur; bu da məlumdur ki,
böyük zəka sahibləri vistə qarşı izaholunmaz dərəcədə meyl
göstəriblər, şahmata isə əhəmiyyətsiz bir əyləncə kimi məhəl
qoymayıblar. Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz
üçün bu qədər qabiliyyət tələb etmir.
Dünyada ən yaxşı şahmatçı yalnız şahmatçı olaraq qalır,
halbuki vistdə məharətli oyun insan fəaliyyətinin daha vacib
downloaded from KitabYurdu.org
5 |
s ə h i f ə
sahələrində qələbə çalmaq bacarığı ilə birləşir, burada zəka ilə
yarışır.
downloaded from KitabYurdu.org
6 |
s ə h i f ə
“Məharətli oyun” dedikdə kamilliyin ali dərəcəsini nəzərdə
tuturam; bu vaxt, oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə
yiyələnmiş olur. Bu fəndlər nəinki saysız-hesabsızdır, eyni zamanda
rəngarəngdir, insan fkirlərinin elə dərinliklərində özünə məskən
salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur. Kim diqqətlə
müşahidə edirsə, yaxşı da yadında saxlayır. Beləliklə də, diqqətini
bir yerə cəmləyən şahmatçı vist oyununda qələbəyə daha çox ümid
bəsləyə bilər, çünki Hoylun* təlimatı (sadə oyun mexanizminə
əsaslanır) hamı tərəfindən kifayət dərəcədə başa düşülür. Möhkəm
yaddaşı olmaq, təlimatda göstərilən qaydalara əməl etmək visti
yaxşı oynamaq üçün hamının vacib hesab etdiyi məsələlərdir.
Ancaq analiz edən şəxsin bacarığı məhz təlimatda nəzərdə
tutulmayan hüdudlarda özünü büruzə verir. O, öz-özlüyündə
saysızhesabsız nəticələr çıxarır və müşahidələr aparır. Onun
oyundaşı da, bəlkə belə hərəkət edir. Rəqiblərin bir-birini
öyrəndikləri müddətdə əldə edilmiş məlumatdakı müxtəliflik,
çıxarılmış nəticələrin doğruluğundan çox, aparılmış müşahidələrin
keyfiyyətində özünü göstərir. Əsas məsələ nəyi müşahidə etməkdir.
Oyun əsas məqsədi olmasına baxmayaraq özünü heç nə ilə
məhdudlaşdırmır, uzaq göstərişlərdən belə çəkinmir. O, rəqibinin
üzünün ifadəsinə fikir verir, kartları əlində necə tutmasına diqqət
yetirir, kozırın kozır və valetin valetdən sonra çıxmasını çox vaxt
oyundaşının baxışlarından başa düşür. Oyun davam etdikcə onun
hərəkətlərini izləyir, üzünün cizgilərində bir-birini əvəz edən
peşmançılıq, ya sevinc, əminlik, ya təəccüb ifadə edən dəyişiklik
görür və saysızhesabsız nəticələr çıxarır. Rəqibin kartları stolun
üstündən özünə tərəf çəkdiyini görəndə onun sonrakı kartları da
götürəcəyini anlayır, kartın necə atıldığından başa düşür ki, rəqibi
hiylə işlədir və gedişi gözdən pərdə asmaq üçün edib. Təsadüfi və
ya diqqətsizlik üzündən deyilmiş bir söz, təsadüfən düşmüş və ya
downloaded from KitabYurdu.org
-
7 |
s ə h i f ə
açılmış kart (bir qayda olaraq ehtiyatla və sakitcə gizlədilir),
vurulmuş kartların he sablanması və onların düzülüşü, çaşqınlıq,
tərəddüd, səbirsizlik və ya qorxu, bir sözlə analiz edənin duyma
qabiliyyətindən heç nə yayınmır: iki-üç gedişdən sonra kimin əlində
hansı kartların olduğunu təsəvvür edir. Elə inamla oynayır ki, yerdə
qalan oyunçular uduzurlar. Analitik bacarıq adi bacarıqla
qarışdırılmamalıdır; çünki analiz edən hökmən məharətli olduğu
halda, məharətli adamın çox vaxt analiz etmə bacarığı olmur.
Məharət adətən özünü yaradıcılıqda və hadisələr arasında əlaqə
yaratmaqda buruzə verir, frenoloqlar* (məncə, yalnış olaraq) bunu
bəsit hesab edirlər, çox vaxt o, elə adamlarda müşahidə edilir ki,
onların əqli səviyyəsi yerdə qalan bütün hallarda, məişət və
adətlərdən yazan yazıçıların qeyd etdiyi kimi, kəmağıllılıq
səviyyəsində olur. Bacarıqla təhlil etmə qabiliyyəti arasında
mövcud olan fərq təxəyyüllə təsəvvür arasındakı fərqdən daha
böyükdür. Həqiqətən də, bacarıqlı adamların çox xəyalpərəst,
zəngin təxəyyüllü adamlarınsa analizə daha meylli olduğunu
görmək mümkümdür.
Aşağıdakı hekayət yuxarıda söylənilən mülahizələri bir növ
əyani olaraq əks edəcəkdir. 18-ci ilin yazını və yayının da bir
hissəsini Parisdə yaşadığım zaman Oqyust Düpen adlı bir cənabla
tanış oldum. O, əsil-nəcabətli, tanınmış bir nəsildən idi. Gənc ikən
taleyin dönüklüyü üzündən elə ağır vəziyyətə düşmüşdü ki,
təbiətinə xas olmuş enerjisi tükənmiş, həyatda heç nəyə nail
olmamış, əldən çıxmış var-dövləti qaytarmağı xəyalına belə
gətirməmişdi. Borc verənlərin iltifatı sayəsində atadan qalma
mirasın bir hissəsi Düpen üçün saxlanmış, ondan gələn gəliri ilə
dolanmış, ciddi qənaətcillik göstərmiş, ən zəruri olan şeylərlə
downloaded from KitabYurdu.org
8 |
s ə h i f ə
kifayətlənmiş, həyatın nəşələrinə etinadsızlıq edərək güc-bəla ilə
dolanmışdı. Yeganə israfçılıq etdiyi şey kitablardı, onları da Parisdə
asanlıqla əldə etmək olardı.
Ilk görüşümüz Monmantr küçəsində az tanınmış bir
kitabxanada oldu. Təsadüfən yaxından tanış olduq. Ikimiz də çox
nadir və maraqlı bir kitabı axtarırdıq. Bir neçə dəfə görüşdük. Onun
ailə tarixi ilə dərindən maraqlandım. O, hər bir fransıza xas
səmimiyyətlə təfsilatı ilə özü haqqında mənə danışdı. Onun geniş
mütailəsi məni heyran etmişdi. Ən başlıcası isə, həyat hadisələri
haqqında aydın təsəvvürü qarşısıalınmaz bir çılğınlıqla qəlbimi
riqqətə gətirirdi. O zaman Parisdə yaşayırdım, müəyyən bir
məqsədim vardı. Hiss edirdim ki, bu adamla bir yerdə olmaq mənim
üçün əvəzsiz xəzinə tapmaq kimidir. Səmimiyyətlə bu barədə
ürəyimdən keçənləri danışdım. Nəhayət, şəhərdə qaldığım
müddətdə bir yerdə yaşamağı qərara aldıq.
Mənim maddi vəziyyətim Düpenə nisbətən bir qədər yaxşı
olduğundan razılığını aldım ki, kirayə haqqını mən verim. Ev kirayə
etdim. Onu ikimizin romantik təbiətinə uyğun səliqəyə saldım.
Qəribə mülk idi. Sen-Jermer yaxınlığında sakit bir yerdəydi. İllər
keçdikcə ev çökmüş, mövhumatçı sahibləri tərəfindən ona əl
gəzdirilməmişdi, artıq dağılmağa doğru gedirdi. Bu mülkdə
keçirdiyimiz həyat tərzi kənar adamlara məlum olsaydı, bəlkə də,
bizi dəli hesab edərdilər. Tamamilə tənha yaşayırdıq, heç kəsi
görmək belə istəmirdik.
Yaşadığımız yeri keçmiş dostlarımdan gizli saxlayırdım.
Düpensə Parislə əlaqəsini kəsmişdi, onu yada salan da yox idi.
Dostumdakı qəribəliklərdən biri (bunu başqa cür necə adlandırım?)
gecə füsünkarlığına vurğunluğuydu. Başqa cəhətləri ilə yanaşı buna
da alışaraq, özümü unutdum və tamamilə dostumun qəribəliklərinə
downloaded from KitabYurdu.org
-
9 |
s ə h i f ə
öyrəşdim. Qarabuğdayı ilahə tez-tez bizi tərk edirdi, bundan ötrü
ondan uzaq düşməmək üçün tədbir tökmüşdük; səhər dan yeri
ağaranda qədim evin ağır pəncərə qapaqlarını bağlayar, bir-iki şam
yandırardıq. Şamlar yandıqca ətirli iy verər və ətrafa tutqun zəif işıq
saçardı. Şamların işığında şirin xəyallara dalar, divar saatı həqiqi
qaranlığın düşdüyünü xəbər verənəcən oxuyar, yazar və söhbət
edərdik. Söhbətləri davam etdirər və yaxud izdi hamlı şəhərin
yanıb-sönən işıqları və qaranlığı içində veyllənərdik. Gecənin
sakitcə seyrinə dalmaq bizə tükənməz mövzu verərdi. Belə anlarda
Düpenin əqlinə, qabiliyyətinə bələd olsam da, onun zəkasına
qeyriixtiyari olaraq heyran qalırdım. Bunu büruzə vermirdim,
görünür Düpenlə əlyənməyim ona xoş gəlirdi. Onun qəlbinə nə
qədər sevinc bəxş etdiyimi mənə deyərdi.
Düpen mənə bir neçə dəfə özünü tərifləyərək xatırlatmışdı ki,
adamların ürəyindən keçənləri ovcunun içi kimi görür. Mənim də
ürəyimdən keçənləri necə aydınca oxuduğunu demişdi, bunun üçün
son dərəcə heyrətamiz dəlillər gətirmişdi. Belə hallarda onun
davranışında bir soyuqluq və yadlıq görərdim; gözləri harasa
uzaqlara baxar, adətən məlahətli səsi zilə qalxar, sakit və
aydınlığına baxmayaraq, danışığı əsəbi olardı. Bu cür
əhvalruhiyyədə ona baxarkən ruhun ikiliyi haqqında qədim fəlsəfi
təlimi xatırlayar, iki Düpen barəsində fikirlərə dalardım.
Dediklərimdən heç də güman etməyin ki, sizə hansısa bir sirri
açmaq və ya Düpeni fantastik əsərin qəhrəmanı etmək
niyyətindəyəm. Xeyr, mən onun olan xasiyyətini, sadəcə olaraq,
təsvir edirəm. Onda bu xasiyyət coşğun zəkanın, bəlkə də, xəstə
zəkanın nəticəsində əmələ gəlmişdi. Onun iradlarına gəldikdə isə
adi bir nümunə fikrimizə ən yaxşı sübut ola bilər.
downloaded from KitabYurdu.org
10 |
s ə h i f ə
Bir axşam Pale Royal yaxınlığında uzun, palçıqlı bir küçədə
gəzirdik. Hər ikimiz fikrə dalmışdıq, on beş dəqiqə ərzində heç
birimiz bir kəlmə söz demədik. Düpen birdən dilləndi:
–
O, çox cılız bir gəncdir. Yaxşısı budur ki, bəxtini “Varyete”
teatrında sınasın.
–
Buna şübhə ola bilməz,
–
qeyri-ixtiyari olaraq cavab
verdim.
Fikrə elə getmişdim ki, əvvəlcə Düpenin sözləri ilə mənim
sözlərimin necə uyğun gəldiyini dərk etmədim. Bircə an sonra
özümə gəldim, heyrətimin həddi-hüdudu yox idi.
–
Düpen,
–
ciddi tərzdə dedim,
–
bunu dərk etməkdə acizəm.
Düzünü deyim ki, heyrət məni götürüb, heç cürə eşitdiklərimə inana
bilmirəm. Axı onun barəsində düşündüyümü necə duydunuz? – Bu
yerdə dayandım ki, görüm, o, həqiqətən kimin haqqında
fikirləşdiyimi bilir, ya yox?
–
Şantilyi haqqında,
–
Düpen dilləndi.
–
Nə üçün dayandınız?
öz-özünüzə deyirdiniz ki, onun balaca boyu tragik aktyor üçün
yaramır.
–
Bəli, mənim fikirlərim məhz bu idi. Şantiyli əvvəllər
SenDeni küçəsində pinəçilik etmiş, sonralar səhnə ilə maraqlanmış,
Krebillyonun eyni adlı faciəsində Kserks rolunda çıxış etmişdi.
Bütün cidd-cəhdlərinə baxmayaraq, fitə basmışdılar.
–
Allah xatirinə,
–
deyə israr etdim,
–
metodunuzu mənə başa
salın; sizin elə bir metodunuz var ki, onun köməyi ilə ürəyimdən
keçənləri oxuya bildiniz. Düzünü deyim ki, hetrətimi müəyyən
dərəcədə büruzə verməməyə çalışdım.
downloaded from KitabYurdu.org
-
11 |
s ə h i f ə
–
Bunu sizin ağlınıza göyərti satan saldı. Pinəçi Kserks və
onun kimilərinin ayağının tozu da ola bilməz,
–
dostum cavab verdi.
–
Göyərti satan? Siz nə danışırsınız. Mən heç bir göyərti
satan-zad tanımıram.
–
On beş dəqiqə bundan əvvəl bu küçəyə dönəndə sizinlə
toqquşan o göyərti satanı deyirəm.
Birdən həqiqətən də, başında böyük bir alma səbəti aparan
göyərti satanı təsadüfən S. küçəsindən keçərkən bizim indi
dayandığımız yerdə məni az qala yerə yıxacağı yadıma düşdü,
amma bunun şantilyi ilə nə əlaqəsi olduğunu heç cürə anlamadım.
Düpendə zərrə qədər də fırıldaqçılıq nişanələri yox idi.
–
Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsiniz.
Əvvəlcə gəlin sizinlə danışdığım andan, haqqında danışdığı mız o
qəribə göyərti satanla toqquşduğunuz vaxta qədər nə haqda
düşündüklərinizi yada salaq. Hadisələr aşağıdakı ardıcıllıqla
cərayan edir: şantilyi, Orion, Həkim Nikols, Epikür, Stereotamiya,
küçə daşları və göyərti satan. Həyatda çox az adam tapılar ki, heç
olmasa bir dəfə əyləncə naminə başına gələnləri fikrində götürqoy
etməsin, məlum nəticə çıxarmasın. Bu çox maraqlı bir əyləncədir.
Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər böyük
bir məsafənin olduğunu və onların arasındakı uyğunsuzluğu
ördükdə heyrətlənəcəkdir.
Təəccüblə Düpenə qulaq asırdım, özü də eşitdiklərimin
tamamilə həqiqət olduğunu istər-istəməz etiraf etdim. Dostum
davam etdi:
downloaded from KitabYurdu.org
12 |
s ə h i f ə
–
O biri küçəyə burulmamışdan qabaq, düzgün yadımda
qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə
söhbətimiz kəsildi. Bax, bu küçəni keçərkən başında iri bir səbət
olan göyərti satan cəld yanımızdan ötdü və sizi küçəni təmir etmək
üçün bir yerə topalanmış daşların üstünə itələdi. Daşların birinə
ilişib yıxıldınız. Çevrilib daş topasına baxdınız, sonra yolunuzu
davam etdiniz. Hərəkətlərinizi xüsusi bir diqqətlə izləyirdim.
Müşahidəçilik son zamanlar mənim üçün bir növ təlabata çevrilib.
Onu deyim ki, sıx-sıx pilətələr döşənmiş Lamartin döngəsinə
çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə
vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan
bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz.
Burada eyniniz açıldı, dodağınızın qaçmağını gördüm. Siz
“stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Bu termin
süni surətdə bu cür səki döşəmələri barədə deyilir.Başa düşdüm ki,
“stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən,
Epikürün nəzəriyyəsi barəsindəki fikrə gətirib çıxaracaq. Bu, bizim
yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə
nəcib yunan aliminin son dərəcə heyrət doğuran dumanlı
müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində
əldə edilən nəticələriylə təsdiq edilməsindən və Epikürə lazimi
qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı
qaldırıb yuxarıya, Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər
salacaqsınız. Siz yuxarı baxdınız və mən əmin oldum ki, sizin
hərəkətlərinizi düz izləmişəm. “Müsenin” dünənki nömrəsində
şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına
tamamilə yaramazcasına sözlər yazmışdı: pinəçi faciə rolunda çıxış
edərək çalışmışdır ki, öz adını dəyişdirsin. Latın müəllifindən bir
sitat gətirmişdi. Həmin sitata söhbətlərimizdə bir neçə dəfə istinad
etmişik. Bu sözləri nəzərdə tuturam: "Perdid antiquum litera prima
downloaded from KitabYurdu.org
-
13 |
s ə h i f ə
sonum"* Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur, bu söz
keşmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa
düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim ki,
Orion sizi şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də oldu.
Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin
fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən belinizi
əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin oldum
ki, siz şantilyinin balaca boyu haqqında düşünürsünüz. Elə bu yerdə
düşüncələrinizə mane oldum. Dedim ki, bu şantilyi çox balaca
olduğundan, “Varteye” teatrında oynasa daha yaxşı olardı. Bu
söhbətdən azacıq sonra ikimiz də “Gazette des Tribunaux”-nun
axşam nömrəsini nəzərdən keçirərkən, aşağıdakı başlıq diqqətimizi
cəlb etdi. “Qeyri-adi qətl”: “Bu gecə saat üç radələrində Sen Rok
məhəlləsinin sakinlərini aramsız dəhşətli qışqırtılar yuxudan oyatdı.
Qışqırtılar Morq küçəsindəki madam L’Espanye və onun qızı
madmazel Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsindən
gəlirdi. İçəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi. On
nəfərə qədər qonşu iki jandarmın müşayiəti ilə içəri doluşdu. Artıq
qışqırtılar kəsilmişdi. Amma dəstə pilləkənin bi rinci pilləsinə
təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi eşidildi.
Adamlar dördüncü mərtəbəyə çatanda bu səslər də kəsildi. Tam
sakitlik çökdü. Dəstə bir neçə yerə bölündü. Onlar bir otaqdan o
birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa yataq otağına
çatanda (otağın qapısı içəridən açarla bağlandığından, onu da
sındırmalı oldular), gördükləri mənzərə onları dəhşətə gətirdi.
Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi
tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstündən
yorğandöşək götürülmüş və otağın ortasına atılmışdı. Stulun
downloaded from KitabYurdu.org
14 |
s ə h i f ə
üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun,
sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür tükləri dəri
ilə birlikdə qoparmışdılar. Döşəmədə dörd dənə napoleondr, bir
dənə topaz qaşlı sırğa, üç böyük gümüş qaşıq, üç balaca melxior
qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı.
Küncdəki kamodun siyirmələri açılmışdı. Görünür kimsə
qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey qalmışdı.
Balaca dəmir seyf yorğan-döşəyin altından tapıldı. Seyf açıq idi,
açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir neçə
köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi.
Madam L’Espanyedən əsər-əlamət yox idi, ancaq buxarının ocaq
yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyəndə adam
dəhşətə gəlir.) Qızın başıaşağı vəziyyətdə olan meyitini dartıb
oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə
–
yuxarıya
pərçim edilmişdi. Hələ istiydi. Müayinə edərkən məlum oldu ki, bir
neçə yerdən dəri sıyrılıb. Bu da, şübhəsiz, zorakılığın izləriydi.
Sifətində çoxlu dərin cırmaq izləri, boğazında isə tünd qançırlar,
dərinə işləmiş dırnaq izləri qalmışdı. Sanki məhrumu boğub
öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə aşkar
edə bilməyib, binanın dal tərəfindəki daş döşənmiş kiçik həyətə sarı
getdi. Orada isə yaşlı xanımın meyitinə rast gəldilər. Boğazı elə
kəsilmişdi ki, meyiti qaldırmağa cəhd etdikdə, baş qo-
downloaded from KitabYurdu.org
-
15 |
s ə h i f ə
pub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər
kökə salınmışdı ki, onda insana oxşayan heç nə qalmamışdı. Bu
dəhşətli müəmmanı açmaq üçün, əlimizdə hələlik azacıq da olsa
imkanımız yoxdur”.
Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:
“Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli
hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq
üçün təzə heç nə aşkar edilməmişdir.
Əldə olan ifadələr aşağıda təqdim edilir. Paltaryuyan Polina
Dübur ifadə verir ki, o mərhumların ikisini də üç ildir tanıyır. Bu
müddət ərzində onlar üçün paltar yuyub. Yaşlı xanımla qızı yaxşı
yola gedirdilər. Bir-birinə çox mehriban idilər. Onun zəhmət
haqqını xəsislik etmədən verirdilər. Onların həyat tərzi və yaşayış
vasitələri barəsində heç nə demir. Güman edir ki, xanım fala baxır,
bununla da dolanırdılar. Xanımın çoxlu pulu olduğunu güman edir.
Paltar yumağa çağırılarkən və paltarı yuyub geri qaytararkən evdə
heç vaxt kənar adama rast gəlməyib. Onların qulluqçusu olmadığına
əmin idi. Evin dördüncü mərtəbəsindən başqa, görünür, heç yerdə
avadanlıq olmamışdır. Tütün köşkünün sahibi Pyer Moro ifadə verir
ki, dörd il müddətində xanım L’Espanyeyə az miqdarda tütün və
burunotu satıb. Mərhum xanımın və qızının cəsədləri tapılan otaqda
yaşadıqları altı ildən çox olardı. Orada əvvəlcə bir zərgər yaşayar və
üst otaqları müxtəlif adamlara kirayə verərdi. Ev xanım
L’Espanyenin şəxsi mülkiyyətiydi, kirayəçilər evə pis
baxdıqlarından, onları evdən çıxarıb, yuxarı mərtəbəyə özü keçib.
Kirayəşin saxlamaqdan imtina edib. Yaşlı xanım uşaq kimi idi.
Şahid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə
görmüşdü. Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş.
downloaded from KitabYurdu.org
16 |
s ə h i f ə
Deyilənə görə onların pulu varmış. Qonşular arasında xanım
L’Espanyenin fala baxdığını deyənlər də vardı, amma şahid ona
downloaded from KitabYurdu.org
17 |
s ə h i f ə
inanmırdı. O, evə heç vaxt ana-baladan, arabir dalandardan və bəzən
həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.
Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez
baş çəkdiyini deyən olmadı. Xanım L’Espanye və qızının haradasa
dostlarının olub-olmadığını da bilən yox idi. Küçəyə baxan
pəncərələrin qapıları nadir hallarda açılardı. Dördüncü mərtəbədəki
böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr
daim bağlı olardı. Ev bir o qədər də köhnə deyildi və yaxşı
vəziyyətdəydi. Jandarm İsidor Müze göstərir ki, onun arxasınca
səhər saat üç radələrində gəlmişdilər. O gələndə darvazanın yanında
iyirmi-otuza qədər adam vardı. Onlar içəri keçməyə cəhd
göstərirdilər. Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı
olduğundan, yuxarı və aşağıdan siyirmə ilə bağlanmadığından onun
açılması bir o qədər də çətinlik törətmədi. Qışqırtılar darvaza
açılana qədər davam etdi və sonra qəflətən kəsildi. Yəqin ki, bunlar
ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı
qışqırtısı idi. Şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı. Birinci
pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi.
Səslərdən biri xırıltılı, o biri isə ciyiltili idi. Çox qəribə səs idi.
Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız sözləri idi.
Əmin idi ki, o səs qadın səsi deyildi: “sacre” və “diable” sözlərini
ayırd edə bilib. Ciyiltili səs yadelli adamın səsi idi, amma şahid
onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi. O nə
dedildiyini başa düşə bilməyib, ancaq yad adamın ispanca
danışdığını güman edir. Otaq və meyitlərin vəziyyəti şahid
tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.
Qonşu, zərgər Henri Duval göstərir ki, o, evə birinci girən
adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir. Giriş
qapısından içəri daxil olan kimi onu yenidən bağlayıblar ki, gecə
yarısı olmasına baxmayaraq, tezliklə oraya toplaşan camaat içəri
downloaded from KitabYurdu.org
18 |
s ə h i f ə
doluşmasın. Şahidin zənnincə, ciyiltili səs italyan səsinə, xırıltılı səs
isə fransız səsinə oxşayırmış. Ciyiltili səsin kişi səsi olduğuna əmin
deyildi.
Qadın səsi də ola bilərdi. Onun italyan dili ilə tanışlığı
yoxdur. Sözləri ayırd edə bilməyib, lakin intonasiyasından
danışanın italyan olduğunu güman edir. Şahid madam L’Espanye
və onun qızını tanıyırmış. Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili
səsin məhrumların heç birinə aid olmadığından əmindir. Restoran
sahibi Oden Heymer, şahid kimi özü könüllü surətdə ifadə verməyə
gəlmişdi, fransızca danışa bilmədiyindən, tərcüməçi vasitəsilə
dindirilirdi. O, Amsterdam vətəndaşıdır. Qışqırtılar gələn zaman
evin yanından keçirmiş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də, on
dəqiqə davam edib. Çox dəhşətli və ürək parçalayan imiş. Şahid evə
daxil olan adamlardan biri olub. Özündən əvvəlki ifadəni bir şeydən
başqa hərtərəfli təsdiq edir. O, ciyiltili səsin kişi səsi olub, fransıza
məxsus olduğuna əmindir. O da deyilən sözləri ayırd edə bilməyib.
Sözlər ucadan və tez-tez deyilirmiş, başa düşmək olmurmuş.
Qorxudanmı və ya qəzəbdənmi səs ciyiltidən çox xırıltıya
oxşayırmış. Ciyilti deyə bilməzdim, xırıltılı səsli adam elə hey
“sacre” və “diable” və bir dəfə isə “Mon Dieu” sözlərini deyib.
Dileron küçəsindəki “Mino və Oğulları” firmasının bankiri, Mino
qardaşlarının yaşca böyüyü Şül Mino ifadə verir ki, xanım
L’Espanyenin bir qədər pulu vardı. Onun kontorunda hansı ilinsə
(səkkiz il əvvəl) yazında hesab açdırmışdılar. Xırda məbləğlərdə
tez-tez pul qoyardılar. Çek yazmazdı, ölümündən üç gün əvvəl
şəxsən özü dörd min frank məbləğində pul götürdü. Pullar qızılla
ödənildi və bankın işçisi xanımı evinə qədər ötürdü. “Mino və
Oğulları” firmasının qulluqçusu Adolf Le Von şahidlik edir ki, təyin
edilmiş vaxtda, təxminən günorta zamanı, xanım L’Espanyenin iki
kisəyə qoyulmuş dörd min frank pulunu onun evinə aparmışdır.
downloaded from KitabYurdu.org
19 |
s ə h i f ə
Qapını madmazel L’Espanye açmış, əlindəki kisələrdən birini
götürmüş, digərini isə xanım özü ondan almışdır. Sonra baş əyərək
çıxıb getmişdir. O zaman küçədə heç kəsi görməmişdi.
Dərzi Uilyam Berd ifadə verir ki, ingilisdir, iki il Parisdə
yaşayıb. Evə daxil olan adamlardan biri idi. Pilləkənləri birinci
qalxanlardan olub. Mübahisəli səslər eşidib. Deyir ki, xırıltılı səs
fransıza məxsus idi. Bir neçə sözü ayırd edə bilib, amma hamısını
xatırlaya bilmir. “Sacre” və “Mon Dieu” sözlərini aydınca eşidib.
Bu sözlərdən sonra bir-biri ilə dalaşan, cırmaqlaşan bir neçə adamın
səsini də eşidib.Ciyiltili səs xırıltılı səsdən daha uca gəlirmiş. Səsin
ingilis səsi olmadığına əmindir. Daha çox alman səsinə oxşayırdı.
Güman ki, qadın səsi idi. O, almanca başa düşmürdü. Yuxarıda
adları çəkilən şahidlərdən dördü ikinci dəfə sorğu-sual edilərkən
göstərmişdi ki, madmuazel L’Espanyenin meyiti tapılan yataq
otağının qapısı adamlar gələndə içəridən bağlı idi. Hər tərəfdə
sakitlik hökm sürürdü. Nə inilti, nə də səs-küy eşidilirdi. Qapı
sındırılarkən heç kəs görünmədi. Ön və arxa otaqların pəncərələri
aşağı salınmış və içəridən möhkəm bərkidilmişdi. İki otağın
arasındakı qapı örtülü idi, amma bağlı deyildi. Qabaq otaqdan
dəhlizə açılan qapı bağlı idi. Açar da qıfılın üstündə idi. Dördüncü
mərtəbədə dəhlizin sonunda yerləşən kiçik anbarın qapısı azacıq
aralı idi. Otaqda köhnə çarpayılar, yeşiklər və s. əşyalar vardı. Bu
şeylər də otaqdan ehtiyatla çıxarılaraq nəzərdən keçirildi. Otaqda
diqqətlə nəzərdən keçirilməmiş bir yer belə qalmadı. Damdakı otaq
nəzərə alınmasa, ev dördmərtəbəli idi. Evin damına açılan qapı
mismarlanmışdı, görünür, çoxdan açılmamışdı. Söyüş səslərinin
eşidildiyi vaxtla qapının sındırılaraq açılması arasındakı vaxtı
şahidlər müxtəlif cür şərh etdilər. Bəziləri üç, bəziləri beş dəqiqə
dedilər. Qapı güclə açıldı. Tabutqayıran Alfonso Qarsio şəhadət
verir ki, Morq küçəsində yaşayır və mənşəcə ispaniyalıdır. Evə
downloaded from KitabYurdu.org
20 |
s ə h i f ə
girən adamlardan biri olub. Yuxarı qalxmayıb, əsəbi olduğundan
həyəcanlanmaq istəməyib. Söyüş eşidib. Təsdiq edir ki, xırıltılı səs
fransıza məxsus idi. Nə dediyini tuta bilməyib. Ciyiltili səs isə
ingilisə məxsus imiş. O, buna əmindir. Ingilis dilini başa düşmür,
intonasiyasına görə belə mühakimə yürüdür. Kolleksioner Alberto
Mentani şəhadət verir ki, pilləkənləri birinci qalxanlar arasında
olub, haqqında danışılan səsləri eşidib. Xırıltılı səslə fransız
danışırmış. Bir neçə sözü tuta bilib. Danışan, görünür, kimisə
söyürmüş. Zənn edir ki, səs rus səsinə oxşayırdı. Ümumiyyətlə,
ifadəni təsdiq edir. Kolleksioner özü italyandır. Heç vaxt rusla
əlaqəsi olmayıb.
Bir neçə şahid ikinci dəfə çağırılanda ifadə verdi ki, dördüncü
mərtəbədəki bütün otaqların buxarıları dardır, oradan adam
çıxıbdüşə bilməz. Oranı buxarıtəmizləyənlə təmizləyirlər.
Buxarıtəmizləyən dedikdə, silindr şəkilli şotka nəzərdə tutulur. Bu
şotkalar evdəki bütün buxarılara aşağı və yuxarıdan salınıb çıxarıldı.
Adamlar üst mərtəbəyə qalxarkən, caninin ehtiyat nərdivanı
olmadığından, necə düşüb getməsi barədə fərziyyələr söyləyirdilər.
Madmazel L’Espanyenin meyiti buxarıya elə pərçim edilmişdi ki,
yalnız dörd-beş adam köməkləşib onu aşağı düşürə bildi. Həkim Pol
Düma ifadə verir ki, sübh tezdən onu meyitləri müayinə etmək üçün
çağırdılar. Meyitlərin ikisi də madmazel L’Espanyenin tapıldığı
otaqda çarpayılardan götürülmüş döşəklərin üstündə idi.
Madmazelin meyiti daha çox qançırlı və gömgöy idi. Bu o demək
idi ki, onu buxarıya güclə pərçim etmişdilər. Boğazı bərk
siyrilmişdi. Çənəsindən aşağıda dərin cırmaq yerləri görünürdü. Bir
neçə göy-qırmızımtıl ləkələr vardı. Bu, dırnaq izləri idi. Sifəti
dəhşətli dərəcədə göyərmiş, gözləri hədəqəsindən çıxmışdı. Dili az
qala kəsilmişdi. Qarnının aşağı hissəsində iri bir qançır vardı,
görünür, dizlə bərk basılmışdı. Həkim M. Dümanın fikrincə,
downloaded from KitabYurdu.org
21 |
s ə h i f ə
madmazel L’Espanye bir və ya iki şəxs tərəfindən boğulub
öldürülmüşdü. Anasının meyiti isə dəhşətli surətdə eybəcər hala
salınmışdı. Sağ qıçının və qolunun sümükləri sındırılmış, sol
böyründəki bütün qabırğaları və eləcə də sol baldır sümüyü
qırılmışdı. Bütün bədəni dəhşətli dərəcədə qançır və cırmaq yarası
ilə doluydu. Bədəninə xəsarətin nə ilə vurulduğunu demək çətindir.
Ağır ağac dəyənək, yaxud enli dəmir çubuq, stul qıçı, ağır küt silah
yalnız çox güclü adam əlində olarkən bu zədələri bədənə vura
bilərdi. Heç bir qadın bu xəsarətləri heç bir alətlə yerinə yetirə
bilməzdi. Şahid görəndə mərhum qadının başı tamamilə bədənindən
ayrılmış, olduqca eybəcər hala salınmışdı. Boğazı, görünür, çox iti
bir alətlə, güman ki, ülgüclə kəsilmişdi. Cərrah Aleksandr Etyen M.
üma ilə bir yerdə meyitləri müayinə üçün çağırılmış, verilən
ifadələrə və M. Dümanın fikrinə şərikdi. Bir neçə başqa şəxsin də
dindirilməsinə baxmayaraq, vacib bir şey hasil olmadı. İndiyə qədər
Parisdə bu qədər sirli, belə dolaşıq bir qətl baş verməmişdi. Polis
tamamilə naçar qalıb. İşin açılmasına kömək edəcək işıq ucu belə
görünmür”.
Qəzetdə xəbər verilirdi ki, hələ də Sen-Rok məhəlləsində
böyük bir çaxnaşma var. Binanın yenidən axtarılması və şahidlərin
təkrarən dindirilməsinə baxmayaraq, heç bir nəticə əldə
edilməmişdir. Bununla belə, əlavə olaraq Adolf Le Bonun həbs
edilməsi barədə məlumat verilmişdi, ancaq onu cinayətdə
təqsirləndirmək üçün məlum dəlillərdən başqa yeni heç nə müəyyən
edilməmişdi. Mənə heç nə deməsinə baxmayaraq, onun özünü
aparmasından hiss edirdim ki, Düpen işin gedişi ilə çox maraqlanır.
Bu da yalnız Adolf Le Bonun həbsi haqda elandan sonra oldu və
dostum məndən qətl barəsində fikrimi soruşdu. Mən də sadəcə
olaraq bütün Paris əhli kimi bu işin açılmaz bir sirr olması fikri ilə
razılaşmalı oldum. Qatilin izinə düşə bilən bir işıq üzü görmürdüm.
downloaded from KitabYurdu.org
22 |
s ə h i f ə
–
Biz işi belə təqdim etməklə onun nəticəsi barəsində
mühakimə yürütməliyik,
–
Düpen dedi.
–
Gözüaçıqlığına görə bu
qədər təriflənən Paris polisi hiyləgərlikdən başqa heç nəyə qadir
deyildir. Zamanın irəli sürdüyü qaydalardan başqa onun
əməliyyatında heç bir sistem yoxdur. Polis geniş tədbirlər
kompleksi hazırlamağı ilə lovğalanır, amma bu tədbirlər heç bir
fayda vermir. Əgər polis haçansa nəyəsə nail olursa, o da son dərəcə
ağır zəhmət sayəsində olur. Bu da kifayət etmir, onun planları puça
çıxır. Məsələn, Vidokda* sistemli fikir yürütmək qabiliyyəti
olmadığı halda, onda axtarıb tapmaq və inadkarlıq vardı. Axtarışlar
zamanı əsəbilik onu pis vəziyyətə qoyurdu. O, əşyanı gözlərinə o
qədər yaxın tutardı ki, onun bir sıra əlamətləri nəzərindən qaçardı.
Ola bilsin, onları son dərəcə aydınlıqla görə bilirdi, amma məsələ
bütövlükdə onun nəzərindən yayınırdı. Dərinlikdə əllaməlik etmək
çox da çətin deyil. Həqiqət heç də həmişə quyunun dibində olmur.
Ən zəruri məsələlər də, mənim zənnimcə, daha çox üzdə olur.
Həqiqəti dərənin dibində axtarırıq, o isə dağ zirvələrində tapılır.
Qətl məsələsinə gəldikdə isə gəlin müstəqil axtarış aparaq, sonra
mühakimə yürüdərik. Belə axtarış bizi əyləndirər (mən “əyləndirər”
sözünün yersiz deyildiyini duydum, lakin heç nə demədim). Həm
də Le Bon bir vaxt mənə yaxşılıq edib. Ona minnətdaram. Gedək
binaya öz gözümüzlə baxaq. Polis mənim tanışımdır, icazə almaqda
çətinliyimiz olmayacaq.
İcazə verildi və biz dərhal Morq küçəsinə yollandıq. Morq
küçəsi Rişelye və Sen-Rok küçələrini birləşdirən sakit, yaraşıqsız
küçələrdən biridir. Bura bizim yaşadığımız məhəllədən xeyli uzaq
olduğundan, biz ora çatanda günortadan keçmişdi. Evi asanlıqla
tapdıq, çünki xeyli adam evlə üzbəüz səkidə durub bağlı pəncərə
qapaqlarına böyük bir maraqla baxırdı. Bu, Parisin adi evlərindən
downloaded from KitabYurdu.org
23 |
s ə h i f ə
biriydi. Bir tərəfində şüşəli keşikçi budkası vardı. Onun pəncərəsi
yuxarı açılırdı, dalandarın eviydi. İçəri girməzdən əvvəl küçə yuxarı
gedib dalana döndük, sonra geri qayıdaraq evin arxa tərəfinə çıxdıq.
Bu vaxt ərzində Düpen malikanəyə və eləcə də bütün qonşu evlərə
diqqətlə göz qoyurdu. Yenidən binanın qabaq tərəfinə gəldik, zəngi
basdıq və etimadnamələrimizi göstərdik. Növbədə olan polis işçisi
bizi içəri buraxdı. Madmazel L’Espanyenin meyiti olan otağa
qalxdıq, indi meyitlərin hər ikisi orada idi. Otaqdakı qarmaqarışıqlıq
elə əvvəlki vəziyyətdəydi. “Məhkəmə xəbərləri qazeti”-ndə
yazılanlardan başqa heç bir şey görmədim. Düpen isə hər şeyi
diqqətlə nəzərdən keçirirdi, meyitləri də müayinə etdi. Sonra digər
otaqlara baxdıq və həyətə düşdük; hər yerdə jandarm bizi müşayiət
edirdi. Qaranlıq düşənə qədər yoxlama ilə məşğul olduq, sonra çıxıb
getdik. Evə gedəndə dostum yolüstü gündəlik qəzetlərdən xəbər
tutmaq üçün redaksiyaya girdi. Dostumun müxtəlif qəribəlikləri
barədə danışmışam. Onun “mən onlara göz yumuram” ifadəsinə
gəldikdə isə deməliyəm ki, bu sözün ingilis dilində qarşılığı yoxdur.
Indi dostum elə bir əhvalruhiyyədə idi ki, qətl barəsində söhbət
açmaq istəmirdi. Növbəti gün günorta vaxtı bu haqda danışdı. Sonra
məndən qəflətən, bu işdə vəhşiliyə xas olan bir şey müşahidə edib-
etmədiyimi soruşdu. Onun “xas olan” sözünü xüsusi nəzərə
çarpdırmasında elə bir şey vardı ki, məni dəhşət bürüdü, özüm də
bilmədim nə üçün.
–
Qəzetdəki məlumatdan əlavə siz deyən bir şey görmədim,
–
dedim.
–
Qorxuram ki, qəzet məsələnin qeyri-adi dərəcədə dəhşətli
tərəfini yaddan çıxarsın.
Redaksiya işçilərinin axmaq fikirlərini bir kənara qoyaq.
Mənə elə gəlir ki, bu işi açılmaz hesab edirlər, məhz həmin səbəbə
downloaded from KitabYurdu.org
24 |
s ə h i f ə
əsaslanaraq işi asanlıqla həll etmək olar. Mən qətldə müşəhidə
edilən, bütün sərhədləri aşan dəhşətli cəhətləri nəzərdə tuturam.
Polis işçilərini da çaşdıran qətlin özü deyil, bu vəhşiliyin
törədilməsinə məhz səbəbin olmamasıdır. Onları çətinliyə salan
dava-dalaş zamanı eşidilən səslərdəki barışmaz ziddiyyətlər idi.
Şahidlik edənlər yuxarı mərtəbədə öldürülmüş madam
L’Espanyedən başqa heç kəsi görmədiklərini söyləyirlər. Aydındır
ki, adamlar yuxarı qalxarkən qatil onların nəzərindən qaça bilməzdi,
çünki başqa yolu yoxdur. Yataq otağındakı ağlagəlməyən
qarmaqarışıqlıq, buxarıya başıaşağı pərçimlənmiş meyit, qarının
dəhşətli dərəcədə eybəcər şəklə salınması
–
bütün bu səbəblər
kifayət edir ki, polis işçilərini çıxılmaz vəziyyətdə qoysun və
uzaqgörənliyi ilə lovğalanan polis agentlərini tamamilə yalnış izə
salsın. Onlar qeyri-adiliyi izahedilməzliklə qarışdırmaqla kobud və
ümumi səhvə yol vermişlər. Məhz adilik ölçüsündən kənara
çıxarkən həqiqət axtarışlarında ona doğru gedən yolu görmək olur.
Bizim hazırda apardığımız təhqiqat işində “nə baş vermişdir?” yox,
“indiyə qədər nə baş vermişdir?” sualını vermək daha yaxşı olardı.
Həqiqətən də, bu işin həllinə gəlib asanlıqla çıxacağım, bəlkə də,
artıq gəlmiş olduğum qərar, polisin nöqteyi nəzərincə, açıq-aşkar
həllolunmaz hesab edilməsi ilə tərs mütənasibdir.
Dostuma heyrətlə baxırdım.
–
Mən indi,
–
Düpen qapıya tərəf baxaraq sözünə davam etdi,
–
bu dəhşətli cinəyətdə birbaşa iştirak etməsə də, müəyyən dərəcədə
onun törədilməsinə kömək edən şəxsi gözləyirəm. Ola bilsin ki, bu
qətllərin baş verməsində onun günahı yoxdur. Bu ancaq ehtimaldır.
Mən öz fikrimdə haqlıyam, çünki müəmmanın açılışı bütünlükdə
bunun üzərində qurulur. Həmin adamı burada
–
bu otaqda
–
istənilən anda gözləyirəm. Düzdür o gəlməyə də bilər, amma çox
downloaded from KitabYurdu.org
25 |
s ə h i f ə
güman ki, gələcək. Əgər gəlsə, onu tutmaq lazımdır. Budur
tapançalar; şərait onları işə salmağa məcbur etsə, hər ikimiz necə
istifadə etməyi bacarırıq.
Nə etdiyimi bilmədən, eşitdiklərimə inanmayaraq tapançaları
götürdüm. Düpen isə monoloquna davam edirdi. Onun bəzi
vaxtlarda ətraf aləmdən təcrid olduğu barədə söhbət açmışdım. O,
söhbətini mənə xitabən edirdi. O, astadan danışırdı, lakin
intonasiyasında uzaq məsafədə olan adamla danışanlara xas olan nə
isə vardı. Heç nə ifadə etməyən baxışları divara dikilmişdi.
–
Dava-dalaş zamanı,
–
Düpen dedi,
–
adamların
pilləkənlərlə qalxarkən eşitdikləri səslərin qadınlara məxsus
olmadığı şahidlər tərəfindən sübuta yetirilib. Bu qıza əvvəlcə anası
tərəfindən qəsd edilməsi, sonra isə qarının özünü öldürməsi barədə
gedən söz-söhbətdən bizi xilas edir. Əslində bu məsələ haqqında
sistem xatirinə danışıram, çünki madam L’Espanyenin gücü
çatmazdı ki, qızının meyitini buxarıya tapıldığı vəziyyətdə tıxamış
olsun; bu işin öhdəsindən o gələ bilməzdi; onun özünə gəldikdə isə,
aldığı yaralar adamı özünəqəsd fikrindən tamamilə daşındırır.
Deməli, qətli üçüncü adam edib və dava-dalaş səsləri də onunku
imiş. İndi isə gəlin bu səslərə aid olan ifadələrin hamısına yox,
onlardakı xüsusi cəhətə diqqət yetirək. Siz orada xüsusi bir şey görə
bildinizmi?
Mən dedim ki, bütün şahidlər xırıltılı səsin fransıza məxsus
olduğunu təsdiq etdikləri halda, ciyiltili səsə gəldikdə isə
–
bunu
şahidlərdən biri kobud adlandırmışdı
–
bu barədə rəylər çox
müxtəlifdir.
–
Siz ifadədəki xüsusi cəhətdən deyil, ümumiyyətlə, ifadənin
özündən danışırsınız,
–
Düpen dedi.
downloaded from KitabYurdu.org
26 |
s ə h i f ə
–
Siz heç nəyi aydınca müşahidə etməmişsiniz, amma orada
müşahidə edilməli bir şey var. Şahidlər, sizin qeyd etdiyiniz kimi,
xırıltılı səs haqqında yekdil fikirdədirlər. Ciyiltili səs barəsində
qəribəlik heç ayrılığında yox, italyan, ingilis, ispaniyalı,
hollandiyalı və fransızın cəhd edərək həmin səsi yadelliyə aid
etməsindədir. Onların hər biri əmindir ki, səs onun həmvətəninin
səsinə oxşamır və onu tanış olduğu və hər hansı bir xalqın dilinə
deyil, əksinə, tanış olmadığı bir dilə oxşadır. Avropanın beş iri
ölkəsini təmsil edən şahidlərin heç biri həmin səslərdə öz doğma
dilinə xas olan heç nə aşkar edə bilməyib. Deyə bilərsiniz, danışan
asiyalı və ya afrikalıymış, onların sayının Parisdə olduqca az
olmasına baxmayaraq istisna etmirəm. İstərdim diqqətinizi sadəcə
olaraq üç şeyə yönəldim. Şahidlərdən biri bu səsi ciyiltidən çox
kobud səsə oxşatdığını deyir, qalan iki nəfər isə onun tez-tez dəyişən
səs olduğunu qeyd edir. Onlardan heç birinə müyəssər olmayıb ki,
aydın bir söz və ya aydın bir səs eşitsin. Gəlin xəyalən yataq otağına
nəzər salaq. Hər şeydən əvvəl burada nə axtaracayıq? Qatillərin
istifadə etdiyi çıxış yolunu. Bunu da deməyə ehtiyac yoxdur ki, heç
birimiz möcüzəyə inanmırıq. Bir də bu iki adamı cinşeytan
öldürməyib ki. Bu işi edən canlı varlıqlar olub, mövcud qaydalar
üzrə hərəkət ediblər. Onda necə? Xoşbəxtlikdən, bir o qədər də çətin
olmayan mühakimə tələb olunur, bu da bizi qəti qərara gətirib
çıxarmalıdır. Gəlin bir-bir mümkün olan çıxış yollarını nəzərdən
keçirək. Aydındır ki, adamlar pilləkənlərlə qarxarkən qatil
madmazel L’Espanyenin tapıldığı otaqda ya da ona bitişik
otaqdaymış. Məhz bu iki otaq hüdudunda çıxış yolunu axtarmalıyıq.
Polis işçiləri döşəmələri, divarları və tavanı diqqətlə yoxlayıblar.
Heç bir gizli çıxış yolu onların ayıq nəzərindən yayına bilməzdi.
Bununla belə, onlara bel bağlamayaraq hər şeyi öz gözlərimlə
yoxladım. Hər iki otağın dəhlizə açılan qapıları içəridən açarla
downloaded from KitabYurdu.org
27 |
s ə h i f ə
bağlanmışdı. Gəlin buxarılara nəzər salaq. Buxarı səkkiz-on fut
enliyində olsa da, yuxarı qalxdıqca elə daralırdı ki, heç oradan iri
pişik belə keçə bilməzdi. Bu yolla caninin qaçması mümkün
olmadığından, bircə pəncərələr qalır. Otağın küçəyə açılan
pəncərəsindən cani qaça bilməzdi, küçədəki adamlar dərhal onu
görə bilərdi. Deməli,qatil yataq otağının pəncərəsindən istifadə
edərək aradan çıxıb. Zahirən qeyri-mümkün görünən bir şey,
əslində bir o qədər də elə deyil. Bizə yalnız bir yol qalır ki, bütün
ağıllı adamlar kimi məntiqi nəticədən çıxış edərək, o qeyri-mümkün
şeyin mümkün olduğunu sübut edək. Yataq otağının iki pəncərəsi
vardı. Onlardan birinin qabağında heç bir avadanlıq
qoyulmadığından tamamilə görünürdü. Digər pəncərənin aşağı
tərəfi isə çox iri bir çarpayının başlığı ilə tutulmuşdu. Birinci
pəncərə içəridən möhkəmcə bağlanmışdı. Onu açmaq cəhdləri heç
bir nəticə vermədi. Pəncərənin çərçivəsində sol tərəfdən burğu ilə
deşik açılmışdı. Onun içində düz axıra kimi vurulmuş iri bir mismar
vardı. O biri pəncərəni yoxlayarkən, orada da əvvəlkinə oxşar, onun
kimi vurulmuş mismar gördük. Bu pəncərəni də açmaq cəhdi baş
tutmadı. Bundan sonra polis tamamilə arxayın olub ki, qatil bu yolla
qaçıb canını qurtara bilməzdi. Elə buna görə də mismarları çıxarıb
pəncərələri açmağı artıq iş hesab edib. Mənsə, daha diqqətlə
yoxladım, çünki mənim qarşımda bir vəzifə dururdu, o da zahirən
qeyri-mümkün olan bir işin, həqiqətdə mümkün olduğunu sübut
etmək idi. Beləliklə, mənə təcrübə lazımdır,
–
deyə düşündüm.
Qatillər hökmən bu pəncərələrdən birindən qaçıblar. Belə olan
surətdə onlar pəncərə çərçivələrini içəri tərəfdən təzədən bağlaya
bilməzdilər. Çünki pəncərələr bağlı idi. Elə bu mülahizələrə əsasən
polis bu istiqamətdə öz axtarışlarını dayandırıb. Deməli, onlar
özözünə bağlanırmış. Başqa nəticəyə gəlmək də mümkün deyil. Boş
pəncərəyə yaxınlaşdım, bir qədər çətinlikdən sonra mismarı
downloaded from KitabYurdu.org
28 |
s ə h i f ə
çıxartdım və çərçivəni qaldırmağa cəhd göstərdim. Gözlədiyim
kimi, açılmadı ki, açılmadı. Haradasa gizli yay olduğunu qət etdim.
Mismarlarla bağlı məsələnin hələ də gizli qalmasına
baxmayaraq, mülahizəmin bu təsdiqi məni inandırdı ki, elə ilk
gümanlarım da düz imiş. Diqqətli axtarışdan sonra tezliklə gizli yayı
aşkar etdim. Onu basdım, tapıntımdan məmnun qalaraq, çərçivəni
qaldırmaq fikrindən vaz keçdim. Mismarı yenidən yerinə vurdum
və onu diqqətlə nəzərdən keçirdim. Bu pəncərədən çıxan adam onu
yenidən bağlaya bilərdi. Belə ki, cəftə öz-özünə işə düşərdi, lakin
mismarı yerinə salmaq mümkün olmazdı. Nəticə aydındı və mənim
təhqiqat dairəmi daha da məhdudlaşdırırdı. Belə isə onda qatillər o
biri pəncərədən qaçıb getmişdilər. Onda güman etmək olar ki,
pəncərələrin hər birində cəftə eyni olub, fərq ya mismarlarda və
yaxud onların necə vurulmağında idi. Döşəyin üstünə çıxdım və
çarpayının baş tərəfindən əyilərək ikinci pəncərə çərçivəsini
diqqətlə yoxladım. Sonra əlimlə çərçivədəki cəftəni tapdım və onu
basdım, bu da gözlədiyim kimi eynən o biri pəncərədəki cəftə
kimiydi. Mismarlarına nəzər saldım. Bu da o biri mismar kimi iri idi
və demək olar ki, axıra qədər vurulmuşdu. Yəqin mənim çətinliyə
düşdüyümü zənn edirsiniz, belə düşünürsüzsə, induktiv metodun
mahiyyətini düz başa düşməmisiz. İdmançıların diliylə desək,
həmişə hədəfə düz vurmuşam. İndi də düz yoldayam.
Mühakimələrimdə bir dənə də olsun qüsur yoxdur. Bu sirri son
nöqtəyə qədər araşdırmışam. Həmin o son nöqtə mismarla
nəticələnib. Yenə sizə deyirəm, o mismar hər cəhətdən, qonşu
pəncərədəki mismara oxşayır, amma bu dəlil (özünün bütün
inandırıcı təkidi ilə) təkzibedilməz olduğundan sirrin açılmasında
açar rolunu oynayır. Mismara nə isə olub,
–
deyə düşündüm və ona
toxunan kimi mismarın başı azacıq taxta ilə qopub əlimə düşdü.
Görünür, sınıb orada qalmışdı. Qırıq köhnə idi (çünki ucları
downloaded from KitabYurdu.org
29 |
s ə h i f ə
paslanmışdı) və çəkic zərbəsi ilə vurulmuşdu. Çəkic zərbələri
pəncərəni bir qədər içəri əzmiş, mismarın başını isə ona tərəf
əymişdi. Sınmış hissəni yenidən yerinə qoydum. Çat yeri heç gözə
çarpmırdı. Yayı basaraq, pəncərəni ehmalca bir qədər yuxarı
qaldırdım. Öz yerində möhkəmcə oturan mismarın başı çərçivə ilə
yuxarı qalxdı. Pəncərəni aşağı saldım. Belə təəssürat yarandı ki,
guya mismar bütövdür. Müəmmanın, beləliklə, bu hissəsi
aydınlaşır. Qatil qarşısına çarpayı qoyulmuş pəncərədən qaçıb.
Çərçivə aşağı düşərkən çərçivə öz-özünəmi, ya kiminsə köməkliyi
ilə işə düşmüş və çərçivəni bağlamışdı. Polis isə pəncərədəki yayı
görməyərək, mismarın yerində olması ilə kifayətlənmiş, sonrakı
axtarışlarını mənasız hesab etməklə səhvə yol vermişdir. Növbəti
məsələ qatilin aşağı necə düşməsi ilə bağlıdır. Bu barədə sizinlə evin
ətrafını gəzərkən düşünmüşdüm. Haqqında söhbət gedən pəncərə
yerindən beş fut yarım aralı ildırımötürən keçir. Həmin
ildırımötürəndən pəncərəyə adlamaq adam üçün mümküm olmayan
bir işdir.
Pəncərədən içəri keçmək haqqında isə danışmağına
dəyməzdi. Bununla belə, dördüncü mərtəbədəki parisli dülgərlərin
“ferrades” adlandırdığı pəncərə qapaqları nəzərimdən qaçmadı.
Hal-hazırda bu cür qapaqlar nadir hallarda düzəldilir, amma onlara
hələ də Lion və Bordo yaxınlığındakı xüsusi malikanələrdə tez-tez
rast gəlmək olar. Bu qapaqlar cüttaylı yox, təktaylı qapılara oxşayır,
fərqi ondadır ki, aşağı hissəsi döyülmüş şəbəkə formasında olub,
əllə tutmaq üçün çox münasibdir. Haqqında danışdığımız pəncərə
qapaqlarının eni üç fut yarımdır.
Evin arxa tərəfindən onları görəndə qapaqlar yarıaçıq
vəziyyətdədir, necə deyərlər, divarlarla müqayisədə düzbucaq
altında durmuşdur. Ola bilsin, polis işçiləri də mənim kimi evi arxa
tərəfdən yoxlayıb. Pəncərə qapaqlarına köndələn istiqamətdə
downloaded from KitabYurdu.org
30 |
s ə h i f ə
baxdığından, onların çox enli olmasına əhəmiyyət verməyib, ya da
lazimi diqqət yetirməyib. Bu yolla qatilin aradan çıxa bilməməsinə
əmin olduğundan, təbii ki, burada başdansovdu yoxlama aparıblar.
Mənə aydın oldu ki, qabağında çarpayı olan pəncərənin
qapağı divara tərəf axıradək açılsaydı, onunla ildırımötürəndən
pəncərəyə qalxmaq olardı. İki fut yarımlıq (indi fərz edək ki,
pəncərə qapağı açıq vəziyyətdədir) məsafədən qatil əlini uzadaraq
şəbəkədən bərk-bərk yapışar, sonra isə ildırımötürəni buraxıb
ayaqlarını divardan təkanla aralayıb qapını örtər, pəncərənin açıq
olduğunu da zənn etsək, özünü içəri sala bilərdi. İstərdim ki, bu
qədər cəhdli, çətin bir əməliyyatın baş tutması üçün fövqəladə
dərəcədə çevikliyin tələb edildiyini yaddan çıxarmayasınız.
Məqsədim birinci sizə bu işin mümkün olduğunu sübut etməkdir.
Ikinci və başlıcası bundan ibarətdir ki, siz təsəvvür edəsiniz
–
bu
işin yerinə yetirilməsi adamdan fövqəladə dərəcədə, demək olar ki,
misli görülməmiş cəldlik tələb edir. Əlbəttə, deyəcəksiniz, bizim
vəkillərin diliylə söyləsək, bu işdə çevikliyin zəruriliyini tamamilə
etiraf etməkdənsə, onu gizlətmək “mənim xeyrimə” olardı. Həqiqət
mənim yalnız son məqsədimdir. Qarşımda duran vəzifə
–
nəzərinizə
belə bir müqayisəni çatdırmaqdan ibarətdir: birincisi, haqqında sizə
danışdığım fövqəladə çeviklik məsələsi; ikincisi, həmin ciyiltili və
yaxud kobud səs. O səslərin milli mənsubiyyəti barədə iki nəfərin
fikrinin bir-birinə uyğun gəlmədiyini və danışığdakı bir sözün belə
ayırd edilmədiyini bilirsiniz.
Bu sözlərdən sonra beynimdə dumanlı şəkildə olsa da
Düpenin nə demək istədiyi, deyəsən, mənə çatırdı. Mənə elə gəldi
ki, beynimi bir qədər də işə salsam, onun fikrini başa düşəcəyəm.
Bəzən adam nəyisə xatırlamaq üçün yaddaşına güc verir, amma
yadına sala bilmir ki, bilmir. Dostumsa söhbətinə davam etdi.
downloaded from KitabYurdu.org
31 |
s ə h i f ə
–
Görürsünüz,
–
Düpen dedi,
–
qatilin otaqdan necə
çıxmağını otağa girməyi ilə əvəz etdi. Demək istəyirdim ki, bunların
hər ikisi eyni yol ilə, eyni yerdə baş verirdi. İndi isə gəlin xəyalən
otağın içinə qayıdıb, oradakı mənzərəyə nəzər salaq. Şkafın
siyirmələrinə əl gəzdirilmişdi. Geyim şeylərinin öz yerlərində
olmasına baxmayaraq, bəzilərinin oğurlandığını deyirdilər. Belə
nəticəyə gəlmək gülünc görünür. Bu sadəcə olaraq fərziyyədir, özü
də axmağından. Vəssalam. Biz haradan bilək ki, bu siyirmələrin
içində tapılan əşyalardan başqa orada özgə şeylər də olub. Madam
L’Espanye və qızı həddindən artıq qapalı həyat tərzi keçirirmişlər.
Gedib gələnləri olmazmış. Nadir hallarda bir yana gedərmişlər.
Çoxlu pal-paltar onların nəyinə lazımdır? Əgər oğru bir şey
götürübsə, nə üçün ən yaxşısına əl vurmayıb və ya hamısını
götürməyib? Sözün qısası, oğru nə üçün dörd min frank qızıl pula
toxunmayıb, əvəzinə lazımsız əski-üsküyə tamah salıb? Yenə
deyirəm, qızıl pulları götürməyib. Demək olar ki, bankir müsyö
Minonun xatırlatmış olduğu pulların hamısı kisələrdən əl dəyməmiş
halda döşəmənin üstündə idi. Buna görə də ifadələrdən pulların evə
çatdırılmasından bəhs edən hissələrin təsiri altında polis işçilərinin
beyinlərində kök salmış vadaredici səbəblər barəsindəki yanlış
fikirləri istəyirəm siz də birdəfəlik başınızdan çıxarasınız. Pulun evə
çatdırılması və üç gündən sonra pul sahiblərinin qətlə
yetirilməsindən on qat təsirli təsadüflər hər gün hamımızın gözü
qabağında baş verir, biz isə onları ötəri də olsa duya bilmirik.
Ümumiyyətlə, təsadüflər ehtimal nəzəriyyəsinə məhəl qoymayan
mütəfəkkirlərin yolunda böyük əngəl olub, halbuki insan zəkasının
ən mühüm sahələri özünün məşhur kəşfləri üçün ehtimal
nəzəriyyəsinə borcludur. Əgər pulları götürmüş olsaydılar, onların
evə qətldən əvvəl gətirilməsinə təsadüf kimi yox, başqa cür baxmaq
olardı və vadaredici səbəblər bu işin bir növ təsdiqi kimi görünərdi.
downloaded from KitabYurdu.org
32 |
s ə h i f ə
Bu cinayətdə pulları əsas vadaredici səbəb kimi fərz etməli olsaq,
onda gərək onları götürməyən canini ya maymaq, ya da səfeh
adlandıraq. Indi isə diqqətinizi möhkəmcə yadda saxladığınız
aşağıdakı cəhətlərə yönəltmək istəyirəm: xüsusi səs, qeyri-adi
çeviklik və inandırıcı səbəbin olmaması. Özünün dəhşəti ilə
fərqlənən bu cinayətin baş verdiyi mənzərəyə nəzər salaq. Qızı əllə
boğub öldürüblər və meyitini başıaşağı vəziyyətdə buxarıya
tıxayıblar. Adi canilər bu cür öldürmürlər. Heç vaxt onlar
öldürdükləri adamın meyitini belə gizlətmirlər. Etiraf edin ki, bu
qətldə elə bir dəhşətli şey var ki, o hətta ən rəzil adamın hərəkətləri
ilə bir araya sığmır. Bir də, özünüz təsəvvür edin, meyiti buxarıya
bu tərzdə pərçim etmək üçün nə qədər güc lazım imiş! Bir neçə
adamın səyi nəticəsində onu zorla dartıb aşağı düşürdüblər! İndi bu
dəhşətli qüvvənin başqa cəhətlərinə baxaq. Buxarının kənarında
olduqca sıx, uzun ağsaç cəngəsi yapışıb qalıb. Saç dəri ilə bir yerdə
qopardılıb. Başdan iyirmi-otuz tükü birlikdə qoparmaq üçün nə
qədər güc sərf olunduğunu bilirsiniz?! Qoparılmış baş tüklərini sizin
kimi mən də gördüm. Onların kökündə
–
demək dəhşətdir!
–
başın
dərisi ilə birgə qoparılmış qanlı ət parçaları vardı. Yarım milyon
tükü bir dəfəyə qoparmaq üçün sərf olunan gücü təsəvvür etmək çox
da çətin deyil. Qarının başı bədənindən tamamilə üzülmüşdü. Adi
ülgüclə kəsilmişdi. İstərdim siz həm də bu işlərin vəhşilərə məxsus
bir qəddarlıqla edilməsinə diqqət yetirəsiniz. Madam L’Espanyenin
bədənindəki qançırlardan hələ danışmıram. Müsyö Düma və onun
hörmətli həmkarı müsyö Etyen deyirlər ki, qançırlar küt bir alətlə
edilmişdir. Aydındır ki, həmin küt alət həyətdəki döşəmə daşları ola
bilərdi. Meyiti qabağında çarpayı qoyulmuş pəncərədən həmin o
daşların üstünə tullamışdılar. Bu fikir, indi belə sadə görünür,
pəncərə qapaqlarına polis əhəmiyyət verməmişdir. Çərçivədəki
mismarlar fikri yayındırmışdır, onların heç ağlına gəlməmişdir ki,
downloaded from KitabYurdu.org
33 |
s ə h i f ə
pəncərələr
açılır.
Bu
dediklərimizə
yataq
otağındakı
qarmaqarışıqlığı əlavə etsək və fövqəladə çevikliyi, insanın imkanı
xaricində olan gücü, vəhşicəsinə edilmiş bu qəddarlığı, səbəbsiz
qətli, səsi və intonasiyası ilə bir neçə milləti təmsil edən, adamlara
tamamilə yad olan, hər cür aydınlıqdan və başa düşülməkdən uzaq
o ciyiltili səs barədə fikirləri bir-biriylə əlaqələndirsək, bundan
hansı nəticəyə gəlmək olar?
Təsəvvürünüzdə kimin surəti canlanar?
Düpen məndən bu sualı soruşanda ətim ürpəşdi.
–
Dəlinin biri,
–
dedim,
–
bunu yaxınlıqdakı dəlixanadan
qaçan ruhi xəstə edib.
–
Bəzi cəhətdən,
–
o dedi,
–
fikriniz ağlabatandır. Amma
xəstəliyin ən şiddətli anında dəlilərin çıxardığı səslər, adamlar
pilləkənləri qalxarkən eşitdikləri o xüsusi səslə yenə də müqayisə
edilə bilməz. Dəli adam, necə də olsa, hər hansı bir millətə
məxsusdur. Nitqinin bəzən rabitəsiz olmasına baxmayaraq,
ümumiyyətlə, dili anlaşıqlı olur. Bundan başqa, dəlinin saçı əlimdə
tutduğum saç kimi olmur. Madam L’Espanyenin qıc olmuş
barmaqlarını güclə açaraq bunu çıxarmışam. Bu barədə nə
deyirsiniz?
–
Düpen!
–
tamamilə salsılmış vəziyyətdə dedim,
–
bu tüklər
çox qəribədir, insan tükünə oxşamır.
–
Bunu təsdiq etməmişəm,
–
Düpen dedi,
– l
akin bu məsələni
həll etməzdən əvvəl istəyirəm bu vərəqdə çəkdiyim şəklə nəzər
salasınız. Bu kağızda ifadənin bir hissəsində təsvir olunan
madmazel L’Espanyenin boğazındakı “qançır və dərin dırnaq
izlərinin” olduğu kimi şəkli çəkilmişdir. Digərində isə, Düma və
Etyen cənablarının yazdıqları nəticədə göstərilir ki, “bir sıra
downloaded from KitabYurdu.org
34 |
s ə h i f ə
göyqırmızımtıl ləkələr, görünür, barmaq izləridir.”
–
Bu çəkdiyim
şəkil,
–
dostum kağızı qabağımızdakı stolun üstünə açaraq sözünə
davam etdi,
–
barmaqların necə möhkəm yapışdığı barədə təsəvvür
yaradır. O barmaqlardan yaxa qurtarmaq müşkül işdir. Hər biri
əvvəlcədən necə yapışıbsa, həmin gücü ilə də qurbanı can
verənədək boğmağında davam edib. İndi çalışın hər iki əlinizin
barmaqlarını burada gördüyünüz izlərin üstünə qoyun. Cəhd etdim,
lakin heç nə alınmadı.
–
Deyəsən, işi düz aparmırıq,
–
Düpen dedi,
–
axı kağız
hamar səth üzərindədir, insanın boğazı isə yumrudur. Bax, bu
odunun dairəsi təxminən boğazınkı qədərdir. Şəkli onun üstünə
dolayıb yenidən yoxlayın.
Deyildiyi kimi etdim, lakin bu, əvvəlkindən daha çətin oldu.
–
Bu, insan əlinin izi deyildir,
–
dedim.
–
İndi isə Küvyedən bu parçanı oxuyun,
–
Düpen dedi.
Burada şərqi Hindistan adalarında yaşayan nəhəng qonur
rəngli oranqutanq meymunu barəsində ətraflı surətdə anatomik və
ümumi təsviri məlumat verilirdi. Nəhəng boylu, ağlasığmaz
dərəcədə gücü və çevikliyi, amansız qəddarlığı və nəhayət,
təqlidçiliyə meyl göstərməsiylə seçilən bu məməlilər kifayət qədər
hamıya məlumdur. Qətlin tam dəhşətini dərhal başa düşdüm.
–
Barmaqların təsviri,
–
oxuyub qurtardıqdan sonra dedim,
–
çəkdiyiniz şəkildəkinə uyğun gəlir. İndi başa düşürəm ki, ancaq
oranqutanq meymunu bu izləri qoymuş olar. Bu kürən tüklər də bir
daha təsdiq edir ki, onlar Küvyenin təsvir etdiyi oranqutanq
meymununa məxsusdur. Bununla belə, bu dəhşətli qətldə bəzi
cəhətləri başa düşə bilmirəm. Axı şahidlər iki səs eşidiblər, onlardan
birinin fransıza məxsus olması şübhəsizdir.
downloaded from KitabYurdu.org
35 |
s ə h i f ə
–
Haqlısınız, siz də, demək olar ki, əksər şahidlər kimi
ifadələrdəki “aman Allah!” sözlərinin fransıza aid olduğunu
deyirsiniz. Bu nidanı şahidlərdən Montana adlı bir şirniyyatçı haqlı
olaraq etiraz və narazılıq ifadəsi kimi səciyyələndirmişdir. Bu
müəmmanı tam açmaq üçün əsas etibarilə ümidimi bu iki sözə
bağlamışam. Hansı fransızsa bu qətlin şahidi olub. Amma ola bilsin
ki, bu qanlı cinayətin baş verməsində onun əli olmasın. Bəlkə də,
meymun ondan qaçıb və sahibi onu cinayətin baş verdiyi yerə qədər
izləyib, lakin baş verəcək cinayətin qarşısını ala bilməyib. Meymun
indi də azaddır. Hələlik dediklərim fərziyyədən başqa bir şey
olmadığından, onların səs-küyə düşməsini istəmirəm. Bu
fərziyyələr mənim özümə aydın olmadığı bir halda, çətin ki,
başqalarını inandıra bilsin. Buna görə də, onları hələlik fərziyyə
adlandırmalı və fərziyyə kimi də araşdırmalıyıq. Əgər haqqında
danışdığımız fransızın mənim fərz etdiyim kimi, bu qətldə təqsiri
yoxdursa, onda dünən axşam “Le Monde” qəzetinin redaksiyasına
verdiyim elam mütləq bura gəlib çıxacaq.
Düpen mənə bir qəzet uzatdı, alıb oxudum.
–
Bu ayın filan günündə (qətlin baş verdiyi səhər) səhər
tezdən Bulon meşəsində Borneo adasında təsadüf edilən nəhəng
boylu, qonur oranqutanq meymunu tutulmuşdur. Meymun öz
sahibinə (deyilənə görə, sahibi Malta gəmisində dənizçidir)
qaytarıla bilər, bu şərtlə ki, sahibi onu tanısın və onun tutulması və
xərclənməsinə çəkilən xərcləri ödəsin. Bu ünvana müraciət edin:
SenJermer məhəlləsi, filan küçə, ev N-filan, 4-cü mərtəbə.
–
Siz həmin adamın dənizçi olduğunu hardan bilirsiniz?
–
Onu bilmirəm,
–
Düpen dedi.
–
Ona hələ bir o qədər də
əmin deyiləm. Amma bu lent parçasına baxın. Forması, görünüşü
və yağlı olmasından, görünür, onunla dənizçilər saçlarını
downloaded from KitabYurdu.org
36 |
s ə h i f ə
bağlayıblar. Axı dənizçilərin letnlə saçlarını hörməkdən xoşları
gəlir. Bundan başqa, belə düyünü dənizçilərdən özgə çox az adam
vura bilər. Onu, xüsusilə maltalılar yaxşı edirlər. Lenti
ildırımötürənin aşağısından tapdım. Lent qətlə yetirilənlərin heç
birinki ola bilməzdi. Əgər mən bu lentin Malta gəmisində dənizçi
işləyən fransıza məxsus olduğunu deməklə yanılmamışamsa,
qəzetdə verdiyim elanda siz deyən bir qəbahətə yol verməmişəm.
Səhv etmişəmsə, dənizçi mənim sadəcə olaraq yanıldığımı zənn
edəcək və işin dərinliyinə getməyəcək. Haqlı olaramsa, deməli, əsas
məsələni həll etmişik. Qətldə əli olmasa da, onu görmüş fransız,
meymunu tələb etmək üçün təbii ki, elanda göstərilən yerə gəlməyə
tərəddüd edəcəkdir. O, belə mühakimə yürüdəcək: “Mənim təqsirim
yoxdur; həm də kasıb adamam. Belə bir vəziyyətdə olan adam üçün
oranqutanq xeyli miqdarda pul deməkdir. Mənazıs şübhə üzündən
nə üçün onu buraxmalıyam? O ki indi yaxınlıqdadır. Onu qətlin baş
verdiyi yerdən xeyli uzaqda, Bulon meşəsində tapıblar. Kimin
ağlına gələr ki, bu murdar heyvan belə bir iş tuta bilər. Qətlin necə
baş verməsi ömründə polisin ağlına gəlməz. Heyvanı izləsələr də,
mənə nəyisə sübut etmək çətin işdir. Mən bilirəmsə də, deyəcəm ki,
bu işdə günahım yoxdur. Ən başlıcası budur ki, məni tanıyan var.”
“Elanda məni bu ədanın “sahibi” kimi qələmə veriblər. Görəsən,
haqqımda daha nə bilirlər? Özüm sahibi ola-ola, öz malımdan
imtina eləsəm, heyvandan şübhələnə bilərlər.
Nə heyvanın, nə də özümün şübhə altına düşməyimi istəmirəm.
Elanda göstərilən yerə gedib, oranqutanqı götürəcək, bu əhvalat
unudulanadək onu gizlədəcəyəm.”
Elə bu vaxt pilləkəndə ayaq səsi eşidildi.
–
Tapançanı hazır
vəziyyətdə saxlayın,
–
Düpen dedi,
–
amma onu göstərməyin və
mən deməyincə atəş açmayın.
downloaded from KitabYurdu.org
37 |
s ə h i f ə
Evin giriş qapısı açılmış, gələn adam zəngi çalmadan içəri
girmiş və bir neçə addım pilləkənlərlə yuxarı qalxmışdı. İndi isə,
görünür, tərəddüd edirdi. Bir qədər keçdikdən sonra onun aşağı
düşdüyünü eşitdik. Düpen tez qapıya tərəf getdi. Sonra həmin
adamın yenidən yuxarı qalxdığını eşitdik. O, ikinci dəfə geri
dönmədi, qətiyyətlə yuxarı qalxıb qapını döydü.
–
İçəri buyurun,
–
Düpen kefi kök və səmimi tərzdə dedi.
Gələn adam içəri girdi. Dənizçi olduğu aydın görünürdü. O,
ucaboylu, dolubədənli, üz-gözündən cəsarət yağan xoş çöhrəli bir
kişi idi. Gündən çox qaralmış sifətinin yarıdan çoxunu
bakinbordları və bığları örtmüşdü. Əlində sanballı bir palıd
dəyənəyi vardı. Görünür, yeganə silahı o idi. Sıxılası xıla bizə baş
əydi və “axşamınız xeyir” dedi. Fransızca təmiz danışırdı.
Ləhcəsində azacıq şimallılara məxsusluq özünü büruzə versə də,
mənşəcə parisli olduğu aydındı.
–
Əyləşin, dostum,
–
Düpen dedi.
–
Zənnimcə, oranqutanqın
dalınca gəlmisiniz. Düzünü desək, sizə qibtə edirəm. Çox gözəl
növdür, şübhəsiz, olduqca qiymətli heyvandır. Sizcə, onun neçə yaşı
olar?
–
Bunu deyə bilmərəm. Bəlkə də dörd, ya beş, bundan çox ola
bilməz. İndi o buradadır?
–
Nə danışırsınız, bizdə imkan hardandır ki, belə bir heyvanı
burda saxlayaq? Onu Dübr küçəsində yaşayan faytonçunun
karvansarasına aparmışıq. Lap yaxındadır. Sabah gəlib apara
bilərsiniz. Siz onu tanıya bilərsiniz?
–
Əlbəttə, ser.
–
Ondan ayrılacağıma təəssüflənirəm,
–
Düpen dedi.
downloaded from KitabYurdu.org
38 |
s ə h i f ə
–
Çəkdiyimiz zəhmətin hədər yerə getməsini istəməzdim.
Çox istərdim ki, onun tapılmasında çəkdiyiniz zəhmətin əvəzini
pulla ödəyim, necə deyərlər, imkan dairəsində.
–
Nə olar,
–
dostum dedi,
–
şübhəsiz bu ədalətli olardı.
Amma qoyun fikirləşim, görüm sizdən nə alsam, yaxşı olar? Siz
gəlin mənə Morq küçəsindəki qətl barəsində nə bilirsiniz, onu
danışın.
Düpen axırıncı sözləri çox alçaqdan və sakit dedi.
Təmkinliklə qapıya tərəf getdi. Qapını bağlayıb, açarı cibinə qoydu.
Sonra qoltuq cibindəki tapançanı çıxarıb, zərrə qədər də
həyəcanlanmadan onu stolun üstünə qoydu. Dənizçinin sifəti
pörtdü, sanki təngənəfəs olmuşdu. Ayağa sıçrayıb dəyənəyi
götürdü, lakin elə həmin anda oturduğu stula sərildi. Bütün vücudu
titrəyirdi. Rəngi ağappaq olmuşdu. Dinib danışmırdı. Ona yazığım
gəldi.
–
Dostum, nahaq yerə qorxursunuz,
–
Düpen nəvazişlə dedi,
–
sizə bir centlemen və fransız kimi söz verirəm ki, bizdən
heç bir ziyan görməzsiniz. Morq küçəsindəki o dəhşətli qətldə sizin
təqsiriniz olmadığını da lap yaxşı bilirəm. Bununla belə, həmin qətl
ilə sizin bu və ya digər dərəcədə əlaqəli olduğunuzu inkar etmək
olmaz. Sizə dediklərimi başa düşməlisiniz ki, bu barədə mən
müəyyən yollarla məlumat əldə etmişəm. Yatsanız, heç yuxunuza
da girə bilməz. Deməli, məsələ belədir. Axı elə bir iş tutmamısınız
ki, danlağa məruz qalasınız və ya məsuliyyətə cəlb olunasınız.
Cəzasız qala biləcəyiniz halda, evdəki pullara tamah salmamısınız.
Nəyisə gizlətməyiniz yersiz görünər. Gizlətmək üçün səbəb yoxdur.
Bununla belə, vicdan tələb edir ki, bu işlə əlaqədar nə bilirsinizsə,
hamısını olduğu kimi danışasınız. Günahsız adam həbs olunub, onu
downloaded from KitabYurdu.org
39 |
s ə h i f ə
qətldə təqsirləndirirlər. Halbuki siz əsl caninin kim olduğunu
bilirsiniz.
Düpenin bu sözlərindən sonra dənizçi sanki özünə gəldi,
amma əvvəlki cəsarətindən əsər-əlamət qalmamışdı.
–
Allah, sən özün kömək ol.
–
Azacıq sükutdan sonra dənizçi
dilləndi.
–
Nə bilirəmsə sizə danışacağam. Ancaq ağlım kəsmir ki,
dediklərimə inanasınız. Mənə inanacağınızı fərz etmək, həqiqətən
də axmaqlıq olardı. Yenə də deyirəm, təqsirim yoxdur. Bu işdən
ötrü ölsəm də, hər şeyi etiraf edəcəyəm. Onun nəql etdikləri
aşağıdakılardır. Bu yaxınlarda o, hind dənizi səyahətində olub. Bir
dəstə dənizçi ilə Borneo adasında sahilə çıxıb və şənlənmək üçün
adanın içərilərinə doğru gediblər. Həmin oranqutanqı bir dostu ilə
elə orada tutub. Bir müddətdən sonra dostu ölür və meymun ona
qalır.İpə-sapa yatmayan meymunla olmazın əzab-əziyyət çəkən
sahibi, nəhayət, vətənə qayıdır. Həm qonşuların zəhlətökən
marağından uzaq olmaq üçün, həm də ayağına gəmidə şey
batdığından yarası sağalana qədər oranqutanqı Parisdəki evində
qıfıl altında anbarda saxlayır. Əsas məqsədi bu olub ki, onu münasib
qiymətə satsın. Qətlin baş verdiyi gecəyarısı hansısa dənizçi
dostunun şənliyindən evə qayıdanda, oranqutanqı öz yataqotağında
görür. Məlum olur ki, meymun anbarın arakəsməsini sındırıb,
həmin otağa keçibmiş. Üzünü ədəb-ərkanla sabunlayaraq, əlində
ülgüc güzgünün qabağında əyləşib, guya üzünü qırxır. Şübhə
yoxdur ki, sahibi əvvəllər üzünü qırxanda oranqutanq anbardakı
açar deşiyindən bunu görürmüş. Qəddar heyvanın əlində bu
təhlükəli aləti gördükdə, meymunun ondan necə istifadə edəcəyini
bildiyindən başını itirən sahibi bir anlığa çaş-baş qalır. Əvvəllər də
heyvanın azğınlaşmış vaxtlarında onu qırmancla ram etməyə
adətkar olduğundan, bu dəfə də qırmanca əl atır. Oranqutanq
downloaded from KitabYurdu.org
40 |
s ə h i f ə
qırmancı görən kimi tez qapıya tərəf sıçrayaraq pilləkənlərlə aşağı
qaçır.
Bədbəxtlikdən pəncərə açıq olduğundan küçəyə çıxır. Ümidsiz bir
halda fransız da onun dalınca gedir. Ülgüc əlində meymun
hərdənbir dayanaraq geri baxır, sahibinin ağzını əyir, onu xeyli
yaxına buraxdıqdan sonra yenə qaçırmış. Bu təqib xeyli davam edir.
Səhər saat üç radələrində küçələrdə tam sakitlik imiş.
Morq küçəsinin arxa tərəfindəki dalana burularkən,
oranqutanqın diqqətini dördüncü mərtəbədə madam L’Espanyenin
yataq otağının açıq pəncərəsindən gələn işıq cəlb edib. Binaya
özünü yetirən zaman gözünə ildırımötürən sataşır. Ağlagəlməz bir
cəldliklə onunla dırmaşaraq, divara tərəf tam açılmış pəncərə
qapağından yapışır və birbaşa özünü çarpayının baş tərəfinə atır. Bu
əməliyyat bir dəqiqədən artıq çəkməyib. Otağa girdikdən sonra
yenidən pəncərəni təpiklə vurub açır. Bu vaxt ərzində dənizçi bilmir
ki, sevinsin, yoxsa kədərlənsin. Heyvanı yenidən tuta biləcəyinə
ümid bağlayır. Güc-bəla ilə qaçıb qurtardığı tələyə yenidən düşən
oranqutanq, yalnız ildırımötürən vasitəsilə aradan çıxa bilərdi, onun
da yanını dənizçı kəsdirib dururdu. Birdən onu fikir götürür, evdə
heyvanın əlindən xata-zad çıxa bilərdi. Bu fikir dənizçını vadar edir
ki, onu yenidən gizləsin. Dənizçı üçün ildırımötürənlə dırmaşmaq
çətinlik törətmir. Ondan xeyli aralı sol tərəfdə pəncərənin
bərabərinə çatanda, dayanmalı olur. Yalnız bir şey edə bilir
–
boynunu uzadaraq pəncərədən otağın içinə ötəri nəzər salır. Elə ilk
baxışdan dəhşətə gəlir. Az qalır yıxılsın. Morq küçəsinin sakinlərini
də yuxudan oyadan məhz həmin dəhşətli qışqırtılar olub. Madam
L’Espanye və qızı gecə paltarında otağın ortasında qoyulmuş,
haqqında danışdığımız dəmir seyfin içindəki sənədləri nizama
salırmışlar. Görünür, onlar arxası pəncərəyə oturduqlarından,
downloaded from KitabYurdu.org
41 |
s ə h i f ə
meymunun içəri girməyindən dərhal xəbər tutmayıblar. Heyvanın
içəri girməsi ilə qışqırtıların eşidilməsi arasında müəyyən vaxt
keçib. Elə biliblər ki, pəncərə qapağını bərk külək örtüb. Dənizçi
içəri axanda nəhəng heyvan madam L’Espanyenin saçlarından
yapışaraq (xanım yatmazdan qabaq saçlarını darayıb kürəyinə
tökmüşdü), onun gözü qabağında dəlləyin hərəkətlərini
yamsılayaraq ülgücü yellədirmiş. Qız isə huşunu itirdiyindən,
hərəkətsiz halda uzanıb qalmışdı. Qarı qışqırır, müqavimət göstərir,
qorxudan saçlarını yolmağa başlayır. Nəhayət, bu, meymunu haldan
çıxarır. Qüvvətli əlini bir dəfə çəkməklə qarının başını, demək olar
ki, bədənindən üzür. Qanı gördükdə daha da quduzlaşır, gözləri
qəzəbdən od tutub yanır. Dişlərini qıcayaraq qıza tərəf atılır və
dəhşətli caynaqlarını onun boğazına keçirərək, nəfəsi kəsilənədək
boğur. Bu zaman vəhşi nəzərləri çarpayının baş tərəfindən aralı
dəhşətdən ölü rəngi almış sahibinə zillənir. Yadından çıxmayan
amansız qırmanc dərhal qəzəb hissini əvəz edir. Haqlı olaraq
cəzalanacağından qorxan heyvan qanlı cinayətini ört-basdır etməyə
cəhd göstərir. Qəzəbindən otaqda qərar tutmayaraq, avadanlığı
sındırıb tökür. Yorğan-döşəyi çarpayıdan dartıb, döşəməyə
fırıldadır. Nəhayət, əvvəl qızın meyidini qamarlayaraq indi tapıldığı
buxarıya tıxayır, sonra isə qarını götürüb pəncərədən başıaşağı
tullayır. Meymun eybəcər hala saldığı yüküylə pəncərəyə
yaxınlaşanda, dənizçı sarsılmış halda ildırımötürənə tərəf geri
çəkilir, onunla sürüşüb düşür. Dəhşət içində oranqutanqı unudub, bu
qanlı cinayətin nəticəsindən qorxaraq dərhal evə qaçır. Adamların
pilləkənlərlə qalxarkən eşitdikləri sözlər fransızın vahimə ifadə
edən nidası və ona qarışmış rəzil heyvanın çıxartdığı səslərmiş.
Deyilənlərə yeni bir şey əlavə etmək çətindir. Adamlar qapını
sındırmazdan azacıq əvvəl oranqutan otaqdan ildırımötürən
vasitəsilə qaçır. Pəncərəni də çıxarkən örtür. Bir qədər keçəndən
downloaded from KitabYurdu.org
42 |
s ə h i f ə
sonra dənizçi onu özü tutur və böyük bir məbləğə heyvanxanaya
satır.
Polis idarəsində əhvalatı olduğu kimi danışdıq. Dərhal Le
Bonu buraxdılar. Bununla belə, Düpen bəzi şeyləri deməkdən
çəkinmədi. Bu vəzifəli çinovnik dostuma qarşı iltifatlı olmasına
baxmayaraq, işlərin belə şəkil aldığını görəndə peşmançılığını
gizlədə bilmədi. Bir neçə kinayəli sözlə hər kəsə öz işi ilə məşğul
olmağı məsləhət gördü.
–
Qoyun çərənləsin, ürəyini boşaltsın,
–
Düpen dedi və ona
cavab verməyi lüzumsuz hesab etdi.
–
Rəqibimi öz meydançasında
məğlub etmək mənə ləzzət verir.
Polis bu müəmmənı aça bilmədi, amma onun zənn etdiyi
kimi, bu işdə heç bir möcüzə yoxdur. Düzünü desək, polis dostum
çox hiyləgər olduğundan, məsələnin dərinliyinə gedə bilmir və onun
mühakimələrində bir səthilik var. Bu səthilik də Laverna ilahəsinin
şəkillərdə bədənsiz baş kimi və yaxud ən yaxşı halda isə treska
balığında olduğu tək baş və beldən ibarət təsvir olunmasına oxşayır.
Buna görə də ona pis adam deməzdim. Bu adamda xüsusilə xoşuma
gələn cəhət odur ki, diribaşdır. Özünü ağıllı kimi qələmə verərək
nüfuz qazanmışdır. Onun xasiyyətini nəzərdə tuturam.
Yaxşı deyiblər: “Olan şeyi dan, olmayan şey haqqında aləmə
car çək.”
son
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |