Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə29/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   25   26   27   28   29   30   31   32   ...   94

Nöqtələr


◘Bu ayə dost-düşməni tanımaq yolunu bəyan edir. Bu işdə ən yaxşı yol müsəlmanlara bir xeyir və ya zərər toxunduqda onların keçirdiyi hisslərə, düşdüyü hallara diqqətdir. Xarici siyasətdə də bəyanatlara, tərəfdaşlıqlara, təbriklərə, təkziblərə, növbənöv köməklərə və təbliğata diqqət zəruridir.

◘Əvvəlki ayələrdə müsəlmanlara sifariş olundu ki, düşmənlə yoldaşlıq etməsinlər, dostluq əlaqələri qurmasınlar. Bu ayədə buyurulur: Bu rəftar mənfi reaksiya doğura bilər və düşməni sizin üzərinizə qaldırar. Ona görə də siz səbir və təqva əhli olmalısınız ki, onların hiylələri sizə zərər toxundurmasın.


Bildirişlər


1. Düşmən o qədər həsədçildir ki, sizə zərrəcə xeyir gəlsə, bu onu narahat edir.

2. Düşmənin nüfuz yolu ya bizim qorxu və tamahımız, ya da təqvasızlığımızdır. Səbir və təqva düşmənin məğlubiyyət yoludur.

3. Bizim inkişafımızdan narahat olan həsədçilərin qarşısında səbir və təqvadan başqa çarə yoxdur.

4. Allah düşmənlərin ruhiyyəsini ifşa etməklə həm də müsəlmanlara ruhiyyə verir, onları ayıq olmağa çağırır.


121. ﴿ وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّىءُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ

(Xatırla) o zamanı ki, sübhlər (Ühüd savaşı üçün) ailənin yanından gedirdin ki, möminlərə savaş üçün mərkəzlərdə yer verəsən. Allah (sizin danışdıqlarınızı və əməllərinizi) eşidən və biləndir.”


Nöqtələr


Ühüd savaşının siması:

Hicri tarixi ilə ikinci ildə Qüreyş kafirləri Bədr döyüşündə məğlub olub Məkkəyə qayıtdılar. Onlardan yetmiş nəfəri öldürüldü, yetmiş nəfəri isə əsir götrüldü. Əbu-Süfyan dedi: «Öldürülənlərə ağlamayın ki, kin-küdurətiniz yerində qalsın. Hamınız intiqam deyib durun. Mən də intiqam almayınca zövcəmə yaxınlaşmayacağam.»

Növbəti ildə Məkkə kafirləri üç min süvari, iki min piyada və tam hərbi təchizatla müsəlmanlarla döyüş üçün Mədinəyə üz tutdular. Həmin vaxtadək həzrət Peyğəmbərin (s) hələ ki, İslamı qəbul etməmiş əmisi Abbas Məkkədə yaşayırdı. Peyğəmbəri böyük məhəbbətlə sevən bu şəxs kafirlərin hərəkəti haqqında o həzrətə məktub yazıb Bəni-Ğəffar qəbiləsindən olan bir kişi ilə Mədinəyə göndərdi. İslam peyğəmbəri hadisədən xəbər tutub məlumat toplamaq üçün Məkkəyə bir qrup göndərdi. Həmin qrup geri qayıdıb Əbu-Süfyanın komandanlığı altında kafir qoşununun Mədinəyə doğru hərəkət etdiyini təsdiqlədi.

Həzrət Peyğəmbər (s) cümə günü yığıncaq keçirib bu barədə müsəlmanlarla məsləhətləşdi. Yığıncaqda iki nəzəriyyə irəli sürüldü:

1. Mədinədə qalıb küçələrdə mövqe tutmaq və bütün şəhər əhlindən kömək almaq.

2. Mədinədən çıxıb şəhərin kənarında vuruşmaq.

Qəhrəmanlıq və şücaət səpkili ikinci nəzəriyyə gəncləri daha çox cəlb etdi və bu nəzəriyyənin tərəfdarları çox oldu. Bir sözlə, qərar çıxarıldı ki, savaş şəhərdən kənarda olsun. Amma həzrət peyğəmbər şəhərdə qalıb vuruşmağa üstünlük verirdi. Gənclərin hisslərinə ehtiram göstərərək öz baxışında israr göstərmədi. Beləcə, həzrət Peyğəmbər (s) bir nəfər götürüb düşərgə hazırlamaq üçün Mədinədən bayıra çıxdı. O, Ühüd dağının ətəyində yerləşən məhəlli hərbi əməliyyat üçün münasib sayıb oranı seçdi. Sonra həzrət Peyğəmbər (s) cümə namazında xütbə oxuyub xalqa vəziyyət barədə məlumat verdi. Namazdan sonra mühacir və ənsardan təşkil olunmuş min nəfərlik ordu şəhərdən çıxdı. Döyüşə o həzrət özü komandanlıq edirdi. Həzrət bir neçə bayraq qaldırmışdı. Onlardan bəzilərini mühacirlər, bəzilərini ənsar götürmüşdü.

Mədinədən Ühüd düşərgəsinədək piyada hərəkət edirdi. Həzrət qoşunu nəzərdən keçirir, cərgələri nizama salırdı. Peyğəmbər (s) cərgələrdə təzə adamlar görüb onların kimliyini soruşdu. Onlar Mədinə yəhudiləri olduqlarını və müsəlmanlara köməyə gəldiklərini bildirdilər. Həzrət bir qədər düşünüb buyurdu: “Müşriklərlə savaş üçün müşriklərin köməyindən istifadə etmərik.” Bu səbəbdən də min nəfərlik İslam qoşunundan üç yüz nəfər azaldı. Bəziləri qeyd edirlər ki, bu üç yüz nəfərin hamısı yəhudi deyildi. Onların arasında Abdullah ibn Ubəyy kimi müsəlmanlar da vardı. Onlar savaşın şəhər küçələrində aparılmasını istədiklərindən yolda qoşundan ayrıldılar.1

İslam peyğəmbəri sübh namazını Ühüddə yeddi yüz nəfərlə birlikdə qıldı. Həzrət, Abdullah ibn Cübəyri əlli nəfər mahir oxatanla birlikdə Ühüd dağının əsas bir keçidində qoyub tapşırdı ki, mövqelərini tərk etməsinlər.

Əbu-Süfyan da öz növbəsində Xalid ibn Vəlidi iki yüz döyüşçü ilə birlikdə pusquda qoyub tapşırdı ki, əgər keçiddəki nəzarətçilərin diqqəti yayınsa, arxadan İslam qoşununa hücum etsinlər.

Nəhayət, iki qoşun qarşı-qarşıya cərgəyə düzüldü. Əbu-Süfyan bütlərin və gözəl qadınların, həzrət Peyğəmbər (s) Allahın adı ilə qoşunu təşviq edirdi. Müsəlmanların qoşunundan “Əllahu əkbər” sədaları, küfr qoşunundan dəf və ney səsi ucalırdı.

Döyüş başlayan kimi müsəlmanlar sürətli bir hücumla Qüreyş qoşununu pərən-pərən saldılar. Kafirlər qaçır, müsəlmanlar onları təqib edirdi. Bəzi müsəlmanlar düşmənin məğlubiyyətindən arxayınlaşıb qənimət toplayırdı. Dağ keçidindəki nəzarətçilər də peyğəmbərin göstərişindən çıxıb qənimət toplamaq üçün öz mövqeyini tərk etmişdi. Bu vaxt pusquda dayanmış Xalid ibn Vəlid fürsətdən istifadə edib arxadan İslam qoşununa hücum etdi.

Müsəlmanlar qəfildən özlərini kafirlərin mühasirəsində gördülər. Peyğəmbərin əziz əmisi Həmzə şəhid oldu. Azsaylı müsəlmanlar həzrət Peyğəmbərin (s) mübarək vücudu ətrafında toplansalar da, əksər müsəlmanlar savaş meydanından qaçdılar.

Bu savaşda Əli ibn Əbu-Talibin (ə) rolu başqalarından daha çox oldu. Həzrətin bu savaşda qılıncı sındı. Peyğəmbər «zülfüqar» adlı qılıncını Əliyə (ə) verdi. Əli (ə) meydanda Peyğəmbəri (s) qoruyurdu. Həzrət Əli (ə) bu savaşda 60 yara aldı. İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Peyğəmbər (s) Cəbrailin yerlə göy arasında belə dediyini eşitdi: “Əlidən başqa comərd, zülfüqardan başqa qılınc yoxdur.” İbni-Qəmə adlı bir Məkkə kafiri fədakar İslam döyüşçüsü Müsəbin peyğəmbər olduğunu güman edib onu şəhadətə yetirdi. Sonra fəryad çəkdi ki, and olsun Lat və Üzzaya, Məhəmməd öldürüldü. Kafirlər İslam peyğəmbərinin şəhadətinə əmin olub, Məkkə yoluna üz tutdular. Əslində bu şüar müsəlmanların xeyrinə tamamlandı. Bu vaxt həzrət Peyğəmbərin (s) şəhadət şayiəsini eşidən müsəlmanlar da qorxuya düşüb qaçmağa üz tutdular. Sonra isə bu xəbərin yalan olduğunu görüb peyğəmbərin yanına qayıtdılar və üzr istədilər. Bu döyüşdə müsəlmanlardan yetmiş nəfəri şəhid oldu, çoxları isə yaralandı.1



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə