Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə31/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   27   28   29   30   31   32   33   34   ...   94

Bildirişlər


1. Döyüş meydanındakı mücahidlərin aramlıq və ümidə ehtiyacları var.

2. Allahın iradəsi olmayan yerdə maddi, elmi, psixoloji və insani hazırlıqların səməri olmur.

3. Allahın qüdrəti Onun hikməti ilə yanaşıdır. Ona görə də müəyyən səbəblərdən müsəlmanlar da məğlub ola bilər.
127. ﴿ لِيَقْطَعَ طَرَفًا مِّنَ الَّذِينَ كَفَرُواْ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُواْ خَآئِبِينَ

(İlahi yardımların səbəbi bu idi ki,) kafirlərdən bəzilərini məhv etsin və ya nakam qoysun və onlar naümid halda geri dönsünlər.”


Nöqtələr


◘Ayədəki “tərəf” sözü bir şeyin sonunu bildirir. Buna əsasən, ayədən anlaşılır ki, qeybi yardımlar bəzi kafirləri məhv etmək üçündür. “Tərəf” sözünü “əyanlar” kimi mənalandıran təfsirçilər də var. Yəni Bədr döyüşünün məqsədi küfr başçılarının məhvi idi. Bu ayə “Tövbə” surəsinin on ikinci ayəsinin oxşarıdır.

◘Ümidsizlik iki növdür: Əvvəlcədən yaranan ümidsizlik “yəs” ümidvar olduqdan sonra ümidin üzülməsi isə “xaib” adlanır.1

◘İslamda savaş bəzən müdafiə, bəzən düşmənin hücumunun qarşısının alınması üçündür, bəzən də ilk addımdır.

Bildirişlər


1. Küfr başçıları ya biryolluq məhv edilməli, ya da zəlil və məyus olmalıdırlar. Küfrü kökündən silkələməyən zəif, mövsümi, birtərəfli müqavimətlər sizi sevindirməsin.

2. Müsəlmanların vəhdəti, qüdrəti, siyasəti və müdiriyyəti elə olmalıdır ki, düşmən ümidini üzsün.


128. ﴿ لَيْسَ لَكَ مِنَ الأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذَّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ

Heç bir iş (xalqın hidayət və ya cəzalandırılması) sənin ixtiyarında deyil. (Yalnız Allah) onlara ya lütfünü göndərir, ya da onlara əzab verir. Çünki onlar zalımdır.


Nöqtələr


◘Ümmətin rəhbəri kamil sədaqət sahibi olduqda hətta ayələrin onun öhdəsində qoymadığı vəzifələri də yerinə yetirir. Şiə və sünni təfsirlərində oxuyuruq ki, Ühüd savaşında həzrət Peyğəmbərin (s) dişi sındığı zaman buyurdu: “Bu xalq necə hidayət olacaq?” Ayə nazil oldu ki, sən xalqın hidayətinə məsul deyilsən. Bildirildi ki, insanlar gələcəkdə həm bağışlana, həm də cəzalandırıla bilər.

Bildirişlər


1. Bağışlamaq və ya əzab vermək Allahın əlindədir. Onun izni olmadan övliyalar da şəfaət verə bilmir. Peyğəmbərlərin Allah qarşısında heç bir istiqlalı yoxdur.

2. Tövbə yolu hətta haqq cəbhəsindən qaçanlar üçün və ya müsəlmanlara ən böyük zərbə vurmuş kafirlər üçün bağlı deyil.

3. Xalqa verilən əzabın səbəbi onların öz zülm və sitəmləridir.
129. ﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ غَفُورٌ رَّحِيمٌ

Göylərdə və yerdə olanlar Onundur. O (öz hikməti əsasında) istədiyini bağışlayır, istədiyinə əzab verir. Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘Bu ayə əfv və ya cəzanın Allahın əlində olmasını bildirən əvvəlki ayəni təsdiqləyir. Çünki bütün varlıq aləminin yaranışı və onun üzərindəki hakimiyyət Allahın əlindədir. Maraqlıdır ki, ayədə əfv olunası və ya cəzalandırılası fərdlər müəyyənləşdirilmir. Beləcə, kimsədə qürur və ya ümüdsizlik yaranmır. Hamı qorxu və ya ümüd arasında qalır. Şübhəsiz ki, əfv və ya əzab ilahi hikmət əsasındadır və insanın özü tərəfdən həyata keçən şərtlərdən asılıdır.

Bildirişlər


1.Əfv və ya cəza haqqı göylərin və yerin hakimiyyəti əlində olana məxsusdur.

2. İlahi nizamda da əfv və mərhəmət əsas götürülmüşdür və öndə gəlir.


130. ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ الرِّبَا أَضْعَافًا مُّضَاعَفَةً وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Ey iman gətirənlər! Ardıcıl artırmaqla sələm yeməyin. Allahdan çəkinin, bəlkə nicat tapasınız.”


Nöqtələr


◘Bu ayə özündən sonrakı səkkiz ayə ilə birlikdə Ühüd döyüşü ayələri arasında yerləşmişdir. Belə bir tərtibin səbəbi müdafiə sistemində əxlaqi və iqtisadi məsələlərin əhəmiyyətinin önə çəkilməsi ola bilər. Fərdləri ixlaslı, fədakar, xeyirxah, rəhbərə itaətçil olan bir cəmiyyət döyüşdə də müvəffəq olur. Pulpərəst, xəsis, itaətsiz, günahkar bir cəmiyyət isə, şübhəsiz, məğlub olacaqdır.

◘Sələmin qadağa ayələri bir neçə mərhələdə tədrici şəkildə nazil olmuşdur. İlk addımda yəhudilərin sələmçiliyi tənqid olunur.1 İkinci addımda qat-qat artıq alınan sələm qadağan edilir. Üçüncü addımda isə hətta bir dirhəm sələm haram edilir və Allahla döyüş kimi tanıtdırılır.


Bildirişlər


1. İlahi göstərişlərə əməlin bünövrəsi imandır.

2. Sələm qadağan olunmamışdan onun çirkin növləri haram buyurulur.

3. İqtisadi məsələlərdə təqvaya riayət etmək zəruridir.

4. Sələmçilik qurtuluş yolu deyil. İnsan təqva yolu ilə nicat tapa bilər.

5. Sələm yeyən həm dünya, həm də axirətdə ziyankarlardandır və nicat tapmaz. (Dünyada təbəqələrarası ixtilafı gücləndirdiyi və axirətdə Allahın qəhr və qəzəbinə düçar olduğu üçün.)
131. ﴿ وَاتَّقُواْ النَّارَ الَّتِي أُعِدَّتْ لِلْكَافِرِينَ

Kafirlər üçün hazırlanmış oddan çəkinin.”


Bildirişlər


1. Sələmçilik küfrün bir növüdür.

2. Sələmçi müsəlman kafirlər üçün hazırlanmış əzaba düçar olur.

3. Cəhənnəm kafirlər üçün hazırlanmışdır. Əgər bir müsəlman cəhənnəmə varid olursa, bunun səbəbi onun əməldə kafirlərə oxşamasıdır.

4. Cəhənnəm hal-hazırda mövcuddur. Necə ki, behişt salehlərin intizarındadır.2


132. ﴿ وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Allaha və Onun rəsuluna itaət edin. Bəlkə sizə rəhm olunsun”.


Nöqtələr


◘Ühüd döyüşündə müsəlmanların məğlubiyyət səbəbi onların həzrət Peyğəmbərin (s) göstərişinə itaətsizlikləri oldu. Məsələn, həzrətin pusquda qoyduğu və göstərişi gələnədək tərpənməmək tapşırığı verdiyi dəstə qənimət toplamaq məqsədi ilə öz mövqeyini boş qoydu. Düşmən məhz həmin keçiddən adlayıb müsəlmanlara arxadan zərbə vurdu.

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə